Axtarış
The search found 105779 results in 0.021 seconds.
Search results
“Krala sui-qəsdin arxasında BƏƏ durur”
Muxalifet.az xəbər verir ki, Qətərin baş nazirinin ikinci müavini Abdullah Həmid əl-Atıyyə 2003-cü ildə Səudiyyə kralı Əbdüləzizə sui-qəsd planı quran liviyalı agent Məhəmməd İsmailin BƏƏ tərəfindən təlimatlandırıldığını və hazırda Birləşmiş ərəb Əmirliklərində yaşadığını bildirib.
Muxalifet - 13-03-2019
Gürcüstan prezidenti Ermənistanda “soyqırımı” abidəsini ziyarət etdi - FOTO
Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistana iki günlük rəsmi səfərə gedib.
Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, səfər zamanlı Zurabişvili qondarma erməni soyqırımına ucaldılmış “Çiçernakaberd” kompleksini ziyarət edib.
Səfər zamanı Zurabişvili Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, eləcə də bütün ermənilərin patriarxı II Qareginlə görüşəcək.
Qeyd edək ki, gürcü həmkarını Yerevana Ermənistan prezidenti Armen Sarkisyan dəvət edib.Muxalifet - 13-03-2019
Kremlin uzunömürlüləri – 100-ə 4 il qalmış ölən də var, 2 ildən sonra 100-ü tamam edəcək olan da
SSRİ-ni idarə edən Siyasi Büro üzvləri haqqında maraqlı faktlardan biri də onların yaşları ilə, daha dəqiq ifadə etsək, uzunömürlü olamarı ilə bağlıdır. Gərgin iş rejiminə baxmayaraq, Kreml məmurları yetərincə uzun ömür sürüblər.
Muxalifet - 13-03-2019
SON DƏQİQƏ: Moskvada çeçenlər iki azərbaycanlını GÜLLƏLƏDİ
Moskvada 3 çeçen təkər təmiri ilə məşğul olan azərbaycanlılara hücum ediblər.
Bu barədə hüquq mühafizə orqanlarından "İnterfax"a məlumat verilib. Hadisə paytaxtın "Krasnıx zor" küçəsində baş verib.
2 azərbaycanlı bıçaq və güllə yaralıları ilə xəstəxanaya yerləşdirilib. Şübhəlilərdən biri saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb./QaynarinfoMuxalifet - 13-03-2019
Serj Sarkisyan hələ Qarabağdadır – Paşinyanı gözləyib
Ermənistanın sabiq prezidenti, hazırkı baş nazir Nikol Paşinyanın 2018-ci ilin aprelində başlatdığı “məxməri inqilab” nəticəsində istefa verməyə məcbur olan Serj Sarkisyan hələ də Dağlıq Qarabağdadır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti məlumat yayıb. Bildirilib ki, martın əvəlindən Qarabağa gələn Serj Sarkisyanın indiyədək Ermənistana qayıtmamasının səbəbi ötən gün Paşinyanın Xankəndində Təhlükəsizlik Şurasının iclasını yekunlaşdırmasını gözləmək olub.Muxalifet - 13-03-2019
“Ermənilər hansı üzlə Azərbaycana gələcək?” – DEPUTAT RUSİYAYA ETİRAZ ETDİ
"Rusiya Azərbaycanla zaxarovasayağı zarafatlaşıb. Çünki bu ermənilərin hansı üzlə Azərbaycana gələcəyi hələ xeyli suallar doğurur”.
Muxalifet.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa özünün feysbuk səhifəsində yazıb. O, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya vətəndaşlarına Azərbaycana getməməklə bağlı xəbərdarlığına münasibət bildirib.Muxalifet4 - 13-03-2019
Şəhid ailələrinə yeni güzəştlər - Bu ödənişdən azad edilirlər
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək.
Bu barədə Milli Məclisin (MM) İnsan Hüquqları komitəsinin iclasında məlumat verilib.Muxalifet - 13-03-2019
Bakıda bayram tonqalı böyük yanğına səbəb oldu - VİDEO
Xətai rayonunda tonqal ağacların yanmasına səbəb olub.
ONA-nın verdiyi xəbərə görə, hadisə Gəncə prospekti 2 ünvanında baş verib.
Yel çərşənbəsi münasibəti ilə binanın həyətyanı sahəsində tonqal qalanıb. Küləkli hava şəraiti alovun yüksəlməsinə səbəb olub. Nəticədə alov binanın yaxınlığındakı küknar ağaclarını yandırıb.
Dərhal hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib.
Alovun digər ağaclara və tikililərə keçməsinin qarşısı alınıb.Muxalifet - 13-03-2019
Azərbaycanda 8 nəfərlik ailə 4 ildir çadırda yaşayır - TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ EVLƏRİ DAĞILIB, MÜRACİƏTLƏRİNƏ BAXAN YOXDUR
Astara rayon Kijəbə qəsəbəsinin Ovala kəndinin sakini, 6 uşaq anası Baxşiyeva Gülbəyim Mirzəhəsən qızının “Hürriyyət”ə ünvanladığı məktubu ürək ağrısı ilə oxuduq.
Gülbəyim Baxşıyeva məktubunda bildirir ki, 2015-ci ildə cənub bölgəsinə yağan güclü leysan yağışları nəticəsində yaşadıqları 4 otaqlı həyət evinin divarlarında dərin çatlar əmələ gəlib, müəyyən vaxtdan sonra isə sözügedən ev ümumiyyətlə yaşayış üçün yararsız hala düşüb.
Muxalifet4 - 13-03-2019
Məscid-i Aksa-nın qapılarını niyə bağladılar?
Taha Dağlı – Haber7.com
İsrail yenidən Məscid-i Aksa məscidinə qapıları bağlamaq üçün hücum edib. Sonra qapıları yenidən açıb.
Yəni bu nə deməkdir?14 iyul 2017
Muxalifet3 - 13-03-2019
“İsraillə böyük müharibə yaxınlaşır” – Həmas
Həmas rəhbərlərindən Husam Bedran işğal altındakı Qərbi Şerianın İsrail ilə birbaşa qarşıdurmaya yaxınlaşdığını ifadə edib.
Son günlərdə El-Xəlil və Selfit şəhərlərində şəhid olan Fələstinlilərə, Məscidi-i Aksa da və İsrail həbsxanalarında artan gərginliyə, siyasi danışıqların olmaması və iqtisadiyyatda geriləməyə diqqəti çəkən Bedran, bütün bunların müqavimət motivasiyasını artırdığını ifadə edib.Muxalifet3 - 13-03-2019
Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycanlı vəkili müdafiə etdi
“Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycan Vəkillər Kollegiyasını vəkil Elçin Sadıqova qarşı sanksiyanı aradan qaldırmağa çağırır.
Komissiya Elçin Sadıqova bu il fevralın 22-də Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə töhmət verilməsindən narahatdır.Muxalifet3 - 13-03-2019
Təkamül nəzəriyyəsini Darwin-dən 1000 il əvvəl irəli sürən müsəlman mütəfəkkir yazıb
Təkamül nəzəriyyəsinin atası Charles Darwin hesab olunur. Bəs əl-Cahiz adlı iraqlı alim haqqında heç eşitmisinizmi? Onun təkamül nəzəriyyəsi tarixi müsəlman dünyasının qədim dövrünə dayanır.
Britaniyalı alim Charles Darwin-in təkamül nəzəriyyəsi müasir elmin məhək daşlarından biridir.
Növlərin təbii seçmə adlanan mexanizm vasitəsilə illər ərzində dəyişməsi fikri dünyada bir inqilaba səbəb olmuşdu.
Sovet İttifaqı və din: "Qurani Kərim ölüyə lazımdır"
Azərbaycanın Nobel mükafatı qazanmış yeganə alimiMuxalifet3 - 13-03-2019
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.Muxalifet - 13-03-2019
Müğənni Afət Suriyadan övladlığa uşaq götürəcək: “Özümüzdə pis yaşayan yoxdu”
Nəsiminin məşhur "Sığmazam” qəzəlinə oxuduğu mahnı ilə gündəmdən düşməyən müğənni Afət Fərmanqızı övladlığa uşaq götürəcəyini açıqlayıb.
Muxalifet - 13-03-2019
“Nədir, jurnalistlər dalımca xaricə gələcəklər?” - Ombudsmandan SƏRT AÇIQLAMA
Ötən həftə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın məzuniyyətə çıxması və səhhəti ilə əlaqədar xaricə getməsi ilə bağlı məlumat yayılmışdı.
Muxalifet.az xəbər verir ki, bizimyol.info yayılan həmin məlumatla bağlı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova zəng edib. Ombudsman saytımıza özəl açıqlamasında jurnalistləri qınayıb və bu barədə sərt açıqlama verib.Muxalifet - 13-03-2019
Fransada mitinqlərlə bağlı qalmaqallı qanun qəbul edildi
Fransa parlamentinin yuxarı palatası Senat 210 nəfər lehinə, 115-i əleyhinə və 18-i bitərəf olmaqla, “xuliqanlıqla” bağlı qalmaqallı qanun layihəsini qəbul edib.
Azvision.az “İzvestiya”ya istinadən xəbər verir ki, qanun layihəsi Fransa hökumətinə əvvəlki aksiyalar zamanı “iğtişaşlar törədən” vətəndaşların etiraz nümayişlərində iştirakına qadağa qoymaq hüququ verir.Muxalifet - 13-03-2019
Səfər Əbiyev uzun fasilədən sonra üzə çıxdı - FOTO
Ermənilərin saxtakarlıqlarını ifşa edən və çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərən isə Rusiyada yaşayan azərbaycanlı, Misra TV-nin rəhbəri Fuad Abbasov olub. O, sosial şəbəkələrdə özünə məxsus səhifələr vasitəsi ilə həm çeçenlərə, həm də azərbaycanlılara müraciət edərək bildirib ki, baş verənlər təxribatdır, məqsəd isə hər iki xalqı bir-birinə düşmən olmağa yönləndirməkdir.
Muxalifet - 13-03-2019
Rusiyada terror planlaşdıran şəxs məhv edildi
Rusiyanın Samara vilayətində xüsusi əməliyyat zamanı terror aktı törətməyi planlaşdıran şəxs zərərsizləşdirilib.
Trend Rusiya Milli Antiterror Komitəsinə istinadən xəbər verir ki, martın 13-ü gecə saatlarında Federal Təhlükəsizlik Xidmətinin orqanlarına Bezençuk rayonunun Yekaterinovka kəndindəki evlərdən birində terror aktı törətməyi planlaşdıran silahlı şəxsin olduğu barədə məlumat daxil olub.Muxalifet - 13-03-2019
DƏHŞƏT: Metro stansiyası UÇDU - Dağıntılar altında qalanar var - VİDEO
Türkiyənin İzmir şəhərində tikilməkdə olan metro stansiyası uçub.
Muxalifet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı iki işçi dağıntılar altında qalıb. Onların xilas edilməsi istiqamətində əməliyyata başlanılıb.
Gecə saatlarında baş verən qəzadan səhər işçilər xəbər tutub. Bildirilir ki, ərazidə yağıntılı hava şəraitinin təsiri ilə deponun altından keçən su boru xətti partlayıb. Lakin dəqiq səbəblər araşdırılır.
Çökmənin genişlənməsi ehtimal edilir.Muxalifet - 13-03-2019