Axtarış
The search found 105779 results in 0.021 seconds.
Search results
Zidan qayıtdı, "Real" sevindi
Martın 16-də İspaniya La Liqasının 28-ci turunun növbəti oyunu keçirilib.
Muxalifet.az xəbər verir ki, Zinəddin Zidanın yenidən baş məşqçi təyin olunduğu Madridin "Real" klubu doğma azarkeşlər önündə "Selta Viqo"nu sınağa çəkib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində İsko (62) və Beyl (77) fərqləniblər.
Hazırda “Real Madrid” klubu turnir cədvəlinin lideri “Barselona”dan 9 xal geri qalır.
Muxalifet3 - 16-03-2019
Riqada SSRİ-yə qarşı döyüşənlər yad edildi - Yürüş
Latviya paytaxtı Riqanın mərkəzində İkinci Dünya müharibəsi zamanı Almaniya tərəfində Sovet İttifaqına qarşı döyüşmüş latviyalı legionerlərin xatirəsinə həsr edilmiş yürüş keçirilib.
Muxalifet.az xəbər verir ki, paytaxtdakı İoann kilsəsindən Azadlıq heykəlinə doğru irəliləyən yürüş iştirakçıları əllərində kommunizmi və nasizmi lənətləyən şüarların yazıldığı plakatlar tutublar.
Latviya Daxili İşlər Nazirliyi yürüş zamanı hər hansı qanun pozuntusunun və ya toqquşmanın baş vermədiyini bildirib.
Muxalifet3 - 16-03-2019
"Həmişə deyirdi ki, məni buraxmayacaqlar" - SİYASİ MƏHBUS AİLƏLƏRİ ƏFV SƏRƏNCAMINI NECƏ QARŞILADI...
"Ümidimiz vardı ki, İlkin də əfv olunacaq".
İllərdi hər əfv sərəncamından sonra ümidinin "suya düşdüyünü" deyən, "siyasi məhbus" kimi tanınan İlkin Rüstəmzadənin atası sevinclidir.
Prezidentin şənbə günü verdiyi əfv sərəncamında oğlunun adını görən Bakir Rüstəmzadə hisslərini BBC News Azərbaycanca ilə bölüşüb:
Muxalifet4 - 17-03-2019
"Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını..." - LALƏ ŞÖVKƏTDƏN TƏBRİK
Uzun müddətdir siyasətdən kənarda qalmağa üstünlük verən Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva da Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla bağlı münasibətini bildirib.
Məlumata görə, Lalə Şövkət əfv sərəncamı ilə azadlığa çıxan məhkumlara təbrik ünvanlayıb:
“Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi”.
Muxalifet4 - 17-03-2019
“Siyasi məhbusların bir qrupunun azadlığa çıxması hamımızı sevindirir" - ƏLİ KƏRİMLİ
AXCP sədri Əli Kərimli prezident İlham Əliyevin imzaladığı əfv fərmanına münasibət bildirib. Muxalifet.az xəbər verir ki, o, özünün Facebook səhifəsində bunları yazıb:
Muxalifet4 - 17-03-2019
Sultan Həsənin 10-cu övladının ŞOK SƏRVƏTİ - FOTO
İngiltərə Hərbi Akademiyasının Sərhəd Qoşunları fakültəsindən leytenant rütbəsi ilə məzun olan Bruney şahzadəsi Matin dünya gündəmini zəbt edib.
Publika.az xəbər verir ki, 27 yaşlı şahzadə aldığı təhsildən çox lüks həyatı və sahib olduğu imkanlarla insanları heyran qoyur.
Sultan Həsən əl Bolkiyanın 10-cu övladı və 4-cü oğlu olan Matin lüks yaşantısını sosial media vasitəsilə izləyiciləri ilə bölüşür.
Muxalifet4 - 17-03-2019
"Müsbət proseslərin arxasında həm də Mehriban Əliyeva dayanır" - Bəxtiyar Hacıyev
Siyasi fəal Bəxtiyar Hacıyev Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə bağlı təəssüratını bölüşüb.
Muxalifet.az sözügedən yazını təqdim edir:
Muxalifet4 - 17-03-2019
Ermənistana keçən azərbaycanlının anası danışdı
Elvin kənddə hər gün gəzməyə çıxırdı, lakin həmişə vaxtında evə qayıdırdı.
Bunu Oxu.Az-a Qazax rayon istiqamətində yolu azaraq düşmən tərəfinə, Noemberyan rayonu ərazisinə keçən İbrahimov Elvin Arif oğlunun anası deyib.
Muxalifet4 - 17-03-2019
Müsəlmanları gülləbaran edən manyak haqda inanılmaz faktlar – FOTO, VİDEO
Yeni Zelandiyanın Kraysçörç şəhərində “Məscid əl Nur” və “Linvud” məscidlərində məşum terror aktı törədən 3 şəxsdən biri olan Brenton Tarrantın məhkəməsi olub.
Xarici media xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Dunedin şəhərinin sakini olan 28 yaşlı B.Tarrant dünən məhkəmə qarşısına çıxarılıb.
O, Avstraliyanın Qrafton şəhərində fitnes təlimatçısı işləyib.
Muxalifet4 - 17-03-2019
"Onu terrorçu adlandırmırlar, çünki müsəlman deyil!" - RİKİ MARTİN
Dünya mediasının Yeni Zelandiyada müsəlmanların kütləvi qətlinə münasibəti məşhur müğənni Riki Martini qəzəbləndirib.
O, özünün Instagram səhifəsində aparıcı KİV-lərin bu hadisəyə lazımı reaksiya verməməsinin səbəblərini açıqlayıb.
“Adam ibadət edən 40 nəfəri öldürüb, daha 20 nəfəri yaralayıb. Dünya mediası onu terrorçu deyil, atıcı ya ekstremist adlandırır. Niyə? Ona görə ki, o, müsəlman deyil”, - deyə müğənni vurğulayıb.
Muxalifet4 - 17-03-2019
Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay
Moskvada, Qızıl Meydanda yerləşən Lenin Mavzoleyinə duru yağ tökmək istəyən şəxs saxlanılıb.
Bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.
Bir kişi Qızıl meydana gəlib, zeytun yağını götürərək məqbərəyə tökməyə başlayıb, “Qalx, qalx!” deyə qışqırıb.
Bununla belə xuliqan mavzoleyə daxil ola bilməyib. O yağı yalnız daşlara tökə bilib.
“Hazırda mavzoleyə giriş bağlıdır. Bütün bunlar yaxınlıqda baş verib. Ona görə də məqbərə heç bir ziyan görməyib”, – deyə mənbə bildirib.
Muxalifet4 - 17-03-2019
DƏHŞƏTLİ TERROR: Yeni Zelandiyada terror aktında ölənlərdən 6-sı...
Yeni Zelandiyada iki məscidə silahlı hücum nəticəsində qətlə yetirilənlərdən 6-sı Pakistan vətəndaşıdır. Bu ölkənin daha 3 vətəndaşı isə itkin düşmüş hesab edilir.
Bu barədə məlumatı jurnalistlərə Xarici İşlər Nazirliyinin nümayəndəsi Muxammad Fayzal verib.
O deyib ki, öldürülən Pakistan vətəndaşlarının adları məlumdur və Yeni Zelandiya hökuməti də bunu təsdiq edib.
Muxammad Fayzal bildirib ki, itkin düşmüş hesab edilən vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində müvafiq iş aparılır.Muxalifet4 - 17-03-2019
Əfv sərəncamı icra olunur - GÜNÜN SONUNADƏK...
Bu dəqiqələrdə Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlanılıb.
“Report”un əməkdaşı xəbər verir ki, ilk olaraq, Bakı şəhərindəki 6 saylı cəzaçəkmə müəssisəsində sərəncamın icrası həyata keçirilib.
Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunur.
Muxalifet4 - 17-03-2019
Əli Kərimlinin xanım müavini azad olundu
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
“Report” xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında, AXCP sədrinin müavini Gözəl Bayramlı, eləcə də Şəmsiyyə Bəylərqızı da var.
Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.
Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub
Muxalifet4 - 17-03-2019
“O, SİFARİŞİN QURBANI İDİ” - Rüfət Səfərovun valideynləri bəyanat yaydı
Prezident İlham Əliyevin dünənki əfv sərəncamı ilə azadlığına qovuşan sabiq prokurorluq müstəntiqi Rüfət Səfərovun valideynləri – Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu və xanımı Tahirə Tahirqızı bəyanat yayıblar.
Muxalifet4 - 17-03-2019
“Dilinin bəlasına düşdü, hər yerdə deyirdi ki, çoxlu pulum var...” ANTALYADA 8 YERƏ PARÇALANAN ASIMİN AVRADI DİNDİRİLDİ
Türkiyənin Antalya bölgəsində təxminən iki ay əvvəl itkin düşən 82 yaşlı zəngin iş adamı Asim Bayramın xüsusi qəddarlıqla qətlə yetirildiyi üzə çıxıb. Qatillər onun cəsədini 8 parçaya bölərək meşəlik ərazidə basdırıblar.
Virtualaz.org xəbər verir ki, polis iş adamının azərbaycanlı arvadı, 70 yaşlı Fərluqə Karatuğu da şübhəli qismində saxlanılıb, amma ifadəsi alınandan sonra prokurorluğun təlimatı ilə qadın sərbəst buraxılıb.
Muxalifet4 - 17-03-2019
İşə düzəltmək adı ilə 10 min dollar aldı, UKRAYNADA SAXLANILDI
Azərbaycan vətəndaşı Donetskdə saxlanılıb.
Məlumata görə, o, işə düzəltmək adı ilə digər azərbaycanlıdan 10 min dollar alıb. Ancaq vədini yerinə yetirməyib.
Daha sonra o, Ukraynaya qaçıb. Ukrayna polisi tərəfindən saxlanılan şəxs Azərbaycana ekstradisiya ediləcək.
Muxalifet4 - 17-03-2019
"Müsəlmanlar dünyada diskriminasiyaya məruz qalır" - ƏRDOĞANIN KÖMƏKÇİSİ
"Dünya dövlətlərini radikalizm və irqçiliyə qarşı mübarizəyə çağırırıq".
Bu sözləri Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay deyib.
"Müsəlmanlar dünyada diskriminasiyaya məruz qalır. Yeni Zelandiyadakı terror aktı islam düşmənçiliyini bir daha göstərir"/publika
Muxalifet4 - 17-03-2019
“Bu 14 ildə Əli İnsanov bir dəfə də ailəsinə zəng vurmadı...” - VƏKİL
“Əli İnsanov həbsdə olduğu 14 il ərzində bir dəfə olsun ailə üzvlərinə zəng vurmayıb, onlarla telefonla danışmayıb”-keçmiş səhiyyə nazirinin vəkili Toğrul Bağırov virtualaz.org-a açıqlamasında belə deyib.
Vəkilin sözlərinə görə, Əli İnsanovun ailə üzvləri-qızı, oğlu və həyat yoldaşı Bakıda yaşayır. Onlar keçmiş nazirin əfv olunduğu haqda xəbəri KİV-lərdən eşidiblər.
Muxalifet4 - 17-03-2019
Gürcüstandan maşın alarkən diqqətli olun - İşbazların yeni "oyunu" - VİDEO
Hazırda ölkəmizə Gürcüstandan çoxlu sayda avtomobil gətirilsə də, bu maşınların əksər hissəsi normalara cavab vermir. Çünki avtomobil dəllalları original detalları yeni, amma keyfiyyətsiz detallarla dəyişdirir və yaxud ümumiyyətlə funksiyaları ləğv edilir. Ona görə də sürücülər belə avtomobil alarkən diqqətli olmalıdır. Xezerxeber.az-ın məlumatına görə, işbazlar daha çox qazanc əldə etmək üçün avtomobillərin orginal detallarını yeni, amma saxta ehtiyyat hissələri ilə əvəz edirlər. Belə hallar əsasən Gürcüstandan alınan avtomobillərdə müşahidə edilir.
Muxalifet4 - 17-03-2019