Axtarış

The search found 105777 results in 0.026 seconds.

Search results

  1. “Diqlas”da yenidən tüstülənmə BAŞLADI

    Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.
    Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar.
    "Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - yanğınsöndürənlərdən biri bildirib.
    Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var. /Report

    Muxalifet - 27-03-2019

  2. TRAMP “DƏRİN DÖVLƏT”lə ANLAŞDI… - İlk hədəf Səudiyyə Ərəbistanıdır: kralın gerçək varisi kim olacaq? - ARAŞDIRMA

    Ergün Diler

    “Takvim”, Türkiyə, 26 mart 2019-cu il

     

    Neçə dəfə yazdığımı bilmirəm. Çox sıxlıqla burada yazdım. Məncə, bu, hazırda Yer üzündə hər kəsi maraqlandıran bir çəkişmə, bilək güləşi idi. Bitdi. Kim qalib gəldi? Kim uduzdu? Araya kim və ya kimlər girdi? Bunlara bənzər çox sual var. Hələlik cavab tapa bilmədim.

    Muxalifet - 27-03-2019

  3. Netanyahu Trampa minnətdardır

     ABŞ işğalı altındakı “Golan Təpələri”ndə özünü prezident kimi görən Trampa təşəkkür etməyə doymayan İsrailin baş naziri Binyamin Netanyahu, bu torpaqlardan heç vaxt imtina etməyəcəklərini deyib.
     
    Dünən ABŞ prezidenti Donald Trampın “Golan Təpələri”ndə "İsrail suverenliyini" tanıyan prezident fərmanını imzalaması ilə cəsarətlənən İsrailin baş naziri Binyamin Netanyahu, Trampı tərifləyərək ona dəfələrlə təşəkkür edib.

    Muxalifet3 - 27-03-2019

  4. Əliyevlə Paşinyan bu tarixdə görüşəcək - RƏSMİ

    ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
    Bu barədə Xarici işlər Nazirliyindən məlumat verilib.

    Muxalifet - 27-03-2019

  5. ​Ramil Usubov yeni rəis təyin etdi

    Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
    Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.
    O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.
    İdarədən məlumatı sözügedən sayta təsdiqləyiblər.

    Muxalifet - 27-03-2019

  6. ​Bakıda növbəti YANĞIN: 15 nəfər təxliyə edildi

    Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
    Bina və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 27-03-2019

  7. “Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlar keçirə bilər” - POLİTOLOQ

    “Ordumuzun güclü hərbi potensialı olsa da, hələ ki, Rusiya tərəfindən müəyyən təhdid və təzyiqlər almaqdayıq...” Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ nizamlanması üzrə görüşü martın 29-da Vyanada olacaq. “İnterfaks Azərbaycan”ın yaydığı məlumata görə, bu barədə agentliyə Avstriya paytaxtındakı diplomatik mənbədən bildiriblər. “Görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək”, – agentliyin həmsöhbəti qeyd edib.

    Muxalifet4 - 27-03-2019

  8. ​Avropa Komissiyası “Nike” şirkətini 10 milyon avrodan çox cərimələyib

    Avropa Komissiyası (AK) qısa qol futbol geyimlərinin satışına məhdudiyyət cəhdlərinə görə “Nike” şirkətini cərimələyib.
    AZƏRTAC İtaliyanın “codacons.it” saytına istinadla xəbər verir ki, bəzi italyan komandaları da daxil olmaqla, bir sıra futbol klublarının futbolkalarını və idman məhsullarının satışı üzrə pərakəndə mallar satan satıcılara qoyduğu məhdudiyyətlərə görə “Nike” şirkəti 12,5 milyon avro məbləğində cərimənib.

    Muxalifet - 27-03-2019

  9. ​Ramazan ayının başlama tarixi AÇIQLANDI

    Mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.
    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin təqviminə istinadən məlumat verir.
    Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

    Muxalifet - 27-03-2019

  10. Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ!

    Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2019-cu il martın 30-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
    DİM-dən verilən məlumata görə, namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-dək) “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

    Muxalifet - 27-03-2019

  11. "Diqlas"dakı yanğınla bağlı cinayət işi başlandı

    "Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozama – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

    Muxalifet - 27-03-2019

  12. Ermənistan “Avroviziya”da da saxtakarlıq etdi - VİDEO

    Ermənistanın “Avroviziya” nümayəndə heyəti saxtakarlıqda ittiham olunur. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifələrində məlumat yayılıb. Yazılan rəylərdə bildirilib ki, erməni nümayəndə heyətinin təmsilçiləri yarışmada Ermənistanı təmsil edəcək Srbukun ifa etdiyi “Walking Out”un “Youtube”dakı baxış sayını süni şəkildə artırıb. İki həftə bundan öncə geniş auditoriyaya təqdim olunan ekran işinə 3 milyon 500 min insan tərəfindən baxılıb. Bundan sonra isə baxış sayı dayanıb. Bu isə süni şəkildə baxış saylarının artırılmasından xəbər verir.

    Muxalifet - 27-03-2019

  13. Üç Rusiya zabiti Suriyada belə öldürülüb... - FOTO

    “Novaya qazeta” Suriyada üç Rusiya zabitinin İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsinin təfərrüatlarını dərc edib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, qəzetin yazdığına görə Rusiya zabitlərinin olduğu UAZ avtomobili kalondan ayrılıb və İŞİD terrorçularının pusqusuna düşüb. Hərbçilər Deyr əz-Zor əyalətində yerləşən neft yatağı rayonunda Rusiya ordusunun müşahidə postunun yaradılması üçün getmişdilər.

    Muxalifet - 27-03-2019

  14. ​Pol Miller ermənipərəst konqresmen Qabbardı ifşa etdi - "Onun zalımlara marağı..."

    “O, 2020-ci il seçkilərinə Əsədyönlü namizəd olaraq gedir”
    ABŞ-da fəaliyyət göstərən“Haym Salomon Center” mərkəzinin xəbərlər və ümumi siyasət qrupunun rəhbəri Pol Miller dailywire.com saytında 2020-ci il prezident sçekilərində namizədliyini elan edən qatı ermənipərəst konqresmen Tulsi Qabbard barədə maraqlı və ifşaedici yazı qələmə alıb.
    Muxalifet.az musavat.com-a istinadla həmin məqaləni təqdim edir:

    Muxalifet - 27-03-2019

  15. Misir Mərdanov avtomobil qəzasına düşüb

    Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunbun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.
    Bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib.
    O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.
    Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.

    Muxalifet - 27-03-2019

  16. “İrşad Electronics”ə qarşı dələduzluq ittihamı: “Rəhbərindən tutmuş ustasına qədər…”

    Ölkəmizdə elektrotexnika avadanlıqlarının satışı ilə məşğul olan "İrşad Electronics”-in fəaliyyəti ilə bağlı zaman-zaman müştərilər öz iradlarını bildirib.
    Belə ki,"İrşad Electronics”də müştərilərin aldadılması son zamanlar adi hal alıb. Necə deyərlər, müştərilərin aldadılması artıq "İrşad Electronics”in biznes meyarına çevrilib. Təsadüfi deyil ki, şirkətin yarıtmaz fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə də narazılıq səsləri ucalmaqdadır.

    Muxalifet - 27-03-2019

  17. İlham Əliyev onları GENERAL ETDİ

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
    general-leytenant ali hərbi rütbəsi
    general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova
    general-mayor ali hərbi rütbəsi
    polkovnik Araz Süleyman oğlu Əhmədova
    polkovnik Zaur Aydın oğlu Əliyevə
    polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.

    Muxalifet - 27-03-2019

  18. ​Prezidentdən Xarici Kəşfiyyat Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi ilə bağlı sərəncam imzalayıb.
    Sərəncama əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.

    Muxalifet - 27-03-2019

  19. ​Britaniya hökuməti vətəndaşların tələbini rədd etdi

    Baxmayaraq ki, “Brexit” əleyhinə petisiya imzalayan vətəndaşların sayı 6 milyona çatır, Böyük Britaniya hökuməti onların tələbini yerinə yetirməyəcək. 
    Azvision.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Brexit” məsələləri üzrə nazirliyinin parlamentin rəsmi saytında yerləşdirilən petisiya mətninin altında yazdığı cavabında deyilir. 

    Muxalifet - 27-03-2019

  20. Gecəyarısı GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var

    İsveçdə güclü partlayış meydana gəlib.
    Paytaxt Stokholmda gecə saatlarında baş verən hadisə nəticəsində xəsarət alanlar olub.
    Mənbəyi barədə dəqiq məlumat verilməsə də, partlayışın ətrafdakı avtomobillər, evlərə və iaşə obyektlərinə ciddi zərər verdiyi bildirilir.
    Polis hadisə bağlı araşdırmaya başlayıb./Publika.az

    Muxalifet - 27-03-2019

Pages