Axtarış
The search found 105777 results in 0.051 seconds.
Search results
Tramp İsraillə bağlı təhlükəli sənədi imzaladı
ABŞ Prezidenti Donald Tramp Qolan təpələrində İsrailin suverenliyinin tanınması ilə bağlı sənəd imzalayıb.
Muxalifet.az xəbər verir ki, sənəd İsrail Baş naziri Benyamin Netanyahunun iştirakı ilə imzalanıb.
“Bu, on illər öncə imzalanmalı idi”, - Tramp bildirib.
Qeyd edək ki, martın 21-də Donald Tramp Tvitter səhifəsində srailin Qolan təpələrində suverenliyini tanımağın zamanının gəldiyini yazmışdı.
Muxalifet3 - 25-03-2019
SON DƏQİQƏ: ABŞ qırıcıları Rusiya sərhədini BOMBARDMAN EDƏCƏK?
ABŞ-ın “Boinq B-52H Stratofortress” tipli 3 strateji bombardmançı təyyarəsi Rusiya sərhədinə yaxınlaşıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Plane Radar” məlumat yayıb.
Məlumata görə, 2 təyyarə Britaniyadakı aviabazadan havaya qalxaraq Kalininqrad üzərindən uçub, Baltikyanı ölkələrin hava məkanında araşdırma aparıb, daha sonra hərbi bazaya qayıdıb.
Daha bir B-52H bombardmançısı isə həmin vaxtda Kalininqrad üzərində Baltik donanmasının bombalanmasını test etmək üçün uçuş keçirib.
Muxalifet3 - 25-03-2019
Dəmirdaş həbsdən məktub yazdı: Azadlıqda olsaydım...
HDP-nin həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkiləri barədə danışıb.
Muxalifet.az xəbər verir ki, Dəmirdaş ona ünvanlanan sualları həbsxanadan yazdığı məktubla cavablandırıb.
“Azadlıqda olsaydım, referendum da daxil olmaqla, bütün seçkilərin nəticələri fərqli olacaqdı”, - Dəmirdaş bildirib.
Muxalifet3 - 25-03-2019
Günah bu "virus"da deyil ki... - Balayevdən sərt REAKSİYA
Bunlar adam deyil, virusdur, bakteriyadır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında xalq artisti Rasim Balayev müğənni olduğunu iddia edən Afət Fərmanqızının onu və Flora Kərimova təhqir etməsinə cavab olaraq deyib.
R.Balayev bildirib ki, bir tərəfdən baxanda, o, əcəb edir:Muxalifet3 - 25-03-2019
Türkiyədən Trampın qərarına ilk reaksiya
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Qolan təpələrinin İsrail ərazisi kimi tanınması qərarına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə XİN rəhbəri Tvitter hesabında yazıb.
“ABŞ növbəti dəfə beynəlxalq hüququ yox saydı. Ancaq bu qərar İsrailin ilhaqını əsla qanuniləşdirməyəcək. Əksinə, Yaxın Şərqdəki sülh cəhdlərini əngəlləyərək, bölgədə gərginliyi daha da artıracaq”, - Çavuşoğlu bildirib.
Muxalifet3 - 25-03-2019
Heç kim ABŞ-ın şərindən sığortalanmayıb - Suriya
Suriya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Qolan təpələrində İsrailin suverenliyinin tanınması ilə bağlı qərarını pisləyib.
Muxalifet.az xəbər verir ki, Dəməşq Trampın addımını Suriyanın suverenliyini və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
“Trampın Qolan təpələri ilə bağlı qərarı, daha əvvəl işğal olunmuş Qüdsün paytaxt kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi göstərdi ki, ərəb cəmiyyətində heç kim ABŞ-ın şərindən sığortalanmayıb”, - XİN-dən bildirilib.
Muxalifet3 - 25-03-2019
Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər
Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər yayılıb.
Muxalifet.az Bax.tv-yə istinadən xəbər verir ki, meyxana ustadı Ağakərimin vəziyyəti ağırlaşıb.
Ustadın ürəyində problem yarandığı deyilir.
Qeyd edək ki, sevilən meyxanaçı uzun müddətdir ki, yataq xəstəsidir.
Muxalifet3 - 25-03-2019
“Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır
Madridin “Real” klubu PSJ-yə hücumçu Kilian Mbappenin keçidinə görə 280 milyon avro təklif etməyə hazırlaşır.
Bu barədə France Football məlumat yayıb.
Nəşrin məlumatına görə, yaxınlarda “kral” klubu futbolçunun keçidi ilə bağlı danışıqlara başlamağa hazırlaşır. Qeyd edilir ki, müqavilənin imzalanmasında şəxsən klubun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidan maraqlıdır.Muxalifet3 - 25-03-2019
Göyçayda avtomobil yandı
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolun Göyçay şəhərinin Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.
Ucar rayon sakininə məxsus "VAZ-21099" markalı "61-BC-899" dövlət qeydiyyat nişanlı minik maşını yolun kənarında dayandığı yerdə anidən alovlanıb. Dərhal hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.Muxalifet3 - 25-03-2019
Rusiya Venesuelaya yeni S-300-lər satır? - Açıqlama
Rəsmi Karakasa S-300 zenit raket komplekslərinin satışı ilə bağlı yeni müqavilə imzalanmayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA hərbi-diplomatik mənbələrə istinadən informasiya yayıb.
“Son vaxtlarda belə bir müqavilə imzalanmayıb. Rusiya Venesuelaya bu sistemləri hələ 2013-cü ildə vermişdi”, - mənbə bildirib.
Muxalifet3 - 25-03-2019
ABŞ Yaxın Şərqdəki prosesə mina qoydu – Rusiya
ABŞ Qolan təpələrində İsrailin suverenliyini tanımaqla Yaxın Şərqdəki həll prosesinə mina qoydu.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski deyib.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp 1967-ci ildə İsrailin işğal etdiyi Qolan yüksəkliyini İsrailin ərazisi kimi tanımaqla bağlı qərarı imzalayıb.
Muxalifet3 - 25-03-2019
Türkiyə Moldovanı darmadağın etdi
Bu gün AÇ-2020-nin seçmə mərhələsinin oyunları keçirilib.
Muxalifet.az xəbər verir ki, H qrupunda Türkiyə yığması Moldovanı qəbul edib.
Oyun Türkiyənin hesablı qələbəsi ilə başa çatıb. Qolları Həsən Əli Qaldırım (24), Cenk Tosun (26, 53) və Kaan Ayxan (70) vurub.
Bununla da Türkiyə yığması xallarını 6-ya çatdırıb.
Muxalifet3 - 25-03-2019
AB-dən Trampın qərarına reaksiya: Tanımırıq...
AB-dən ABŞ Prezidenti Donald Trampın Qolan təpələrini İsrail ərazisi kimi tanımaq qərarına münasibət bildirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Birliyi sözçülüyündən informasiya yayılıb.
“Mövqeyimiz dəyişməyib. Qolan təpələri də daxil olmaqla İsrailin1967-cı ildən işğalında olan ərazilərdə suverenliyini tanımırıq”, - AB-dən bildirilib.
Muxalifet3 - 25-03-2019
Suriyada 3 rus əsgəri öldü – Rusiya açıqladı
Fevral ayının sonunda Suriyada itkin düşən 3 rus əsgərinin taleyinə aydınlıq gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb.
“Fevralın sonunda Suriyada terrorçuların hücumundan sonra 3 rus əsgəri yoxa çıxıb, onlar həlak olub”, - Rusiya MN-dən bildirilib.
Muxalifet3 - 25-03-2019
PKK ilə mübarizədə yeni dövr
Son dövrlərdə PKK ilə mübarizədə əhəmiyyətli bir dəyişikliyə gedən, yerli və ağıllı milli raketlərdən daha çox istifadə etməyə başlayan Türkiyə, terroristlərə gizləndikləri hər yeri dar edəcək yeni bir layihəni tamamlayıb. Türk təhlükəsizlik qüvvələrinə məxsus olan “termobar” partlayıcı maddələr terrorçuların gizlətdiyi yerdə onları tapmaq və məhv etmək üçün inkişaf etdirildi.
Muxalifet3 - 26-03-2019
Trampın qalmaqal “Golan Təpələri” qərarına Rusiyadan ilk şərh
ABŞ prezidenti Trampın qalmaqal “Golan Təpələri” qərarnaməsini İsrailin baş naziri Netanyahunu da yanına alaraq imzalamasından sonra Rusiyadan açıqlama verilib. Rusiya Xarici İşlər Nazirliyindən edilən açıqlamada, "Beynəlxalq hüquq zidd olan bu qərar Yaxın Şərqdəki gərginliyi artıra bilər" deyə bildirilib.
Trampın qərarını tənqid edən Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, "Təəssüf ki, beynəlxalq hüquqa zidd olan bu qərar, Yaxın Şərqdəki gərginliyi artıra bilər" deyib.
Müxalifət.azMuxalifet3 - 26-03-2019
SON DƏQİQƏ: Bakıda güclü yanğın BAŞLADI: İnsanlar təxliyə edildi - FOTO/VİDEO (YENİLƏNDİ)
Fövqəladə Hallar Nazirliyi Bakının Nizamı rayonundakı yanğınla bağlı məlumat yayıb.
Muxalifet - 26-03-2019
Venesuelaya yeni hücum
Veneseulanın dövlət başçısının müavini Rodriguez, "Simon Bolivar hidroelektrik stansiyasını dövrədən çıxarmaq məqsədli və milli elektrik sisteminin mərkəzini hədəf alan yeni bir hücum təşkil edildi" deyib.
Venesuela hökumətindən ölkənin böyük hissəsini yenidən qaranlığa qərq edən elektrik kəsintisini "təxribat" adlandırıb.
Jorge Rodriguez paytaxt Karakasın böyük hissəsi ilə yanaşı, ölkənin 16 əyalətində regional olaraq görülən elektrik kəsintilərinin milli elektrik sisteminə təşkil edilən yeni bir hücumun nəticəsində baş verdiyini söyləyib.Muxalifet3 - 26-03-2019
ABŞ Rusiya və NATO arasında müharibəni modelləşdirib – Polşa «açar» rolunu oynayacaq
«The National Interest» nəşri Avropada Rusiya ilə NATO arasında müharibənin başlanğıcını modelləşdirib və Moskvanı «neytrallaşdırmaq» üsulunu təklif edib.
Məqalənin müəllfi Mayk Pek Amerika Birləşmiş Ştatları (ABŞ) strateji və büdcə araşdırmaları Mərkəzinin tədqiqatlarına istinad edir. Bu materiallara görə, hipotetik münaqişə variantında Rusiya Estoniyanın, Latviyanın və Litvanın bir hissəsini müttəfiqlərin işə qarışmasından xeyli əvvəl ələ keçirməyə qadirdir.
Muxalifet - 26-03-2019
Amerikalı müğənnidən “Golan Təpələri” ilə bağlı açıqlama
ABŞ müğənnisi Della Miles sosial media hesabından Fələstinə dəstək mesajı yayımlayıb.
ABŞ prezidenti Donald Trampın "Golan Təpələri üzərində İsrailin suverenliyini rəsmi olaraq tanıdığını" elan edərək qərarı imzalaması və axşam saatlarında İsrail güclərinin mühasirəsi altındakı Qəzza Zolağını vurmağa başlamasından sonra məşhur müğənni İnstagram hesabından bunları yayımlayıb:Muxalifet3 - 26-03-2019