Axtarış
The search found 105779 results in 0.042 seconds.
Search results
ABŞ Rusiya və Çinlə mübarizə üçün 10 min raket alır
«Task and Purpose» portalına məlum olub ki, Pentaqon Pusiya və ya Çinlə münaqişə ehtimalı ilə 10 mindən artıq idarə olunan raket almaq niyyətindədir.
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 10 193 ədəd idarə olunan «yer-yer» reaktiv sistemli atəş raketlərinin alınmasına çəkiləcək xərc ölkənin 2020-ci il üçün hərbi büdcəsinə daxil ediləcək.
Qeyd olunur ki, raketlərə çəkilən xərc gələn il 26 faiz artacaq və təxminən 1,4 milyard dollar təşkil edəcək.Muxalifet - 18-03-2019
Con Bolton yenə Türkiyəyə “hücum” etdi
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Türkiyənin Rusiyadan S-400 satın almasının böyük bir problem olduğunu açıqlayıb.
Con Bolton Türkiyə ilə münasibətlərdə bir çox problemin olduğunu bildirərkən "S-400 adlanan Rus hava müdafiə sisteminin qəbulu ilə bağlı narahatıq. Bu böyük bir problemdir" deyib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-dan F-35-ləri noyabrda gözlədiklərini deyərkən, digər tərəfdə buna ən böyük maneə kimi göstərilən Rusiyadan S-400 qəbulu ilə bağlı Con Bolton sərt açıqlama verib.Muxalifet3 - 18-03-2019
Martın 19-na dolların məzənnəsi
Martın 19-na manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 19.03.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il martın 18-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet - 18-03-2019
Ermənistan xüsusi təyinatlısının Azərbaycanla sərhəddə əl atdığı rüsvayçılıq üzə çıxdı
Ermənistan rəhbərliyinin ötən il döyüş növbəsi üçün Azərbaycanın Qazax rayonu istiqamətindəki sərhədə yerləşdirdiyi xüsusi təyinatlı polis qüvvələrinin snayperi xidmətdən yayınmaq üçün rüsvayçı əmələ əl atıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti bildirir.
Muxalifet - 18-03-2019
Hollandiyada atəş açan təcavüzkarın kimliyi məlum oldu!
Hollandiyanın Utrecht şəhərində bir tramvay dayanacağına atəş edən təcavüzkarın kimliyi məlum olub. Hollandiya polisi təcavüzkarın Türkiyə doğumlu 37 yaşında Gökman Tanis olduğunu bildirib.
Hollandiyanın Utrecht şəhərində bir adamın tramvay dayanacağı ətrafında açdığı atəşdə, bir adam həyatını itirib, 6 adam da yaralanıb. Polis təcavüzkarın Türkiyə doğumlu 37 yaşında Gökman Tanis olduğunu açıqlayıb.
Müxalifət.azMuxalifet3 - 18-03-2019
Azərbaycan səfiri 10 banka kürü oğurladı və... - YARIM MİLYON DOLLARIN MƏNİMSƏNİLMƏSİNDƏ İTTİHAM OLUNUR
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsəyib.
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, söhbət 10 banka kürüdən gedir.
Bundan başqa, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir, hansı ki, yarım milyon dolların yox olması faktını araşdırır. Şübhələr var ki, bu pul mənimsənilib.Muxalifet - 18-03-2019
İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı
İran və Türkiyə PKK terror təşkilatının silahlı döyüşçülərinə qarşı birgə əməliyyatlar həyata keçirməyə başlayıblar.
Bu barədə Anadolu agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Türkiyə və İran martın 18-i səhər saatlarından etibarən PKK terrorçularına qarşı sərhəddə birgə əməliyyatlar keçirirlər”- agentlik yazıb.
Bununla belə, əməliyyatların keçirildiyi rayonun adı və təfərrüatlar barədə heç bir məlumat verilmir./AzvisionMuxalifet - 18-03-2019
Metroda konsert olacaq
Novruz bayramı ilə əlaqədar “Bakı Metropoliteni”nin bəzi stansiyalarında konsert proqramı təşkil ediləcək.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, mart ayının 19-u və 20-sində saat 16:00-dan 18:00-a qədər “İçərişəhər” stansiyasında beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə çıxış edəcək. İki saat ərzində onun sintezator ifasında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələrini, eləcə də məşhur dünya bəstələrini eşitmək mümkün olacaq.Muxalifet - 18-03-2019
“PKK Sincardan zorla çıxarılmalıdır” – İraqlı deputat
İraq Məclisinin Mosuldan olan millət vəkili Şirvan Duberdani terror təşkilatı PKK-nın Mosulun Sincar rayonundan çıxarmanın yeganə yolunun güc istifadə etmək olduğunu bildirib.
Məclisdəki Sincar məsələləri üzrə komissiyanın sədri olan Duberdani, Anadolu Agentliyinə verdiyi açıqlamada, komissiya olaraq PKK-nın Sincardan çıxarılmasını da ehtiva edən 30 maddəlik hesabat hazırladıqlarını deyib.Muxalifet3 - 18-03-2019
Ərdoğandan Yeni Zelandiya terrorunun arxasındakılara bir cümləlik mesaj
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan onu və Türkiyəni hədəf alan Yeni Zelandiya terrorunun arxasındakı güclərə səslənərək, “Min ildir buradayıq, inşallah qiyamətə qədər də burada olacağıq. İstanbulu Konstantinapol edə bilməyəcəksiniz” deyə birnənalı mesaj göndərib.
Müxalifət.azMuxalifet3 - 18-03-2019
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:36-da qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.Muxalifet - 18-03-2019
Avstriya prezidenti Avropa ölkələrinə: “Trampın çaldığı hava ilə oynamayın”
Avstriyanın prezidenti Aleksander Van der Bellen avropalı siyasətçilərə ABŞ prezidenti Donald Trampın əmri ilə otrurub-durmamağa çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Avstriyanın dövlət başçısı bu sözləri Almaniyanın “Die Welt” saytında səsləndirib.
O, Avropa Birliyi və Birləşmiş Ştatların ziddiyyətə düşdüyü mövzularda İttifaqın öz mövqeyini əminliklə müdafiə etməli olduğunu düşündüyünü bildirib.Muxalifet - 18-03-2019
İsgəndər Hüseynov 3 nəfərin qətlini sifariş edib
Rusiyanın Ulyanovsk vilayətində 61 yaşlı azərbaycanlı İsgəndər Hüseynov saxlanılıb. O, 2009-cu ildə “üç nəfərin qətlinin hazırlanmasında və təşkil edilməsində” ittiham olunur.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, indiyə kimi o, Azərbaycanda və Moskva vilayətində gizlənib.Muxalifet - 18-03-2019
“Putin Krımı, Krım isə Putini ilhaq etdi” – alman jurnalistin rəyi
“5 il bundan öncə Vladimir Putin Ukraynanın cənubu və şərqində müharibə törədərək burada minlərlə insanın ölümünə səbəb oldu.
“Bu qərar həm Kremlin şefini, həm rusiyalıları, həm də bütövlükdə dövlətin özünü dəyişdirdi”,-deyə Almaniyanın “Der Spiegel” jurnalından Kristian Eş yazır.Muxalifet - 18-03-2019
Səudiyyəli nazir: Azərbaycan digər ölkələr üçün nümunədir
Azərbaycan neft hasilatının azaldılması üzrə OPEK+ sazişinin digər iştirakçı ölkələri üçün nümunədir.
Muxalifet.az-ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Bakıda keçirilən OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, söhbət təkcə həcmdən deyil, Azərbaycanın çox fəal iştirakından da gedir:Muxalifet3 - 18-03-2019
“Bank soyğunçuluğunu aradan qaldırmaq lazımdır” - Millət vəkili
Əli Məsimli: “Bank soyğunçuluğunu aradan qaldırmaq lazımdır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiaylar İnstitutunun rəhbəri Əli Məsimli ölkənin iqtisadi və sosial həyatındakı gündəm məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik:
– Əli müəllim, ölkə rəhbərinin son islahatlarını necə qiymətləndirirsiz?Muxalifet3 - 18-03-2019
Ərdoğanın bəyanatına Afinadan reaksiya: Qəbuledilməzdir!
Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində nailiyyət əldə etmək adına xarici siyasətdəki ritorikalardan və tarixi hadisələrdən qonşu ölkələrə qarşı istifadə etmək bu kampaniyanın bir parçası ola bilməz.
Muxalifet.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
XİN bildirib ki, Ərdoğanın bəyanatları qəbuledilməzdir, iki ölkə münasibətlərinə zərər vurur.Muxalifet3 - 18-03-2019
Xorvatiya ilə millimizin matçını bu hakimlər idarə edəcək
Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Trend-in məlumatına görə, AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində martın 21-də, saat 23:45-də Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununu idarə edəcək hakimlər məlum olub.
Oyunun baş hakimi Georgi Kabakov, onun köməkçiləri Martin Marqaritov, Divan Valkov, dördüncü hakim isə Nikola Popov olacaq. Hakimlər briqadası Bolqarıstandandır.
Muxalifet3 - 18-03-2019
Yeni Zelandiyanın keçmiş baş naziri Azərbaycandadır
Yeni Zelandiyanın keçmiş baş naziri Ceyms Bolger və xanımı Azərbaycandadır.
Muxalifet.az xəbər verir ki, bu barədə millət vəkili Azay Quliyev Regional Hüquq və Iqtisadi Maarifləndirmə Içtimai Birliyinin tədbirində məlumat verib.
O, qeyd edib ki, hər iki şəxs adıçəkilən tədbirə qatılıb. Millət vəkili Yeni Zelandiyada baş verən terror aktını pislədiyini bildirib, qonaqlara və zeland xalqına başsağlığı verib.
O, qeyd edib ki, terrordan əziyyət çəkən bir xalq və dövlət olaraq, Azərbaycan hər zaman terroru lənətləyib və bu ağır günlərdə də zelandların yanındadır.Muxalifet3 - 18-03-2019
Suriya İraqla 6 il bağlı olan sərhədini açır
İraq və Suriya sərhədində yerləşən nəzarət-buraxılış məntəqələri yaxın bir neçə gün ərzində açılacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Dəməşq şəhərində səfərdə olan İraq Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-leytenant Osman əl-Qanmi deyib.Muxalifet3 - 18-03-2019