Axtarış

The search found 105777 results in 0.025 seconds.

Search results

  1. ​Bakıdakı dəhşətli yanğına səbəb BU DÜKAN OLUB - RƏSMİ

    "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğının söndürülməsi işləri davam edir.
    Trend-in məlunatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov deyib.

    Muxalifet - 26-03-2019

  2. ​Maşın qadın piyadanı vurub öldürdü

    Martın 25-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Abuzərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Dilarə Səlimovanı vurub.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

    Muxalifet - 26-03-2019

  3. Nurməhəmmədovdan Makqreqorun karyerasını bitirməsinə - REAKSİYA

    Rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov bir neçə saat əvvəl İrlandiyalı döyüşçü Konor Makqreqorun idman karyerasını bitirməsi ilə bağlı bəyanatını şərh edib.
    “Cəngəllikdə yalnız bir kral ola bilər. Yalnız bir”, - deyə rusiyalı döyüşçü Twitter hesabında yazıb.
    Qeyd edək ki, Makreqorun MMA-dan gedişi ilə bağlı gözlənilməz qərarı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
     

    Muxalifet - 26-03-2019

  4. Azərbaycan düşməni darmadağın edəcək yeni artilleriya SİSTEMİ ALDI - FOTO

    Azərbaycan Belarus istehsalı olan yeni artilleriya sistemi alıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “azeridefence” saytı rəsmi mənbələrə istinadən məlumat yayıb.
    Azərbaycanın əldə etdiyi yeni silah Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkətinin istehsalı olan 7A0917 “Lektor” daşınan artilleriya atəş idarəetmə kompleksidir. Silahlanmaya yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə istifadə olunub.

    Muxalifet - 26-03-2019

  5. ​Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədi

    Kreml ABŞ prezidenti Donald Trampın Qolan yüksəkliklərinin İsrail ərazisi kimi tanıması ilə bağlı qərarına təəssüflənir.
    TASS-ın məlumatına görə, bu bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
    O, məsələnin Rusiya və Livan liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacağını təsdiqləyib.
    Peskovun sözlərinə görə, Trampın sözügedən bəyannaməni imzalaması Yaxın Şərq regionu üçün mənfi nəticələrə səbəb olacaq.

    Muxalifet - 26-03-2019

  6. Ermənilər rusiyalı deputatı Xocalı yürüşündə iştirakına görə “CƏZALANDIRIRLAR”

    Üçqat olimpiya çempionu erməniləri nankorluqda günahlandırdı
    Azərbaycanı həmişə millətçilikdə, milli və dini dözümsüzlükdə günahlandırmağa çalışan Ermənistan bu dəfə özü belə ittihamların hədəfinə çevrilib – özü də hər zaman güvəndiyi Rusiyanın hakim partiyasının deputatı tərəfindən.

    Muxalifet - 26-03-2019

  7. Ərdoğan xatirələrini bölüşdü - SİMİT SATARAQ KİTAB ALIRMIŞ - VİDEO

    Türkiyə prezidenti R.T.Ərdoğan özü səsləndirdiyi filmdə gənc nəslə müraciətlə deyib: “Uşaqlar, sizin də kitablarınız və bu ölkə üçün xəyallarınız olsun. Kitabxanalar həftəniz mübarək olsun”.
    Prezident R.T.Ərdoğan kitabxanalar həftəsi münasibəti ilə özünün səsləndirdiyi və öz həyatından fraqmentlərin canlandırıldığı bir qısa film paylaşıb.

    Muxalifet - 26-03-2019

  8. ​Bu kənddə elektrik dirəkləri ölüm saçır - Video

    Tərtərin Poladlı kənd sakinləri təhlükə ilə üz-üzə qalıblar. 
    Bu haqda “Yeni Sabah”a şikayət edən sakinlər bildirib ki, uzun illərdir istifadə olunan elektrik xətləri və dirəkləri son dərəcə təhlükəli vəziyyətə çatıb. 
    Sınıq dirəklər və naqillər adi bir küləyə tab gətirə bilmir. Sakinlər yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti dövlət orqanlarına məlumat versələr də heç bir nəticə yoxdur.
    Videonu təqdim edirik:

    Muxalifet - 26-03-2019

  9. Paşinyan Vyanaya gedir - Qarabağ görüşü olacaqmı?

    Ermənistanın baş naziri Nikol Paşinyan Vyanaya gedir.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “armenpress” rəsmi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Paşinyan Avstriyaya özü ilə nümayəndə heyətini də aparacaq. Səfər 28-29 mart tarixində baş tutacaq.
    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazirin martın 29-da Vyanada rəsmi görüşünün keçiriləcəyi haqqında məlumatlar var. Lakin bu məlumat rəsmi təsdiqini tapmayıb.

    Muxalifet - 26-03-2019

  10. Türkiyədən ərəb ölkələrinə sərt təpki

    ABŞ-ın Suriya torpaqlarındakı “Golan Təpələri”nin İsrailə aid olduğuna yönəlik sənəd imzaladığını bildirən nazir Çavuşoğlu, "Suriya da Ərəb Liqasının üzvüdür. Bölgədəki Ərəb ölkələrindən ABŞ-a qarşı bir səs çıxdı mı? İlk təpkini də Türkiyə göstərdi. Avropa Birliyi belə təpki verir, Ərəb Birliyindən səs çıxmır. Bəzi ərəb ölkələri İsrailin qorxusundan səsini çıxarmırlar, bunlarmı ümətin müqəddəs mübarizəsinə sahib çıxcaq? Mən İordaniyanı, Qətəri nəzərdə tutmuram.

    Muxalifet3 - 26-03-2019

  11. Qonşusunun itini güllələdi - Polisə düşdü

    Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri rayon Polis şöbəsinə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.
    Polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd müvafiq sənədləri olmayan "TOZ” markalı ov tüfəngi götürülüb.

    Muxalifet - 26-03-2019

  12. Ukrayna polisi Rusiya istehsalı olan silahlardan imtina edəcək

    Ukrayna polisi Rusiya istehsalı olan “Kalaşnikov” markalı avtomatlardan və “Makarov” tipli tapançalardan imtina edəcək.
    Muxalifet.az xəbər verir ki, bunu Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev bildirib.
    Onun sözlərinə görə, polisin Rusiyada hazırlanan mövcud silahları Avropa ölkələrinin istehsalı olanlarla əvəzlənəcək: “Bizim çox iddialı hədəfimiz var. Avtomat “Kalaşnikov”, “Makarov” və “TT” tipli tapançalardan 90 faiz imtina etməyi planlaşdırırıq”.

    Muxalifet - 26-03-2019

  13. Rusiyanın hərbi həmləsindən əvvəl ABŞ-dan çox sərt açıqlama

    ABŞ Rusiyanın hərbi təyyarələrinin və personalının Venesuelada yerləşdirilməsini vəziyyəti gərginləşdirəcək tələsik bir cəhd kimi dəyərləndirib.
     
    Qeyd edək ki, mətbuatda Venesuela paytaxtı Karakasın yaxınlarında şənbə günü Rusiyaya aid döyüş təyyarələri və hərbi personalın yerləşdirdiyi bildirilib.
    Rusiya Vaşinqtonun Venesuelada özünü müvəqqəti qanuni prezident adlandıran müxalifət lideri Juan Quaidonu dəstəkləməsini hökumət çevrilişi kimi dəyərləndirib.

    Muxalifet3 - 26-03-2019

  14. “Diqlas” ticarət mərkəzindəki yanğında yanan mallar sığortalanıbmı?

    Sığorta mütəxəssisi: “Belə ticarət mərkəzlərindəki malları sığortalamaq mümkün olmur, çünki...”
    “Diqlas” ticarət mərkəzindəki dəhşətli yanğın bir daha belə iri obyektlərin sığortalanması sahəsindəki vəziyyəti diqqət mərkəzinə gətirdi. Bu hadisə göstərir ki, bir neçə saatın içərisində onlarla sahibkar böyük məbləğdə zərərlə üzləşə bilər. Buna görə də hər bir sahibkarın öz əmlakını vaxtında sığortalaması zəruridir.

    Muxalifet - 26-03-2019

  15. Ərdoğan açıq bəyan etdi! "Bundan sonra heç bir ölkə, heç bir güc Türkiyəni.."

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Van bölgəsində təşkil etdiyi mitinqdəki çıxışında xalqı xitab edib. Ərdoğan, "Buradan bəyan edirəm, bir daha heç bir güc Türkiyəni yenidən terror təşkilatlarının cirit atdığı bir ölkə halına gətirə bilməyəcək. Bir daha heç bir güc Türkiyəni iqtisadiyyatda, infrastrukturda gəldiyi səviyyənin gerisinə düşürə bilməyəcəkdir. Bir daha heç bir güc Türkiyəni hər kəsin bir-birinə şübhəylə baxdığı bir ölkəyə çevrirə bilməyəcək" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 26-03-2019

  16. ​Türkiyə və Rusiya ilk birgə patrul həyata keçirdilər

    Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-qərbindəki Təl-Rıfat bögəsində ilk dəfə olaraq birgə patrul həyata keçiriblər.
    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 
    “Daha əvvəl əldə olunan razılıq çərçivəsində Təl-Rıfat bölgəsində atəşkəsi qorumaq, sabitliyi təmin etmək və ünsürlərimizə edilən hücumların qarşısını almaq məqsədilə, Türkiyə Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələri ilk müstəqil koordinasiyalı patrul fəaliyyətini icra ediblər” – məlumatda qeyd olunub./Azvision 

    Muxalifet - 26-03-2019

  17. Müəllim qəza törətdi – 14 yaşlı yeniyetmə öldü

    Bu gün Ağcabədidə 14 yaşlı yeniyetmənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
    ONA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.
    İxtisasca müəllim olan Gündüz Vətən oğlu Əliyev idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili ilə 2005-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu Abbasovu vurub. İ.Abbasov hadisə yerində ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 26-03-2019

  18. Türkiyədə kömür mədəni çökdü - Xəsarət alanlar var

    Türkiyənin Zonquldak şəhərində kömür mədəni çöküb.
    Muxalifet.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı dörd nəfər xəsarət alıb. Yaralılar Zonquldak Dövlət Xəstəxanasına yerləşdiriliblər.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 26-03-2019

  19. “Golan Təpələri”nin tanınmasının əsas iki səbəbi

    ABŞ prezidenti Trampın İsrailin işğal etdiyi Suriya ərazisi olan “Golan Təpələri”ni İsrailin torpağı kimi tanımasının əsas 2 səbəbi diqqəti cəlb edir. Birincisi, yaxınlaşan İsrail parlament seçkiləridir ki, bu qərarın məhz bu ərəfədə verilməsi Trampın Netanyahuya dəstəyi olaraq qəbul edilir. Bu isə o anlama gəlir ki, Tramp yaxın bir neçə ildə Netanyahunu İsrailin baş naziri kimi görmək istəyir.
     

    Muxalifet3 - 26-03-2019

  20. AMAY yanğından ziyan çəkən iş adamlarına iş yerləri təklif edir

    "Diqlas Ticarət Mərkəzində yanğın nəticəsində iş yerlərini itirmiş iş adamlarına yeni ticarət mərkəzi tikilib istifadəyə verilənədək və onlar yeni mərkəzdə iş yerləri ilə təmin edilənədək AMAY ticarət mərkəzində bir il icarə haqqı ödəmədən yerlər götürməyi təklif edirəm".

    "Turan" xəbər verir ki, bu bəyanatla AMAY Şirkətlər Qrupunun qurucusu, iş adamı Abdulla Abdullayev martın 26-da "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı burada fəaliyyət gösrərən iş adamlarına müraciət edib.

    Muxalifet4 - 26-03-2019

Pages