Axtarış
The search found 105779 results in 0.107 seconds.
Search results
Gürcüstan Milli Hərəkatına yeni sədr seçildi - SAAKAŞVİLİNİ O, ƏVƏZLƏYƏCƏK
Bu gün Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) qurultayı keçirilib.
Qurultayda VMHP-yə yeni sədr seçkiləri keçirilib.
Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın sədri seçilib. O, partiya sədrliyinə yeganə namizəd olub.
Qurultayda səsvermə elektron qaydada keçirilib. İştirakçılar xüsusi mobil applikasiya vasitəsilə səs veriblər.
Q.Vaşadzenin namizədliyinin lehinə 364 nümayəndə, əleyhinə 1 nəfər səs verib, digər 1 nəfər isə səsvermədə iştirakdan imtina edib.
Muxalifet4 - 24-03-2019
Arvadını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı - VİDEO
Botsvanalı kişi həyat yoldaşı ilə mübahisədən sonra təyyarəni öz evinə çırpıb.
Teleqraf.com-un məlumatına görə, kişinin məqsədi həyat yoldaşını öldürmək olub.
"Eyewitness News" portalının məlumatına əsasən, mübahisə dünyaya gələcək uşağa həsr olunmuş yığıncaq zamanı baş verib. Mənbələrin məlumatına görə, kişi yoldaşı ilə kobud rəftar etdiyinə görə qonaqlar ondan yığıncağı tərk etməyi tələb ediblər. Yığıncağı tərk etdikdən sonra isə o təyyarəni öz evinə çırpıb.
Muxalifet4 - 24-03-2019
İmamquliyev icra başçısı vəzifəsinə namizəd oldu
Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə Əhməd İmamquliyevin namizədliyini irəli sürüb. Muxalifet.az xəbər verir ki, Ə.İmamquliyevin namizədliyini partiya lideri David Bakradze Marneulidə yerli ictimaiyyətə təqdim edib. O, ilk olaraq Marneuli sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, əmin-amanlıq və uğurlar arzu edib. D.Bakradze Ə.İmamquliyevin Marneuli rayon icra başçısı vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib: "Əhməd İmamquliyev vicdanlı insandır və ona inanmaq olar. Seçkilərdə iştirakımızın əsas məqsədi qələbədir.
Muxalifet3 - 24-03-2019
Bizi bu sensasiyadan 10 dəqiqə ayırdı - Millimizin baş məşqçisi
Xorvatiya ilə oyundan bir neçə gün keçdikdən sonra futbolçuların göstəricilərini soyuqbaşla təhlil etmək olar. Zaqrebdən yaxşı nəticə ilə qayıtmağımız mümkün idi. Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı. Komandamız yaxşı futbol oynadı. Sabahkı oyuna gəldikdə, rəsmi görüş olmasa da, qələbə qazanmaq üçün mübarizə aparacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Litva yığmasına qarşı martın 25-də keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunmuş mətbuat konfransında söyləyib.Muxalifet3 - 24-03-2019
"Avropa ölkəsinin bombardman edilməsinin səbəbi..."
NATO təyyarələrinin Avropanı bombalaması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri sputnik -ə açıqlamasında Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov deyib. O bildirib ki, bu hadisənin 20-ci ildönümü beynəlxalq hüququn kobud şəkildə pozulduğunu xatırlatmaq üçün yaxşı səbəbdir:
"Bu səbəbdən həmin hadisəni xatırlamaq istəmirlər. Ancaq onu xatırlamaq üçün bir çox səbəb var, 20-ci ildönüm də bunlardan biridir”.Muxalifet3 - 24-03-2019
Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi
Pakistan Hindistanla sərhəddə yerləşən hərbi bazalarda yaxın mənzilli hava hücumundan müdafiə sistemləri quraşdırıb.
Muxalifet.az xəbər verir ki, bu sistemlərin quraşdırılmasından əsas məqsəd Hindistanın mümkün hava hücumlarının qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir.
Bildirilir ki, Hindistanla sərhəddə beş LY-80 (HQ-16) zenit-raket kompleksi və IBIS-150 radiolokasiya nəzarət batareyası yerləşdirilib ki, bu da uzun məsafədə hava hədəflərini müəyyən etmək və zərərsizləşdirmək gücünə malikdir.Muxalifet3 - 24-03-2019
DÜNYA ŞOKDA: NATO mülki vətəndaşları BOMBALADI – Ölənlər var
Əfqanıstan və NATO qüvvələrinin ölkənin Qunduz bölgəsində həyata keçirdiyi hücum nəticəsində 14 mülki vətəndaş ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Qunduzun şura sədrinin müavini Safiullah Əmiri deyib. O bildirib ki, Əfqanıstan və NATO qüvvələrinin Talibana qarşı hava hücumu zamanı çox saytda terrorçu öldürülüb. Həmçinin hücumda 14 mülki vətəndaş ölüb, 2-si isə yaralanıb.
Hadisə şahidləri isə hava hücumunun mülki vətəndaşların yerləşdiyi yerlərə təşkil edildiyini bildirib.
Muxalifet3 - 24-03-2019
Ukraynada kritik həftə başladı: 39 namizəd yarışır
Son dövrlər ABŞ-da Trampın və Fransada Makronun qalib gəlməsi onu göstərir ki, əhali artıq kostyumlu, qalstuklu klassik siyasətçilərdən bezib.
Bu sözləri açıqlamasında politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Ukraynadakı prezident seçkilərində 39 namizəd iştirak edəcək:Muxalifet3 - 24-03-2019
Serb etirazçılar tarix verdi: Sona qədər...
Serbiyanın paytaxtı Belqrad şəhərində etirazçılar növbəti dəfə Prezident Aleksandr Vuçiç və Baş nazir Ane Brnabiçin istefası tələbi ilə küçələrə çıxıblar.
Muxalifet.Az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.
Aksiyada çıxış edən serb aktyoru Branislav Leçiç hökumətin xalqın tələblərinə məhəl qoymayacağı halda qətiyyətli tədbirlərə əl atacaqlarını bildirib.
“30 apreldə sona qədər gedəcəyimiz çoxminlik mitinq baş verəcək”, - Leçiç bildirib.
Muxalifet3 - 24-03-2019
İstanbulda izdihamlı mitinq keçirildi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” İstanbulda izdihamlı mitinq keçirib.
Muxalifet.az xəbər verir ki, mitinqdə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və MHP-nin sədri Dövlət Baxçalı çıxış ediblər.
Mitinq martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.
Muxalifet3 - 24-03-2019
Rusiyada bu tarixdə apokalipsis baş verəcək: “DƏHŞƏT”ə aylar qaldı – ŞOK PROQNOZ
“Dəhşətli” adlandırılan Rusiyaya qarşı yeni Amerika sanksiyalarının bu ilin sonunda qüvvəyə minəcəyi ehtimal edilir. Zərbənin altında bank, gəmiqayırma və xammal sektoru olacaq.
Muxalifet.az xəbər verir ki, Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya maliyyəçisi Slava Rabinoviç sanksiyaların Rusiyaya ehtimal edilən təsirini qiymətləndirib.
Onun sözlərinə görə, qanun layihələri üzrə səsvermənin nəticələri tamamilə unikaldır: hər iki partiyadan olan Amerika qanunvericilərinin əksəriyyəti onları dəstəkləyir.Muxalifet3 - 24-03-2019
Trampdan Qazaxıstana məktub: Ümid edirəm ki...
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Qasım Jomart Tokayevi vəzifəyə gəlməsi münasibəti ilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezident Administrasiyası yayıb. Məlumata görə, Tramp göndərdiyi teleqrafda ölkənin ilk prezidenti Nazarbayevlə əməkdaşlığı yüksək qiymətləndirərək Tokayevlə də səmərəli münasibətləri inkişaf etdirəcəyinə ümid etdiyini bildirib.Muxalifet3 - 24-03-2019
Oğlu əfvə düşən Sabiroğlunun səhhəti qəfil pisləşdi
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun səhhəti qəfil pisləşib və o, təcili Türkiyəyə aparılıb.
Muxalifet.az-ın bakıpost-a istinadən məlumatına görə, bu barədə məlumatı oğlu, həbsdən yenicə çıxmış Rüfət Səfərov verib. Onun sözlərinə görə, atasının vəziyyəti kritikdi.
"Atam çox pis vəziyyətdə xəstəxanaya yerləşdirildi. Vəziyyətin kritik həddi bizi məcbur etdi ki, atam Eldar Sabiroğlunu Türkiyəyə və həkimlərinə etibar edək. Balaca Sabirlə birgə dualar edirəm... Zatən əlimizdən başqa heç nə gəlmir", - deyə Rüfət Səfərov bildirib.
Muxalifet3 - 24-03-2019
Tarkan 5 milyondan imtina etdi
Hazırda səkkiz aylıq qızları Liya ilə Almaniyada yaşayan Tarkan və Pınar Tevetoğluna bir çox reklam təklifi gəlir.
Muxalifet.az xəbər verir ki, sonuncu dəfə isə bir brend Liyanın fotosunu öz loqoları ilə birlikdə paylaşmaq üçün cütlüyə 5 milyon lirə təklif verib.
Lakin Tarkan bununla razılaşmayaraq, qızını reklam vasitəsi kimi istifadə etməyib.
Muxalifet3 - 24-03-2019
Daha bir ölkədən Qüdslə bağlı şok qərar
Rumıniya Baş naziri Viorika Dançile israildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirib.
Muxalifet.az xəbər verir ki, Dançile bu sözləri Amerika-İsrail İctimai Münasibətlər Komitəsinin toplantısında elan edib.
O deyib ki, ABŞ Prezidenti Trampın Qüdsdə səfirlik açması "rumın xalqını təsirləndirib".
O, ABŞ və İsraili Rumıniyanın strateji müttəfiqləri adlandırıb və qeyd edib ki, gələcəkdə Rumıniya və İsrail hökumətlərinin birgə toplantısı keçiriləcək.Muxalifet3 - 24-03-2019
İsrail açıqladı: Sabah Qolanla bağlı sənəd imzalanacaq
İsrailin Rabitə və Kəşfiyyat naziri İsrail Katz sabah ABŞ Prezidenti Donald Trampın və İsrailin Baş naziri Benyamin Netanyahunun Qolan təpələri ilə əlaqədar sənəd imzalayacağı barədə yayılan məlumatı təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, o bu barədə məlumatı Tvitter hesabında yayıb. Katz bildirib ki, bazar ertəsi Tramp və Netanyahunun Ağ Evdə keçirilməsi planlaşdırılan görüşündə Qolan təpələrindəki İsrail süverenliyini tanıyan sənəd imzalanacaq.Muxalifet3 - 24-03-2019
Oliqarxın Poroşenkoya qarşı “artist layihəsi”...
Vladimir Zelenski Ukraynanın prezidenti seçilərsə, oliqarx İqor Kolomoyski bir müddət ölkənin xaç atasına çevriləcək. Zelenski öz şouları ilə məhz Kolomoyskinin nəzarət etdiyi televiziya kanalında məşhurlaşıb. Digər tərəfdən, Zelenskinin seçkiqabağı kampaniyası da Kolomoyski tərəfindən maliyyələşdirilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynadakı prezident seçkilərinin gedişatı haqda bildirib. Ekspert hesab edir ki, Kolomoyski hazırki Prezident Petro Poroşenkodan yanıqlıdır:Muxalifet3 - 24-03-2019
Pişik rentgen cihazına salındı: Nəticə baytarları ŞOKA SALDI - FOTO
Türkiyədə ölmək üzrə olan küçə pişiyi baytar nəzarətinə götürülüb. Muxalifet.az Türkiyə mediasına istinadən məlumat verir ki, pişiyin probleminin aşkar edilməsi üçün o rentgen cihazına salınıb.Nəticə isə baytarları şoka salıb. Onun bədənində tüfəng gilizləri aşkar edilib. Ayaqlarında sınıqlar olan pişik dərhal əməliyyat edilib. Qeyd edək ki, bir neçə həftə əvvəl Türkiyədə heyvanlara qarşı işgəncələrlə bağlı sərt cəza tədbirləri qüvvəyə minib.
Muxalifet3 - 24-03-2019
Yaxın vaxtda sülh sazişinə ümid edirik - İcma sədri
ABŞ-ın nüfuzlu “Vaşinqton Tayms” qəzetinin müxbiri Monika Krouli və tanınmış 77WABC radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb. Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə də geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır.
Muxalifet3 - 24-03-2019
Bəşər Cəfəri: Tramp bu yolla öz xalqının diqqətini dağıdır
Suriya ABŞ Prezidenti Donald Trampın Qolan yüksəklikləri ilə bağlı açıqlamalarının hüquqi və ya faktiki nəticəsini tanımır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib. O bildirib ki, Suriya bu açıqlamaları Yaxın Şərqin və bütün dünyanın sabitliyini və təhlükəsizliyini təhdid edən, düşməncəsinə və məsuliyyətsiz addım hesab edir:Muxalifet3 - 24-03-2019