Axtarış

The search found 105779 results in 0.023 seconds.

Search results

  1. ​Deputatlar təkrar referendumu rədd etdi - Breksit

    Böyük Britaniya parlamenti krallığın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması (Breksit) ilə bağlı ikinci dəfə referendumun keçirilməsi təklifini rədd edib.
    Muxalifet.az xəbər verir ki, bununla bağlı keçirilən səsvermə zamanı deputatlardan təklifin 334-ü əleyhinə, 85-i isə lehinə səs verib.
    Daha əvvəl Britaniya parlamentariləri Avropa İttifaqı (Aİ) ilə Breksit barədə saziş layihəsini qəbul etməyiblər.
     

    Muxalifet3 - 14-03-2019

  2. "Gürcüstan vətəndaşlarına Avropa qapıları bağlıdır" - Nazirdən ŞOK AÇIQLAMA

    Gürcüstan vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrində sığınacaq tapmaq şansı yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.
    O, vətəndaşlara bu yöndə vəsaitlərini hədər yerə xərcləməməyi tövsiyə edib:
    “Xalqa xitab edirəm: Avropaya sığınmaq üçün bütün cəhdlər hədərdir. Onların tələbləri sıfıra endirilib: Hədər yerə bilet almayın. Çünki bu, sizə zərər verəcək”.
     

    Muxalifet3 - 14-03-2019

  3. Bütün amerikalı diplomatlar Venesuelanı tərk etdi

    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında deyib.
    “Amerikalı diplomatlar öz missiyalarını digər ölkələrdə davam etdirəcəklər. Onlar yenə də Venesuela xalqına humanitar yardımların çatdırılmasına yardımçı olacaqlar. Eyni zamanda demokratiyaya dəstək göstərib, tirana qarşı mübarizə aparacaqlar”, - deyə amerikalı rəsmi bildirib.
     

    Muxalifet3 - 14-03-2019

  4. ​Yerevanda polis aksiya iştirakçılarına güc tətbiq etdi - VİDEO

    Yerevanda Milli Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsi işləri yenidən başlanılıb.
    Qeyd edək ki, bu kafenin sökülməsi orda işləyənlərin etiraz aksiyaları səbəbi ilə dayandırılmışdı.
    News.am-ın məlumatına görə, kafenin işçiləri söküntü işlərinə mane olmaq üçün müqavimət göstəriblər.
    Polislər etirazçıları yerə yıxıb, sürüyərək ərazidən uzaqlaşdırıblar.
     

    Muxalifet3 - 14-03-2019

  5. Bu həkimlərin maaşı artırılsın - Milli Məclisdə təklif

    Azərbaycanda vərəmli xəstələrlə işləyən həkimlərin, orta tibb işçilərinin maaşları artırılmalıdır. 
    Muxalifet.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova Milli Məclisdə (MM) “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrdə deyib.
    “Vərəm xəstəliyinin müalicəsi çox uzun prosesdir, ən həssas vərəm formalarının müalicəsi azı altı ay davam edir. Təsəvvür edin ki, bunun üçün nə qədər hövsələ lazımdır. 

    Muxalifet3 - 14-03-2019

  6. Prezidentdən kəşfiyyat rəhbəri ilə bağlı qərar

    Ukrayna Prezidenti Pyotr Poroşenko Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Yeqor Bojkonu vəzifəsindən azad edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə prezidentin saytına məlumat verilib.
    Bildirilib ki, Y.Bojko bu günlərdə xarici işlər nazirinin müavini vəzifəsində təyin edilib.
     

    Muxalifet3 - 14-03-2019

  7. İsrailin yeni planı: C bölgəsi də ələ keçiriləcək

    ABŞ-ın da Yahuda və Samara torpaqlarının işğal edilmədiyini təsdiqləməsindən sonra gözləməyə hər hansı bir səbəb qalmayıb. C bölgəsini ilhaq etməyin vaxtı çatıb.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İsrailin Milli Təhsil naziri Naftali Bennett çıxış edib.
    Bennett qeyd edib ki, ABŞ-ın qərarı Qərbi Şəriyanın 60 faizinin ələ keçirilməsinə şərait yaradıb.
    Xatırladaq ki, ötən il ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Təl-Əviv yeni torpaqlar əldə etmək üçün fəaliyyətini artırıb.
     

    Muxalifet3 - 14-03-2019

  8. Riyaziyyat elminin "Allahı" - Pi-nin yeni rekordunu qıran qadın

    Emma Haruko Iwao pi ədədinin ifadə etdiyi rəqəmin dəyərini yenidən hesablayaraq dünya rekordunu qırıb.

    Google əməkdaşı olan bu qadın 121 gün ərzində 170 tetrabayt yaddaş və 25 virtual maşından istifadə edərək pi-nin 31 trilyon rəqəmə bərabər olduğunu tapıb. Əvvəlki rekorda görə bu, 22 trilyon idi.

    Pi dairənin uzunluğunu onun diametrinə böləndə alınan rəqəmdir.

    Onun ilk üç rəqəmi - 3.14 riyaziyyat elmində daha çox istifədə olunur.

    Muxalifet4 - 15-03-2019

  9. ​Gürcüstan prezidenti İrəvanda ERMƏNİLƏRİ İŞĞALÇI ADLANDIRDI – O, Ermənistanı Azərbaycan torpaqlarının işğalında ittiham etdi

    Ermənistanda səfərdə olan Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin bu ölkənin rəhbərliyi ilə danışıqlarının mövzularından biri regional münaqişələr olub. Yerevanda aydınlaşdırmağa çalışıblar ki, Bakıda "Gürcüstan və Azərbaycan ərazilərinin işğalı" haqqında verdiyi bəyanatda Gürcüstan dövlətinin başçısı nəyi nəzərdə tutub. Nəticədə, Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağ üzrə öz mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib.
     

    Muxalifet4 - 15-03-2019

  10. Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ RƏY - Evli cütlüklər eyni otaqda yatmamalıdır, çünki...

    Birgə yatmaq cütlüklərin ən təbii vərdişi sayılır. Lakin tarixə nəzər salsaq, görərik ki, qədimdə belə bir adət olmayıb. Hələ Viktorian dövründə ailəli cütlüklər ayrıca yataq otaqlarında yatıblar. Bu hal kəndlilərin evində də eynilə təkrarlanıb. Asiyada isə hələ də otaqlar kişi və qadın hissəsi olmaqla iki yerə bölünür.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, qədim Romada evin lojası eşq oyunları üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, ər və arvad müxtəlif otaqlarda yatırdılar.

    Muxalifet4 - 15-03-2019

  11. Avropa İttifaqından 6,2 milyard avroluq VƏD - Müharibə qurbanlarına yardım ediləcək

    Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya il ərzində yeddi milyard ABŞ dolları (6,2 milyard avro) həcmində yardım göstərmək barədə razılığa gəliblər.

    Publika.az xəbər verir ki, bu barədə məlumatı Aİ-nin humanitar yardım və böhrandan mühafizə üzrə komissarı Xristos Stilianidis təsdiqləyib. Brüsseldə keçirilən və 50-dən artıq donor ölkənin təmsilçilərinin qatıldığı konfransda Almaniya nümayəndələri Suriyadakı vətəndaş müharibəsi qurbanlarına yardım üçün əlavə 1,44 milyard avro vəsait ayırmağı vəd ediblər.

    Muxalifet4 - 15-03-2019

  12. Erməni biznesmen Rusiyada öldürüldü

    Rusiyanın Moskvaətrafı əyalətində yerləşən Mıtişşi şəhərində erməni biznesmen Gevor Tumanyan güllələnib.

    “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 35 yaşlı iş adamı yaşadığı binanın önündə qətlə yetirilib. Cinayət hadisəsindən sonra qatil onu gözləyən avtomobilə əyləşərək oradan uzaqlaşıblar. Polis artıq avtomobilin markasını müəyyən edib. Maşının Arman Xaçatryan adlı digər erməninin adına qeydiyyatdadır.

    Hazırda faktla bağlı istintaq gedir. Polis hadisə şahidlərini axtarır.

    Qeyd edək ki, Tumanyan topdansatış ticarətlə məşğul olub.

    Muxalifet4 - 15-03-2019

  13. Türkiyədə “Qonaq” əməliyyatı - Aralarında məmur və azərbaycanlı qadınlar var

    Türkiyənin Amasiya əyalətinin Mərzifon şəhərində keçirilən "Qonaq" adlandırılan əməliyyat nəticəsində 7-si xarici vətəndaş olmaqla, 12 nəfər əxlaqsızlığa görə saxlanılıb.

    Türkiyə KİV-ləri xəbər verir ki, 11 müxtəlif ünvana edilən basqın nəticəsində tutulanlar arasında məmur və biznesmen də var. Saxlanılan xarici vətəndaşlar Azərbaycan, Qırğızıstan, Gürcüstan və Özbəkistandan olan qadınlardır. Onlar müayinə olunmaq üçün xəstəxanaya göndəriliblər.

    Qadınların birində cinsi yolla yoluxan siflis aşkarlanıb./qafqazinfo

    Muxalifet4 - 15-03-2019

  14. Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən qovuldular - VİDEO

    Müğənni Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarılıb. Buta.media xəbər verir ki, Şəkidə Afət Fərmanqızının mahnısına video çəkən tibb bacıları işdən qovulub. Bu barədə tanınmış prodüser və aparıcı Tarix Əliyev məlumat verib. O, işdən çıxarılan tibb bacısı ilə əlaqə saxlayaraq baş verən hadisə haqqında ətraflı məlumat əldə edib.

    Muxalifet4 - 15-03-2019

  15. Türkiyənin öncəliyi: Şərqi Fərat, yoxsa İdlib əməliyyatı? – Araşdırma

    Türkiyə və Rusiyanın Suriyada 4 milyon civarında mülki əhalinin məskunlaşdığı İdlibdə atəşkəsin qorunması üçün əldə etdiyi razılıq Əsəd rejiminin son günlərdəki bölgəyə hərbi müdaxilələri ilə olduqca çətin bir vəziyyətə düşdü. Çox sayda insanın tələf olduğu hücumlardan sonra İdlibdə sanki tikan üstündə bir proses başlayarkən, qarşıdakı dövrdə Türkiyə-Rusya-Suriya üçbucağında atılacaq addımlar və mümkün ssenarilər daha tez-tez mübahisə edilməyə başlandı.
     

    Muxalifet3 - 15-03-2019

  16. İsraildən Mərhəmət Qapısındakı məscidi bağlama siqnalı

     İsrailin dövlət təhlükəsizliyi naziri Gilad Ertan Məscid-i Aksa-dakı Rəhmət Qapısında yerləşən məscidin istifadəsinə icazə verməyəcəklərini bildirib.
     
    İsrail polislərinin buraxılış mərasiminə qatılan Ertan Hərəmi Şərifin şərq hissəsində yer alan və təqribən 16 illik fasilədən sonra 22 fevralda Fələstinlilər tərəfindən açılan Rəhmət Qapısında məscidə dair açıqlama verib.

    Muxalifet3 - 15-03-2019

  17. İki məscidə terror hücumu! Çox sayda ölü və yaralı var

    Yeni Zelandiyanın Christchurch rayonundakı “Al Nur” məscidinə silahlı hücum təşkil olunub. Cümə namazı zamanı təşkil olunan hücumda çox sayda ölü və yaralı olduğu bildirilir.
     
    Ölkə polisi silahlı hücumla bağlı açıqlama verərək şəhər mərkəzindəki insanların evlərindən bayıra çıxmamaları lazım olduğunu və bütün məktəblərin bağlanıldığını bildirib.
     
    SİLAHLI ADAM QAÇDI
     

    Muxalifet3 - 15-03-2019

  18. İsraildə gərgin anlar! - TƏCİLİ İCLAS ÇAĞIRILDI

    Qəzza Zolağından İsrailin paytaxtı Təl-Əvivə iki ədəd raket atılıb. İsrail ordusundan edilən yazılı açıqlamada, Qəzzadan Təl-Əvivə iki raket atılması ilə şəhərdəki həyəcan vəziyyətinin dövrəyə girdiyi bildirilib.
     
    İsrail mətbuatında yer alan xəbərlərdə, sözügedən raketlərdən birinin hava müdafiə sistemi "Dəmir Günbəz" tərəfindən havada məhv edildiyi, digərinin isə Təl-Əviv yaxınlığındakı boş əraziyə düşdüyü ifadə edilib.
     
    NETANYAHU TƏCİLİ TOPLANTIYA ÇAĞIRIB
     

    Muxalifet3 - 15-03-2019

  19. Türkiyədən ABŞ-a təpki: Rədd edirik!

    Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın 2018 Türkiyə İnsan Haqları Hesabatının əsassız iddialar, həqiqətdən uzaq məlumatlar, ön mühakiməli rəylər daşıdığını və 15 iyul FETÖ dövlət çevrilişi cəhdinin arxasında kimlərin olduğu hissinin möhkəmləndiyini bildirib.
     

    Muxalifet3 - 15-03-2019

  20. İNTERPOL Qaşıqçı qatillərini axtarışa verdi

     Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinə dair İnterpol Türkiyənin tələbi ilə qırmızı bülleten çıxarıb. Edam heyətində yer alan 20 Səudiyyə şübhəlisi bütün dünyada axtarılacaq.
     
    Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Qaşıqçını öldürən edam heyətində iştirak etdiyi müəyyən olunan 20 Səudiyyə vətəndaşı haqqında qırmızı bülleten çıxarılması tələb edilmişdi.
    Türkiyənin bu tələbi İnterpol tərəfindən qəbul edilib.
    Müxalifət.az

    Muxalifet3 - 15-03-2019

Pages