Axtarış

The search found 105777 results in 0.078 seconds.

Search results

  1. Obamanın kitabı rekord vurur: 5 aya 10 milyon satış

    ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın “Becoming” avtobioqrafik kitabı yaxın zamanlarda dünyanın ən populyar memuarına çevrilə bilər.
    Muxalifet.az xəbər verir ki, bu məlumatı “Faynənşıl Tayms” qəzeti yayıb. Məlumata görə, 5 ay ərzində bu kitabın 10 milyon nüsxəsi satılıb. Mişel Obamanın kitabı həmçinin 31 dilə tərcümə edilib.
    Qeyd edək ki, 2017-ci ildə Barak və Mişel Obamaların memuarlarının nəşri üçün “Bertelsman” şirkəti 65 milyon dollar ödəniş edib. Bundan sonra Mişel Obamanın memuarları dərc edilsə də Barak Obamanın xatirələri hələlik yayımlanmayıb.
     

    Muxalifet3 - 26-03-2019

  2. Paşinyan görüş öncəsi nazirini Moskvaya göndərib...

    Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan martın 21-i və 22-də Moskvaya etdiyi məxfi səfərlə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
    Muxalifet.az xəbər verir ki, “sputnik Ermənistan” və “Yerkir.am”a müsahibə verən Mnatsakanyan martın 22-də İrəvanda olmadığını təsdiqləyib və bunun onun vəzifəsinin səlahiyyətlərinə aid olduğunu bildirib.

    Muxalifet3 - 26-03-2019

  3. BMT-dən şok çağırış: Bu ölkədə 10 milyon insan öləcək

    BMT Yəməndə 5 ildir davam edən müharibə səbəbindən yaranan humanitar böhranın həll edilməsi üçün çağırış edib.
    Muxalifet.az xəbər verir ki, BMT Dünya Ərzaq Proqramının rəsmisi Herve Verhoosel ölkə əhalisinin 70 faizinin (20 milyon) normal qidalanmadığını açıqlayıb. Bunların da əksəriyyətini uşaqlar təşkil edir.
    Verhoosel bildirib ki, bu insanların təxminən 10 milyonu aclıqdan öləcək.
     

    Muxalifet3 - 26-03-2019

  4. Qafur Rəhimov vəzifəsindən istefa verdi

    Özbəkistanlı sahibkar Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) rəhbəri vəzifəsindən istefa verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin saytında bildirilib.
    Onun bu qərarının səbəbi barədə məlumat verilmir. Q.Rəhimov daha əvvəl AİBA rəhbəri vəzifəsi səlahiyyətlərinin icrasını müvəqqəti dayandırmışdı.
    Daha əvvəl Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) büro üzvü seçilib.
     

    Muxalifet3 - 26-03-2019

  5. Yanğında ziyan görən sahibkar bunu etməlidir

    "Diqlas" Ticarət Mərkəzində malları yanan sahibkarlar bina sahibinə qarşı kompensasiya irəli sürə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Professor bildirib ki, bina sahibləri obyektin məsuliyyət qaydalarına görə maddi məsuliyyət daşıyır:
    "Binada yanğın xəbərdarlığı və yanğın söndürmə sistemi quraşdırmaqları üçün də onlar təqsirli davranışa yol veriblər".
    Qeyd edək ki, bu gün “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib.
     

    Muxalifet3 - 26-03-2019

  6. Güneyin bu şəhərləri fəlakətlə üzləşəcək - Açıqlama

    İranın Türkmənsəhra və Şiraz, o cümlədən bir sıra şəhər və kəndlərinin dağıdıcı sel fəlakəti ilə üzləşməsindən sonra Güney Azərbaycanın da bir çox şəhərlərinin su altında qalacağı ilə bağlı məlumat yayılıb.

    Muxalifet3 - 26-03-2019

  7. Bu şəxslərin 5-10 manat puluna görə... - Millət vəkili

    Muxalifet.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin moderator.az -a müsahibəsini təqdim edir:
    - Qüdrət bəy, Novruz Bayramı ərəfəsində çoxlu məhbus əfv olundu, Prezident ictimai həyatın bütün sahələrəni əhatə edəcək islahatların anonsunu verdi, insanlarımız böyük ümidlər və əhval- ruhiyyə ilə tətildən qayıdır. Sizin gözləntiləriniz nədən ibarətdir?

    Muxalifet3 - 26-03-2019

  8. Paşinyan Vyanaya onlarla gedir - Siyahı

    Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti martın 28-də Avstriyaya səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Məlumata görə, Paşinyanı səfər zaman onun köməkçisi Qraçyan Taşyan, mətbuat katibi Vladimir Karapetyan, Baş nazir Aparatının protokola məsul şəxsi Aleksandr Mxitaryan, Baş nazir Aparatının protokol şöbəsinin rəisi Manvel Avetisyan, eləcə də Baş nazir Aparatının digər əməkdaşları Tiqran Mehrabyan, Armen Xaçatryan, Karen Azadyan və Armen Şahinyan müşayiət edəcək.

    Muxalifet3 - 26-03-2019

  9. Senatordan ŞOK: Cinayət işini 65 milyona sifariş veriblər

    Moskva məhkəməsi Kabardin-Balkariyadan olan eks-senator Rauf Araşukovu həbsdən azad etməyib. Muxalifet.az xəbər verir ki, məhkəmə onun həbs müddətinin 3 ay uzadılmasına qərar verib. Məhkəmədə çıxış edən Araşukov özünü günahkar saymadığını və onunla bağlı başladılan cinayət işinin sifarişli olduğunu bildirib. O bu cinayət işinin 65 milyon rubla sifariş verildiyini deyib. Araşukov sifarişçinin kim olduğunu bildiyini qeyd edib: “Mən bu sifarişçilərin kim olduğunu, killerlərə bu cür ifadə vermələri üçün kimin ödəniş etdiyini bilirəm.

    Muxalifet3 - 26-03-2019

  10. Nazir həbs edildi, Lukaşenko dərhal Putinə zəng etdi

    Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.Axar.az xəbər verir ki, bu məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri müzakirə ediblər.

    Muxalifet - 27-03-2019

  11. ​Nadir şahın hədiyyə etdiyi Quran Dağıstanda tapıldı

    Dağıstanda Nadir şahın hədiyyə etdiyi Quran kitabı aşkar edilib.
    Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Şərq Əlyazmaları Fondunda rəqəmli arxiv yaradılması prosesi zamanı Nadir şahın Dağıstan hakimlərindən birinə hədiyyə etdiyi yeddicildlik Quran kitabı, İncilin VII əsrə aid gürcü dilinə tərcüməsi və digər unikal kitablar, sənədlər aşkar edilib.

    Muxalifet - 27-03-2019

  12. ABŞ-da "Boeing 737 MAX" təyyarəsi təcili eniş edib

    ABŞ-da "Boeing 737 MAX" təyyarəsi təcili eniş edib.
    "RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
    Məlumata görə, hadisə Floridada, Orlando hava limanında qeydə alınıb. Hadisəyə səbəb təyyarənin mühərrikində yaranmış problem olub.
    İndoneziya və Efiopiyada baş verən dəhçətli aviaqəzalardan sonra bu modifikasiya təyyarələrinə sərnişinlə uçmaq qadağan olunub. Eksperlər aviaqəzaların baş verməsində mühərriklərin nasazlığından yox, xəbərdarlıq sistemində çatışmazlıqların olmasından şübhələnirlər./report

    Muxalifet - 27-03-2019

  13. ​ŞOK: Bülənt Ərsoy konsertdə qadını MİKROFONLA BELƏ VURDU - Video

    Bülənt Ərsoy İstanbulun Şişli səmtində pərəstişkarlarına konsert verib.
    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, Ərsoy səhnədə ona yaxınlaşmaq istəyən qadını mikrofonla vurub.
    Ərsoy səhnədə Tarkana aid "Ümit Hırsızı" mahnısını ilk dəfə səsləndirib. Mahnı söyləyəndə yanına yaxınlaşıb qolunu dartan qadına etdiyi hərəkət isə hamının çaşqınlığına səbəb olub.
    Ersoy "Aldırma Gönül" mahnısını oxuyanda pərəstişkarlarından biri səhnəyə çıxıb. Ersoy qolunu çəkərək mahnının yarıda kəsilməsinə səbəb olan qadına mikrofonuyla vurub.

    Muxalifet - 27-03-2019

  14. Kolumbiyada əsrarəngiz tapıntı

    Kolumbiyanın And dağları ilə əhatələnmiş San-Bernardo şəhərindən tapılan qazıntılar dünyanı heyrətə gətirib. Əsrarəngiz tapıntılar qarşısında alimlər aciz qalıb.
    İllər öncə ərazidə baş vermiş daşqın qədim məzarları su üzünə çıxardıb. Qəribədir ki, insan skeletləri və geyimləri əsirlər boyu torpaq altda qalsa da nə əzilib, nə də ovulub.

    Muxalifet - 27-03-2019

  15. Əfqanıstan Pakistandakı səfirni geri çağırdı

    Əfqanıstan XİN İslamabaddakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, buna səbəb Pakistanın baş naziri İmran Xanın bəyanatı olub. Kabul nazirin bəyanatını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
    Qeyd edək ki, daha öncə İmran Xan deyib ki, Əfqanıstan hakimiyyəti "Taliban" hərəkatı ilə sülh danışıqların aparılması üçün maneələr törədir və bu vəziyyətdən çıxış yolunun tapılması üçün müvəqqəti hakimiyyət yaratmağı tövsiyyə edib.

    Muxalifet - 27-03-2019

  16. Ermənistanda məktəb direktoru və katibi rüşvətə görə həbs edilib

    Ermənistanda orta məktəb direktoru və katibi rüşvətə görə saxlanılıb.
    Bu barədə "News.am" İstintaq Komitəsinin rəsmisi Naira Arutunyana istinadən məlumat yayıb.
    Qeyd edilir ki, hadisə Gümrüdə fəaliyyət göstərən 27 saylı orta məktəbdə baş verib. Əvvəlcə həmin məktəbin katibi rüşvət cinayətində əlbir olmaqda şübhəli bilinərək tutulub. Bundan sonra məktəbin direktoru Karine Lalazyaran da külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
    Daha əvvəl Ermənistanda oğul 88 yaşlı ananı qətlə yetirib./report

    Muxalifet - 27-03-2019

  17. ​“Real Madrid” Beyli satır

    İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi hücumçu Qaret Beyli satmaq qərarına gəlib.
    Muxalifet.az xəbər verir ki, bu qərarı klubun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidan qəbul ediblər. “Kral klubu” oyunçunu 175 milyon avroya satmaq niyyətindədir.
    Qeyd edək ki, Beyl 2013-cü ilin yayında “Real”a “Tottenhem”dən transfer edilib. Futbolçu ilə bağlanan müqavilə 2022-ci ildə qüvvədən düşür./Trend/

    Muxalifet - 27-03-2019

  18. Pompeodan “Türkiyə” sualına cavab! Üzüldük, amma təəccüblənmədim..

    ABŞ-ın xarici işlər naziri Mayk Pompeo, 'Türkiyə, Birləşmiş Millətlər Təşkilatının və Kanadanın “Golan Təpələri” qərarına təpki göstərməsini necə qəbul edirsiniz' sualına, "Üzüldüm, amma təəccüblənmədim" deyə cavab verib.
     
    Pompeo sualın davamına bu sözlərlə cavab verib:
    "Biz səfirliyimizi Yerusəlimə köçürmə qərarı aldığımız zamanı da xatırlayıram. Hər bir mövzuda sahədəki gerçəkləri əsas götürürük və digər ölkələrin də bizə qoşularaq bu vəziyyətin önəmini anlamasına ümid edirik. Bu bəhs etdiyiniz bir ovuc ölkəylə danışıqlarımız davam edəcək”.

    Muxalifet3 - 27-03-2019

  19. BŞİH bəzi məmurları cəzalandırdı

    Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimovun verdiyi məlumata görə, müşavirədə bü günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar BŞİH tərəfindən xüsusi komissiyanın yaradıldığı qeyd olunub.

    Muxalifet - 27-03-2019

  20. Suriya BMT Təhlükəsizlik Şurası iclasınının çağırılmasını istəyir

    Suriya Qolan yüksəklikləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirmək xahişi ilə çıxış edib.
    ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, martda TŞ-da sədrlik edən Fransa iclasın tarixini müəyyənləşdirmək məcburiyyətindədir.
    Qeyd edək ki, Qolan yüksəkliklərini gündəmə ABŞ prezidenti Donald Tramp gətirib. O, bazar ertəsi, yüksəkliklərin İsrailin suveren ərazisi kimi tanıması haqqında deklarasiya imzalayıb.

    Muxalifet - 27-03-2019

Pages