Axtarış

The search found 105779 results in 0.111 seconds.

Search results

  1. ​Bakıda YANĞIN: ölənlər var

    Bakıda binada yanğın olub.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.
    Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 16-03-2019

  2. Novruz Məmmədov satıcılarla bağlı ƏMR İMZALADI: Vəsiqə tələb edin!

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarında dəyişiklik edilməsi barədə əmr imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sənəddə deyilir: 

    Muxalifet - 16-03-2019

  3. Paşinyanın başı dərddə: iş yerləri əvəzinə cinayət işləri, artan xarici borclar

    “Cənnət nağılları” dövrü bitir, yeni hökumət də borclanmaya gedir - səbəb; işğalçı ölkə tezliklə qarışa bilər; erməni nəşrindən baş nazirə söyüş kimi irad: “Belə dəvəquşu mövqeyi ona yaxşı heç nə vəd eləmir...”

    Cəmi ayyarım sonra Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişinin 1 ili tamam olacaq. Ancaq bir ilin tamamı çatmamış Paşinyan ölkə daxilində sərt ictimai qınaqlara tuş gəlməkdədir. Əsas narazılıq da sosial-iqtisadi xarakterli, o cümlədən iş yerləri ilə bağlıdır.

    Muxalifet - 16-03-2019

  4. Türkiyədən terrorçuların təhdidinə sillə kimi cavab

    Yeni Zelandiya qətliamını edən caninin "Müqəddəs Sofiya Məbədi minarələrdən xilas olacaq və Konstantinopol layiq edildiyi kimi, yenə də Xristian şəhəri olacaq" şəklindəki sözlərinə münasibət bildirən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, caninin üzərindən Avropada yüksələn irqçi, İslamofobik və Türk nifrəti ritorikaları yayan dairələrə belə səslənib və “Biz buradayıq. Gücləri çatırsa buyursunlar, gəlsinlər" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 16-03-2019

  5. “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....” - ZAKİR HƏSƏNOV ERMƏNİLƏRİ TƏƏCÜBLƏNDİRİB

    Azərbaycan ordusunun ötən gün başa çatan irimiqyaslı hərbi təlimləri Ermənistanda müzakirə olunmaqdadır. 10 minə qədər canlı qüvvə, 500-ə qədər tank və digər zirehli texnikanın, yüzlərlə reaktiv artilleriya və ən yeni raket komplekslərinin cəlb olunduğu, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış təlimlərin ssenarisi şərti düşmənin müdafiə xəttinin yarılması və ərazilərin işğaldan azad edilməsi üzərində qurulmuşdu.

    Muxalifet - 16-03-2019

  6. Trampdan diqqət çəkən “Yeni Zelandiya” açıqlaması

    ABŞ prezidenti Donald Tramp Yeni Zelandiyanın Christchurch şəhərində iki məscidə təşkil olunan terror hücumuna dair, "İyrənc bir şeydir" açıqlamasını edib.
     
     Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin verdiyi suallara yönəlik Yeni Zelandiyadakı terror hücumuna münasibət bildirib.

    Muxalifet3 - 16-03-2019

  7. Azərbaycanda qazla işləyən avtomobillər istehsal olunacaq

    İlin sonuna qədər Azərbaycanda CNG (Sıxılmış təbii qaz) ilə işləyən "Khazar" maşınları istehsal olunacaq.
    Bu barədə açıqlamasında "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir. 
    Bununla yanaşı, ASC sədri yaxın gələcəkdə elektrik avtomobillərinin istehsalının mümkün olmadığını vurğulayıb./Azvision

    Muxalifet - 16-03-2019

  8. Rusiya bu iki ölkəyə HÜCUM EDƏCƏK - Saakaşvilidən SENSASİON SÖZLƏR

    Rusiya keçmiş sovet ölkələrinə hücum etməyəcək.
    Bu sözlər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Forin Polisi” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinəg görə, Rusiyanın hücum edəcəyi ölkələr Finlandiya və ya İsveç olacaq.
    O bu iddianın gerçəkləşəcəyi halda NATO üzvlərinin vahid müqavimət təşkil edə bilməyəcəyini deyib. Saakaşvili rus tanklarının Helsinki və ya Stokholma müqavimətsiz daxil olmayacağını bildirib:

    Muxalifet - 16-03-2019

  9. Natavan Həbibi Ayseldən YAZDI: "Amma heyiflər olsun ki..."

    Müğənni Natavan Həbibi həmkarı Aysel Əlizadə barədə yayılan söz-söhbətə sosial şəbəkə vasitəsilə münasibət bildirib.
    İnstaqram hesabında fikirlərini yazan ifaçı dünya ulduzlarının şəxsi həyatını nümunə gətirib:
    "Nələri yaddaşdan silmədi ki bu illər... Tamaşaçının indi dağ başına qaldırdığı starların, bir çoxları üçün kumir olanların elə yaşananlar, elə səhvlər və hərəkətləri unudulub ki... 

    Muxalifet - 16-03-2019

  10. Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs TUTULDU

    Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
    "İnterpol” xətti ilə axtarışda olan 40 yaşlı Məmmədov Lətif Fərrux oğlu Ukraynada saxlanılıb.
    O, Azərbaycana ekstradisiya olunacaq.
    Qeyd edək ki, L.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olub. /Report

    Muxalifet - 16-03-2019

  11. “Sovetski”də 10 ailəni bir vərəsə necə tələyə salıb... - MÜDHİŞ SAXTAKARLIQ

    Sakinlərin xəbəri olmadan vərəsə 5.300 kvadratmetrlik ərazini iki dəfə satıb, qohumlarına cəmi 456 kv.m yer qalıb, iş məhkəmələrdə...

    Paytaxtın “Sovetski” adlanan məhəlləsində bir nəsil kompensasiya tələsinə salınıb. Bu işdə onları vərəsələrdən biri “ilişdirib” desək, yanılmarıq.

    İndi Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 14 ünvanının sakinləri və vərəsələri üzləşdikləri cəncəldən qurtula bilmirlər.

    Muxalifet - 16-03-2019

  12. Həsən Ruhani İraqda kimlərlə və niyə görüşdü...

    Ruhani Ayətullah Sistani ilə görüşən ilk İran prezidentidir
    Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani martın 11-də İraqa 3 günlük səfər edib. Bağdada səhər saatlarında gələn Həsən Ruhani rəsmi qarşılanma mərasimindən əvvəl bu şəhərdə yerləşən Kazimeyn məntəqəsində 7-ci imam Musa əl-Kazim və nəvəsi, 9-cu imam Məhəmməd Təqinin məzarını ziyarət edib.

    Muxalifet - 16-03-2019

  13. Bakı-Gəncə-Bakı istiqamətində qatarlarda qiymətlər endirildi

    Bakı-Gəncə-Bakı istiqamətində hərkəət edən qatarlarda qiymətlər endirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumatda bildirilir.
    Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

    Muxalifet - 16-03-2019

  14. Türkiyədən Krimla bağlı Rusiyaya soyuq duş

    Rusiyanın Krımı ilhaqının beşinci ildönümündə açıqlama verən Türkiyənin Xarici İşlər Nazirliyi, "Faktiki vəziyyəti tanımadığımızı təkrarlayır və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyimiz dəstəyi təsdiq edirik" deyə bəyan edib.
     
    Türkiyə XİN Krımın qanunsuz ilhaqının beşinci ildönümü haqqında yayımladığı açıqlamada bu ifadələri işlədib:
    “Ukraynaya bağlı Krım Muxtar Respublikası beş il əvvəl bu gün (16 mart) keçirilən qeyri-qanuni bir referenduma əsasən Rusiya Federasiyası tərəfindən beynəlxalq hüquqa zidd şəkildə ilhaq edilmişdir.

    Muxalifet3 - 16-03-2019

  15. Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - BALAKƏNDƏ

    Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

    Muxalifet - 16-03-2019

  16. Terrorçunun erməni dilindəki qeydinə - İrəvandan raksiya

    Ermənistan Xarici İşlər Nazirliyi Yeni Zelandiyadakı teraktla əlaqədar bu ölkənin hökumət orqanlarıyla əlaqədədir.
    Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Yeni Zelandiyadakı teraktda istifadə olunan silahın üzərində erməni dilində yazıların qeydə olunmasına münasibət bildirərkən deyib.

    Muxalifet - 16-03-2019

  17. “Oba Market”dən saxta yumurta qalmaqalına AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, martın 13-də "OBA” marketlər şəbəkəsində üzərində 15.03.19-cu il tarixi göstərilmiş yumurtalar satışa çıxarılıb.
    Həmin yumurtaların Yasamal rayonu ərazisində yerləşən "Oba Market”lərdən birində satıldığı məlum olub. 

    Muxalifet - 16-03-2019

  18. ​SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli məmur VƏFAT ETDİ - Foto

    "Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əli Qaraxanov dünyasını dəyişib. 
    Ailə üzvlərindən "Qafqazinfo”ya verilən məlumata görə, o, bir neçə saat bundan əvvəl həyatını itirib. 78 yaşlı Qaraxanovun ürəktutmadan vəfat edib.  
    Qeyd edək ki, 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev Əli Qaraxanovu "Şöhrət” ordeni ilə təltif edib.

    Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi

    Muxalifet - 16-03-2019

  19. ““Qaçqınkom”da mənə deyirlər ki, mitinqə çıx, etirazını bildir” - MƏCBURİ KÖÇKÜN

    Bakı şəhəri, Abşeron rayonu, 27-ci məhəllə, bina 2b, mənzil 35 ünvanında məskunlaşan Kəlbəcər qaçqını, Qarabağ müharibəsi iştirakçısı İlyasov Nəcməddin Əli oğlunun“Hürriyyət”ə ünvanladığı məktubda deyilir: “Mən İlyasov Nəcməddin Əli oğlu, 1965-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. 1984-cü ildə Bakı qeydiyyatı ilə sovet ordusu sıralarında Kuril adalarına hərbi xidmətə getmişəm, xidmətimi başa vurduqdan sonra isə orada qalıb işləmişəm.

    Muxalifet4 - 16-03-2019

  20. Yaxın Şərq kimə qarşı silahlandırılır... - İslam ölkələrinin neft pullarına alınan silahlar elə müsəlmanların qanını tökür - ARAŞDIRMA

    Abdülkadir Özkan

    Milli gazete (Türkiyə), 14.03.2019

    Muxalifet - 16-03-2019

Pages