Axtarış

The search found 105779 results in 0.073 seconds.

Search results

  1. Təbrizə qar yağdı: küçələr su altında - Video

    Güney Azərbaycanın Təbriz şəhərinə yağan qar və yağış burada hərəkəti çətinləşdirib.
    Muxalifet.az xəbər verir ki, günorta saatlarından başlayan qar sulu qara, sonra yağışa çevrilib.
    Yağışdan sonra küçələri, avtomobil keçidlərini su basıb. Bu durum nəqliyyat və əhaliyə bir sıra problemlər yaradıb.
     

    Muxalifet3 - 17-03-2019

  2. Neo-nasistlərin Ərdoğanla bağlı planı

    Bu gün neo-nasistlərin, neo-xaçlıların, neo-sionistlərin hədəfində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan var.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun Tvitter mikrobloqunda yazıb.
    O bildirib ki, sözügedən qüvvələr hər vasitə ilə Ərdoğanı yolundan döndərməyə çalışırlar:
    “Nə ölüm təhdidi, nə də başqa bir amil prezidentimizi yolundan çəkindirər. Nöqtə”.
     

    Muxalifet3 - 17-03-2019

  3. Dəhşətli təyyarə qəzası ilə bağlı kədərli xatirə - Foto

    Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən dəhşətli təyyarə qəzasından sonra həlak olanların yaxınları onlara aid bir iz, əyşa və ya cəsəd tapmaq üçün günlərdir gözləyirlər.
    Muxalifet.az xəbər verir ki, bəziləri təyyarənin düşdüyü yerdən bir ovuc torpaq götürərək, ölən yaxınlarından xatirə saxlayırlar.
    Efiopiya Hava Yolları cəsədlərin ekspertizasının təxminən 6 ay davam edəcəyini, yalnız bundan sonra hansı cəsədin kimə məxsus olduğunun bilinəcəyini açıqlayıb.
     

    Muxalifet3 - 17-03-2019

  4. Qulağın bu nöqtələrini sıxmağın faydaları sizi ŞOKA SALACAQ - İNANILMAZ SİRLƏR

    Həyatda ağrıdan və yorğunluqdan çıxış yolu yoxdur. Bu normaldır: Biz hamımız insanıq və özümüzü daim ideal hiss edə bilmərik. Amma bədənin xarici orqanlarının özündə hansı sağlamlıq ehtiyatını saxladığını biləndə, siz çox təəccüblənəcəksiniz.

    Bədənin enerjisinə nəzarət etmək üçün maraqlı və qeyri-adi bir yol var – refleksologiya. Bu üsulu çinlilər minlərlə il bundan əvvəl icad edib. Bu gün oxucuları bu elmin ən maraqlı hissəsilə tanış etimişik. Bunun üçün sizə yalnız sıxac və öz qulağınız lazım olacaq!

    Niyə məhz qulaq?

    Muxalifet3 - 17-03-2019

  5. Havar Bedran öldürüldü

    Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Hakurk bölgəsində keçirdiyi əməliyyat nəticəsində 12 terrorçu məhv edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
    Ölən terrorçulardan birinin "boz siyahı"da yer alan Havar Bedran kod adlı terrorçu Serkan Tüncər olduğu açıqlanıb.
     

    Muxalifet3 - 17-03-2019

  6. Kafedə musiqi üstündə adam öldürənlərin cinayət işi məhkəmədə

    Bakıda adam öldürməkdə təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 
    Muxalifet.az-ın xəbərinə görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. 
    Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq. 
    İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb.
    Cavid Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

    Muxalifet3 - 17-03-2019

  7. Azərbaycanın tarixi heykəli yerindən götürüldü - Foto

    İranın Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərində “Təkəm” heykəli Bələdiyyə İdarəsinin qarşısından götürülüb.
    Muxalifet.az xəbər verir ki, Azərbaycanın mifik simvolunun ərazidə yaşayan kürdlərin etirazı nəticəsində götürüldüyü bildirilib.
    Qeyd edək ki, “Təkə” türk dilində "erkək keçi", “təkəm” isə "mənim keçim" deməkdir. “Təkə” qoyun sürüsünün başında gedən keçidir.
     

    Muxalifet3 - 17-03-2019

  8. 27 kilometrlik gizli tunel tapıldı - Təhlükə

    Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında uzunluğu 27 kilometr, eni 25 metr olan tunellər tapılıb.
    Muxalifet.az xəbər verir ki, rəsmilər sözügedən tunellərin müxalif qüvvələrə məxsus olduğunu bildirib.
    Məlumata görə, artıq ərazidəki digər tunellər də aşkar edilib. Sözügedən tunellərə görə ərazidəki binaların aşma təhlükəsinin olduğu vurğulanıb.
     

    Muxalifet3 - 17-03-2019

  9. Bakıda olan rus nazirdən OPEK açıqlaması

    Rusiya martın sonu, aprelin əvvəlində OPEK+ çərçivəsində üzərinə götürdüyü həcmdə hasilatı azalda biləcək.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu səfərdə olan Bakıda Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

    Muxalifet3 - 17-03-2019

  10. Gözlənilməz CANLANMA: Xalq ayaqlandı. Prezident iqamətgahı MÜHASİRƏYƏ ALINDI

    Belqradda etirazçılar prezident Aleksandr Vuçiçin iqamətgahını mühasirəyə alıblar.
    TASS-nın məlumatına görə, aksiya iştirakçıları iqamətgah boyunca canlı sipər yaradıblar.
    Bildirilir ki, əraziyə minədək etirazçı yığışıb. Onlar prezidentin və hökumətin istefasını tələb edirlər. Həmçinin prezidentin binadan çıxıb onlara müraciət etməsini istəyirlər.
    İnsident üzündən Belqradın mərkəzində avtomobil yolları bağlanıb.
     

    Muxalifet3 - 17-03-2019

  11. Ombudsman Aparatından əfvlə bağlı - Bəyanat

    Ombudsman Aparatı Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamının icrası ilə bağlı bəyanat yayıb.

    Muxalifet3 - 17-03-2019

  12. Qatilin ailəsi mediaya danışdı: Gizlənmək istəyirik

    Yeni Zelandiyada 49 müsəlmanı qətlə yetirən terrorçu Brenton Tarrantın ailəsi ilk dəfə mediaya açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, qatilin 81 yaşlı nənəsi (ana tərəfdən) Meri Fitzcerald yaşanan olaydan olduqca təəssüfləndiyini bildirib.
    “Ailəmizdən birinin belə hadisə törətməsini qəbul etmək çətindir. Ailələr, ölənlər və yaralananlar üçün böyük təəssüf hissi keçiririk. Evə gedib, sadəcə gizlənmək istəyirik”, - deyə Fitzcerald bildirib.

    Muxalifet3 - 17-03-2019

  13. Azərbaycanda dollarla bağlı vacib qərar – MÜTLƏQ DİNLƏYİN - VİDEO

    Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib. Bu qərar əhali arasında dolların ucuzlaşacağına dair şayiələrin yaranmasına səbəb olub.
    Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, uçot dərəcəsinin endirilməsi məzənnəyə dolayısı ilə təsir edəcək.

    Muxalifet3 - 17-03-2019

  14. Azərbaycan Bakıda keçirilən Dünya Kubokunu bir medalla başa vurdu

    İdman gimnastikası üzrə Dünya Kubokunun final günündə Azərbaycan gimnastı Nikita Simyonov gümüş medal qazanıb. 
    Muxalifet.az xəbər verir ki, gimnastımızın halqalarda çıxışı hakimlər tərəfindən 14.800 xalla dəyərləndirilib. Nikitanın sözlərinə görə, tamaşaçıların dəstəyi ona uğurlu çıxış etməkdə kömək edib: 
     “Çox həyəcanlıyam. İzləyicilər çox yaxşı dəstək oldular, bu enerjini hiss edirdim. Təsnifat günü çıxışımda səhvlər var idi. Bunlar üzərində işlədim və yekundə final çıxışım daha yaxşı alındı. Doğma arenada, azarkeş dəstəyi də yüksək performans göstərməyimə kömək oldu”.

    Muxalifet3 - 17-03-2019

  15. Fermerlər qarın altında qalan inəkləri xilas etməli oldular

    ABŞ-da çovğun fermerlərə çətin anlar yaşadıb. 
    Cənubi Karolina ştatında yaşayan qadın “Facebook ” səhifəsində fermerlərin qarın altında qalan inəkləri necə xilas etdiklərini əks etdirən video yayıb.  
    Fermerlər qarın altında qalan iribuynuzlu heyvanlarının sayını bilmədiklərini deyiblər. Onlar bunun üçün havanın normallaşacağını gözləməli olacaqlar.
     

    Muxalifet3 - 17-03-2019

  16. ABŞ KİV-dən ədalətli mövqe: erməni işğalı və vandalizmi

    ABŞ-ın nüfuzlu “Vaşinqton Tayms” qəzetinin müxbiri Monika Krouli və tanınmış 77 VABC radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb.

    Muxalifet3 - 17-03-2019

  17. Aleksey İsayev millidən uzaqlaşdırıldı - Səbəb

    "Sumqayıt" klubunun yarımmüdafiəçisi Aleksey İsayev millinin heyətindən çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
    Yarımmüdafiəçinin zədələndiyi üçün yığmadan kənarlaşdırıldığı bildirilib.
    Qeyd edək ki, milli komandamız AÇ-2020-nin seçmə mərhələsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
     

    Muxalifet3 - 17-03-2019

  18. Poroşenko: Krım və Donbası geri qaytaracam!

    Ukrayna Prezidenti Pyotr Poroşenko qarşıdakı seçkilərdə qələbə qazanacağı halda Krım və Donbası geri qaytaracağını bildirib.
    Muxalifet.az xəbər verir ki, Ukrayna prezidentinin çıxışını “Nyusvan” telekanalı yayımlayıb.
    “Eşidin, Donbas və Krım Ukraynaya qayıdacaq! Seçkilərdən sonra biz siyasi-diplomatik yollarla Donbas və Krımın qaytarılması üçün qətiyyətli addımlar atacağıq”, - Poroşenko bildirib.
    Poroşenko həmçinin ordunun gücləndirilməsi üçün də bir sıra tədbirlər görüləcəyini qeyd edib.
     

    Muxalifet3 - 17-03-2019

  19. Səudiyyə Ərəbistanı apreldən gündəlik neft hasilatını azaldacaq

    OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı öhdəliyi 90%-ə yaxın yerinə yetirib.
    Muxalifet.az report-a istinadən bildirir ki, bunu Bakıda Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.
    O əmin olduğunu bildirib ki, öhdəliyi yerinə yetirməyən ölkələr tezliklə vədlərinə əməl edəcəklər.
    Nazir bazara əminliyin tədricən qayıtdığını, lakin hələ çox işlər görülməli olduğunu, monitorinqlərin davam edəcəyini qeyd edib.

    Muxalifet3 - 17-03-2019

  20. İranda amerikalı sabiq hərbçi 10 il azadlıqdan məhrum edilib

    İran məhkəməsi ABŞ vətəndaşını 10 il azadlıqdan məhrum edib.
    Muxalifet.az -ın ONA-ya istinadən verdiyi məlumata görə, məhkəmənin martın 16-da verdiyi qərara əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uayt İranın ali dini lideri Əli Xameneyini təhqir etdiyi və şəxsi fotoqrafını internetdə yerləşdirdiyi üçün 10 il azadlıqdan məhrum edilib.
    Vəkil Mark Zeyd müdafiə etdiyi 46 yaşlı M. Uaytın sağlıq durumunun hazırda yaxşı olduğunu bildirib. M. Uayta qohumları ilə birbaşa əlaqə saxlamaq qadağan edilib.

    Muxalifet3 - 17-03-2019

Pages