Axtarış
The search found 105779 results in 0.036 seconds.
Search results
"İnstagram"dakı "layk"a görə qovulur - PSJ-də QALMAQAL
PSJ yarımmüdafiəçisi Adrien Rabyonu cəzalandırıb.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, buna 23 yaşlı futbolçunun Çempionlar Liqasının "Mançester Yunayted"ə qarşı təkrar 1/8 final oyunu öncəsi gecə klubuna getməsi səbəb olub.
Qeyd edək ki, PSJ təkrar qarşılaşmada uduzaraq ÇL-də mübarizəni dayandırıb.Muxalifet - 15-03-2019
ŞOK: Deputat 46 milyon dollar rüşvətlə TUTULDU - Foto
Rusiya Dövlət Dumasının deputatı Vadim Belousov 3 milyard rubl həcmində rüşvət almaqda ittiham edilərək həbs olunub.
“İnterfaks” xəbər verir ki, deputatın sonrakı taleyini yaxın günlərdə Yekaterinburq məhkəməsi müəyyən edəcək.Muxalifet - 15-03-2019
Magistraturaya qəbul imtahanlarının PROQRAMI
Dövlət İmtahan Mərkəzi (DİM ) "Magistr" jurnalının 3-cü nömrəsini nəşr edib.
Mərkəzdən verilən məlumata görə, jurnalın bu nömrəsində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2019/2020-ci tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunub.
Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.Muxalifet - 15-03-2019
“Danışıqların formatı tərəflərin razılığı ilə dəyişdirilə bilər” - Zaxarova
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Ermənistanla Azərbaycan arasında aparılan danışıqların formatı yalnız onların hər ikisinin razılığı ilə dəyişdirilə bilər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənvi brifinqdə jurnalistlərin sualını cavablandırarkən bəyan edib.Muxalifet - 15-03-2019
Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyardda Fazil Məmmədov izi - sabiq nazir necə şərait yaradıb?
Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında bir daha məlum olub ki, 2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən, “Azəriqazbank”, Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb.Muxalifet - 15-03-2019
Rusiyada “Boeing 737″ təyyarəsi qəza enişi edib
Yakutiyanın Mirnıy şəhərindən Moskvaya uçan “Boeing 737-800″ təyyarəsi Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərinin hava limanına qəza enişi edib.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Rusiya İstintaq Komitəsinin Şimal-Qərb Nəqliyyatda İstintaq İdarəsinin nümayəndəsinin sözlərinə görə, hazırda istintaqdan əvvəlki yoxlamalar aparılır. İlkin versiyaya görə, qəza enişinə səbəb mühərrikin dayanması olub.
O əlavə edib ki, təyyarə hazırda Sıktıvkar hava limanındadır.
Muxalifet - 15-03-2019
Türkiyə ÇIXILMAZ VƏZİYYƏTDƏ: ABŞ müharibəni hər an başlada bilər
“Türkiyə yaxında Rusiyadan S-400 zenit raket kompleksini təhvil alacağı üçün üst-üstə iki il ABŞ-ın sanksiyalarına məruz qalacaq”.
Bu barədə mərkəzi Londonda yerləşən “The Economist” dərgisi geniş məqalə yayımlayıb.Muxalifet - 15-03-2019
Bakıya gedən yol: Avroliqanın püşkü atıldı
Bu gün UEFA Avropa Liqasında 1/4 final və 1/2 final mərhələsinin püşkü atılıb.
Püşkü Hollandiya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Piyer van Hoidonqk çəkib. Beləliklə, püşk bu cür alınıb.1/4 final
“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)
“Vilyareal” (İspaniya) – “Valensia” (İspaniya)
“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)
“Slavya” (Çexiya) – “Çelsi” (İngiltərə)1/2 final
Muxalifet - 15-03-2019
"Elman müəllim uçot dərəcəsi ilə oynayanda ciddi heç nə baş vermir” - EKSPERT
"Mərkəzi Bankın uçot dərəcəsinin yuxarı-aşağı oynatmasının real iqtisadiyyata ciddi təsiri yoxdur, Çünki ölkədə zatən real iqtisadi institutlar formalaşmayıb”.
Muxalifet.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ölkədə uçot dərəcəsi 3% olanda da bank kreditləri 20-30% arası idi, sonra qaldırıb 15% etdilər, yenə bank kreditlərinin faizi ciddi dəyişmədi: "İndi uçot dərəcəsi 9%-ə salınıb, yenə bank kreditlərinin faizində ciddi dəyişiklik gözlənilmir.Muxalifet - 15-03-2019
Təhsil Nazirliyi parlamentdə tənqid olundu – “Çox söz-söhbət gəzir…”
“Tələbə xaricdə təhsil alıbsa, gəlib onu bir məmur imtahan etməməlidir. Təhsil Nazirliyi elektron qaydada müraciətlə bu məsələni həll edə bilər”.
Bunu bu gün Milli Məclisin plenar iclasında AMEA-nın müxbir üzvü, deputat Musa Qasımlı bildirib.
M.Qasımlı deyib ki, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir: “Ona görə də Təhsil Nazirliyi xaricdə təhsil alanı çağırmaqla yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərməklə həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”.Muxalifet - 15-03-2019
5-dən çox uşağı olan qadınlara ŞAD XƏBƏR - APRELİN 1-DƏN...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rola malikdir. Fərmanla beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət ödənilir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib.
Muxalifet - 15-03-2019
Azərbaycan əhalisi qida üzündən ölən ilk 10 ölkə arasında 6-cıdır - BƏD REYTİNQ...
Azərbaycan düzgün qidalanmama üzündən ölüm hallarının ən yüksək olduğu ölkələr arasında 6-cıdır.
Bu barədə “Daily Mail” qəzetinin dərc etdiyi reytinqdə deyilir.
Reytinqə əsasən Azərbaycanda hər 100 min adamdan 313-ü düzgün və keyfiyyətli qidalanmama üzündən ölür. Bu siyahıda birinci yeri Özbəkistan tutur-hər yüz min adamın 394-ü düzgün qidalanmama səbəbindən həyatını itirir. Sonrakı yerlərdə Türkmənistan (376), Qırğızıstan (350), Ukrayna (349) və Azərbaycan gəlir. İlk onluqda Tacikistan, Qazaxıstan və Rusiya da yer alır.
Muxalifet - 15-03-2019
Qaz limiti ilə bağlı əhaliyə ŞAD XƏBƏR
"Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib”. Bunu deputat Musa Qasımlı Parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib. O bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir.
Muxalifet - 15-03-2019
AzTV-də qalmaqallı kadr dəyişikliyi – Baş direktor Faiq Hüsiyev getdi
AzTV-nin sədr əvəzi Rövşən Məmmədli kanalda keçmiş sədr Arif Alışanovun dövründən qalma kadrları işdən çıxarmağa davam edir.
Yeni rəhbər bu dəfə tanınmış jurnalist, AzTV-nin informasiya proqramları departamentinin baş direktoru Faiq Hüsiyevi vəzifəsindən azad edib. Bildirilir ki, Hüsiyevə işdən öz ərizəsi ilə, könüllü ayrılmaq təklif olunub, lakin baş direktor bu təklifə sərt reaksiya verib və televiziyada qalmaqal yaranıb.
Buna baxmayaraq, sədr qərarından geri addım atmayıb və F.Hüsiyev baş direktor vəzifəsindən azad edilib.Muxalifet - 15-03-2019
Orqanlarını bağışlayanalara qəbir pulsuz veriləcək - QƏRİBƏ QƏRAR
İranda öz orqanların pulsuz bağışlayan şəxslərə qəbir yerləri pulsuz veriləcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Orqan Köçürülməsi və Xəstəliklərin Müalicəsi şöbəsinin rəhbəri Mehdi Şadnuş informasiya verib.
O birdirib ki, bu addımı atmaqda səbəb insanlar arasında ehtiyacı olanlara orqanların pulsuz verilməsi mədəniyyətinin yayılmasına töhfə verməkdir.
Mehdi Şadnuş həmçinin, orqan verən şəxsin ailəsindən də bir nəfərə pulsuz qəbir yerinin veriləcəyini deyib.Muxalifet - 15-03-2019
Çavuşoğlu Moqeriniyə şikayətləndi: “İkiüzlülüyü qəbul etmirik”
“Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd və mühüm tərəfdaş olan Türkiyə ilə münasibətlərimizin əhəmiyyətini təsdiq edirik”
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini 4 illik fasilədən sonra Brüsseldə keçirilən “Türkiyə-Aİ Tərəfdaşlıq Şurası”nın iclasından sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.Muxalifet - 15-03-2019
Qeydiyyatsız yaşayanların NƏZƏRİNƏ: Cərimə oluna bilərsiniz - VİDEO
Rayonlardan bakıya gələn insanların əksəriyyəti xüsusən paytaxtın kənd və qəsəbələrində özünə ev-eşik tikir. Amma qeydiyyata düşmürlər, uzun illər qeydiyyatsız yaşayırlar. Bu isə həmin insanları müəyyən çətinliklərlə üz-üzə qoyur.
Muxalifet.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" verlişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.
Sakin: "Qeydiyyatı rayondadır, kəndədir. Gəlib özü Bakıda yaşayır. Ev-eşik tikir".Muxalifet - 15-03-2019
Temperatur enəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.Muxalifet - 15-03-2019
Bakıda ana tərəfindən döyülən UŞAQ: "Mən səninlə getmək istəmirəm" - VİDEO
Bakıda küçənin ortasında ana övladını döyüb.
Məlumata görə, bu gün paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, Memar Əcəmi metrostansiyası yaxınlığında ana azyaşlı oğlunu sillələməyə başlayıb. Ana ilə övladı arasında yaranan münaqişəyə ətrafdakılar müdaxilə etmək istəyib. Bu zaman valideyn ətrafdakılara sərt reaksiya göstərib. Oğul ağlayıb qışqıraraq bildirib ki, "mən səninlə getmək istəmirəm". Sonra münaqişəyə ətrafda xidmət göstərən polis müdaxilə edib. Polisin müdaxiləsi belə övladı sakitləşdirməyib./UnikalMuxalifet - 15-03-2019
Bayramda kökəlməməyin ən asan yolu - Dietoloqun 3 günlük detoksu
Bir neçə gün sonra bahar fəsli ölkəmizə qədəm qoyacaq. Bu münasibətlə artıq indidən evlərdə şirniyyatlar hazırlanır, xonçalar tutulur. Bayram günü isə müxtəlif təamlar hazırlanır, cürbəcür soyuq qəlyanaltılar, isti yeməklər, plovlar bişirilir. Bişirilən yeməklər və şirniyyatlar bir neçə gün boyunca yeyilir.
Bayram günləri ilə əlaqədar verilən istirahət günlərində bir çoxları evdə qalır və bişirilən yeməklərdən bolluca istifadə edirlər. Bu səbəbdən də bir çox insanlarda çəki artması, həzm pozğunluğu, köpmə, allergiya, ağırlıq kimi hallar müşahidə edilə bilər.Muxalifet - 15-03-2019