Axtarış

The search found 105779 results in 0.119 seconds.

Search results

  1. Gürcü Arzusundan azərbaycanlılara mesaj

    Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
    Muxalifet.az-ın report -a istinadən məlumatına görə, təbrikdə bildirilib ki, Novruz bayramı yeni il hesab olunur və bahar fəslinin gəlməsini simvolizə edir:
    “Bizim azərbaycanlı həmvətəndaşlarımız üçün Novruz bayramı milli bayramdır. Azərbaycanlılara sülh və çiçəklənmə arzu edirik”.
     

    Muxalifet3 - 22-03-2019

  2. ABŞ-dan İranın nüvə proqramına növbəti zərbə

    ABŞ-ın Maliyyə Nazirliyi İranın nüvə proqramı ilə əlaqəli 14 fiziki və 17 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
     

    Muxalifet3 - 22-03-2019

  3. Gözlərinizə İNANMAYACAQSINIZ: İnsan 20 il belə cavanlaşdı – ŞOK VİDEO

    Hər dəfə heyvanlar üzərində təcrübələr haqqında danışan növbəti elmi verilişlə qarşılaşanda bu bizə fantastik və real olmayan görünür. Amma insanlarla bağlı belə təcrübələr barədə eşidəndə qulaqlarına inanmırsan.
    Alimlər çoxdandır ömrümüzü uzatmaq üçün iş aparırlar. Onlar artıq hansı ərzaqları istifadə edəndə cavan qala biləcəyimizi müəyyənləşdiriblər. İndi genetik dəyişiklik növbəsidir.

    Muxalifet3 - 22-03-2019

  4. Həbib növbəti döyüşə çıxır - Tarix açıqlandı

    UFC çempionu Həbib Nurməhəmmədovun növbəti döyüşünün tarixi bəlli olub.
    Muxalifet.az xəbər verir ki, döyüşün 2019-cu il sentyabrın 7-də baş tutacağı deyilsə də, H. Nurməmmədovun rəqibinin kim olduğu hələ məlum deyil.
    "Sentyabrın 7-də Həbib Nurməhəmmədov növbəti döyüşünü keçirəcək”, - deyə İnstaqramda jurnalist Azamət Bostanov yazıb.
     

    Muxalifet3 - 22-03-2019

  5. Bağdadi saqqalını boyayaraq qaçmağa çalışır - Şok İDDİA

    İŞİD lideri Əbubəkr Bağdadi xarici görkəmində dəyişiklik edərək Suriyadan İraqa qaçmağa çalışır.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Əl Arabia əl-Cədid” qəzeti məlumat yayıb. Qəzet onun cəhdlərinin uğursuz olduğunu yazıb:

    Muxalifet3 - 22-03-2019

  6. İƏT Zelandiyada 2 məscidə terror hadisəsi ilə bağlı iclas keçirib

    Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, iclasda İslam ölkələrinin dövlət və hökumət nümayəndələri iştirak edirlər. 42 ölkənin nümayəndəsinin qatıldığı iclasda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

    Muxalifet3 - 22-03-2019

  7. Ağakərimin yeni görüntüsü yayıldı - Foto

    Bir müddət öncə insult keçirib, xəstəxanaya yerləşdirilən meyxanaçı Ağakərimin (Kərim Novruzov) yeni görüntüsü üzə çıxıb.
    Muxalifet.az xəbər verir ki, sənətçinin ziyarətinə gedən dostları onunla birlkdə fotosunu paylaşıblar.
    Qeyd edək ki, ayağı tutulan meyxanaçının xəstəxana xərclərini isə Heydər Əliyev Fondu qarşılamışdı.
     

    Muxalifet3 - 22-03-2019

  8. Çin: ABŞ-ın yeni hərbi büdcəsini qəbul etmirik

    Pekin Çinə təhdid kimi yanaşılan ABŞ-ın yeni müdafiə büdcəsi layihəsinə etiraz edir.
    Muxalifet.az xəbər verir ki, bu bəyanatı Çin Müdafiə Nazirliyi yayıb. Bəyanatda bunun Çin-ABŞ ikitərəfli münasibətlərinin sağlam inkişafına uyğun olmadığı bildirilib. Pekin ABŞ-ın soyuq müharibə dövrünün düşüncəsindən əl çəkməli olduğunu və Çin hərbi sənayesinə obyektiv baxmalı olduğunu vurğulayıb.
    Qeyd edək ki, ABŞ tərəfindən bundan öncə təqdim edilən 2020-ci il büdcə layihəsində Rusiya və Çinlə strateji rəqabətin prioritet olacağı vurğulanıb.
     

    Muxalifet3 - 22-03-2019

  9. Azərbaycan və Ermənistan arasında sülh bağlanır? - ŞOK MƏQALƏ

    Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması fürsəti yaranıb. Uzun illərdir davam edən nəticəsiz danışıqlardan sonra həllə yol aça biləcək dəyişikliklər diqqət çəkir.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzetinin analitik materialında bildirilib.
    Məqalədə bir il əvvəl Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət irəliləyişə yol aça biləcəyinə toxunulub:

    Muxalifet3 - 22-03-2019

  10. Tanrı yəhudilərin xilas üçün Trampı göndərdi - Pompeo

    Tanrı yəhudiləri xilas etmək üçün Trampı göndərib.
    Muxalifet.az xəbər verir ki, bunu Qüdsdə səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo CBN televiziyasına müsahibəsində deyib. O, Trampın yəhudilərin xilaskarı Esterə bənzəməsi ilə bağlı verilən sualı belə cavablandırıb:
    “Bir xristian olaraq əminliklə bunun mümkün olduğuna inanıram” - Pompeo bildirib.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp tez-tez İsrail leyhinə çıxışlar edir. Bundan əvvəl də Qolan yüksəkliklərində İsrailin suverenliyinin tanınması istiqamətində addımlar atmalı olduqlarını deyib.
     

    Muxalifet3 - 22-03-2019

  11. Ayfon istifadəçilərinə MÜJDƏ

    İOS sistemli mobil qurğular da Votsapın müəssisələr üçün hazırladığı Votsap Biznes tətbiqindən istifadə edə biləcəklər.
    Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, 2018-ci ilin əvvəllərində hazır olan tətbiq Votsapın əsas tətbiqinə çox bənzəyir. Android və noutbuklarda artıq istifadə edilən tətbiqdən yaxın vaxtlarda iOS istifadəçiləri də faydalana biləcəklər.

    Muxalifet3 - 22-03-2019

  12. Kamil Zeynallı azadlığa çıxan kimi yenə təhqir etdi

    Söyüşə görə 10 sutkalıq həbsdən sonra dünən azadlığa çıxan Kamil Zeynallı yenə söyüş söyüb.
     O instagram hesabında  itinin yerə düşən dırnağını bəzi insanlara dəyişmədiyini bildirib.
    Kamil onu tənqid edənləri hədələyərək, “Duxunuz varsa gəlin üzümə deyin” deyib və  “namussuzların övladları” ifadəsini işlədib.
    Kamil söymək üçün darıxdığını da deməyi unutmayıb.
     

    Muxalifet3 - 22-03-2019

  13. Azərbaycanda böyrək köçürülmüş neçə insan var?

    Hazırda Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var və onların dərman təminatını dövlət öz üzərinə götürüb.
    Muxalifet.az-ın məlumatına görə, respublikanın şəhər və rayonlarında 44 hemodializ mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 3600-dən çox xroniki böyrək çatışmazlığı olan xəstə hemodializ seansları və dərman preparatları ilə təmin edilir.

    Muxalifet3 - 22-03-2019

  14. Quba - Xınalıq yolu açıldı - Foto

    Qar uçqunu səbəbindən iki gündür ki, bağlı olan Quba-Xınalıq yolunda martın 22-si gündüz saatlarından başlayaraq avtomobillərin hərəkəti bərpa edilib.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, martın 20-də baş verən qar uçqunu Quba-Xınalıq yolunun 34-38-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradıb.

    Muxalifet3 - 22-03-2019

  15. Kasprşik Paşinyanla Qarabağı müzakirə etdi

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik cümə günü İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nzamlanması prosesini müzakirə ediblər. Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması və sülh yolu ilə həll üçün zəruri addımların atılması məsələsinin əhəmiyyəti qeyd olunub.
     

    Muxalifet3 - 22-03-2019

  16. ​BMT-dən Trampın qərarı ilə bağlı - Bəyanat

    BMT-nin Qolan təpələri ilə bağlı mövqeyini dəyişməyib.
    Muxalifet.az xəbər verir ki, bunu BMT baş katibinin müavini Fərhan Hak jurnalistlərə açıqlamasında deyib.
    “Mövcud vəziyyət BMT Təhlükəsizlik Şurasının qətnaməsində və Baş Assambleyanın müvafiq qərarında əksini tapıb”, - deyə bildirilib.

    Muxalifet3 - 22-03-2019

  17. Lütfəli Abdullayev papağını oğurlayanı evinə gətirib...

    Bu gün ad günü olan xalq artisti Lütfəli Abdullayevlə bağlı tanınmış jurnalist Famil Cəfərli maraqlı xatirə paylaşıb.
    Muxalifet.az xəbər verir ki, F.Cəfərli bu əhvalatı ona müqtədir sənətkarın nəvəsi Mina xanımın danışdığını bildirib. Mina xanım deyir ki, bu olay mətbuatda demək olar, işıqlandırılmayıb.
    Əhvalat isə belədir:

    Muxalifet3 - 22-03-2019

  18. Suriya İŞİD-dən tamamilə təmizləndi - Ağ Ev

    Artıq İŞİD-in Suriyada nəzarət etdiyi torpaq yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Sara Sanders açıqlama verib.
    O bildirib ki, bununla bağlı Pentaqon tərəfindən prezident Donald Trampa məlumat verilib.
    Qeyd edək ki, D.Tramp bundan əvvəl də bir neçə dəfə Suriyada İŞİD nəzarətində olan torpaqların tamamilə azad edildiyini açıqlasa da, məlumatın doğru olmadığı üzə çıxmışdı.
     

    Muxalifet3 - 22-03-2019

  19. Merkeldən Breksit açıqlaması - Londona mesaj

    Almaniya iqtisadiyyatı sərt Breksit üçün çox yaxşı hazırlanıb.
    Muxalifet.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Brüsseldə AB liderlərinin zirvə görüşündən sonra deyib. O, hələlik Breksitlə bağlı İngiltərə parlamentinin qərarını gözlədiklərini bildirib.
    Merkel razılaşmasız Breksitin arzu olunmadığını vurğulayıb.
    Qeyd edək ki, AB liderləri Brüsseldə toplaşaraq Breksitin 30 iyuna qədər təxirə salınmasını müzakirə ediblər.
     

    Muxalifet3 - 22-03-2019

  20. "Milan" 22 yaşlı oyunçuya 40 milyon avro qiymət qoydu

    "Milan" bir neçə klubun maraqlandığı futbolçusu Frank Kessini satmağa hazırdır.
    Muxalifet.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub.
    F.Kessi ilə "Arsenal", "Tottenhem" və PSJ maraqlanır.
    Qeyd edək ki, Kessi bu mövsüm A seriyasında 26 matçda 4 qol vurub, 1 qolun ötürməsini verib
     

    Muxalifet3 - 22-03-2019

Pages