Axtarış

The search found 105779 results in 0.079 seconds.

Search results

  1. Yeni Zelandiyadakı Məscid qətliamçısı Türkiyədə nələr edib? – MİT araşdırır

     Yeni Zelandiyadakı bir məscidə qarşı terror hücumu həyata keçirən və burada 50 Müsəlmanı şəhid edən terrorçu Brenton Tarrantın Türkiyədəki addımları təqibə alınıb. Tarrantın Türkiyədəki görüş tranziti və burada olduğu müddətdə meydana gələn sosial hadisələr MİT tərəfindən olduqca detallı bir şəkildə araşdırılır.
     

    Muxalifet3 - 19-03-2019

  2. Pentaqondan açıqlama: Türklərlə birgə...

    “Wall Street Journal” qəzetinin ABŞ-ın Suriyada min əsgər saxlama planına dair xəbəri ilə bağlı bir suala Pentaqonun rəhbəri Şanahan, "Türklərlə yaxından işləyirik. Onlar strateji tərəfdaşdır. Daha da əhəmiyyətlisi Suriyada qüvvələrimizi azaltma planımız işləyir. Baş qərargah rəisi (Cozef) Dunfordun açıqlamasını gördünüz. Detallar mövzusunda İŞİD ilə mübarizə koalisiyası tərəfdaşlarımız ilə yaxın əməkdaşlıq içindəyik" cavabını verib.
     

    Muxalifet3 - 19-03-2019

  3. Ermənilərdən Qarabağla bağlı sərsəm iddia

    Qarabağ separatçıları işğal altındakı Azərbaycan ərazilərini “Rusiyanın mandatı altına verməyə” çağırır; ABŞ Dövlət Departamentinin sərt “şilləsi”ni dadan işğalçı üzünü yenidən Kremlə tutur; Qafar Çaxmaqlı: “Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi sayılır və Ermənistanın işğalı altında olduğu qəbul edilir...”

    Muxalifet - 19-03-2019

  4. ​ŞOK: Deputatlar əlbəyaxa oldu - Video

    Gürcüstan parlamentində deputatların mübahisəsi əlbəyaxa dava ilə bitib.
    “Sputnik-Gürcüstan”ın məlumatına görə, hakim partiyanın nümayəndəsi İrakli Beraya və müxalifətçi Otar Kaxidze arasında mübahisə yaranıb.
    Berayanın Kaxidzeyə məhz nə söyləməsi barədə məlumat verilməsə də, yayılan görüntülərdən məlum olur ki, Kaxidze həmkarının dediklərinə qəzəblənərək ayağa qalxıb.
    Parlamentin digər deputatları dava edən siyasətçiləri ayırmağa çalışıblar.

    Muxalifet - 19-03-2019

  5. Avropada Türkiyəyə təəccüblü F-35 dəstəyi

    Vaşinqton rəhbərliyinin Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi satın alması səbəbiylə gündəmə gətirdiyi F-35 şantajına Avropadan təpki verilib.
     
     Fransanın müdafiə naziri Florence Parli ABŞ-ın F-35 məsələsində tətbiq edəcəyi sanksiya təhdidlərinin səhv plduğunu söyləyib.
    Parli "NATO-nun həmrəylik gücünün bu və ya bu avadanlığı almaqla yerləşdirilməsi anlayışından narahatam. İttifaq şərtsiz olmalıdır, yoxsa ittifaq ola bilməz. NATO həmrəyliyi 5-ci maddəyə əsaslanır, F-35 maddəsinə deyil" deyib.

    Muxalifet3 - 19-03-2019

  6. ABŞ-ın MƏHVİ SSENARİSİ: Rusiyanın dəhşətli PLANI MƏLUM OLDU

    ABŞ nüvə silahının sınağı üzrə moratoriumu pozacağı halda, Rusiya multimeqaton silah yarada bilər.
    “Lenta.ru” saytı xəbər verir ki, bu haqda Rusiya raket və artilleriya elmləri Akademiyasının prezidentinin informasiya siyasəti üzrə müavini, hərbi elmlər doktoru Konstantin Sivkov bildirib.

    Muxalifet - 19-03-2019

  7. Şok iddia: Venesuelada elektrik enerjisi yenidən kəsildi!

     Venesuelada bütün ölkəni qaranlıqda qoyan və 13 martda böyük ölçüdə aradan qaldıran elektrik fasiləsindən sonra paytaxt Karakas və Miranda şəhərin bəzi rayonlarında yenidən fasilə baş verdiyi iddia edilib.
     
    “Əl Nacional” internet xəbər saytına görə, Mirandaya bağlı Clorisdəki elektrik stansiyasında baş verən partlayış səbəbilə Mirandanın bəzi bölgələri ilə Karakasa bağlı Guatire, Əl Rosal, Əl Cafetal, Chacao, La Urbina və Los Palosda elektrik kəsintisi baş verdiyi irəli sürülüb.

    Muxalifet3 - 19-03-2019

  8. ​SON DƏQİQƏ: Bakıda avtobus dəhşətli QƏZA TÖRƏTDİ - Foto

    "8-ci kilometr bazarı"nın​ önündə 40 nömrəli, 10 TG 826 dövlət nömrə nişanlı marşrut avtobusu zəncirvari qəza törədib.
    Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan VAZ-21O7, “Nissan” və BMV markalı avtomobillərə çırpılıb, daha sonra digər avtomobilin üstündən keçib. Nəticədə 4 maşına ciddi ziyan dəyib.
    Hadisə yerinə təcii yardım və xilasetmə maşınları cəlb edilib.
    Yaralananlar var.

    Muxalifet - 19-03-2019

  9. Səudiyyə vəliəhdi haqda şok iddia

    “Guardian” qəzeti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın son iki həftədir yüksək səviyyəli hökumət və diplomatik görüşlərdə iştirak etmədiyini və iqtisadi məsələlərdəki bəzi səlahiyyətlərinin əlindən alındığını iddia edib.
     

    Muxalifet3 - 19-03-2019

  10. Krım və Qarabağ reallıqları - Bakı üçün yeni şans

    Avropa Birliyindən işğalçı siyasətlə bağlı sərt mövqe gəldi; Rusiyanın işğal ortağı, Krımı Rusiya ərazisi sayan Ermənistan da bu “lütfə” layiq görülə bilər, çünki...
    Bu gün - martın 19-da Ukraynanın Krım vilayəti və Sevastopol şəhərinin rəsmən Rusiyaya birləşdirilməsinin 5 ili tamamlanır (İşğaldan sonra “referendum” martın 16-da keçirilib, prezident Putin isə martın 19-da birləşmə haqda sərəncam imzalayıb). Martın 18-də Avropa Birliyi (AB) Krımın anneksiyanın qəbuledilməzliyi barədə prinsipial mövqeyini bir daha bəyan edib.

    Muxalifet - 19-03-2019

  11. ABŞ və Fransadan MÜHARİBƏYƏ DOĞRU addım: Türkiyə sərhədlərində minlərlə əsgər...

    PKK terror təşkilatı yeni ordu hazırlığına başlayıb.
    Terrorçular Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun “Zeytun budağı” hərəkatı ilə terror ünsürlərindən təmizlədiyi Afrin şəhərini geri almaq üçün hazırlıq görür.
    Bu məqsədlə Eyn əl-Ərəb şəhhərində 2 min terrorçu təlimlər keçir. Onlara ABŞ və Fransa dəstək verir. Təlimlərin maliyyələşdirilməsi ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hesabına aparılır. Ordudakı əsgər sayının 3 ay içində 15 min nəfərə çatması planlaşdırılır.

    Muxalifet - 19-03-2019

  12. Yeni əfv anonsu - “Seymur Həzi və Asif Yusiflinin azadlığa çıxmalarına çox az qalıb”

    Martın 16-da prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı cəmiyyətdə çox yüksək qarşılanıb. Əfv edilənlərin sırasında 50-dən çox siyasi fəalın da yer alması xüsusi rəğbətlə qarşılanıb. Bu, cəmiyyət-iqtidar münasibətlərinin möhkəmlənməsində mühüm addım hesab olunur.
    Həmçinin həbsdə qalan bir neçə siyasi fəalın - Seymur Həzi, Asif Yusifli, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov və digərlərinin də qarşıdakı müddətdə azadlığa buraxılması arzu edilir.

    Muxalifet - 19-03-2019

  13. Vergi xidmət mərkəzlərində uzun növbələr yaranıb – Sahibkarların qəbula düşmələri müşkülə çevrilib

    Vergilər Nazirliyinin yeni rəhbərliyinin kiçik sahibkarlıqla bağlı bir çox müsbət addımlar atdığı şəksizdir. Bu işlər sahibkarların nazirliklə daha rahat və sivil münasibətlər qurmasına imkan verir.

    Muxalifet - 19-03-2019

  14. "Sasna Tsrer" terrorçuları Dağlıq Qarabağın Ermənistana "birləşdirilməsi" üçün imza toplayır

    Ermənistanın “Sasna Tsrer” siyasi partiyası Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” üçün imza toplanışına başlayır. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu martın 18-də keçirilmiş mətbuat konfransında partiyanın katibliyinin koordinatoru Varujan Avetisyan bildirib. Siyasətçi hesab edir ki, qondarma respublikanın sakinləri Ermənistanda keçirilən seçkilərdə və referendumlarda iştirak etməlidirlər.

    Muxalifet - 19-03-2019

  15. I sinfə sənəd qəbulu sistemi bayram günlərində işləməyəcək

    I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində fəaliyyət göstərməyəcək.
    Bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumat verib.
    Onun sözlərinə görə, sistem martın 19-u saat 15:00-dan 27 mart saat 10:00-dək fəaliyyət göstərməyəcək.
    Xatırladaq ki, martın 13-dən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

    Muxalifet - 19-03-2019

  16. ​Dilarə paltarına görə efirdə çətin anlar yaşadı - VİDEO

    Əməkdar artist Dilarə Əliyeva efirdə çətin anlar yaşayıb.
    Muxalifet.az yenicag.az-a istinadla xəbər verir ki, öz verilişində aparıcının başına iş gəlib. Onun paltarının ətəyi studiyada olan "samokat"a ilişib.
    "Söhbət var" verilişindən olan görüntüləri təqdim edirik:
    Videonu izləmək üçün şəklə klikləyin:

    Muxalifet - 19-03-2019

  17. Məşhur amerikalı sənətçi İslamı qəbul etdi - Evində Türkiyənin bayrağını asacaq

    Maykl Cekson və Uitni Hyuston başda olmaq üzrə bir çox görkəmli sənətkarın vokalistliyini edən amerikalı artist Della Miles islamı qəbul edib.

    Muxalifet - 19-03-2019

  18. Sürücülərin diqqətinə: bu yollar bağlı olacaq

    Bakıda Novruz bayramı tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq, bu gün səhər saatlarından etibarən paytaxtda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
    İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız qalası və Neftçilər prospekti, "Azneft” dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.

    Muxalifet - 19-03-2019

  19. Zakir Həsənovdan BAYRAM TƏBRİKİ

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
    Muxalifet.az xəbər verir ki, təbrikdə deyilir:
    "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!
    Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımız naminə çətin, lakin şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

    Muxalifet - 19-03-2019

  20. Bakı metrosunda törədilən terror aktından 25 İL ÖTÜR

    1994-cü il martın 19-da Bakı metrosunun "20 Yanvar" stansiyasında ermənilər tərəfindən törədilən terror aktından 25 il keçir.

    Xatırladaq ki, partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev də olub.

    Məhkəmə orqanları metrostansiyada törədilmiş terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

    Muxalifet - 19-03-2019

Pages