Axtarış
The search found 105779 results in 0.099 seconds.
Search results
Sorğu açıqlandı: ABŞ-da çöküşün etirafı!
“Pew” sosial tədqiqat mərkəzi tərəfindən aparılan sorğunun nəticələrinə görə, ABŞ əhalisinin əksəriyyəti ölkənin etibarsız bir istiqamətdə hərəkət etdiyini və beynəlxalq arenada zəifləyəcəyinə inanır.
Muxalifet3 - 23-03-2019
Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 mart 2019-cu il tarixinə 3888 nəfərdir.
Muxalifet - 23-03-2019
PENTAQON-ROTŞİLDLƏR SAVAŞINDA NÖVBƏTİ RAUND – Türkiyə hansı gücün yanında yer alacaq?
Bunu bilməliyik ki, Türkiyə tarixin ən böyük müharibəsinin tam ortasındadır. Bunu indi görməyə, anlamaya, nəzərə almaya bilərik. Lakin bu həqiqəti bilərək yaşamaq gələcəyimizi qurmaq anlamına gəlir.
Muxalifet - 23-03-2019
Bakı dönərxanalarında biabırçılıq... - 7 NƏFƏRİN ZƏHƏRLƏNMƏSİ DƏ VƏZİYYƏTİ DƏYİŞMƏYİB
Bakının ictimai iaşə obyektlərində, o cümlədən dönərxanalarda rüsvayçı vəziyyətin hökm sürdüyünü təsdiqləyən daha bir fakt ötən həftə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində qeydə alındı. Kafedə dönər yeyən 7 tələbənin zəhərlənməsindən sonra yoxlama aparıldı, bəlli oldu ki, dönərlər antisanitariya şəraitində, istifadə müddəti bitmiş ərzaqlardan hazırlanırmış.
Muxalifet - 23-03-2019
İbadət zamanı keşişə bıçaqla hücum edildi
Kanadada Katolik kilsəsində təşkil edilən dini mərasim əsnasında rahib bıçaqlı hücuma uğrayıb.
Hadisə Kanadanın Montreal şəhərində katolik kilsəsi olan Saint Cozef-də səhər saatlarında meydana gəlib.Muxalifet3 - 23-03-2019
Gəncə-Bakı reysinə dəyişiklik - Əlavə qatar ayrılır
"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib. QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Muxalifet.az-a verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir. Qatar Gəncədən saat 18:00-da yola düşəcək və saat 22:15-də Bakıya çatacaq.
Muxalifet - 23-03-2019
"Bazarda göyərti satırdım" - Azərbaycanlı dünya çempionu - VİDEO
Məşhur karateçi Niyazi Əliyev "CBC Sport"un qonağı olub.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, idmançı rubrikada ona ünvanlanan suallara verdiyi səmimi cavabları ilə diqqət çəkib.Muxalifet - 23-03-2019
"11 manatı alıb, 2 manatı isə yol pulu üçün geri qaytarıb" - Soyğunçuluqda suçlanan 22 yaşlı gəncin məhkəməsi
Soyğunçuluqda ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun cinayəti hazırda mühakimə olunduğu məhkəmənin qarşısında törətdiyi bildirilir.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətıər Məhkəməsində soyğunçuluqda ittiham edilən 1997-ci il təvəllüdlü Səid Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hadisənin əsas şahidi hesab edilən Qılman Abbasov dindirilib.Muxalifet - 23-03-2019
Azərbaycanlı bloqerin hədiyyə etdiyi Gelandewagen qəzalı imiş?
Rusiyada fəaliyyət göstərən azərbaycanlı videobloqer Hüseyn Həsənovun müsabiqə yolu ilə Instagram izləyicilərindən birinə hədiyyə verdiyi “Gelandewagen” avtomobilinin vaxtilə müxtəlif qəzalarda olduğu ortaya çıxıb.
“Avtokod” nəşri maşının dövlət nömrə nişanı ilə müəyyn edib ki, altı il ərzində avtomobilin üç sahibi olub, yürüşü isə 110 min kilometrdən çoxdur.
Bildirilir ki, avtomobil üç dəfə qəzaya düşüb. Həmçinin avtomobilin cərimələri var.Muxalifet - 23-03-2019
Astana şəhərinin adı dəyişdirildi
Qazaxıstanın yeni Prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.
Dövlət başçısının imzaladığı qanunda deyilir: "Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın".Muxalifet - 23-03-2019
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
2019-cu ilin dövlət büdcəsində erməni hərbçilərin maaşlarının qaldırılması nəzərdə tutulmayıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının iclasında çıxışı zamanı Ermənistan müdafiə nazirinin müavini Qabriyel Balayan deyib. O bildirib ki, hazırkı dövrdə hərbçilərin maaşının 5000, hətta 1000 dram artırılması belə dövlət büdcəsi üçün ağırdırMuxalifet - 23-03-2019
Zeynəb Xanlarovanın dəbdəbəli villasının GÖRÜNTÜLƏRİ YAYILDI - Fotolar
Bu gün sosial şəbəkələrdə Azərbaycan və SSRİ-nin xalq artisti Zeynəb Xanlarovanın evinin görüntüləri yayılıb.
Muxalifet.az Bizimyol.info-ya istinadən xəbər verir ki, yayılan görüntülərdə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın evinin bir neçə mərtəbədən ibarət, möhtəşəm villa olduğu aydın olur.
Əzəmətli evin yaşıllıqlar içində baxçası və geniş həyəti var.Muxalifet - 23-03-2019
Suriyada Tehran-Moskva rəqabəti kəskinləşir: Əsəd Latakiya limanını iranlılara verdi – ARAŞDIRMA
İran Suriyada uzunmüddətli iştirak cəhdiylə yeni addım atıb. Liman şəhəri Latakiyanın administrasiya sənədlərinə inansaq, (bu məlumatları sonradan müstəqil “Suriya məruzəsi” təşkilatı təsdiqləyib) İslam Respublikası Dəməşqlə danışıqlardan bir ay sonra bölgənin ən böyük şəhərində – ələvilərin və Əsəd qəbiləsinin beşiyində liman hüququ əldə edib.
Bu, təkcə Suriyada deyil, həm də özəlliklə “şiə oxu”nun (İrandan Aralıq dənizinə gedir) gücləndirilməsi yoluyla bütün bölgədə öz nüfuzunu möhkəmlətmək üçün limanı çox gözəl vasitə sayan Tehran üçün çox gözəl xəbər olub.
Muxalifet - 23-03-2019
Zaqatalada canavarlar 40-dan çox heyvanı parçaladı
Zaqatalada canavarlar fermaya hücum edib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qandax kəndində qeydə alınıb. Canavarlar kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb.
R.Məmmədov bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır.
Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.Muxalifet - 23-03-2019
Əfqanıstanda GÜCLÜ PARTLAYIŞ: 3 ölü, 31 yaralı
Əfqanıstanda Novruz şənlikləri zamanı ard-arda iki partlayış qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, partlayışlar zamanı 3 nəfər ölüb, 31 nəfər yaralanıb.
Partlayış Helmand vilayətində Karzai Stadionunda Novruz tədbirləri zamanı baş verib.
Daxili işlər naziri Nusrat Rahimi hadisə ilə bağlı açıqlama verib.
"Pajvak" agentliyi yaralılar arasında Hilmənd vilayətinin qubernatoru və müavininin də olduğunu bildirir.
Ümumiyyətlə, xəsarət alanların əksəriyyətinin təhlükəsizlik orqanlarının əməkdaşları və yerli məmurlar olduğu deyilir.Muxalifet - 23-03-2019
Tramp Putinə işləyir, ya yox? - “QİYAMƏT GÜNÜ” YETİŞDİ...
ABŞ-ın Ədliyyə Nazirliyi ötən gün bəyan edub ki, xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə, habelə ABŞ prezidenti Donald Trampın mümkün qanun pozuntularına dair hesabatı baş prokuror Uilyam Barra təqdim edib.
Baş prokurorun bu barədə məktubu martın 22-də Ədliyyə Nazirliyi tərəfindən açıqlanıb.ABŞ Senatı və Nümayəndələr Palatasında bir neçə yüksək vəzifəli millət vəkillərinə ünvanlanmış bu məktubda Barr bildirir ki, o hesabatın başlıca nəticələri barədə məlumatı elə “bu həftəsonu” Konqresə təqdim edəcək.
Muxalifet - 23-03-2019
Sumqayıtda qaynaqçı iş başında öldü
Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, Sumqayıtda Beton məmulatları zavodunda qaynaqçı işləyən 1960-cı il təvəllüdlü Sergeyev Sergey Nikolayeviç iş başında qəflətən dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.Muxalifet - 23-03-2019
Arvadını zəncirlə boğub öldürdü - Səbəbi DƏHŞƏTƏ GƏTİRƏCƏK
Türkiyənin Aydın şəhərində boşanma mərhələsində olan kişi arvadını zəncirlə boğaraq öldürüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ərcan.Ö həyat yoldaşı Zeyneb.Ö ilə iş yerinin sənədi üstündə mübahisə yaranıb.
Belə ki, boşanma qərarından əvvəl Ərcan.Ö iş yerini Zeynəb.Ö-nün adına qeydiyyata saldırıb. Lakin boşanma zamanı iş yerini arvadından geri istəyib, o isə razı olmayıb. Aralarında yaranan mübahisə zamanı cütlüklər bir-birinin üzərinə bıçaqla hücum edib. Hər iki əlindən yaralanan Ərcan.Ö zəncirlə Zeynəb.Ö-nü boğaraq öldürüb.Muxalifet - 23-03-2019
“Bu, küçə adamlarının işidir, belə səviyyəsizliyi gözləmirdim...” - Alimdən rektora AĞIR İTTİHAMLAR
Xəzər Universitetindəki qalmaqal davam edir. Fəlsəfə doktoru Mail Yaqub ona verilən məvacibə etiraz əlaməti olaraq bir müddət öncə universitetdən istefa verməsindən sonra ona qarşı ağır ittihamlar səsləndirildi. Universitetin açıqlamasında bildirildi ki, Mail Yaqub müəllim olaraq çalışdığı müəssisədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan birisi olub. Yəni açıq desək, doktor əxlaqsızlıqda ittiham edilib.
Muxalifet - 23-03-2019
Rusiyada tərəvəz bazası yandı - 4 NƏFƏR ÖLDÜ
Rusiyanın Lipetsk vilayətində tərəvəz saxlanılan yerdə faciə ilə nəticələnən yanğın baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, ümumi sahəsi 800 kv/m olan saxlanğıcda baş verən yanğının söndürülməsinə 34 yanğınsöndürən və 14 texnika cəlb olunub.
Yanğının qarşısı alınsa da, dörd nəfəri ölümdən xilas etmək mümkün olmayıb.
Meyitlər yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Səbəblər araşdırılır.Muxalifet - 23-03-2019