Axtarış

The search found 105779 results in 0.023 seconds.

Search results

  1. Qubaya bayrama gedənlər qəzaya düşdü - 3 Yaralı var

    Quba rayonunda avtomobil dərəyə aşıb.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb.
    Belə ki, “Jeep” markalı, 90-HX-904 dövlət nömrə nişanlı avtomobilin dərəyə aşması nəticəsində Sumqayıt şəhər sakinləri - 1971- ci il təvəllüdlü Məmmədova Məryəm Gülbala qızı və 1965-ci il təvəllüdlü Məmmədov Barat Abbas oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
    Avtomobildə olan digər 3 sərnişin yüngül xəsarətlər alıb.

    Muxalifet - 20-03-2019

  2. Nazirlik məşhur şirkəti 2 milyon cərimə etdi – Vergidən yayınmanın ŞOK ÜSULU

    Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi şirkətlərində audit yoxlamaları həyata keçirilib. 
    Səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb. 

    Muxalifet - 20-03-2019

  3. Ukraynaya AĞIR ZƏRBƏ: Rusiya tarixi açıqladı

    Rusiya Ukrayna ərazisi vasitəsilə təbii qazın nəqlini 2020-ci il 1 yanvar tarixində dayandıracaq.
    Bu haqda Ukraynanın “Naftoqaz” şirkətinin başçısı Andrey Kobolev “RBK-Ukrayna”ya müsahibəsində deyib.
    Onun sözlərinə görə, Rusiyanın “Qazprom” şirkəti bununla bağlı qaz alıcılarına məlumat verib.

    Muxalifet - 21-03-2019

  4. Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxdı

    Rusiyanın keçmiş mətbuat naziri, 2015-ci ilin noyabrında Vaşinqtondakı “Dupont Circle” otelində müəmmalı şəkildə ölən Mixail Lesinin İspaniyada çoxsaylı mülkləri aşkar olunub. Virtualaz.org “Rosbalt”a istinadən  xəbər verir ki, 2015-ci ildə İspaniya hüquq-mühafizə orqanları Mixail Lesinin 2009-cu ildə vəzifədən niyə azad olunduğu barədə informasiya toplayıb və Rusiya hakimiyyət orqanlarına sorğular verib. Belə ki, İspaniya hüquq-mühafizə orqanları Lesinin korrupsiya ilə bağlı işdən azad edilməsindən şübhələnirdi.

    Muxalifet - 21-03-2019

  5. Putin əsas generalını qəfil Əsədin yanına yolladı - Dəməşqdə sürpriz görüş

    Martın 19-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu gözlənilmədən Dəməşqə gəlib. Rusiya mediası bu səfəri “sürpriz” adlandırıb. Səfər zamanı Şoyqunun Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşdüyü və Putinin “xüsusi” mesajını Əsədə çatdırdığı qeyd olunur.
    Eyni zamanda xəbərlərdə Şoyqunun Bəşər Əsədlə regional məsələlər, həmçinin, terrorla mübarizə mövzularını müzakirə etdiyi bildirilir.

    Muxalifet - 21-03-2019

  6. Yapon həbsxanaları ilə bağlı DƏHŞƏTLİ FAKTLAR - Amerikalı məhbusun SENSASİON ETİRAFLARI

    Yapon türmələrində adətən səssizlik, səliqə və təhlükəsizlik hökm sürür. Buna baxmayaraq, hətta ən cəsur "samuray"lar belə həbsə düşməkdən cəhənnəm kimi qorxurlar.
    Muxalifet.az xəbər verir ki, yapon türmələrini əhali "cəhənnəm dəliyi" adlandırır. Çünki bu ölkənin həbsxana həyatı əsrlərdir ki, öz sərtliyi ilə seçilir. Ən xırda yanlış böyük cəza ilə nəticələnir.

    Muxalifet - 21-03-2019

  7. Türkiyə NATO-dan çıxarılmalıdır – ABŞ-dan SKANDAL ÇAĞIRIŞ

    Rusiyadan “S-400” zenit-raket kompleksləri alması səbəbiylə NATO-nun varlığını təhdid edən Türkiyə ittifaqdan çıxarılmalıdır.
    Bu haqda ABŞ-ın “Vaşinqton Post” nəşri yazıb.
    Nəşr Avropa və amerikalı silah istehsalçıları ilə yaxın əlaqələri olan NATO ölkəsinin Rusiyadan silah almasına daha əvvəl rast gəlinmədiyini qeyd edib. Lakin xəbəri şərh edən Türkiyə mediası “Vaşinton Post”un NATO üzvü olan Yunanıstanın Rusiya istehsalı “S-300” kompleksləri almasını göməzdən gəldiyini ifadə edib./Publika

    Muxalifet - 21-03-2019

  8. Türkmənistan nəqliyyat blokadası elan etdi: taciklər Azərbaycandan kömək gözləyir

    Türkmənistan ərazisindən Tacikistana məxsus yük maşınlarının tranziti ilə bağlı problem fonunda Tacikistan hökuməti alternativ marşrutlar axtarışında Azərbaycanla danışıqlar aparır.

    Virtualaz.org “Azadlıq” radiosunun tacik redaksiyasına istinadən xəbər verir ki, fevralın əvvəllərində Türkmənistan Tacikistan üçün dəmiryol və avtomobil nəqliyyatına öz ərazisindən tranzitə qadağa qoyub. İran-Türkmənistan sərhədində Tacikistanın onlarla yük maşını, Türkmənistanın dəmiryol stansiyalarında isə 108 yük qatarı ilişib qalıb.

    Muxalifet - 21-03-2019

  9. Türkiyədən “Yeni Zelandiya” həmləsi

    Yeni Zelandiyada məscidə basqın edərək 50 müsəlmanı şəhid edən terrorçu Brenton Tarrantın Türkiyədə 9 fərqli şəhərdə tarixi dəyəri olan yerləri gəzdiyi ortaya çıxmışdı. Tarrantın Türkiyədən hər hansı bir telefon xəttindən istifadə etmədiyi və öz xəttindən istifadə etdiyini müəyyən edən kəşfiyyat qurumları caninin şəxsi telefonundakı məlumatları öyrənməyə çalışır.

    Muxalifet3 - 21-03-2019

  10. Kral idman-əyləncə layihələrinə 23 milyard dollar ayırdı

    Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər-Riyadda dörd idman-əyləncə layihəsinə 23 milyard dollar ayırıb.
    AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, layihələr park, idman və incəsənət obyektlərinin tikintisini nəzərdə tutur. Kral Salman bin Əbdüləziz Al Səud bu sərəncamı ilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüslərini dəstəkləyib.

    Muxalifet - 21-03-2019

  11. ŞOK: NATO-da Türkiyəyə hərbi müdaxilə planı

    NATO qərargahında 2010-ci ildə bir manevrdə Türkiyə xəritəsi istifadə edilərək "vətəndaş müharibəsi və kənardan müdaxilə" ssenarisinin danışıldığı ortaya çıxıb. FETÖ-çuların təsirli olduğu dövrdə müzakirə edilən ssenari 12 fevral MİT böhranı, Oslo prosesi, “Gəzinti” hadisələri, 17-25 dekabr çevriliş cəhdi, xəndək terroru və 15 iyilda addım-addım həyata keçirilməkk istənib. NATO-nun müdaxiləsi ilə bağlı hərbi təlim də reallaşdırılıb. Plana görə, müdaxilə zamanı "qırmızı ölkə"nin qoşunları NATO-nu dəstəkləyəcəkdi.
     

    Muxalifet3 - 21-03-2019

  12. Maduro açıqladı: Pullar girov götürüldü

    Venesuelanın dövlət başçısı Nicolas Maduro ölkəsinin dərman almaq üçün istifadə edəcəyi 5 milyard dollarının sanksiyalarla girov tutulduğunu söyləyib.
     
    Venesuelada milli miqyasda dərman paylanması üçün Çinin dəstəyi ilə BARINAS, Lara, Aragua, Anzoatgui və Miranda əyalətlərində fəaliyyət göstərəcək Robotik Dərman Toplama Mərkəzləri xidmətə girib.

    Muxalifet3 - 21-03-2019

  13. ABŞ-ın arxasına gizlənərək imzanı atdılar

    Aralıq dənizində Türkiyəni oyundan kənar edə biləcəyini düşünən Yunanıstan, Cənubi Kipr və İsrail ABŞ-ı də yanına alaraq müqavilə imzalayıb.
     
    İsrail lideri Binyamin Netanyahu, Yunanıstanın baş naziri Alexis Çipras və Cənubi Kiprin lideri Nicos Anastasiadis Qüdsdə zirvə görüşü keçirib. ABŞ dövlət katibi Mayk Pompeo da sammitə qatılıb.

    Muxalifet3 - 21-03-2019

  14. Moskvada MÜHARİBƏ ELAN EDİLƏCƏK? - MKİ-nin sabiq başçısından sensasion iddia

    Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla uğursuz sammitdən sonra Rusiyaya səfər edə bilər.
    Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Koreya məsələləri üzrə mərkəzinin keçmiş rəhbəri Endrü Kimə istinadən Cənubi Koreya KİV-i bildirib.
    O, bu fikirləri Seulda keçirilən qapalı mühazirədə çıxışı zamanı söyləyib. Kim hesab edir ki, Koreya Xalq Demokratik Respublikasının lideri ABŞ-la nəticəsiz başa çatmış sammit fonunda Rusiyayla yaxşı münasibətləri dünyaya nümayiş etdirmək istəyəcək.

    Muxalifet - 21-03-2019

  15. 9 ABŞ senatorundan Səudiyyə vəliəhdinə bir məktub: “Onları buraxın”

    ABŞ-ın 9 senatoru Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məhbus aktivistləri sərbəst buraxması üçün çağırış ediblər.
     
    ABŞ-lı bir qrup Demokrat senator Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmana aralarında ABŞ vətəndaşının da olduğu məhbus fəal və müxalifləri sərbəst buraxması üçün çağırış edib.
    Demokrat senator Dik Durbin, 2020-də prezidentliyə namizəd olacaq Elizabeth Warren və Jeanne Şaheennin də aralarında olduğu 9 Demokrat senator vəliəhd şahzadə bin Səlmana məktub yazıb.

    Muxalifet3 - 21-03-2019

  16. Bakıda sərnişin avtobusu yanıb

    Bakıda sərnişin avtobusu yanıb.
    Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
    Belə ki, “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 21-03-2019

  17. ​Azərbaycana yaz gəldi

    Azərbaycana yaz fəsli daxil olub.
    Məlumata görə, təbiət hadisəsi martın 21-i Bakı vaxtı ilə saat 01:58-də qeydə alınıb.
    Bu zaman gecə ilə gündüz bərabərləşib.
    Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayıb.

    Muxalifet - 21-03-2019

  18. Terroru bəsləyən Xaçlı Qərb

    Türkiyədə AK Partiya İnsan Haqqları Komissiyası tərəfindən hazırlanan "Qərb ölkələrində Yaşanan İnsan Haqlarının Pozulması Hesabatı" ndakı 'Qərb ölkələrinin terror təşkilatı döyüşçülərinə və fəaliyyətlərinə verilən dəstək' mövzusundakı hissədə, bu gün dünyanı qana bulayan terror təşkilatların az qala hamısının Qərb tərəfindən qorunduğu və dəstəkləndiyi ortaya qoyulub.
     

    Muxalifet3 - 21-03-2019

  19. PKK-ya qarşı əlavə qüvvə göndərildi

    İraqın baş qərargah rəisi Osman əl-Gənimi Mosulun Sincar şəhərinə əlavə qüvvə göndərməyi qərara alıb.
     
    İraq Baş Qərargahından edilən yazılı açıqlamaya görə, Ganimi ordu ilə terror təşkilatı PKK arasında qarşıdurmaların yaşandığı Mosulun Sincar mahalını ziyarət edərək oradakı hərbi səlahiyyətlilərlə bir araya gəlib.
    "İraq ordusu dövlətin ləyaqətini təmsil edir və bizim qırmızı xəttimizdir" deyən Ganimi, Sincardaki qarşıdurmalardan sonra bölgəyə əlavə qüvvə göndərmə qərarı verib.

    Muxalifet3 - 21-03-2019

  20. Novruz şənlikləri zamanı GÜCLÜ PARTLAYIŞ: ölü və yaralılar var

    Əfqanıstanın paytaxtı Kabil şəhərinin Kart-e Sahi rayonunda Novruz şənlikləri zamanı partlayış baş verib.
    Partlayış nəticəsində azı 6 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
    Bəzi yerli nəşrlər partlayışın səbəbinin rayona endirilmiş raket zərbələri olduğunu qeyd edib./Publika

    Muxalifet - 21-03-2019

Pages