Axtarış

The search found 105779 results in 0.025 seconds.

Search results

  1. Ərdoğandan Trampa sərt cavab: İmkan verməyəcəyik...

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxış edərək Trampın “Golan Təpələrini” İsrailin ərazisi kimi tanıyacağı fikrinə də münasibət bildirib.
     
    Ərdoğan çıxışında, bu sözləri deyib:
     “İslam Əməkdaşlıq Təşkilatı üzvlərin sayına görə BMT-dən sonra ən böyük təşkilatdır. Əlbəttə ki, İsrail rəhbərliyinin davamlı təcavüzünə məruz qalan Qüdsün hüququnu qoruyan təşkilatımızın ilk vəzifəsidir.

    Muxalifet3 - 22-03-2019

  2. Ermənistan hakimiyyəti Qarabağla bağlı danışıqlara HAZIR DEYİL - Şahnazaryandan ŞOK

    Ermənistan hakimiyyəti Qarabağla bağlı danışıqlara hazır deyil.
    Bunu “SputnikErmənistan”a açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib. Onun sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra danışıqlar prosesindəki situasiya ciddi narahatlıqlar yaratmağa başlayıb:
    “Ermənistan rəhbərliyi danışıqlara hazır deyil. Ermənistan artıq böyük güzəştlərə gedib, Azərbaycan diplomatiyası isə son 11 ay ərzində ciddi uğurlar əldə edib”.

    Muxalifet - 22-03-2019

  3. ​Gələn aydan birinci qrup əlilliyi olan şəxslər Prezident təqaüdü alacaq

    Gələn aydan etibarən əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezident təqaüdü veriləcək. 
    Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 
    Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib.

    Muxalifet - 22-03-2019

  4. “Qarabağ münaqişəsində Azərbaycanın haqq mövqeyini dəstəkləyirik” – Pakistan Prezidenti

    Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi martın 22-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib.Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet - 22-03-2019

  5. Sabahın hava proqnozu AÇIQLANDI

    Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb. 
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti təşkil edəcək.

    Muxalifet - 22-03-2019

  6. Türkiyə, BMT və Rusiyadan ABŞ-a “Golan Təpələri” şoku!

    Yaxın Şərq üçün əsas mövqedə olan ABŞ prezidenti Donald Tramp, "ABŞ-ın “Golan Təpələri” üzərində İsrailin suverenliyini tam olaraq tanıması lazımdır" sözlərindən sonraTürkiyənin də aralarında olduğu bir çox ölkə Trampa təpki göstərib.
     
    BMT-nin baş katibinin sözçüsü Fərhan Haq Trampun açıqlamasına yönəlik "Biz bu məsələdə yalnız BMT-nin bütün qətnamələrinə söykənirik” deyərək ABŞ prezidentinin iddiasını dolayısı ilə rədd edib.

    Muxalifet3 - 22-03-2019

  7. Ərdoğan Yeni Zelandiya hücumunun video görüntülərini nümayiş etdirib

    Yeni Zelandiya xarici işlər nazirinin Türkiyəyə səfərinə bir gün qalmış Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı şəxsin Kraystçörçdəki məscidə girərək, insanları qətlə yertirdiyi videonu nümayiş etdirib.
     
    Yeni Zelandiya hökuməti hazırda həmin hücumların görüntülərinin yayılmasının qarşısını almağa çalışır.
    Ərdoğan videonu Eskişəhirdə keçirilən seçki yürüşündə etdiyi çıxışı zamanı nümayiş etdirərək, bunun Türkiyəyə təhdid olmadığını deyən müxalifəti tənqid edib.
    Ərdoğanın bu videonu mitinqlərdə nümayiş etdirməsi xaricdə hiddət doğurub.

    Muxalifet3 - 22-03-2019

  8. “Laçın”ın sahibinin oğlunun məhkəməsi başladı

    Xətai Rayon Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
    Məhkəmənin baxış iclası aprelin 3-nə təyin edilib.

    Muxalifet - 22-03-2019

  9. Gündə 300 min barrel nefti cəmi 16 dollardan satan mafiya... - İRAN QƏZETİNİN SENSASİON İDDİASI

    Iraq Kürdüstanı nefti İsrailə dempinq qiymətlərinə satır. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu İran mühafizəkarlarının qəzeti olan “Kayhan” yazıb.

    Nəşr bildirir ki, İsrail İraq Kürdüstanındakı “mafiya”dan İraq neftini nəzərə çarpacaq həcmlərdə bir barrelə görə cəmi 16-17 dollara alır. Qanunsuz ixracatın həcmi gündəlik 300 min barrelə çatır.

    Muxalifet - 22-03-2019

  10. “Boeing” şirkətinə NÖVBƏTİ ZƏRBƏ - Milyardlıq müqavilə LƏĞV EDİLDİ

    Daha bir beynəlxalq hava yolu şirkəti “Boeing”lə bağladığı müqavilədən imtina edib.

    İndoneziyanın “Garuda İndoneziya” şirkəti “Boeing”ə verdiyi 49 ədəd “737 MAX” təyyarəsinin sifarişini ləğv edib.

    “Garuda” rəsmiləri bu barədə “Boeing”ə rəsmi məktub göndərib.

    Məlumata görə, müqavilənin dəyəri milyard dollar həcmində olub.

    Qeyd edək ki, son 6 ayda “Boeing 737 MAX” modelli təyyarə iki dəfə qəza keçirib. Nəticədə 346 nəfər vəfat edib. 10 martda Efiopiyada 157 nəfərin öldüyü qəzadan sonra bütün dünyada bu təyyarələrin uçuşu ləğv edilib.

    Muxalifet - 22-03-2019

  11. 30 İLDƏ BİR PREZİDENT TANIYAN QAZAXISTAN: Nazarbayev təhlükəsizliyini və öz irsini qorumağı bacaracaqmı?- TƏHLİL

    Nargis Kassenova

    “Project Synicate”, 21.03.2019

    Martın 19-da müstəqil Qazaxıstana bəlli olan yeganə prezident, Nursultan Nazarbayev təxminən 30 illik mütləq hakimiyyətdən sonra istefasını elan edib. Televiziyada çıxış edən Nazarbayev ölkənin nailiyyətlərini yüksək qiymətləndirib və cavanları parlaq gələcək qurmağa çağırıb.

    Ancaq bu, vida deyildi, çünki Nazarbayev siyasi səhnədən çıxmadığını söyləyib. Odur ki, indi Qazaxıstanın aqibəti ilə bağlı suallar yaranır.

    Muxalifet - 22-03-2019

  12. ​Saxta din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq - RƏSMİ

    Dini bilikləri olmayan şəxslər din xadimi kimi çalışa bilməyəcək.
    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.  
    Məlumata görə, attestasiyanın keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən təsadüfi şəxslərin kənarlaşdırılmasıdır:

    Muxalifet - 22-03-2019

  13. Kritik İƏT Zirvəsindən sonra çağırış

    İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə İdarəetmə Komitəsinin iclasından sonra birgə bəyanat qəbul edilib.
     
    Bəyənatla bağlı Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu bunları deyib:

    Muxalifet3 - 22-03-2019

  14. Dəhşətə gətirən hesabat! Əsəd sobalarda 6 min adam yandırıb

    Birləşmiş Millətlər Təşkilatının himayəsi altında fəaliyyət göstərən Suriya Hüquq Komissiyası öz hesabatında, bir dəhşəti ortaya qoyub. Hesabatda Əsəd rejiminin sobada 6 min adam yandırdığı qeyd olunub.
     

    Muxalifet3 - 22-03-2019

  15. Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

    Gürcüstan ərazisində yaşayan müxtəlif millətlərdən olan insanları bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır.

    Virtualaz.org “Qruziya-Onlayn”a istinadən xəbər verir ki, bunu əhalisinin böyük hissəsini azərbaycanlıların təşkil etdiyi Kvemo-Kartli bölgəsinə səfəri zamanı etdiyi çıxışda Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

    Muxalifet - 22-03-2019

  16. ​Söyüşə görə həbsə girən Kamildən daha bir təhqir - VİDEO

    Söyüşə görə 10 sutka həbsdə yatan və dünən azadlığa çıxan Kamil Zeynallı yenə söyüş söyüb.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnstaqram hesabında həbsdən qarşılama mərasimində iti "Maksla qucaqlaşmasının" videosunu paylaşıb və altında onu tənqid edənləri təhqir edib.

    Muxalifet - 22-03-2019

  17. Almaniyada daha bir skandal - Mesut Özildən sonra İlkay...

    İrqçiliklə qarşılaşdığı üçün milli komandanı tərk edən Mesut Özildən sonra komandanın daha bir türk əsilli futbolçusu İlkay Gündoğan da eyni təpki ilə qarşı-qarşıya qalıb.

    Muxalifet - 22-03-2019

  18. Yeni Zelandiya məscidlərinə hücumdan sonrakı davranışıyla təqdir qazanan baş nazir

    "Jacinda Ardern bütün dünyaya həqiqi liderlik, həmrəylik, sevgi və güclü şəxsiyyət nümunəsi göstərdi".
     
    Britaniyanın "Guardian" qəzetində dərc edilmiş bir xəbər bu cümləylə başlayır. Martın 15-ində Yeni Zelandiyanın Christchurch şəhərindəki iki məscidə 50 nəfərin ölümüylə nəticələnmiş hücumdan sonra dünyanın bir çox yerində mətbuat və sosial mediada məhz bu fikir hakim idi.
    Yeni Zelandiyanın baş naziri, Əmək Partiyasının lideri 38 yaşlı Jacinda Ardern ölkəsinin yaxın tarixindəki ən böyük hücuma reaksiyasıyla dünya miqyasında təqdir qazanıb.

    Muxalifet3 - 22-03-2019

  19. Balakən sakininin evindən silah və narkotik tapıldı

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

    Muxalifet - 22-03-2019

  20. ​Tokayev Süleymanovu özünə köməkçi seçdi

    Qazaxıstan prezidenti səlahiyyətlərinin icraçısı Qasım-Jomart Tokayev Timur Süleymanovu özünə köməkçi təyin edib.
    Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
    Qeyd edək ki, Süleymanov cəmi 20 gün öncə Qazaxıstan Milli Bankı sədrinin müavini təyin olunmuşdu. O, həmçinin 2016-ci ildə Qazaxıstanın iqtisadiyyat naziri vəzifəsini icra edib./Axar

    Muxalifet - 22-03-2019

Pages