Axtarış
The search found 105779 results in 0.027 seconds.
Search results
ABŞ-lı sənətçi Türkiyədə Müsəlman oldu!
ABŞ-lı artist Della Miles Yeni Zelandiyada iki məscidə edilən qətliamdan sonra konsert üçün gəldiyi İstanbulda Müsəlman olub.
Maykl Jackson və Whitney Hyuston başda olmaqla, bir çox sənətkarın vokalistliyini edən ABŞ-lı Della Miles Türkiyədə Müsəlmanlığı qəbul edib. Təxminən beş aydır ki, İslam dinini araşdıran müğənni Yeni Zelandiyada iki məscidə edilən hücumdan sonra qərarını verib. İstanbulda yerləşən Miles Instagram səhifəsində sözlü şəhadət gətirərək Müsəlman olduğunu bildirib.Muxalifet3 - 19-03-2019
Polis məntəqəsinə hücum etmək istəyirdi: Öldürüldü
PKK-lı terrorçu jandarm polis bölməsinə hücum hazırlığındaykən fərq edilərək zərərsizləşdirilib.
Sərhəd məntəqələrindən birinə hücum hazırlığında olan terrorçu aşkar edilib. Terrorçu həyata keçirilən əməliyyatla məhv edilib.
Cəsəd üzərində aparılan araşdırmada isə terrorçunun başında hərəkət kamerası kimi tanınan kamera olduğu və əməliyyatı çəkmək istədiyi məlum olub.
Müxalifət.azMuxalifet3 - 19-03-2019
Azərbaycana gətirilən "Galendevagen" 1 saat sonra yararsız hala düşdü
Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bakı-Qazax magistralının 393-cü kilometrliyində - yolun paytaxta doğru olan hərəkət istiqamətində KT 875 TR transit nömrəli “Mercedes Galendevagen” ilə 05 BE 755 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” toqquşub.
Nəticədə avtomobillərdə olan 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.Muxalifet - 19-03-2019
ŞOK SƏRƏNCAM: İlham Əliyev hökmdarın 10 banka kürüsünü oğurlayan səfiri geri çağırdı
Prezidenti İlham Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun geri çağırılması haqda fevralın 25-də sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə virtualaz.org-a hökumət mənbələrindən məlum olub.
Muxalifet - 19-03-2019
Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSNM) daha bir dəyişiklik baş verib.
Muxalifet.az Mia.az-a istinadən xəbər verir ki, Nərimanov rayon məşğulluq mərkəzinin direktoru Qurban Nəzərov tutduğu vəzifədən kənarlaşdırılıb. Digər əmrlə Q.Nəzərov Bakı Şəhər Məşğulluq İdarəsinin direktor müavini təyin olunub.
Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq müavini Rövşən Məmmədova həvalə olunub.
Xəbəri Nərimanov rayon Məşğulluq Mərkəzindən təsdiqləyiblər.Muxalifet - 19-03-2019
Azərbaycanda 18 yaşlı qızın dəhşətli sonu
Zərdab rayonunda intihar hadisəsi baş verib.
Rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı özünü öldürüb.
18 yaşlı qız yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Nərmin İbrahimovanın intiharının səbəbləri hələlik tam dəqiqləşməyib.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./PublikaMuxalifet - 19-03-2019
Pompeodan 3 ölkəyə antiİran səfəri!
ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Küveyt, İsrail və Livana səfər edərək ikitərəfli əlaqələr, birgə iş sahələri ilə İran məsələsini müzakirə edəcək.
ABŞın Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, Pompeonun 19-23 martda Küveyt, İsrail və Livanı ziyarət edəcəyi bildirilib.
Pompeonun həmin ölkə rəsmiləri ilə görüşlər keçirəcəyi, İsraildə Yunan və Cənubi Kiprli rəsmiləri ilə də bir araya gələcəyi qeyd edilib.Muxalifet3 - 19-03-2019
Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ
Daxili İşlər naziri Ramil Usubov yeni rəis müavini təyin edib.
General-polkovnik Ramil Usubovun əmri ilə, polis mayoru Abdullayev Əbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib.
Xəbəri İsmayıllı rayon Polis şöbəsindən təsdiqləyiblər.
Qeyd edək ki, Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib. (unikal)Muxalifet - 19-03-2019
Əhaliyə ŞAD XƏBƏR: "Kupça"ların verilməsi ilə bağlı QANUN DƏYİŞİR, bundan sonra...
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır.
Bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur.
Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur.Muxalifet - 19-03-2019
Avtobus qəzasında 2 nəfər yaralanıb - Nazirlik
Bakının Qara Qayarev prospektində 40 saylı avtobusun törətdiyi zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. O, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.
Qeyd edək ki, bu gün 40 saylı avtobus idarəetməni itirərək bir neçə avtomobilə çırpılıb.Muxalifet - 19-03-2019
Türkiyənin Avropa İttifaqı üzvlüyünə qarşılıq hədsiz şərtləri açıqlandı
Avropa Parlamentinin ortaya qoyduğu şərtlərdən sonra Avropa İttifaqından da hədsiz açıqlamalar gəlməyə başlayıb.
Türkiyə ilə Avropa Birliyi arasında davam edən danışıqlar 57-ci ilini də geridə qoyub.
Türkiyənin üzvlüyünü müxtəlif bəhanələrlə qəbul etməyən Aİ rəsmiləri, hər dəfə başqa şərtlər irəli sürməyə başlayıb.
Son şərtlər isə Türkiyənin təpkisinə səbəb olub. Son tələblər bunlardır: Müqəddəs Sofiya məbədi məscid olmayacaq, Türk əsgəri Suriyadan çəkiləcək, Kiprdəki hərbi mövcudluğa son veriləcək.Muxalifet3 - 19-03-2019
BMT dünyanın ƏN XOŞBƏXT ölkələrini açıqladı - Siyahıda Azərbaycan da var
Birləşmiş Millətlər Təşkilatı “Dünya Xoşbəxtlik Hesabatı”nı açıqlayıb.
Muxlifet.az publika.az-a istinadən xəbər verir ki, hesabatda dünyanın ən xoşbəxt ölkələrinin siyahısı yer alıb.
Azərbaycan siyahıda 5,234 xal ilə 85-ci sıraya yerləşib. Onu bir pillə ilə Mərakeş qabaqlayıb. Qardaş Türkiyə isə siyahıda 5,500 xal ilə 69-cu yerdədir.
İlk iyirmiliyə daxil olan ölkələr:Muxalifet - 19-03-2019
BMW zavodunda işçiyə Türkcə danışma qadağası
Almaniyada bir zavodda baş verən hadisədən sonra Türk fəhləyə edilən rəftar təpkiyə səbəb olub.
Almaniyada BMW-nin Münhen şəhərindəki Garching zavodunda növbədəki bir usta Türk işçilərə öz aralarında Türkcə danışmalarını qadağan edib. 50 müxtəlif millətdən ibarət 7 min nəfərin çalışdığı zavodda Türkcə danışmağa gətirilən qadağa işləyənlər tərəfindən narazılıqla qarşılanıb.Muxalifet3 - 19-03-2019
Rusiyadan ət məhsullarının idxalına qadağa qoyuldu
Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.
Agentlikdən Azvision.az -a daxil olan xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb.Muxalifet - 19-03-2019
“Lotu Quli”nin adamları belə saxlanıldı - VİDEO
Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dəstəyə “Lotu Quli”nin adamlarından biri, Azərbaycandan olan “Kondur” ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub.Muxalifet - 19-03-2019
Fars-erməni qardaşlığının daha bir nümunəsi - MOLLA REJİMİ ERMƏNİSTANI NECƏ HİMAYƏ EDİR...
İran və Ermənistanın bir araya gələrək strateji müttəfiqlik məsələsində bir sıra planları həyata keçirməyi planlaşdırıblar. Bu, “İrandakı erməni kilsələrinin ziyarəti və turizmin inkişafı” proqramına daxil olan strateji hədəflərdən ibarətdir. 2013-cü ilin iyul ayında Tehran imzalanan “İran-Ermənistan turizm əlaqələri” müqaviləsinin şərtlərindən biri də Ermənistan, Gürcüstan, Ukrayna, Rusiya və digər ölkələrdən ermənilərin İrana turist səfərlərinin təşkilidir.
Muxalifet4 - 19-03-2019
Prezidentin qızı və kürəkəni Ağ evi necə dağıdır... - BU GÜN SARSIDICI KİTAB ÇIXACAQ
ABŞ-da prezident Donald Trampın kürəkəni Cared Kuşnerin imicinə “sarsıdıcı” zərbə dəyəcək. Buna səbəb isə bu gün martın 19-da ABŞ-da çapdan çıxacaq yeni kitabdır.
Muxalifet4 - 19-03-2019
GƏNCƏDƏ ƏMƏLİYYAT: Oğurluq edən şəxs yaxalandı
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.
Muxalifet4 - 19-03-2019
Qarabağ döyüşçülərinə ögeylik hardan qaynaqlanır? – VƏ YAXUD ONLARI BAĞIŞLAMAQ OLARMI?
Axırı, Novruz bayramı əfv sərəncamı gözləntilərini doğrultdu. Ömürlük azadlıqdan məhrum edilənlərdən müddətli cəza əfvinə düşənlər də oldu, “müddətdən artıq” cəzalarla ömürlük həbsdən çıxmayacaqlarını gözaltı edənlər də azadlığına qovuşdu. Bircə Qarabağ döyüşlərində canlarını qoyanlar prezident imzasından qıraqda qaldı . Növbəti dəfə! Nə Asif Yusifli, nə Babək Həsənli, nə Əfqan Muxtarlı, nə Saleh Rüstəmli, nə də ömürlük həbsə məhkum edilən “omonçu” lar yada düşdü.
Muxalifet4 - 19-03-2019
Şəhid polis əməkdaşlarının ailələri ilə görüş keçirildi – GORANBOYDA
Goranboyda şəhid polis əməkdaşlarının ailələri ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, görüşün əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Muxalifet4 - 19-03-2019