Axtarış
The search found 105777 results in 0.1 seconds.
Search results
Ərdoğandan Trampa “Ayasofya” mesajı
Türkiyənin prezidenti Ərdoğan ABŞ prezidenti Trampın qalmaqal “Golan Təpələri” qərarına təpki göstərib.
Ərdoğan seçki ilə bağlı keçirdiyi mitinqdə Trampın bu qərarına təpki göstərərək bu sözləri deyib:
"Golan Təpələrini işğalçı İsrailə verirsiniz, eləmi? Buna qarşılıq siz də Türkiyədən bir cavab alacaqsınız təbii. Ayasofyanı muzey olmaqdan çıxarıb, Ayasofyanı məscid adıyla xidmətə verəcəyik".
Müxalifət.azMuxalifet3 - 27-03-2019
ABŞ-dan “Türkiyə” açıqlaması
ABŞ müdafiə nazirinin vəkili Patrick Şanahan NATO müttəfiqi Türkiyənin F-35 proqramında qalmağa davam etməsini istədiyini, ancaq Türkiyənin ABŞ-ın istehsal etdiyi “Patriot” raketdən müdafiə sistemini satın alması lazım olduğunu söyləyib.
Konqresin Nümayəndələr Palatasında Silahlı Qüvvələr Komitəsinin konfransında “ABŞ-ın F-35 proqramında Türkiyənin qalmasını istəyib istəmədiyi sualına cavab verən ABŞ müdafiə nazirinin vəkili Patrick Şanahan, "Qəti olaraq istəyirik. Ancaq Türkiyənin “Patriot” satın almasına ehtiyac duyuruq" deyib.Muxalifet3 - 27-03-2019
BMT-dən xəbərdarlıq: Müharibə astanasındayıq!
Yaxın Şərq sülh prosesi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi koordinatoru Nikolay Mladenov, “Qəzzada fəlakətə səbəb ola biləcək təhlükəli bir gərginliklə üzləşə bilərik. Son iki gündə baş verənlər müharibənin astanasında olduğumuzu göstərdi” deyə xəbərdarlıq edib.
BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Mladenov Qəzza Zolağında artan gərginliyə diqqət çəkərək həm Fələstində, həm də İsraildə və bölgədə dağıdıcı nəticələrə səbəb olacağını deyib.Muxalifet3 - 27-03-2019
Etibar Əliyevdən Hamlet İsaxanlıya İTTİHAM
"Xəzər Universitetinin sahibi Hamlet İsaxanlı həmin universitetin müəllimi Mail Yaquba 160 manat əməkhaqqı verdiyinə görə adı çəkilən müəllim istefa vermişdir. Onun istefasını İsaxanlı ikrah doğuracaq, rektora xas olmayan formada şərh etmişdir. Özəl ali məktəblər içərisində yüksək təhsil haqqı ilə seçilən Xəzər Universitetinin oteli üzə çıxdıqdan sonra Hamlet İsaxanlı bəyan etdi ki, otel onun deyil, universitetindir. Universitetin otelinin olmasının zəruriliyini vurğulayanlar oldu. Mən də buna etiraz etmirəm.
Muxalifet - 27-03-2019
“Sasna Tsrer” terrorçularının “Qarabağı Ermənistana birləşdirmək” təşəbbüsü müqavimətlə qarşılaşdı - PAŞİNYANIN “YARATDIĞI” PARTİYA İMZA TOPLAYIR…
“Sasna Tsrer” radikal erməni qruplaşmasının Dağlıq Qarabağı ətraf rayonlarla birlikdə “Ermənistana birləşdirmək” üçün başlatdıqları imzatoplama kampaniyası Xankəndindəki qondarma rejimin müqaviməti ilə qarşılaşıb. Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, qondarma rejimi dəstəkləyən üç partiya birgə bəyanatla çıxış edərək bu təşəbbüsə qarşı çıxıblar. Dağlıq Qarabağın “müstəqilliyini” dəstəkləyiblər.
Muxalifet - 27-03-2019
Suriyadakı terrorçular bir-birinə girdi!
ABŞ-ın bitdiyini iddia etdiyi İŞİD yenidən fəaliyyətə keçib. Suriyadakı Münbiç şəhərində İŞİD və YPG arasında çıxan silahlı qarşıdurmada 7 terrorçu öldürülüb.
25 mart gecəsi İŞİD silahlıları şəhər girişindəki bir keçid məntəqəsində YPG üzvlərinə atəş açıb.
Yerli mənbələr bildirirlər ki, hücum edilən keçid məntəqəsində ən azı 9 YPG üzvü ölüb. YPG hücumla bağlı İŞİD-ı günahlandırıb.Muxalifet3 - 27-03-2019
Trampdan NASA-ya təlimat: ən yaxın 5 ildə...
ABŞ prezidenti Donald Tramp Amerika Milli Kosmik Agentliyindən (NASA) amerikalıları ən yaxın beş ildə Aya göndərməyi tələb eib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezident Mayk Pens bildirib.
NASA üçün 2020-ci il büdcə layihəsində deyilirdi ki, ABŞ 2028-ci ilə kimi amerikalılar yenidən Aya göndərməyə ümid edir. Ay orbitində stansiyanın tikintisinin 2022-ci ildə başlanması planlaşdırılır və stansiyaya ilk idarə edilən uçuş 2024-cü ildə nəzərdə tutulub.Muxalifet - 27-03-2019
Tramp namizədini AÇIQLADI: Əgər təsdiqlənərsə ...
ABŞ prezidenti Donald Tramp ABŞ Hava Qüvvələri Kosmos Komandanlığının komandiri general John W. Raymondu yeni qurulan Kosmos Qüvvələri komandirliyinə namizəd göstərib.
ABŞ prezidenti Donald Tramp Kosmik Qüvvələr Komandirliyinə namizədini Senata təqdim edib.
Pentaqondan verilən açıqlamada, "Əgər təsdiqlənərsə, general Raymond tezliklə qurulacaq və məkanda birgə hərbi əməliyyatlara və müharibə üçün qlobal qüvvələrin hazırlanmasına yönəldiləcək ABŞ Kosmik Qüvvələri Komandanlığına rəhbərlik edəcəkdir" deyə bildirilib.Muxalifet3 - 27-03-2019
BAXIMSIZ PİYADA KEÇİDLƏRİ - Yollar bu vəziyyətdədir
Bəzən piyadalar keçidlərdən istifadə etməməkdə günahlandırılır. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə, sakinlərin onlardan niyə istifadə etmədikləri məlum olur. Çünki bir çox keçid zibillə dolub- daşir, bəzilərində isə eskalatorlar işləmir.
Muxalifet.az xəbər verir ki, bir çox yol qəzalarının səbəbi insanların piyada keçidlərindən istifadə etməmsidir. Amma paytaxtdakı bir çox piyada keçidlərinin vəziyyəti də bunda az rol oynamır.
Məsələn, Binəqədi rayonu Müşfiqabad qəsəbəsindəki yerüstü piyada keçidi bərbad vəziyyətdədir.Muxalifet - 27-03-2019
Gömrük rəisi milyonlarla pulu xaricə daşıyıb – ATA VƏ İKİ OĞULUN İNANILMAZ ƏMƏLİYYATI
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsən oğlu Həsənov da Çexiyaya böyük vəsait çıxarıb.
Muxalifet - 27-03-2019
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 27-03-2019
Azərbaycanda GÖRÜNMƏMİŞ SAXTAKARLIQ: Vəzifədə qalmaq üçün YAŞINI KİÇİLDİB - FOTO
İslam Allahverdiyev Beyləqan rayon Məhkəməsinin əli ilə Samir Şərifovu aldatmaq qərarına gəlib
Azəbaycanda məmurların tutduqları vəzifələri qorumaq üçün müxtəlif vasitələrdən istifadə etmələri barədə illərdi ölkə mətbuatı yazır. Ölkə məmurları üçün vəzifə o qədər vaz keçilməz hala gəlib ki, onlar postlarını qorumaq üçün hətta maraqlı addımlar atmaqla rollara da girirlər.Muxalifet - 27-03-2019
Bakıda polis qəza törətdi - Sərxoş olub?
Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib.
Hadisə Heydər Əliyev prospektində baş verib.
Prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində Rəvayət Muxtarov idarə etdiyi xidməti "Reanault” markalı avtomobillə yüksək sürətlə bordürün üzərindən əks yola çıxıb.
O, bu zaman öz yolu ilə hərəkət edən Rəfael Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə çırpılıb. Daha sonra "Renault” digər beton yol ayrıcına çırpılıb. Hadisə nəticəsində Rəvayət Muxtarov bədən xəsarətləri alıb.Muxalifet - 27-03-2019
Şəhidimiz bu gün Qazaxda dəfn olunacaq - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Şəhid hərbi qulluqçumuz bu gün doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunacaq.
Qeyd edək ki, Ə.Əlləzov 2018-ci ildə hərbi xidmətə yollanmışdı. /Azvision.azMuxalifet - 27-03-2019
Norveç ikili vətəndaşlığa icazə verdi - TƏK ŞƏRT VAR
Norveçdə ikili vətəndaşlığa icazə verilib.
1 yanvar 2020-ci il tarixindən etibarən Norveçdə ikili vətəndaşlıq almaq mümkün olacaq.
Bu barədə hökumətin rəsmi internet səhifəsindən açıqlama verilib.
Norveçdə ümumilikdə 10 il yaşamaq vətəndaşlığa keçmək üçün kifayət edir. Bu ölkədə dünyaya gələn uşaq isə ana və ya atasının norveçli olması təqdirində Norveç vətəndaşı sayılır.
Qeyd edək ki, Norveçdə ikili vətəndaşlıq qanunu 2016-cı ildə qüvvədən düşmüşdü./PublikaMuxalifet - 27-03-2019
Dağlıq Qarabağda daha bir erməni əsgəri öldü
Ötən gün Qarabağda erməni hərbçi aldığı güllə yarasından ölüb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, ötən gün saat 18:40 radələrində Qarabağın şimal-şərq hissəsində yerləşən erməni hərbi hissəsində 1998-ci il təvəllüdlü əsgər Ara Arakelyanın aldığı güllə yarasından öldüyün bildirilib.
Ölümün hansı şəraitdə baş verdiyi araşdırılır.Muxalifet - 27-03-2019
Tramp və Netanyahunun “Böyük İsrail” hədəfi – Təhlil
ABŞ prezidenti Tramp 1967-dən bəri işğal altındakı “Golan Təpələrini” rəsmən İsrail torpağı kimi tanıyıb. Strateji əhəmiyyətli neft və su ehtiyatları olsa da, sionist rejimin hədəfində hakimiyyət boşluğu ilə can çəkişən Suriyanı vəd edilmiş torpaqlara ilhaq planı durur.
Muxalifet3 - 27-03-2019
Avro-2020-nin seçmə mərhələsində 2-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 2-ci tura yekun vurulub.
Muxalifet.az xəbər verir ki, turun sonuncu oyun günündə 3 qrup çərçivəsində 8 qarşılaşma baş tutub.
İlk matçda Ermənistan və Finlandiya yığmaları üz-üzə gəlib. Qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb. J qrupunun digər görüşlərində Bosniya və Herseqovina Yunanıstanı, İtaliya Lixtenşteyni qəbul edib. Bosniyada məhsuldar heç-heçə qeydə alındığı halda, İtaliya doğma meydanda 6 cavabsız qola sevinib.
Muxalifet - 27-03-2019
Siqaret çəkən hamilə qadınların nəzərinə - Körpəniz ürək qüsurlu doğula bilər!
Siqaret çəkmək ən məşhur terotogenlərdən hesab edilir. Başqa sözlə siqaret çəkmək dölün inkişafında bir sıra qüsurlara səbəb ola bilər. Əvəllər bunu yalnız ananın siqaret çəkməsinə aid edirdilər. Lakin analizlər nəticəsində məlum olub ki, dölün ürək qüsuru ilə doğulmaması üçün ana və atanın eyni vaxtda siqareti tərgitməkləri tələb olunur.
Çin mütəxəssisləri 137574 ürək qüsurlu və 8.8 milyon sağlam uşaq üzərində 125 araşdırma aparıblar. Bütün uşaqların valideynlərinin zərərli vərdişləri haqda məlumatlar toplayıblar.Muxalifet - 27-03-2019
Afət Fərmanqızından daha bir ŞOK İTTİHAM: “Məndə başqa pozada şəkilləri...” - FOTO
Afət Fərmanqızı bundan sonra onu tənqid edənlərə heç bir cavab verməyəcəyini açıqlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Nəsiminin məşhur qəzəlinə oxuduğu mahnı ilə məşhurluq qazanan müğənni bu barədə sosial şəbəkədə məlumat verib. O, bildirib ki, oğlu ona həmkarları ilə qalmaqal yaşamağı və onlara cavab qaytarmağı qadağan edib:Muxalifet - 27-03-2019