Axtarış
The search found 105779 results in 0.027 seconds.
Search results
Nazirlik anadangəlmə ruhi xəstəyə sosial yardım verməkdən İMTİNA ETDİ – 21 yaşlı xəstənin anası: “Dedi ki, get müalicə elətdir...”
“Psixiatriya xəstəxanasının həkimi deyir ki, belə psixi xəstələrin müalicəsi nəinki Azərbaycanda, heç dünyada yoxdur, amma...” Ucar rayon Qazyan kəndində daimi qeydiyyatda olan Cəbrayılova Xatirə Məmmədqasım qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən Ucar sakini yazır: “Cənab nazir!
Muxalifet4 - 18-03-2019
ABŞ-ın S-400 “dərdi”nin arxasında nə yatır?
ABŞ-ın Türkiyənin S-400-lərlə hava müdafiə sistemini gücləndirmək həmləsi qarşısında “Patriot”ların satışı və istifadəsi məsələsində yeni güzəştli təklifləri etməsi ağıllara Türkiyə dövlətinin ilk illərində Kayseri və İstanbulda qurulan təyyarə zavodlarının bağlanması üçün təyyarələrin hədiyyə olaraq verilməsinə qədər varan ABŞ təkliflərini gətirib.
Muxalifet3 - 18-03-2019
ASO PKK\YPG-ni Suriyadan çıxarmağa hazırdır - TƏLİM TAMAMLANDI
Azad Suriya Ordusunun(ASO) əsgərləri Münbiç və Fəratın şərqinə keçiriləcək hərəkata hazırlıq üçün Azez-də aldıqları hərbi təlimlərini tamamlayaraq vəzifəyə hazır olduqlarının mesajını verib.
Təxminən 150 əsgərin aldığı təlimin məqsədi; hədəfləri və əl bombalarını düzgün müəyyənləşdirmək, taktika, silah, pulemyot və tanksavar raketlərinin istifadəsini öyrənməkdir.
Digər tərəfdən, Şimal Şahinləri Briqadasının təliminin ASO əsgərlərinin Münbiç cəbhə və Fəratın şərqinə göndərilməsi təyinatı ilə eyni vaxta təsadüf etdiyi bildirilir.Muxalifet3 - 18-03-2019
AZAL şefini bitirə biləcək iddialar – MİLYONLAR HARA GEDİB?
Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu.Muxalifet4 - 18-03-2019
İsrail baş nazirinin şəxsi məlumatları İRANA SATILIB
İsrailin keçmiş baş naziri Ehud Barakın cib telefonu və kompüterdəki məlumatların kompüter xakerləri tərəfindən oğurlanaraq İrana satıldığı iddia edilib.
İsraildəki "Kanal 12" televiziyasının xəbərinə görə, Ehud Barakın cib telefonu və kompüterinə sızaraq bəzi məlumatları oğurlayan xarici kompüter xakerləri sözügedən məlumatları İrana satıb.
Barakın cib telefonu və kompüterinə sızanların arxasında İranın olmadığı, ancaq oğurlanmış məlumatların Tehranın əlində olduğu irəli sürülüb.Muxalifet3 - 18-03-2019
Avropa digər siyasi məhbusların da azadlığa buraxılmasını gözləyir
Avropa İttifaqı Novruz bayramı münasibətilə 400-dən çox məhbusun əfv edilməsini alqışlayır.
Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin martın 17-də dərc olunan rəsmi bəyanatında deyilir.
Əfv olunanlar arasında siyasi partiyaların, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, blogerlər və jurnalistlər var.
"Bu addım təqdirəlayiqdir," bəyanatda vurğulanır. Avropa İttifaqı Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq gələcəkdə bu cür addımların davam etdiriləcəyini gözləyir.Muxalifet3 - 18-03-2019
Azərbaycanda ərzaq, içki və siqaretin qiyməti BAHALAŞDI
2019-cu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətlərində 1,9 faiz artım olub.
Dövlət Statistika Komitəsindən Muxalifet.az-a bildirilib ki, həmin müddət ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,5 faiz artıb.Muxalifet - 18-03-2019
"Pop oxuyanlar acından ölür, mənə isə bir toya 7 min verirlər"
Müğənni Şəbnəm Tovuzlu toy müğənnilərinin efirə buraxılmaması barədə səsləndirilən fikirlərə münasibət bildirib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, toy müğənniləri xalq tərəfindən sevilir, verilişlərə də reytinq qazandırır:Muxalifet - 18-03-2019
Bakıda DƏHŞƏT: Keçmiş arvadını başqa kişi ilə...
Həyat yoldaşını və qayınanasını qətlə yetirməkdə təqsirli bilinən İsmayılov Ramin Səfər oğlu Bakı Apellyasiya məhkəməsinə şikayət edib.
Muxalifet.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 19-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə baxılaçaq.Muxalifet - 18-03-2019
Saakaşvili Milli Hərəkat sədrinin dəyişməsini TƏKLİF EDİR: “Yeni bir liderə ehtiyac var...”
“Milli Hərəkat bayrağı təhvil alacaq yeni bir liderə ehtiyac duyur”.
Muxalifet.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bu haqda özünün Facebook səhifəsində yaydığı video-müraciətində bildirib.
Saakaşvilinin sözlərinə görə, Qriqol Vaşadze son prezident seçkilərində birləşmiş müxalifətin namizədi kimi öz potensialını kifayət qədər göstərə bilib. Eks-prezident hesab edir ki, bütün bunlara rəğmən, növbəti seçkidə qalib gəlmək üçün Milli Hərəkat səsvermə yolu ilə yeni lider seçməlidir.Muxalifet4 - 18-03-2019
“AĞIL ÖYRƏNMƏK İSTƏSƏYDİ, 15 İL ƏVVƏL MƏNİ DİNLƏYƏRDİ…” – Əli Nağıyev Əli İnsanova
Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli NağıyevPrezident İlham Əliyevin əfv sərəncamı ilə 14 ildən sonra azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun iqtidara meydan oxuyan fikirlərinə sərt reaksiya verib.
Əli Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Əli İnsanovun sözügedən fikirlərinin hamısı səhvdir:
Muxalifet - 18-03-2019
Parlamentdə dava düşdü, DEPUTATLAR ƏLBƏYAXA OLDU – VİDEO
Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin iclasında fiziki qarşıdurma baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, iclas zamanı Avropalı Gürcüstan Partiyasından olan deputat Otar Kaxidze və çoxluq üzvü İrakli Beraya arasında mübahisə yaranıb.
O.Kaxidze İ.Berayaya vərəqələr atıb. Yaranmış vəziyyətə nəzarətçilər müdaxilə ediblər.
Hüquqi məsələlər üzrə komitənin iclasında çoxluğun hakimlərin seçilməsi qaydalarına dair qanun layihəsi müzakirə olunur.
Deputatlar arasında mübahiaəyə məsələyə baxılma proseduru səbəb olub.
Muxalifet4 - 18-03-2019
Azərbaycanda bu şəxslərin maaşları artırılacaq
Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsi gücləndirilir.
Bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir.
Hazırki bənd isə belədir: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.Muxalifet - 18-03-2019
Damla əsgərlərlə bunu etdi - Video
Müğənni Damla Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə Novruz bayramı münasibətilə konsert verib.
Sənətçi konsertdə çəkilmiş videogörüntünü özünün İnstaqram səhifəsində paylaşıb.
Konsertin video-görüntüsünü təqdim edirik:/Teleqraf.com
Muxalifet - 18-03-2019
“İstanbullu gəlin” serialı haqqında ŞOK QƏRAR
“İstanbullu gəlin” serialı erkən final edəcək.
Serialın final bölümü mayın 31-də nümayiş olunacaq. Məlum olub ki, finalına 2 aydan da az müddət qalan serialın çəkiliş heyətinə yeni aktyor Anıl İlter daxil edilib.
Mərd xarakteri ilə 78-ci seriyadan “İstanbullu Gəlin”in heyətinə daxil olacaq olan Anıl İlter serialda Adəmin keçmiş həyat yoldaşı Dilarə ilə yaxınlaşacaq.
Qeyd edək ki, adıçəkilən layihədə baş rolları aktrisa Aslı Enver ilə Özcan Dəniz ifa edir./PublikaMuxalifet - 18-03-2019
"Şəbəkə biznesi" adı altında 4000 nəfərin pulunu əl keçirən mütəşəkkil dəstə ifşa olunub
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda xarici valyutada olan pul vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər.
Muxalifet - 18-03-2019
Yeni 10-luq əskinaslar dövriyyəyə buraxıldı
Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb.
Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur.Muxalifet - 18-03-2019
Ağstafada bir ailədən 6 nəfəri öldürüb Türkiyəyə qaçdı, 5 il sonra təslim oldu... TIR SÜRÜCÜSÜ YAKUP YAZICININ YAXINLARI AĞLAYIR
2011-ci ildə Ağstafada bir ailədən 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza törədən TIR sürücüsü, Türkiyə vətəndaşı Yakup Yazıcının valideyinləri onun cəzasının qalan hissəsini ölkəsində çəkməsi üçün yalvarır. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sürücünün 83 yaşlı atası Zülkif və 78 yaşlı anası Meryem oğullarının qəzada "günahsız olduğunu" deyirlər. Həmin qəza 2011-ci il noyabrın 30-da, Bakı-Qazax yolunun 450-ci kilometrliyində baş verib.
Muxalifet - 18-03-2019
Vatsapın qurucusundan xəbərdarlıq: Feysbuku silin
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsinə çevrilən Vatsapın qurucusu Brian Akton qatıldığı mətbuat konfransında Feysbukla bağlı xəbərdarlıq edib.
Bir müddət əvvəl Tvitter səhifəsində belə bir açıqlama verən B.Akton bu dəfə gənclərin qarşısında çıxış edərkən Feysbuku silməyi məsləhət görüb. Akton bir müddətdir Feysbukun təhlükəsizliyi ilə bağlı şübhələrin gündəmə gəlməsindən sonra bu çağırışı edib. O, istifadəçilərə şəxsi məlumatlarını qorumaq üçün Feysbuku silməyi məsləhət görüb.Muxalifet - 18-03-2019
Rüşvətə görə həbs edilən keçmiş prokuror azadlığa buraxıldı
Şəki Apellyasiya Məhkəməsində İsmayıllı rayonunun rüşvət almada təqsirləndirilən sabiq prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Ü.Abbasova şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb. F.Quliyevin 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 6 ilə endirilib.Muxalifet - 18-03-2019