Axtarış
The search found 105779 results in 0.114 seconds.
Search results
Suriyada 20 nəfəri edam edən İŞİD üzvü saxlanılıb
Macarıstan hökuməti ilkin ehtimallara görə, Suriyada insanların başını kəsən şəxsi yaxalayıb.
Muxalifet.az RİA "Novosti"yə istinadən xəbər verir ki, saxlanılan şəxsin adı açıqlanmır, lakin, əldə edilən məlumatlara görə, o, 2016-cı ildə 20-yə yaxın şəxsin edamında iştirak edib.Muxalifet3 - 22-03-2019
Türkmənlər çıxılmaz durumda: İran hökuməti seyr edir - Foto
İranın Türkmənsəhra bölgəsinin bir çox şəhərlərində meydana gələn sel həyatı iflic edib.
Muxalifet.az xəbər verir ki, təbii fəlakət Günbedkavus, Akkale, Qaimşehr kimi şəhərlərdə yüzlərlə evi dağıdıb, infrastrukturu tamamilə məhv edib.
Akkale şəhərinin isə ümumiyyətlə yarısının və 10 kəndinin tamamilə sular altında qaldığı deyilir.
Sel fəlakəti zamanı hər hansı ölüm faktının qeydə alınmadığı bildirilsə də, 23 min sakinin çıxılmaz vəziyyətdə qaldığı məlum olub.Muxalifet3 - 22-03-2019
ŞOK: Üzeyir Mehdizadə Moskvada DÖYÜLDÜ
Müğənni Üzeyir Mehdizadə Novruz Bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib.
Axşam.az-ın əldə etdiyi məlumata görə, konsertdən sonra ifaçı və köməkçisi döyülüb.
Onları döyən şəxslər isə Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır.
Qeyd edək ki, konsertdə Üzeyir yüngül zədə alsa da, köməkçisinin vəziyyəti ürəkaçan olmayıb.Muxalifet - 23-03-2019
Trampdan ağılları qarışdıran paylaşma!
ABŞ prezidenti Trampın "Bu gün açıqlanan Şimali Koreyaya tətbiq olunan sanksiyaları geri götürürəm" şəklindəki açıqlamasına qarşılıq Şimali Koreya ilə bağlı heç bir sanksiya qərarının olmaması böyük təəccübə səbəb olub.
Tramp paylaşmasında "ABŞ-ın Xəzinə Nazirliyi bu gün Şimali Koreya üzərində olan sanksiyalara əlavə sanksiyalar tətbiq edəcəkdi ki, mənim təlimatımla əlavə sankasiyalar geri götürüldü" deyə qeyd edib.Muxalifet3 - 23-03-2019
SPİKERİN MOSKVADA YENİ ƏMLAKLARI AŞKARLANDI: Milyonlarla dollarlıq evlər… - FOTOLAR
Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə 2014-cü ildə keçirdiyi əməliyyatla bağlı bu yaxınlarda yayılan məlumatlar gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Yayılan məlumatlardan belə məlum oldu ki, həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klub Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsusdur.
Muxalifet - 23-03-2019
Avropa turnirində Türkiyə millsi qalib gəldi
Avro 2020 ələnmə turnirinin H qrupunda yer alan Türkiyə futbol millisi ilk matçında Albaniyanı 2-0 məğlub edib.
Qolları 21-ci dəqiqədə Burak Yılmaz və 55-ci dəqiqədə Hakan Çalhanoğlu vurub.
Baş məşqçi Şenol Günəş Milli Komandadakı ilk matçına qalibiyyətlə başlayıb.
Bu nəticədən sonra Türkiyə qrupa 3 xalla başlayıb. Türk millisi qrupun ikinci matçında bazar ertəsi günü Moldova ilə qarşılaşacaq.
Müxalifət.azMuxalifet3 - 23-03-2019
WhatsApp-da yeni funksiyalar olacaq
WhatsApp istehsalçıları ismarışlar barədə əlavə məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı test edirlər. Trend-in məlumatına görə, funksiya “yönləndirmə haqqında məlumat” adlanır. Bu funksiya ilə istifadəçi alınan ismarışın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək. Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarışlar xüsusi simvolla qeyd olunacaq. İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarışları müəyyən etmək üçün əlavə ediblər.
Muxalifet - 23-03-2019
Toster və qızarmış çörək kanserogendir – Xərçəng təhlükəsi
Mətbəximizə, səhər yeməklərimizə hansı ildən ayaq açdığını dəqiq deyə bilmirik, amma çox ailələrin çörək qızartması və tostersiz işinin keçmədiyini görməmək mümkün deyil.
Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, qazda, odda qızarmış və yanmış çörək və kartof kanserogen hesab olunur.
Qızarmış, yanmış çörəkdə akrilamid adlı maddə yaranır, bu maddə Dünya Səhiyyə Təşkilatı tərəfindən insan orqanizmi üçün zərərli xərçəngə səbəb olacaq maddələr siyahısına daxil edilib.Muxalifet - 23-03-2019
Rəis oğlu “Porsche” ilə yüksək sürətlə radara düşdü - Foto
Azərbaycanda bir çox yüksək çinli məmurların övladlarının yol-hərəkəti qaydalarını pozması və bunun ağır faciələrə səbəb olmasına dair mediada zaman-zaman xəbərlər yayılır.
Valideynlərinin tutduğu mövqeyə arxalanan bu cür şəxslərin törətdikləri əməllər sonradan onların ictimai qınaqla üzləşməsi, həbsi və bəzi halarda arxalandıqları insanların vəzifədən atılması ilə nəticələnsə də zaman-zaman bu tipli adamların avtoxuliqanlıq hərəkətləri təkrarlanır.Muxalifet - 23-03-2019
Bakıda yanan mənzildə meyit tapıldı
Bakı mənzildə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin məlumata görə, hadisə şəhərin Xətai rayonunda baş verib.
Ümumi sahəsi 107 m² olan birmərtəbəli dörd otaqlı evin iki otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 23-03-2019
Əraziləri qaytarmağa kömək edəcək TƏK VARİANT
Ukrayna güclü informasiya müharibəsinə başlamalıdır.
“Obozrevatel” nəşri xəbər verir ki, bu haqda ICTV telekanalına müsahibəsində şoumen, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskiy bildirib.
Onun fikrincə, bu, tək qansız müharibədir, amma çox təsirlidir və işğal edilmiş əraziləri qaytarmağa kömək edə biləcək.Muxalifet - 23-03-2019
Trampın "Golan Təpələri İsrailindir” açıqlaması nə anlama gəlir?
Golan Türkləri Dərnəyinin sədri Yaser Hüseyn ABŞ prezidenti Donald Trampın İsrailin işğal etdiyi Golan Təpələrini İsrailin torpağı kimi tanımasına münasibət bildirib.
Muxalifet3 - 23-03-2019
Bursadakı bağ evindən keçmiş deputatın cəsədi tapıldı
Keçmiş deputatın bağ evindən cəsədi tapılıb.
Muxalifet.az haberler-ə istinadla xəbər verir ki, Seyit Tonyalı Bursanın İznik qəsəbəsindəki bağ evində dünyasını dəyişib.
O, 73 yaşında həyatını itirib. Seyit Tonyalı dünyasını dəyişən zaman kompüterin qarşısında olub.Muxalifet - 23-03-2019
Cəbhədə növbəti erməni təxribatı - ATƏŞKƏS 25 DƏFƏ POZULDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 23-03-2019
Tramp əleyhinə “Rusiya” istintaqı başa çatdı: Gözlər Ağ Evdə
ABŞ-da 2 ildir davam edən Rusiya istintaqını tamamlayan xüsusi səlahiyyətli prokuror Robert Müllerin istintaqı tamamlayaraq sənədləri Ədalət Nazirliyinə təslim etdiyi bildirilib.
ABŞ Ədliyyə Nazirliyindən edilən yazılı açıqlamada, ABŞ prezidenti Donald Trampın qalib gəldiyi 2016 prezident seçkilərinə Rusiyanın kiber hücumlar yolu ilə müdaxilə edib-etmədiyini araşdırıldığı istintaqı icra edən prokuror Müllerin təxminən 2 ildir davam edən istintaqını tamamladığı və sənədləri ədalət naziri William Barr'a çatdırdığı ifadə edilib.Muxalifet3 - 23-03-2019
Söyün Sadıqovun həbsində qaranlıq məqamlar: Prezident və erməni nazirin təlimatı, yoxsa "qara" milyonlar?
Xəbər verdiyimiz kimi, 2019-ci ilin fevralında Rusiyanın Rostov şəhərində azərbaycanlı oliqarx, prezident Putinin sabiq rəsmi nümayəndəsi Söyün Sadıqov həbs olunub.
Onunla birlikdə iş adamı Маzur da saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü bəndi və 159-cu maddənin 4-cü bəndi ilə cinayət işi açılıb. Bu maddələr başqasına məxsus əmlakın zorla ələ keçirilməsini əhatə edir.Muxalifet - 23-03-2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTO
Bu gün İslamabad şəhərində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.
“AzeriDefence”nin məlumatına görə, paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla tribuna önündən keçib.
Azərbaycan Ordusunun hərbçiləri tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan - Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.Muxalifet - 23-03-2019
Bu silah Rusiya-ABŞ müharibəsinin nəticəsini müəyyənləşdirəcək - Vaşinqton ŞOKDA
Rusiya “Xəncər” hipersonik raketlərinin sayəsində hərbi münaqişədə üstünlüyə malikdir, çünki indiyə qədər onlardan effektiv müdafiə vasitələri mövcud deyil. Məhz buna görə də “Xəncər”in sınaqları ABŞ-da təşvişə səbəb olur.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.Muxalifet - 23-03-2019
Türk nazirdən PKK terrorçubaşlarına çağırış
Türkiyənin daxili işlər naziri Süleyman Soylu PKK-nın Türkiyədə idarəçisinin qalmadığını söyləyib. Nazir Soylu PKK-nın terrorçubaşlarına da çağırış edib: "Mən Murad Karayılan, Cəmil Bayık'a müraciət edirəm. Gəlin və adamlarınıza sahib çıxın. Baxın, dağlarda 700 nəfər terrorçu var. Siçovullar kimi mağaralarda gizlənirlər. Gəlin və onlara nəzarət edin. Gəlin və bizim oğullarımızın sizi necə parçalacağını görün".
Daxili işlər naziri Süleyman Soylu xalqa müraciət edərək bunları söyləyib:Muxalifet3 - 23-03-2019
Krım yalnız bu halda qayıdacaq - Zelenski
Rusiyada hakimiyyət dəyişikliyindən sonra Krım Ukraynanın tərkibinə qayıdacaq.
Bu sözləri Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski deyib. O, eyni zamanda etiraf edib ki, prezident olacağı təqdirdə yarımadanı qaytarmağın yolunu bilmir:
“Biz başa düşürük axı... Krım Rusiyada rejimin dəyişməsindən sonra qayıdacaq”.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri 31 martda baş tutacaq./AxarMuxalifet - 23-03-2019