Axtarış
The search found 105779 results in 0.073 seconds.
Search results
Terrorçunun silahında maraqlı qeydlər
Yeni Zelandiyada Christchurch şəhərində Al Nur məscidində cümə namazı zamanı silahlı hücum həyata keçirən terrorçu Brenton Tarrant hücumdan əvvəl hər şeyi nümayiş etdirib.
Yeni Zelandiyanın Cənub Adasındakı Christchurch şəhərində cümə namazı əsnasında 2 məscidə edilən silahlı hücumda biri qadın 4 adam tutulub.
Təcavüzkarın silahlarının üzərində daha əvvəl dünyanın başqa bölgələrində müsəlmanlara hücum təşki edənl şəxslərin adlarının yer alıb.
"TÜRK YEYİCİ"
Muxalifet3 - 15-03-2019
Yeni Zelandiyada məsciddəki terror hücumunda şəhid sayı artdı!
Avstraliyanın baş naziri Scott Morrison məscidə edilən hücumlardan sonra açıqlama verib. Morrison Yeni Zelandiyadakı Christchurch-dəki məscidlərə hücum edənin bir Avstraliya vətəndaşı olduğunu söyləyib. Yeni Zelandiya polisi ölkədəki bütün məscidlərin qapısınının bağlanması üçün xəbərdarlıq edib. Yeni Zelandiyanın baş naziri Jacinda Ardern terror hücumu nəticəsində şəhid sayının artaraq 49-a çatdığını söyləyib.
Müxalifət.azMuxalifet3 - 15-03-2019
Məsciddə qətliam törədən terrorçunun Trampla bağlı diqqət çəkən sözləri
Yeni Zelandiyadakı Christchurch şəhərində cümə namazı zamanı iki məscidə hücum edilib. Baş nazir Ardern 49 adamın həyatını itirdiyini və 20 adamın ağır olmaqla, 48 adamın yaralandığını söyləyib. Təcavüzkarın sosial mediadan qətliamı canlı yayınlandığı ortaya çıxıb. Polis hücumda 4 adamın iştirak etdiyini və tutulduqlarını söyləyib.
Terrorçunun Avstraliya doğumlu 28 yaşında Brenton Tarrant olduğu bildirilib.
Terrorçunun YouTube səhifəsində 70 səhifəlik bir bildiriş yayımladığı ortaya çıxıb.
Muxalifet3 - 15-03-2019
Ərdoğandan məsciddəki qətlianla bağlı sərt xəbərdarlıq
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məscidə təşkil olunan terror hücumuna sərt münasibət bildirib. Ərdoğan məsciddəki qətliamla bağlı “İslam düşmənliyi bu hücumla fərdi təcavüz xəttini keçərək kütləvi qətliam səviyyəsinə çatmışdır. Əgər dərhal önləm alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçınılmaz olacaq” deyə xristian dünyasına sərt xəbərdarlıq edib.
Müxalifət.azMuxalifet3 - 15-03-2019
Məsciddə qətliam törədən təcavüzkarın tutulma anı kamerada!
Yeni Zelandiyanın ChristChurch mahalında iki məscidə terror hücumu edilib. Təcavüzkar qəddar qətliam hücumunu birbaşa sosial media üzərindən canlı yayımla paylaşıb. Hadisədən sonra təcavüzkarın tutulma anı kameralar tərəfindən qeydə alınıb. O görüntüləri təqdim edirik: Müxalifət.az
Muxalifet3 - 15-03-2019
"Dövlət strukturunda islahatlar davam edir" - Siyavuş Novruzov
“Ötən il Nazirlər Kabinetinin tərkibində də islahatlar aparıldı. Heydər Əliyevin siyasi xəttinə və yoluna sadiq olan, ölkə başçısına sədaqətlə xidmət göstərən insanlar – Novruz Məmmədov və onun müavinləri ilə bağlı təyinat oldu. Kabinetdə gedən islahatlar davam etməkdədir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.Muxalifet - 15-03-2019
İnternetdə Rusiya dövlətini təhqir edənlər cərimə ödəyəcək
Rusiya parlamenti çərşənbə günü onlayn məkanda rəsmiləri təhqir edən və ya saxta xəbər yayan insanlara yeni cərimələri təsdiqləyib. Onlar tənqidçilərin bu addımın dövlətin müxalif səsləri birbaşa senzura etməsinə gətirib çıxara biləcəyinə dair xəbərdarlıqlara əhəmiyyət verməyib.
Rusiya dövləti ilə bağlı pis nə isə söyləsəniz, böyük cərimələrlə üzləşə bilərsiniz.
Rusiya parlamenti internetdə dövlətə qarşı “açıq-aşkar hörmətsizlik” sərgiləyən insanları 100 min rubl, yəni 1500 dollaradək cərimə tətbiq edəcək qanun layihəsini təsdiq edib.Muxalifet3 - 15-03-2019
“Oba Market”dən saxta tarixli yumurtalarla bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, martın 13-də "OBA” marketlər şəbəkəsində üzərində 15.03.19-cu il tarixi göstərilmiş yumurtalar satışa çıxarılıb.
Həmin yumurtaların Yasamal rayonu ərazisində yerləşən "Oba Market”lərdən birində satıldığı məlum olub.
"OBA” marketlər şəbəkəsindən məsələ ilə bağlı Medicina.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət faktla bağlı araşdırma başladıb və araşdırmanın yekununda geniş açıqlama veriləcək.Muxalifet - 15-03-2019
QIRĞIZLAR VƏ TACİKLƏR ARASINDA MÜNAQIŞƏ: Sərhəddə toqquşma, iki sakin həlak oldu, iki kənd köçürüldü - VİDEO
Qırğızıstanla Tacikistan arasındakı sərhədin mübahisəli hissəsində yerli sakinlər arasında silahdan da istifadə olunmaqla münaqişə yaranıb. Nəticədə ölənlər və yaralananlar var.
Virtualaz.org Orta Asiya mənbələrinə istinadən xəbər verir ki, Qırğızıstan rəsmiləri bu münaqişə ilə bağlı Tacikistanla sərhədin mübahisəli hissəsində yerləşən iki kəndin sakinlərini köçürüb. Hökumətin mətbuat xidməti bu gün martın 15-də bildirib ki, Ak-Say və Kok Taş kəndlərinin əhalisi Batken regionunun eyniadlı paytaxtına köçürülüb.
Muxalifet - 15-03-2019
Professor İlham Rəhimov: “Rusiyadakı təxribatların arxasında ermənilər dayana bilər”
Hüquq elmləri doktoru, professor İlham Rəhimovun son günlər Rusiya mediasında azərbaycanlılara yönəlik xəbərlərlə bağlı “Yeni Müsavat” qəzetinə müsahibəsi:
İlham müəllim, bir neçə gündür Rusiya mediası Moskvada sizin də sahibi olduğunuz ticarət obyektlərində reydlər keçirilməsi haqqında informasiyalar yayır. Həmin xəbərlər Azərbaycan mediasında da yer alıb. Əslində nə baş verir?Muxalifet - 15-03-2019
Sərnişin avtobusu zəncirvari qəza törətdi - Xəsarət alanlar var
Bakıda sərnişin avtobusu zəncirvari qəzaya düşüb, xəsarət alan var.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, Yasamal rayonu, Xiyabani küçəsində 17 saylı marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.
Qəza zamanı bir avtomobil və 1 motosiklet yararsız vəziyyətə düşüb. Xəsarət alanların olduğu bildirilir.Muxalifet - 15-03-2019
Millət vəkili banklarla bağlı təklif verdi
Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi.
bunu Milli Məclisin (MM) növbəti plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
“Ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsi üçün bank sistemi sağlamlaşdırılmalıdır” - deyən millət vəkili qeyd edib ki, sığorta, maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür.Muxalifet - 15-03-2019
Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anı – VİDEO
Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anının görüntüləri yayılıb.
ONA-nın yerli bürosu həmin görüntüləri əldə edib. Video görüntüdən məlum olur ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində yüksək sürətlə idarə olunan “VAZ-2107” markalı avtomobil yolu keçən ata və oğulu vurur.
Qeyd edək ki, məlum qəza nəticəsində 54 yaşlı Qəribov Səttar Əsgərəli oğlu dünyasını dəyişib. Onun oğlu, 1990-cı il təvəllüdlü Qəribov Anar Səttar oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Muxalifet - 15-03-2019
Bu marşrutların hərəkət sxemi dəyişir
Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
BNA-dan verilən məlumata görə, dəyişikliyə əsasən sabahdan etibarən 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcəklər.Muxalifet - 15-03-2019
SON DƏQİQƏ: Vidadi Zeynalov azadlığa BURAXILDI
Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq aparat rəhbəri bu gün səhər saatlarında məhkəmədən sərbəst buraxılıb, o, yaxınlarının müşayiəti ilə birbaşa evinə yollanıb. Qeyd edək ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib.
Muxalifet - 15-03-2019
Bakıda 16 yaşlı qız özünü çoxmərtəbəli binadan atdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
Bakı şəhər Yaasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.
2003-cü il təvəllüdlü M.A özünü Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli binadan atıb. 16 yaşlı qız hadisə yerindəcə keçinib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır. İlkin ehtimala görə, 16 yaşlı qız hadisədən əvvəl spirtli içki qəbul edib.
Hadisə yerindən çəkilmiş görüntürləri təqdim edirik./PublikaMuxalifet - 15-03-2019
Sumqayıtda iki maşın toqquşdu - 2 NƏFƏR ÖLDÜ
Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası olub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Cabir Aslan oğlu Cəfərovdur. Digər ölənin şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 15-03-2019
Püşk ATILDI: "katalanlar" "şeytanlara" qarşı, ingilis derbisi
Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Püşk 1/4 finalda turnirin favoritlərindən hesab olunan "Barselona" və "Mançester Siti"ni üz-üzə qoyub. Bundan başqa iki İngiltərə klubu - "Tottenhem" və "Mançester Yunayted" bir-birinə rəqib olub.Muxalifet - 15-03-2019
Komitə sədri bu şəxslərə ev verilməsini təklif edir
Mingəçevirdə 1940-1950-ci illərdə tikilmiş taxta konstruksiyalı evlər qəzalı vəziyyətdədir.
Bunu Milli Məclisin (MM) plenar iclasında hökumətin hesabatı zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
“Fövqəladə Hallar Nazirliyi həmin evlərin qəzalı vəziyyətdə olması barədə rəy verib. Düşünürəm ki, hökumət bu məsələ barədə prezidentə məlumat versə, problem həllini tapar”, - deyən komitə sədri Milli qəhrəmanların evlə təmin olunmasını təklif edib.Muxalifet - 15-03-2019
“Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladı
Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”, intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, mobil operatorun baş sponsorluq etdiyi “Breyn Rinq” yarışlarının növbəti – on üçüncü mövsümü başlayıb. Yeni mövsümdə komandalar yarışın baş sponsoru olan “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparacaq.
Muxalifet4 - 15-03-2019