Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. ​Madurodan SENSASİON BƏYANAT: qətl planı ifşa edildi

    Venesuela prezidenti Nikolas Maduro özünü qanunsuz prezident elan etmiş müxalifət lideri Juan Quaydonu onun qətli planını hazırlımaqda ittiham edib.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda yerli televiziyanın efirində çıxışında bildirib.
    “Amerika imperializmi məni öldürmək istəyir. Biz indi planı ifşa etdik. Məni öldürmək üçün bu plana şeytan marionetka şəxsən rəhbərlik edirdi. Lakin onlar bizimlə bacarmadılar və bacarmayacaqlar, çünki bizim Allahımız bizi müdafiə edir”, - Maduro deyib.

    Muxalifet - 24-03-2019

  2. Rusiyada bu tarixdə apokalipsis baş verəcək: “DƏHŞƏT”ə aylar qaldı – ŞOK PROQNOZ

    “Dəhşətli” adlandırılan Rusiyaya qarşı yeni Amerika sanksiyalarının bu ilin sonunda qüvvəyə minəcəyi ehtimal edilir. Zərbənin altında bank, gəmiqayırma və xammal sektoru olacaq.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya maliyyəçisi Slava Rabinoviç sanksiyaların Rusiyaya ehtimal edilən təsirini qiymətləndirib.
    Onun sözlərinə görə, qanun layihələri üzrə səsvermənin nəticələri tamamilə unikaldır: hər iki partiyadan olan Amerika qanunvericilərinin əksəriyyəti onları dəstəkləyir.

    Muxalifet - 24-03-2019

  3. ​Qəbələdə evdə partlayış olub: yaralılar var

    Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli, dörd otaqlı evin zirzəmisində partlayış baş verib. 
    Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib. 
    Yanğın hadisəsi olmayıb. Hadisə zamanı dörd nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.
    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Muxalifet - 24-03-2019

  4. Nazirlik binasına basqın - Nazir müavini amansızlıqla öldürüldü

    Somalinin paytaxtı Moqadişoda "Əş-Şabab" terror təşkilatının üzvləri hökümət binalarına hücum ediblər.

    Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlı qruplaşma şəhərdə iki avtomobili partlatdıqdan sonra Əmək və Sosial Məsələlər Nazirliyinin binasına hücuma edib. Hücum nəticəsində binada olan əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdulla güllələnərək qətlə yetirilib.

    Hücumlar nəticəsində çoxlu insan itkisinin olduğu bildirilir. Terror təşkilatı hadisələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

    Muxalifet4 - 24-03-2019

  5. Qasırğa 700 nəfərin həyatına son qoydu - 3 günlük matəm elan edildi

    Cənubi Afrika ölkələri - Mozambik, Zimbabve, Malavidə qasırğa və yağış səbəbindən yaranan sel 700-dən çox insanın ölümünə səbəb olub.

    Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mozambikin Ətraf mühit naziri Celso Correia İdai qasırğasə səbəbindən ölənlərin sayının 417-ni keçdiyini açıqlayıb.

    Zimbabvedə 259, Malavidə 56 nəfər ölüb. Daşqınlar səbəbindən axtarışlar davam edərkən əhali arasında malyariya xəstəliyinin yayıldığı müəyyən edilib.

    Muxalifet4 - 24-03-2019

  6. Bərdədə ər arvadını baltaladı

    Bərdə rayonunda ər arvadını baltalayıb.

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

    Belə ki, Kəlbəcərdən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu öz həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızını balta ilə ağır xəsarət yetirib.

    Muxalifet4 - 24-03-2019

  7. Alman alim Qafqazda erməni iddialarını ifşa etdi - FOTO

    Almaniyanın Berlin Humbolt universitetində alman tarixçi alimlərlə birgə "Bakının multikultural həyatında almanların rolu" adlı konfrans keçirilib.

    Konfrans Humbolt universiteti, Almaniya azərbaycanlılarının "Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi", eyni zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

    Muxalifet4 - 24-03-2019

  8. Bakıda 59 yaşlı qadının meyiti tapıldı

    Paytaxtda mənzildən qadın meyiti tapılıb.

    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qiqeyçuk İvanna İosivnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet4 - 24-03-2019

  9. 14 yaşlı oğlan ağır qəza törətdi - YARALILAR VAR - FOTO

    İstanbulun Kadıköy ilçəsində 14 yaşlı oğlan avtomobil qəzası törədib.

    Türkiyə mediası xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan iki nəfər yaralanıb.

    Məlumata görə, hadisə bu gün səhər 06 radələrində baş verib. Sükan arxasında olan 14 yaşlı Erol Bayhan avtomobilin idarəetməsini itirib, nəticədə maşın işıq dirəyinə çırpılıb.

    Muxalifet4 - 24-03-2019

  10. Trampla bağlı hesabatın tam mətninin açıqlanması tələb olunur

    ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosi Rusiyanın ölkədəki siyasi proseslərə qeyri-qanuni müdaxiləsini araşdıran prokuror Robert Müllerin bununla bağlı hazırladığı hesabatın yekunlarına dair qapalı brifinqin keçirilməsinin əleyhinə olduğunu söyləyib.

    Musavat.com xəbər verir ki, bu barədə Associated Press agentliynin məlumatında göstərilir.

    Bilindiyi üzrə, ABŞ-ın baş prokuroru Uilyam Barr martın 23-də təhqiqatın başa çatması barədə Konqresi rəsmi şəkildə məlumatlandırıb.

    Muxalifet4 - 24-03-2019

  11. Azərbaycan müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək.

    Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin Müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək.

    Muxalifet4 - 24-03-2019

  12. Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

    Füzuli rayonunda sərnişin qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Araz Dilağarda kəndində baş verib.

    Qəza nəticəsində avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb. 

    Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. 

    Muxalifet4 - 24-03-2019

  13. Azərbaycanda yağış və qar yağacaq

    Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gecə və axşam yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var.

    Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək.

    Muxalifet4 - 24-03-2019

  14. Hərbçiləri daşıyan avtomobil qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR

    Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnak vilayətində, Silop rayonunda qeydə alınıb.

    Hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. 

    Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.   

    Muxalifet4 - 24-03-2019

  15. "Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..." - ABŞ DÖVLƏT KATİBİ MAYK POMPEO

    ABŞ dövlət katibi Mayk Pompeo güman edir ki, prezident Donald Tramp, ola bilsin, Allah tərəfindən İsraili xilas etmək üçün göndərilib. Virtualaz.org xəbər verir ki, bunu dünən “The Jerusalem Post” nəşri yazıb.

    Muxalifet4 - 24-03-2019

  16. İmamquliyev Marneulinin icra başçısı ola bilər

    Gürcüstanın müxalif "Avropalı Gürcüstan" partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə Əhməd İmamquliyevin namizədliyini irəli sürüb.

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, Ə.İmamquliyevin namizədliyini partiya lideri David Bakradze Marneulidə yerli ictimaiyyətə təqdim edib.

    O, ilk olaraq Marneuli sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, əmin-amanlıq və uğurlar arzu edib.

    Muxalifet4 - 24-03-2019

  17. Kranın qaldırdığı beton piltə fəhlənin ayağına düşdü

    Gəncədə fəhlə iş zamanı xəsarət alıb.

    Hadisə şəhərin M.Bağırov küçəsində qeydə alınıb. 

    Küçədə kanalizasiya borularının dəyişdirilməsi zamanı kranın qaldırıcısındakı beton piltə sürüşərək Eldar Aydınovun ayağı üstünə düşüb. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 24-03-2019

  18. Feysbukdan növbəti qalmaqal: 600 milyon şifrə...

    Feysbuk şirkəti ətrafında növbəti qalmaqal baş verib.
    Muxalifet.az
    axar.az=a istinadən xəbər verir ki, məlumata görə, şirkətin 20 mindən artıq işçisi istifadəçilərin hesablarına girib. 200-600 milyon arası istifadəçinin sosial şəbəkə hesablarının saxlandığı proqram Feysbukun əməkdaşlarının ixtiyarına verilib. Bununla da hətta şirkətdə təcrübə keçməyə başlayan şəxslər belə milyonlarla insanın Feysbuk şifrələrindən xəbərdar olub.

    Muxalifet4 - 24-03-2019

  19. Tansu Çillər “Cümhur ittifaqı”nın MİTİNQİNƏ QATILDI

    Türkiyənin keçmiş baş naziri Tansu Çillər “Cümhur ittifaqı”nın İstanbulda keçirilən mitinqində iştirak edib.

    Bu barədə “Hürriyət” yazıb.

    “Yenə milli şüurla bu gün buradayıq. Türkiyə hədəfdədir, ölkəmiz hədəfdədir. Bu gün xüsusilə bunun üçün buradayam. Yeni bir dünya qurulur”, - Çillər bildirib.

    Muxalifet4 - 24-03-2019

  20. ŞOK AÇIQLAMA: Nazarbayev istefasından öncə Putinə zəng vurub və...

    Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefaya getmək barədə qərarını bir neçə saat əvvəldən bilirdi.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

    “Nursultan Nazarbayev özü zəng etdi. Əslində onlar lazım olanda bir-biriləri ilə tez-tez danışırlar. Son illər bu, həmişə olurdu. İstefanın elan olunmasından bir neçə saat qabaq zəng elədi”, - Peskov bildirib.

    Muxalifet4 - 24-03-2019

Pages