Axtarış

The search found 105779 results in 0.028 seconds.

Search results

  1. Futbol millimizin Xorvatiyadakı məşqinin vaxtı açıqlandı

    AÇ-2020-nin seçmə mərhələsində martın 21-də Zaqrebin “Maksimir” stadionunda Xorvatiya ilə qarşılaşacaq millimizin hazırlıq planı bəlli olub.
    Muxalifet.az xəbər verir ki, millimizin yeni baş məşqçisi Nikola Yurçeviç sabah yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00-da) adıçəkilən stadionda mətbuat konfransı keçirəcək.
    Bundan yarım saat sonra yerli və azərbaycanlı jurnalistlər üçün ilk 15 dəqiqəsi açıq olan məşq baş tutacaq.

    Muxalifet3 - 19-03-2019

  2. BMV-dən şok qərar: türk dili qadağan edildi

    Almaniyanın nəhəng avtomobil istehsalçısı BMV-nin departamentlərindən biri işçilərin türk dilində danışmasını qadağan edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
    Departamentin işçiləri qadağaya sərt şəkildə etiraz edib. BMV-nin insan resursları departamenti isə bu məsələdə personalın tərəfini tutaraq hadisə ilə bağlı araşdırma başladıb.
     

    Muxalifet3 - 19-03-2019

  3. Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

    Bu günlərdə Rusiya mətbuatında məşhur müğənni Filipp Kirkorovun 2017-ci ildə Mahaçqalada keçirilmiş konsertində terror aktı hazırlayan 4 nəfərlə bağlı məlumatlar yayılıb.
    Muxalifet.az xəbər verir ki, terror aktı planlaşdıran şəxslərdən biri Azərbaycan vətəndaşıdır.
    Belə ki, araşdırmalar zamanı məlum olub ki, terrorçu qrupun tərkibində yer alan Samir İbrahimov Azərbaycan vətəndaşıdır və ölkəmizin hüquq-mühafizə orqanları vasitəsi ilə beynəlxalq axtarışa verilib.

    Muxalifet3 - 19-03-2019

  4. Bizi tanımaq istəyənlər Çanaqqalaya gəlsinlər - Ərdoğan

    Biz təsadüflərin bir araya gətirdiyi millət deyilik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelidə 31 mart seçkiləri ilə bağlı təşviqat çıxışı zamanı deyib.
    “İmperialistlərin masa arxasında qurduğu dövlətlərdən deyilik. Bu ölkəni 2 min 200 ildən çox tarixi müddətdə mübarizə apararaq qurduq. Bizi tanımaq istəyənlər Çanaqqalanı ziyarət etsin. Bizə barmaq silkələyənlər tarix kitabını açıb, oxusunlar”, - deyə dövlət başçısı bildirib.
     

    Muxalifet3 - 19-03-2019

  5. Qarşıdurma: Vəliəhdin səlahiyyətləri əlindən alındı

    Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın bir sıra səlahiyyətləri əlindən alınıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Qardian” nəşri yazıb.
    Nəşrin məlumatına görə, jurnalist Camal Qaşıqçının öldürülməsi hadisəsindən sonra kralla vəliəhd arasında münasibətlər gərgin xarakter alıb. Belə ki, getdikcə vəliəhdini bir sıra məsələlərdən kənarda qoyan kralın Nazirlər Kabinetinin son iclasında Məhəmməd bin Salmanın səlahiyyətlərini əlindən aldığı iddia edilib.

    Muxalifet3 - 19-03-2019

  6. Putin dünyanın ən yaxşı təyyarəsinin adını açıqladı

    Su-57 taktiki-texniki xarakteristikasına görə dünyada ən yaxşı təyyarədir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
    “Su-57”, yaxud “PAK-FA”, cəbhədə perspektivli aviakompleks olaraq biz onu belə adlandırmışıq. İndi bizdə ən yaxşısı odur. Dünyada ən yaxşıdır. Bizim təyyarə kimi heç kim uça bilməz”, - deyə dövlət başçısı bildirib.
     
     

    Muxalifet3 - 19-03-2019

  7. Azərbaycanla Aİ məsləhətləşmələrinin tarixi açıqlandı

    Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıqla bağlı əhatəli sazişə dair növbəti məsləhətləşmələr mart ayının sonunda keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə report -a xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
    O, görüş zamanı siyasət, təhlükəsizlik, ticarət və sərmayə məsələlərinin müzakirə olunacağını bildirib.

    Muxalifet3 - 19-03-2019

  8. “Qeyrətini ayaq altına atma” – Vasifdən papaq atanlara İRAD

    Əməkdar artist Vasif Məhərrəmli “Səhər-səhər” verilişinin qonağı olub.
    Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Novruz bayramının papaq atma adətinə etirazını bildirib. O deyib ki, bu ənənə yığışdırılmalıdır:
    “Papaq atmağı sevmirəm. Papaq əzəldən Azərbaycan kişisinin qeyrət rəmzidir. Onu ayaq altına atmazlar. Torba, lap pencəyini at”.
     

    Muxalifet3 - 19-03-2019

  9. ABŞ-dan Venesuela ilə bağlı daha bir qərar

    ABŞ Maliyyə Nazirliyi Venesuelanın “Minerven” dövlət mədənçilik şirkəti və onun rəhbəri Adrian Perdomo Mataya qarşı sanksiya tətbiq edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
     

    Muxalifet3 - 19-03-2019

  10. DGK-dan əməliyyat: 20 milyonluq heroin ələ keçirildi

    Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110 kiloqram 400 qram narkotik vasitənin-heroinin qaçaqmalçılığının qarşısı alınıb.

    Muxalifet3 - 19-03-2019

  11. Putin təlimat verdi, Şoyqu Suriyaya getdi

    Rusiya Müdafiə naziri Sergey Şoyqu Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
    Muxalifet.az xəbər verir ki, Dəməşqdə baş tutan görüşdə bu ölkədə terrorizmə qarşı mübarizə, təhlükəsizliyin təminatı və konfliktdən sonra durumun tənzimlənməsi ilə bağlı müzakirələr keçirilib.
    Bundan əlavə, rəsmilər gündəlikdə duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
    Məlumatda həmçinin müdafiə nazirinin Kreml rəhbəri Vladimir Putinin təlimatı ilə Suriyaya yola düşdüyü deyilib.
     

    Muxalifet3 - 19-03-2019

  12. Türkiyədə Koroğlunun nəhəng abidəsi açıldı

    Martın 19-da Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olub.
    Muxalifet.az xəbər verir ki, bu münasibətlə Bolu bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə Novruz şənliyi və abidənin açılış mərasimi keçirilib.
    Mərasimdə rəsmi şəxslər, türkdilli ölkələrdən gələn çoxsaylı qonaqlar, Boluda təhsil alan xarici tələbələr, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin dövlət himni səsləndirilib.

    Muxalifet3 - 19-03-2019

  13. Nazarbayevi istefaya Putin göndərib? - Gizli telefon DANIŞIĞI

    Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefası barədə Rusiya Prezidenti Vladimir Putinlə danışıb.
    Muxalifet.az xəbər verir ki, telefon danışığında tərəflər gələcəkdə də əlaqə saxlamaq barədə razılaşıb.
    Qeyd edək ki, bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa verdiyini açıqlayıb
     

    Muxalifet3 - 19-03-2019

  14. 2500 illik gəmi tapıldı: Heredot bu barədə yazmışdı

    Abu-Kir körfəzində qədim misirlilərin ticarət gəmisi aşkar edilib.
    Muxalifet.az xəbər verir ki, yüz illər boyu tarixçilər belə bir gəminin mövcudluğuna şübhə ilə yanaşıblar.

    Muxalifet3 - 19-03-2019

  15. Bu ölkə NATO-ya daxil ola bilər - Tramp AÇIQLADI

    Braziliyanın NATO-ya üzvlüyü məsələsini ciddi şəkildə düşünürük.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    “Biz olduqca və olduqca bu məsələyə ciddi yanaşırıq. NATO, yaxud digər bir ittifaq...”, - deyə Ağ Ev rəhbəri bildirib.
     

    Muxalifet3 - 19-03-2019

  16. İranda təyyarə yandı: 50 sərnişin...

    İranın paytaxtı Tehranda təyyarə yanıb.
    Muxalifet.az xəbər verir ki, hadisə Mehrabad hava limanında baş verib.
    Göyərtəsində 50 sərnişinin olduğu təyyarə yanıb
     

    Muxalifet3 - 19-03-2019

  17. "Azərpoçt" bayram günlərində də işləyəcək

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC martın 20-dən 26-dək bayram və istirahət günləri olması ilə əlaqədar tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib.

    Muxalifet3 - 19-03-2019

  18. Azərbaycanda Novruz bayramı qeyd olunur - BAYRAMINIZ MÜBARƏK!

    Novruz qədim və böyük bayram kimi yazın gəlişi münasibətilə qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.

    Muxalifet.az-ın məlumatına görə, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

    Muxalifet4 - 20-03-2019

  19. "Yeni Zelandiyada terror aktlarının təşkilatçıları və İŞİD arasında fərq yoxdur" - ƏRDOĞAN

    Yeni Zelandiyada terror aktlarının təşkilatçıları və İŞİD arasında fərq yoxdur.

    Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti üçün məqaləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

    Muxalifet4 - 20-03-2019

  20. Nazarbayevin istefası təəssüflə qarşılanıb - LUKAŞENKO DANIŞDI...

    Belarus lideri Aleksandr Lukaşenko Qazaxıstan prezidenti Nursultan Nazarbayevin postunu tərk etmək barədə qərarıyla əlaqədar təəssüfünü ifadə edib.
    “Akord” nəşri xəbər verir ki, Lukaşenko bu haqda telefon söhbəti zamanı bildirib.
    Məlumata görə, Nazarbayev Qazaxıstan və Belarus arasında yüksək münasibətlərin yarandığını qeyd edib. Siyasətçilər həmçinin, gələcəkdə müntəzəm əlaqələrin davam etdirilməsi haqqında razılaşıblar.
    Qeyd edək ki, ötən gün Nursultan Nazarbayev vəzifəsindən istefa verib.

    Muxalifet4 - 20-03-2019

Pages