Axtarış

The search found 105779 results in 0.074 seconds.

Search results

  1. ​Bakıda yaşlı qadınlara zor tətbiq edən şəxs TUTULDU

    Bir neçə gün əvvəl Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək onun içərisində 15 manat pul olan çantasını əlindən alıb. 
    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Hadisə zamanı zərərçəkən qadın soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyən zaman yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 19-03-2019

  2. “Əli İnsanovun radikallığı gözlənilən idi” - MİRƏLİOĞLU

    "Əli İnsanovun radikal çıxışı təbiidir və onun bu cür fikirlər səsləndirməsi gözlənilən idi. Həmçinin İnsanovun haqlı olduğunu düşünürəm. Çünki ona qarşı ikinci dəfə də həbsxanada yenidən məhkəmə keçirmişdilər”.

    Muxalifet4 - 19-03-2019

  3. ​Türkiyənin məşhur aktyoru vəfat etdi

    Türkiyənin məşhur aktyoru Ümit Yesin vəfat edib.
    Qardaş ölkənin bir çox serial və filmlərində rol alan Ümit Yesin 65 yaşında dünyasını dəyişib.
    Qeyd edək ki, o, son olaraq “Yeni Gelin” serialında “Dədə Qorqud” obrazını canlandırıb./Yenicag.az 

    Muxalifet - 19-03-2019

  4. Afət Fərmanqızıdan daha bir ŞOK ADDIM: Nəsiminin bu qəzəlinə MAHNI OXUDU - VİDEO

    Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə hindsayağı mahnı ifa etməsi ilə gündəmə gələn Afət Fərmanqızı indi də Qul Nəsiminin şeirini səsləndirib.
    Müğənni bu barədə instaqramda məlumat verib. Bu dəfə Qul Nəsiminin “Kimə nə” qəzəlinə mahnı oxuyan A.Fərmanqızı instaqramda video paylaşaraq ürək sözlərini yazıb.

    Muxalifet - 19-03-2019

  5. ​Keçmiş prezident ABŞ-da həbs olundu

    Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-ın Kaliforniya ştatında polis tərəfindən saxlanılıb.
    Bu barədə “Röyter” agentliyi informasiya yayıb.
    Məlumata görə, Toledo San-Mateo əyalətində içkili vəziyyətdə saxlanılıb.
    Həbsinə münasibət bildirən Toledo bunu siyasi rəqiblərinin işi adlandırıb.
    Qeyd edək ki, Peru hakimiyyət orqanları keçmiş prezident Alexandro Toledonun həbsinə gətirib çıxaracaq informasiya üçün 30 min dollar mükafat təyin edib.

    Muxalifet - 19-03-2019

  6. ​Paşinyandan Qarabağla bağlı SENSASİON SÖZLƏR: Əraziləri qaytarmaq fikrimiz yoxdur

    “Biz Dağlıq Qarabağın danışıqlar masasında əsas tərəf kimi iştirakı məsələsini irəli sürməyə davam edəcəyik. Xankəndidə də bildirdim ki, tərəfdaşlarımızla bu istiqamətdə müzakirələri davam etdirəcəyik”.
    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
    Onun sözlərinə görə, Ermənistan dinləmək, anlamaq qabiliyyətini nümayiş etdirib.

    Muxalifet - 19-03-2019

  7. Yeni Zelandiya parlamentində Qurani-Kərim oxundu

    Yeni Zelandiya parlamentində Qurani-Kərim oxunub.

    Bir neçə gün əvvəl 50 nəfərin öldüyü terror hücumundan sonra ilk dəfə toplanan məclisdə imam Nizam ül Hak Tanvi Quran oxuyub.

    Daha sonra Quran ingilis dilinə tərcümə edilib. İclasda birlik və bərabərliyə çağırılıb./publika/

    Muxalifet - 19-03-2019

  8. ​Balaxanı yolunda maşın aşdı - VİDEO

    Paytaxtın Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
    Hadisə zamanı "İsuzu" markalı yük avtomobili aşıb.
    Qəzanın dəqiq səbəbləri məlum deyil.

    Muxalifet - 19-03-2019

  9. Azərbaycanlı rəqqasələrdən erotik rəqs - VİDEO

    Renkanın geyimi izləyicilərin diqqətini çəkib

    Rəqqasə Renka və Aytənin maraqlı görüntüləri yayılıb.
    Azfakt.com xəbər verir ki, onların məclislərdən birində çəkilmiş videosu sosial şəbəkədə müzakirələrə səbəb olub.
    Renkanın geyimi isə izləyicilərin diqqətini çəkib.
    Maraqla qarşılanan videonu sizə təqdim edirik:

    Muxalifet4 - 19-03-2019

  10. PKK/YPG son qalanı də işğal etdi!

     Suriyada SDG adını istifadə edən terror təşkilatı YPG/PKK Deyrizorda döyüşməyə davam edən İŞİD-çıların olduğu son ərazini də ələ keçirdiklərini bildiriblər.
     
    SDG adını istifadə edən YPG/PKK-nın sözçülərindən Mustafa Bali Twitter hesabından Deyrizorun Bagoz rayonunda İŞİD-çıların toqquşduğu son ərazi olan Düşərgələr Bölgəsini də ələ keçirdiklərini irəli sürüb.

    Muxalifet3 - 19-03-2019

  11. “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

    “Nar” Novruz Bayramı ilə əlaqədar xüsusi kampaniyaya start verib. “Novruz Payı” adı ilə keçirilən kampaniyada mobil operatorun istifadəçiləri heç bir ödəniş etmədən əzizinə 100 şəbəkədaxili danışıq dəqiqəsi və ya 100 ölkədaxili SMS hədiyyə göndərə bilər. Kampaniya ərzində 1 nömrə sonsuz sayda hədiyyə qəbul edə bilər. Lakin 1 nömrə ancaq 1 dəfə hədiyyə göndərə bilər. Verilən bonuslar istifadəçi hədiyyəni aldığı günün sonuna qədər aktiv olacaq. Qeyd edək ki, kampaniya martın 19-da başlayır, martın 21-də isə başa çatacaq.

    Muxalifet4 - 19-03-2019

  12. Film kimi olay: Həyat yoldaşını xoruldadığına görə güllələdi

    ABŞ-ın Florida ştatında ağlasığmaz bir hadisə baş verib.
    47 yaşlı Lauren Morin həyat yoldaşı Brett Allgoodu güllə ilə vurub.
    Qoltuq altından vurulan Allgood ifadəsində həyat yoldaşının xoruldadığı üçün ona atəş açdığını bildirib. Cinayətə təşəbbüs göstərdiyi üçün L. Morin həbs olunub. B.Allgoodun vəziyyəti isə yaxşılaşıb.
    Ümumiyyətlə, keçən il aparılan araşdırmalara əsasən, xoruldamağın boşanmalar üçün əsas səbəb olduğu aşkar olunub./azxeber

    Muxalifet - 19-03-2019

  13. İranda daşqınlar - 500 AİLƏ EVİNİ TƏRK ETDİ

    İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib.

    Bunu İranın Mazandaran vilayəti valisinin müavini Mehdi Razcuyan deyib.

    M.Razcuyanın sözlərinə görə, vilayətdə Talar çayının daşması Simurq rayonunun Kiyakola şəhəri və 6 kənddə ailələrin evlərini tərk etməsi ilə nəticələnib.

    Vali müavini əlavə edib ki, ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.

    M.Razcuyan Talar çayının daşması nəticəsində Kiakola şəhəri və 9 kənddə yolların su altında qaldığını deyib.

    Muxalifet - 19-03-2019

  14. “Dünyada ikinci belə bir axmaq soyad yoxdur” - Jirinovski özünü ələ saldı

    Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski gülünc doğuran sözlərlə başlayan soyadlardan danışıb. 
    Muxalifet.az lent.az-a istinadla xəbər verir ki, o, bədən hissələrinin adı ilə başlayan bütün soyadları axmaq adlandırıb.
    Partiya lideri hətta öz soyadını ələ salaraq deyib ki, dünyada ikinci belə bir axmaq soyad yoxdur:  “Jirinovski - "yağ" sözü ilə başlayır. Bəli, axmaq soyaddır, lakin həm də unikaldır".

    Muxalifet - 19-03-2019

  15. “İlham Əliyev 10 ildən çoxdur danışıqlar aparır, mən isə bu işdə təzəyəm...” - PAŞİNYAN SİRRİ AÇDI

    Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə görüşüb və onların bir sıra mövzular, o cümlədən Qarabağ barədə suallarına cavab verib.

    Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ danışıqlarına dair “böyük həcmdə informasiyalar aldığını” deyib. Onun sözlərinə görə, həmin informasiyalar yenə də “böyük həcmdə” əlavə informasiyalar tələb edir.

    Ermənistan rəhbəri bildirib ki, hazırda o danışıqlar prosesində nələrin baş verdiyini təhlil edir.

    Muxalifet - 19-03-2019

  16. PUTİNƏ “İLİŞƏN” 35 YAŞLI GENERALIN MƏHVİ – Rütbələrini soyub, 22 il həbs verdilər!

    Keçmiş SSRİ məkanında korrupsiyanın at oynatmadığı və hakimiyyətdaxili, klanlararası intriqaların hökm sürmədiyi çox az ölkə var. Bəlkə də yalnız Pribaltika respublikalarını bu baxımdan istisna etmək olar. Hakimiyyət oliqarxiyasının nüfuz və sözsüz ki, böyük maddi maraqlar uğrunda ən qızğın savaş apardığı ölkə isə Rusiyadır.

    Rusiya tarixində ən cavan DİN generalı…

    Muxalifet - 19-03-2019

  17. Hollandiyadakı hücumla bağlı sürpriz gəlişmə: Polis açıqladı

     Hollandiya polisi Utrecht şəhərində dünən bir tramvayda təşkil olunan silahlı hücumda şübhəli bilinən Gökmen Tanışla hücumda həyatını itirənlər arasında hər hansı bir əlaqənin aşkar edilmədiyini açıqlayıb.
     
    Hollandiyalı prokurorlar dünən keçirilən təcavüzün şübhəlisi Gökmen Tanış adlı adamla Utrecht şəhərində bir tramvayda öldürdüyü adamlar arasında bu ana qədər bir əlaqənin aşkar olunmadığını açıqlayıb.

    Muxalifet3 - 19-03-2019

  18. Bahar Muradova Ombudsman ola bilər – Elmira Süleymanova yola salınır

    Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova yaxın günlərdə yola salınacaq.
    Bu barədə Bakupost.az-a məlumatlı mənbələrdən məlumat daxil olub. Bildirilir ki, önümüzdəki günlərdə ölkə rəhbərliyi E.Süleymanovanın yerinə yeni təyinatla bağlı təklif verəcək.

    Muxalifet - 19-03-2019

  19. Türkiyə düşməni “dördlük” İsraildə toplanır

    Dənizdə neft və təbii qaz axtarışı ilə bağlı yaxınlaşan Yunan, Yunan Kipri və İsrail liderləri ABŞ-ı də yanına alaraq Qüdsdə toplanır.
     
    Qüdsdə sabah İsrail lideri Netanyahu, Yunanıstan lideri Aleksis Çipras və Yunan Kiprinin lideri Nikos Anastasiadis ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun iştirakı ilə iclas keçirəcəklər.
     
    STRATEJİ İŞ BİRLİYİ
     
     Üç ölkənin ABŞ ilə birlikdə verəcəkləri qısa birgə bəyanatda, enerji ilə təhlükəsizlik sahəsində strateji iş birliyinin təməlləri atılacaq.

    Muxalifet3 - 19-03-2019

  20. Məşhur avtomobil şirkətində türk dilini qadağan etdilər - QALMAQAL

    Almaniyanın avtomobil nəhəngi "BMW” şirkəti Münhen şəhərindəki ofisində işçilərə türk dilində danışmağı qadağan edib. 
    Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan əməkdaşlardan biri şirkətdə sadəcə alman dilində danışmağa icazə olduğunu bildirib. 
    Şirkətin İnsan resursları departamenti hadisə ilə bağlı araşdırma başlayıb. Şirkət sözçüsü Jochen Frey deyib ki, "BMW”вэ işçilərə hansı dildə danışmaqları diktə edilmir, ancaq iş əsnasında verilən təlimatların hər kəsin başa düşməsi üçün almanca danışılması məsləhətlidir. 

    Muxalifet - 19-03-2019

Pages