Axtarış
The search found 105779 results in 0.032 seconds.
Search results
Məşhur futbolçu Azərbaycan çempionatından danışdı
“Səbail”lə müqavilə imzalamaq üçün “Lion”, “Çelsi”, “Milan”, “Real”, “Panatinakos” kimi klublarda çıxış etmiş Maykl Esyen bu gün Bakıya gəlib.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, Qana millisinin keçmiş üzvü Topaz Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” – “Qarabağ” matçını (1:2) tribunadan izləyib. 36 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.- Sizi “Səbail”in futbolçusu hesab etmək olar?
- Dəqiq məlumatı “Səbail” klubunun rəhbərliyi ilə görüşümdən sonra alacaqsınız.Muxalifet3 - 15-03-2019
İtaliya mediası Bakı forumundan yazdı
İtaliyanın “Agenzia Nova” saytı “Azərbaycan VII Qlobal Bakı Forumunun açılışını edir” sərlövhəli məqalə yayıb.
Muxalifet.az xəbər verir ki, məqalədə Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Forum haqqında məlumat verilir. Bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dən artıq nümayəndənin qatıldığı diqqətə çatdırılır.Muxalifet3 - 15-03-2019
SON DƏQİQƏ: Dollar kəskin ucuzlaşdı
Bu gün Rusiyada dolların kursu 65 rubla qədər geriləyib.
Muxalifet.az xəbər verir ki, bu, ötən ilin oktyabr ayından sonra rublun dollara nisbətdə ən yüksək göstəricisidir.
Qeyd edək ki, “Brent” markalı neftin bir barreli hazırda 67,2 dollaradır. Bir müddətdir stabil olaraq neftin qiymətinin 65 dolların üzərində olması rus rublunun bahalaşmasını şərtləndirib.
Muxalifet3 - 15-03-2019
Lavrovla Çavuşoğlunun görüşü təxirə salındı - Səbəb
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun qrafikində fors-major halın yaranması səbəbindən nazirlər arasındakı danışıqlar daha sonrakı tarixə təxirə salınıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Qeyd edək ki, bundan öncə M.Çavuşoğlunun Yeni Zelandiyada məscidlərdəki teraktla bağlı bu ölkəyə səfər edəcəyi açıqlanmışdı.
Muxalifet3 - 15-03-2019
Rusiya səmasında nadir təbiət hadisəsi - VİDEO
Fotoqraf Valentin Jiqanov Rusiyada Murmanskın Apatitı şəhərində günəş sütunlarını lentə alıb.
V.Jiqnaov nadir təbiət hadisəsinin fotolarını sosial şəbəkələrdə yayıb. Çəkilişin videosu isə youtube videoportalında yerləşdirilib.
“Daily Mail” ilə söhbət zamanı V.Jiqanov qeyd edib ki, bundan əvvəl heç vaxt işıq sütunlarını görməyib.
Onun sözlərinə görə, əvvəl iki qızı meşədə şimal şəfəqi fonunda cakuzidə çəkməyi planlaşdırırdı, lakin sonradan şaquli işıq xətlərini görüb və onları lentə almağa qərara gəlib.
Muxalifet3 - 15-03-2019
Quql əməkdaşı rekord qırdı
ABŞ-ın Quql şirkətinin əməkdaşı Pi ədədinin hesablanması üzrə dəqiqliyə görə rekorda imza atıb. Məlumat üçün bildirək ki, Pi ədədi dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəmdir. Bu haqda “Cloud.quql.com” saytında məlumat verilib.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, martın 14-də qeyd edilən "Pi günü"ndə yayılmış məlumata əsasən, internet nəhənginin əməkdaşı vergüldən sonra 31,4 trilyon ədədi dəqiqliklə hesablayıb. Beləliklə, bu rekord “Ginnesin rekordlar kitabı”na düşüb.Muxalifet3 - 15-03-2019
Biz intiqam alınmasını istəmədik - Serbiyadan qətliama münasibət
Serbiyanın Yeni Zelandiyadakı terror hücumu ilə heç bir əlaqəsi yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç deyib.
O bildirib ki, terrorçunun Çetnik serb marşı ilə qətliam törətməsi onun Serbiya ilə əlaqəsinin olduğu anlamına gəlmir:
“Biz heç kimdən qurbanların intiqamının alınmasını istəmədik. Bu məsələdə sui-istifadə edilməsini qınayırıq. Bu kimi olaylar bizə zərər verir”.
Qeyd edək ki, Yeni Zelandiyadakı terror aktının icraçısı Brenton Tarrant qətliamı serb və ingilis marşının müşayiəti ilə törədib.Muxalifet3 - 15-03-2019
“Sputnik Azərbaycan”da TƏCİLİ TOPLANTI – Simonyanın əri Azərbaycan jurnalistlərini təhqir elədi
Bu gün “Sputnik Azərbaycan”da təcili toplantı olub. İlkxeber.org-un əldə etdiyi məlumatlara görə, toplantını Moskvadan gələn, bölgələr üzrə rəhbər Andrey Blaqodırenko aparıb. A.Blaqodırenko “Sputnik”in əsas fiquru olan Marqarita Simonyanın həyat yoldaşıdır. A.Blaqodırenko iclasda bildirib ki, Azərbaycanda Mətin Yaşaroğlunun istefası ilə bağlı qaldırılan ajiotaja heç bir önəm vermir və “Sputnik”in Qarabağla bağlı kursunda heç bir dəyişiklik olmayacaq. A.Blaqodırenko iclasda həmçinin qeyd edib ki, Azərbaycan hakimiyyətinin “Sputnik”i bağlamağa və Əziz Əliyevi kənarlaşdırmağa gücü çatmaz.
Muxalifet3 - 15-03-2019
Trampdan Yeni Zelandiyadakı terror aktına sərt reaksiya
ABŞ Prezidenti Donald Tramp və Ağ Ev Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanların gülləbaran edilməsi ilə bağlı açıqlama verib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Ağ Evin yaydığı açıqlamada ABŞ-ın Yeni Zelandiyada gerçəkləşdirilən terror aktını şiddətlə qınadığı bildirilib. Verilən açıqlamada məscidə hücum nifrət aktı olaraq dəyərləndirilib.Muxalifet3 - 15-03-2019
Ölümdən sonra həyat varmış - 944 nəfər ÖLÜB-DİRİLDİ
Berlin Texniki Universitetinin həkimlərdən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Tibbi müşahidə altında könüllü şəxslər 20 dəqiqəlik kliniki ölüm keçirdiblər. Həkimlər 4 il davam edən tərcübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetiltriptamin iynələri vurublar. Pasientlər 20 dəqiqə müddətində klinki ölüm keçirdiblər.
Muxalifet4 - 16-03-2019
Azərbaycanlı mayor Suriyada öldürüldü - TƏFƏRRÜAT / FOTO
Suriyada Rusiya zabitləri həlak olub.
Bu haqda BBC-nin rus xidməti bir rus zabitin qohumuna istinadən bildirib.
Məlumata görə, Deyr-ez-Zor əyalətinin Al-Mayadin şəhərinin yaxınlığında Rusiya hərbi qulluqçularının olduğu UAZ markalı avtomobil döyüşçülərin pusqusuna düşüb. Avtomobildə mayor Söhrab Kərimov və iki polkovnik var idi. Hadisə fevralın 22-də baş verib.
Muxalifet4 - 16-03-2019
“Facebook” və “YouTube” Yeni Zelandiyada törədilən terror aktının videolarını sildi
Yeni Zelandiyada məsciddə törədilən terror aktının videogörüntüləri “Facebook” sosial şəbəkəsindən pozulub.
Bu barədə “Facebook” sosial şəbəkəsinin Yeni Zelandiyadakı nümayəndəsi Mia Harlik məlumat verib.
“Video “Facebook” sosial şəbəkəsində peyda olduqdan dərhal sonra Yeni Zelandiya polisi bu barədə bizi məlumatlandırıb və biz təxirə salınmadan Brenton Tarrantın “Facebook” və “Instagram” akkauntlarını, həmçinin həmin videoları pozmuşuq”, - deyə o bildirib.
Muxalifet4 - 16-03-2019
Ərdoğan məhşur türk futbolçu Məsud Özil və nişanlısını qəbul etdi
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan məşhur türk futbolçu Məsud Özil və nişanlısı Amənə Gülşeyi Atatürk Hava Limanında qəbul edib.
Ərdoğan Atatürk Hava Limanında qəbul etdiyi Özil və nişanlısı Amənə Gülşe ilə bir müddət səmimi söhbət edib.
Qəbulda, Özil prezident Ərdoğana nikah dəvətnaməsini verib.
Müxalifət.azMuxalifet3 - 16-03-2019
Arda Turandan terror təpkisi! Bir gün gəlir..
Məşhur Türk futbolçu Arda Turan Yeni Zelandiyada iki məscidə cümə vaxtı edilən xain terror hücumuna təpki göstərən bir paylaşma edib.
Arda Turan İnstagramda Türkcə və İngiliscə apardığı paylaşmada bu ifadələri işlədib:Muxalifet3 - 16-03-2019
HƏM İNHİSARÇIDIR, HƏM DƏ SAHİBİ BİLİNMİR…- Bütün sığorta şirkətlərindən haqq alır
“AzRe Təkrarsığorta”nın kimliyi bilinməyən səhmdarlarının illik mənfəəti 30 milyona yaxınlaşır
Azərbaycanın təkrar sığorta bazarının yeganə sahibi, deməli həm də inhisarçısı olan “AzRe Təkrarsığorta” ASC ötən ilin maliyyə hesabatını açıqlayıb. Hesabatdan belə məlum olur ki, bu şirkət ötən ili 25 milyon 64 min manat xalis mənfəətlə başa vurub. 2017-ci ildə isə şirkət 21 milyon 400 min manata yaxın mənfəət əldə etmişdi.Muxalifet - 16-03-2019
Sabiq məmurların büdcədən oğurladıqları milyardlar - cəza olacaqmı?
Hüquqşünas: “Belə cinayətlərə görə məmurlar ən ağır cəza almalı, qanunun sərt üzünü görməlidirlər”
Azərbaycanda vəzifədən uzaqlaşdırılan məmurların mütləq əksəriyyəti barədə korrupsiya, mənimsəmə ittihamları səngimək bilmir. Elə vəzifədə olanda da adları dövlət büdcəsinin talanmasına, vəzifədən, dövlətin gücündən öz maraqlarının təmininə istifadələri haqda danılmaz faktlarla zəngin xəbərlər tirajlanır.
Muxalifet - 16-03-2019
Pentaqonda qalmaqal: 2.1 milyard yox olub..
ABŞ-da yüksək maya dəyəri ilə gündəmə gələn "F-35 Lightening II" beşinci nəsil döyüş təyyarəsi proqramı bu dəfə də "kölgə xərc" iddiası ilə mübahisəyə səbəb olub.
Hesabatda, Təftiş Kabinetinin müdafiə nəhəngi Lockheed Martinin F-35-in detallarına xərclədiyini qeyd etdiyi 2,1 milyard dolların yalnız 3,4 milyon dollarının qeydiyyatının Pentaqonda olduğu, qalan məbləğlə bağlı başqa hər hansı bir qeydiyyat tutulmadığı bildirilib.
PENTAQONA "2.1 MİLYARD DOLLARIN QALANI HARADADIR" SUALI
Muxalifet3 - 16-03-2019
Terrordan sonra Yeni Zelandiyadan kritik qərar!
Yeni Zelandiyanın baş naziri Jacinda Arder, qanlı hücumdan sonra ölkədəki silah əldə etmə qanunlarının dəyişəcəyini bildirib.
Baş nazir Ardern Christchurch şəhərində iki məscidə təşkil olunan 49 nəfərin həyatını itirdiyi terror hücumu səbəbilə bu şəhərə gəlməmişdən əvvəl jurnalistlərə bildirib.
SİLAH QANUNU DƏYİŞƏCƏK
Muxalifet3 - 16-03-2019
Qətliamı törədən terrorçu belə görüntüləndi: Verdiyi işarə diqqətlərdən qaçmadı
Yeni Zelandiyanın Christchurch şəhərindəki iki məscidə terror hücumu təşkil edən terrorçu Brenton Harrison Tarrant çıxarıldığı məhkəmədə cinayətə görə həbs edilib.
DİQQƏT ÇƏKƏN İŞARƏ
49 nəfərin ölümünə səbəb olan terrorçu Brenton Tarrant hücumdan sonra görüntülənib. Fotoda terrorçu Tarrantın etdiyi işarə diqqət çəkib.Muxalifet3 - 16-03-2019
Türkiyəyə “Ayasofya” təhdidi
Türkiyənin daxili məsələlərinə qarışmaq üçün hər şeyi edən Avropa, bu dəfə də Müqəddəs Sofiya Məbədinin statusu üzərindən təkid etməyə çalışır. Xüsusilə Avropa Parlamentində səsvermə zamanı Birləşmiş Sol Qrup tərəfindən verilən bir dəyişikliyə AP-nin, "tarixi və dini abidə" kimi tanınan Müqəddəs Sofiya Məbədinin "görüntüsünün dəyişdirilib məscidə çevirilməsinə qarşı" olduğuna dair bir cümlə də əlavə olunub.
KATI PİRİDƏN TƏHDİD
Muxalifet3 - 16-03-2019