Axtarış

The search found 105777 results in 0.091 seconds.

Search results

  1. Süd və süd məhsulları alarkən diqqətli olun

    Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır.
    BakuPost-un Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa köməklik edir.
    Açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. Ona görə də süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində aşağıdakı məlumatların olduğuna diqqət etmək lazımdır:

    Muxalifet - 25-03-2019

  2. “Bütün ölkədə qeyri-iş günüdür, biz niyə işləməliyik?” – BŞİH əməkdaşlarını sabahdan işə çağırıb

    Ölkədə Novruz bayramı ilə əlaqədar bir həftəlik tətil martın 27-də bitsə də, Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri və tabeli qurumlarda çalışanlar sabahdan – martın 26-dan işə çağırılıblar. Bu barədə “AzPolitika”ya BŞİH-in tabeli qurumunda çalışan mənbə bildirib. O, şikayətlənib ki, rəhbərliyin bu qərarı ölkə qanunvericiliyinə zidd olmaqla yanaşı onların hüquqlarının pozulmasıdır. “Niyə bütün ölkə istirahətini davam etdirməlidir, biz isə artıq işə çıxmalıyıq” – məbnə narazılığını bildirib.

    Muxalifet - 25-03-2019

  3. “Oğru dünyası”nda istifadə olunan sözlərin İNANILMAZ MƏNALARI - Fotolar

    Həbsxana həyatının bir-birindən maraqlı qanunları var. Lakin bu dəfə biz o qanunlardan deyil, həbsxanada işlədilən sözlərin inanılmaz mənalarından söz açacağıq. Məsələn, xoruz. Biz bu sözü normal qarşılasaq da, cinayət aləminin jarqonunda xoruz ifadəsi o qədər də yaxşı səslənmir. “Petux”: rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaq söz olaraq qəbul olunur.

    Muxalifet - 25-03-2019

  4. Cəlilabadda kütləvi dava olub, xəsarət alan var

    Cəlilabad rayonunda kütləvi dava olub.
    "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
    Belə ki, tanışların arasında baş verən mübahisə zəminində Uzuntəpə kənd sakini 1990-ci il təvəllüdlü Abışov İlkin Azər oğlu döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır. 

    Muxalifet - 25-03-2019

  5. Bakıda ƏMƏLİYYAT – 2 qadın həbs edildi

    Bakıda oğurluqla məşğul olan qadınlar tutulub.
    Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Ələkbər qızı saxlanılıb.
    Bundan başqa Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 971 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Z.Bəkirova da tutulub.

    Muxalifet - 25-03-2019

  6. “ABŞ terrorçulara silahdan sonra medal verdi” - FORPOST YARANMAQDADIR?

    Separatçıların Suriyanın işğal edilmiş 150 yaşayış məntəqəsindəki “idarəçiliyinin” tanınması məqsədilə Dəməşqlə danışıq aparılır
    ABŞ Xarici İşlər Nazirliyinin Suriya üzrə müşaviri Villiam Robak YPG-PKK terror təşkilatının mərasimində iştirak edib. Mərasimində YPG-nin musiqiçi qrupu ABŞ himnini çalıb. Robak bəzi terrorçulara medal verib. Türkiyənin terrorçulardan təmizlədiyi Afrin ilə bağlı şüarlar səsləndirilib. Qondarma “Zəfər abidəsi”nin açılışı olub.

    Muxalifet - 25-03-2019

  7. Serj Sarkisyan üzə çıxdı - FOTO

    Ermənistanın mövcud hakimiyyətinin başı daxildəki ciddi problemlərə qarışdığı bir ərəfədə, Nikol Paşinyanın əsas rəqiblərindən biri eks-prezident Serj Sarkisyan ortaya çıxıb.

    Muxalifet - 25-03-2019

  8. Məşhur cütlük Kənanın anasına görə boşanır

    Türkiyəli aktrisa Beren Saatla müğənni Kənan Doğulunun boşanmasına səbəb müğənninin anasıdır.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı müğənni Seren Serengil verilişində deyib. Cütlük haqqında bir çox iddia səsləndirən Serengil bildirib ki, Kənan Doğulunun anası heç vaxt bu münasibətə müsbət baxmayıb. Bu səbəbdən də artıq cütlük boşanma ərəfəsinə çatıb:

    Muxalifet - 25-03-2019

  9. AVRO-2020: Portuqaliya və Türkiyə bu gün növbəti oyununu keçirəcək

    Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində II turun növbəti görüşləri keçiriləcək.
    "Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 oyun təşkil olunacaq.

    Muxalifet - 25-03-2019

  10. İranda daşqın olub, 68 nəfər ölüb – VİDEO

    İranın cənub-şərqində yerləşən Şiraz şəhərində sel və daşqınlar nəticəsində 68 nəfər ölüb.
    Muxalifet.az “Fars”a istinadən xəbər verir ki, bunu Şiraz şəhəri Məhkəmə-tibbi ekspertizası idarəsindən bildiriblər.

     

    Muxalifet - 25-03-2019

  11. GÖZLƏNİLMƏZ HADİSƏ: Baloğlan yasa gəldi, özü DÜNYASINI DƏYİŞDİ

    Bərdə rayonunda yas mərasimində ölüm hadisəsi baş verib.

    Muxalifet.az "Report"-a istinadən xəbər verir ki, Qarabağ Mərkəzinin məlumata görə, Güloğlular kəndində qudasının yas mərasimində iştirak edən Ağdərə rayon sakini Baloğlan Məmmədovun halı qəfil pisləşib.

    Hadisə yerinə "təcili yardım" çağırılsa da, B.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
     

    Muxalifet3 - 25-03-2019

  12. Sürücülər üçün elektron yol xəritəsi hazırlanır

    Bakıda 3500-dən çox yol hərəkəti nişanı çatışmır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri yol-hərəkəti eksperti Azər Allahverənov deyib.
    Onun sözlərinə görə, yol hərəkət nişanlarının artırılması paytaxtda yol qəzalarının azalmasına təsir edə bilər.
    Bakı Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, fərqli yol hərəkəti nişanları quraşdırılması nəzərdə tutulub.
    BDYP rəsmisi deyib ki, şəhərdə elektron yol xəritəsi hazırlanır və 2020-ci ilin sonuna qədər hazır olacaq.
     

    Muxalifet3 - 25-03-2019

  13. Ərdoğan köməkçisini Qətərə göndərir

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay Qətərə səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyən Prezident Administrasiyasından informasiya yayılıb.
    27 martda Qətərə səfəri nəzərdə tutulan Oqtay burada Qətər Milli Muzeyinin açılışında iştirak edəcək, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığının Dohadakı bölməsini ziyarət edəcək. Prezidentin köməkçisi həmçinin Qətər əmiri və ölkənin baş naziri ilə də görüşəcək.
     

    Muxalifet3 - 25-03-2019

  14. Kraldan Qüds etirazı: Səfər ləğv edildi

    İordaniya kralı II Abdullah Rumıniya səfərini təxirə salıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə İordaniya Krallıq Divanı informasiya yayıb.
    Səfərin təxirə salınmasına səbəb kimi Rumıniya Baş naziri Viorika Dançilenin İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini açıqlaması göstərilib.
     

    Muxalifet3 - 25-03-2019

  15. İndi isə Avropanı dəyişəcəyik - Nazir

    Parlament seçkilərində iqtidarı məğlub etdikdən sonra növbəti hədəfimiz Avropadır.
    Muxalifet.az xəbər verir ki, bunu İtaliyanın radikal sağ Liq partiyasının lideri, Daxili İşlər naziri Matteo Salvini deyib.
    O, növbəti hədəfin Avropa Parlamenti seçkiləri olduğunu bildirib:
    "İndi də Avropanı dəyişəcəyik".
    Qeyd edək ki, ötən gün İtaliyanın cənubundakı Bazilikata muxtar bölgəsində parlament seçkiləri keçirilib. Seçkidə sağ partiyaların ittifaqı 42 faiz səslə qalib gəlib. Beləliklə, bölgədəki 24 illik sol partiya iqtidarı məğlub olub.
     

    Muxalifet3 - 25-03-2019

  16. Gəncədə ağır qəza: yaralılar var

    Gəncədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.
    Muxalifet.az-ın məlumatına görə, hadisə Gəncə-Göygöl yolunun Gəncə şəhər, Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
    VAZ-2107 markalı avtomobillə "Ford Tranzit" markalı yük avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 25-03-2019

  17. Artıq Ərdoğandan izinsiz heç kim bu ifadəni İŞLƏDƏ BİLMƏZ

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” ifadəsinin patentini alıb.
    Ntv.com-un məlumatına görə, Ərdoğanın vəkilləri bu patentin alınması üçün 2018-ci ilin iyununda müraciət etmişdi. 
    Türkiyənin Patent və Marka Qurumunun qərarından sonra Ərdoğan bu məşhur ifadənin sahibi olub. 
    Xatırladaq ki, Ərdoğan bu fikri BMT Təhlükəsizlik Şurasının quruluşunu tənqid etmək üçün istifadə etmişdi. 

    Muxalifet3 - 25-03-2019

  18. Parlamentin növbəti iclasının vaxtı məlum oldu

    Milli Məclisin (MM) növbəti plenar iclası martın 29-da keçiriləcək.
    Muxalifet.az-ın MM-dən əldə etdiyi məlumata görə, iclasın gündəliyinə 26 məsələ daxildir.
    İclasda bir çox qanunlara dəyişiklik nəzərdə tutulub.
    İclasda ilk öncə “Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.
    Yəni millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyevin adıçəkilən komitəyə üzv seçilməsi məsələsinə baxılacaq və onun üzvlüyü təsdiqlənəcək.

    Muxalifet3 - 25-03-2019

  19. Millimiz Litvanı uda bilmədi

    Futbol üzrə Azərbaycan millisi yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoxlama oyununu keçirib.
    Muxalifet.az xəbər verir ki, millimiz Bakıda Litva komandasını qəbul edib.
    "Bakcell Arena"da baş tutan matçda qolsuz bərabərlik qeydə alınıb.
     

    Muxalifet3 - 25-03-2019

  20. Güney Azərbaycanı seldən sonra qar vurdu - SON VİDEO

    Güney Azərbaycanda davam edən kəskin hava şəraiti həyatı iflic edib.
    Muxalifet.az xəbər verir ki, bu gün Ərdəbil, Mərənd, Sərab, Urmiya, Həmədan kimi şəhərlərinə qar yağıb, bəzi ərazilərə isə dolu düşüb. Nəticədə avtomobillərin hərəkəti məhdudlaşıb, yollar bağlanıb.
    Sel fəlakətinin 2 günə Təbrizə çatacağı, Təbriz, eləcə də Qaradağın su altında qalacağı ehtimal edilir.

    Muxalifet3 - 25-03-2019

Pages