Axtarış
The search found 105777 results in 0.036 seconds.
Search results
Poroşenko administrasiyası məxfi sənədi itirdi - ŞOK
Ukrayna Təhlükəsizlik Xidməti prezident Pyotr Poroşenko administrasiyasında sənədin yox olmasını araşdırır.
Bu haqda məhkəmə materiallarına istinadən “Ukraynskaya novosti” yazıb.Muxalifet - 26-03-2019
Rusiya Qazaxıstanın daxili siyasətindəki çevrilmələri yaxından izləyir – Nazarbayevdən sonra ölkədə inqilab gözlənilirmi?
Aleksandr Malaşenko
“bneİntellinews”, 26.03.2019
“Qazaxıstan keçidi” illərlə gözlənilirdi. Geniş şəkildə proqnozlaşdırıldığı halda, heç kim – nə Qazaxıstanın içində, nə də xaricində – bunun nə vaxt gerçəkləşəcəyini dəqiq bilmirdi.
Bu müddətdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefa etməsi ilə əlaqədar şayiələr dolaşırdı. 2019-cu il martın əvvəllərində Nazarbayev Askar Mamini yeni baş nazir təyin edərkən, şayiələr yenidən baş qaldırdı.
Muxalifet - 26-03-2019
Suriyalılar Trampa qarşı etiraz aksiyası keçirir - FOTO
Suriyanın demək olar ki, bütün ərazisində vətəndaşlar ABŞ prezidenti Donald Trampın Colan təpələrini rəsmən İsrailin ərazisi kimi tanımasna qarşı kütləvi etiraz aksiyası keçirirlər.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət informasiya agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Suriyanın paytaxtı Dəməşqdə, eləcə də, Homs, Deyr-əz-Zor, Qamışlı, Kuneytra (Colan təpələrində yerləşir) və digər iri şəhərlərdə minlərlə sakin Trampın qərarına və İsrailin işğalçı siyasətinə etiraz edirlər.Muxalifet - 26-03-2019
Azərbaycanda QİÇS-ə yoluxanlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA
İndiyədək Azərbaycanda İİV infeksiyasından 969 nəfər dünyasını dəyişib, 7408 nəfər isə daşıyıcıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə bizimyol.info-ya Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Günəş Cəfərova bildirib.
O deyib ki 1987-2018-ci illərdə müşahidə dövründə 7408 nəfər qeydiyyata alınıb. Onlardan 6538 (97%) nəfəri Azərbaycan vətəndaşıdır.Muxalifet - 26-03-2019
"Diqlas" sökülür: yanğınla bağlı son məlumat - Video
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.
Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.Muxalifet3 - 26-03-2019
SON DƏQİQƏ: Hava limanında atışma: 2 polis yaralandı
Türkiyənin Kayseri şəhərindəki hava limanında atışma qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, məlumatı NTV televiziyası yayıb. Atışmaya polislər arasında yaranan mübahisə səbəb olub. Belə ki, mübahisə edən tərəflər daha sonra silaha əl ataraq, hava limanının daxili reyslər bölməsində bir-birilərinə atəş açmağa başlayıblar.
Yaralanan polislər dərhal xəstəxanaya çatdırılıblar.
Muxalifet3 - 26-03-2019
Peskov: Tramp beynəlxalq hüququ yenə pozdu
ABŞ Prezidenti Donald Tramp Qolan təpələrində İsrailin süverenliyini rəsmən tanımaqla beynəlxalq hüququ növbəti dəfə pozur.
Muxalifet.az xəbər verir ki, bu sözləri mətbuat konfransında danışan Kremlin sözçüsü Dimitri Peskov deyib. O bildirib ki, sözügedən qərar həm Yaxın Şərqdəki, həm də Suriyadakı siyasi proseslərin həllinə mənfi təsir göstərəcək.
Həmçinin o vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Livan Prezidenti Mişel Aunla keçirilməsi planlaşdırılan görüşdə də sözügedən məsələni müzakirə edəcək.Muxalifet3 - 26-03-2019
Netanyahu “Suriya planı”nı Putin və Trampa verdi
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa Suriya böhranının həll planını təqdim edib.
Muxalifet.az xəbər verir ki, bu məlumatı “Tayms of İsrael” qəzeti öz mənbələrinə istinadən yayıb.
Qəzet Trampdan öncə Netanyahunun bu planı Rusiya Prezidenti Vladimir Putinə təqdim etdiyi və ikincinin buna maraq göstərdiyini bildirib. Mənbə planda İran qoşunlarının Suriyadan tam çıxarılması məsələsinə yer verildiyini bildirsə də, planın digər detalları haqqında məlumat verməkdən imtina edib.
Muxalifet3 - 26-03-2019
Bakının bu yolu hələ də bağlıdır – BNA açıqladı
Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar olaraq prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir.
BNA-dan verilən məlumata əsasən, agentlik tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.Muxalifet3 - 26-03-2019
ABŞ daha 23 iranlını qara siyahısına saldı
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib.
Muxalifet.az xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Bu dəfə Vaşinqtonun qara siyahısına 9 fiziki və 14 hüquqi şəxs daxil edilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə İrana qarşı 1995-ci ildən tətbiq edilən sanksiyaların daha bir uzadılması barədə qərar vermişdi.
Muxalifet3 - 26-03-2019
Türkiyə tədbir görməzsə iki gün sonra DAĞILACAQ – ŞOK AÇIQLAMA - FOTO
Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits növbəti dəfə Türkiyə ilə bağlı qorxulu açıqlama verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Hugerbits 28, 29, 30 mart tarixlərində Türkiyədə böyük bir zəlzələnin ola biləcəyini və ölkənin böyük hissəsinin dağıntı altında qalacağını iddia edib.Muxalifet3 - 26-03-2019
İki fəhlə Rusiya hökumətini rabitəsiz qoyacaqdı
Moskvada iki fəhlə hökumətin rabitəsi üçün nəzərdə tutulan kabelləri oğurlamaq istəyərkən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Mühafizə İdarəsinin İctimaiyyətlər Əlaqələr Şöbəsinin rəhbərinin müavini Denis Simonov deyib.
O, insidentin dünən Böyük Moskvoretsk Körpüsünün rekonstruksiyası zamanı yaşandığını bildirib. Simonov həmçinin kabeli oğurlayan işçilərdən birinin körpüdən tullanaraq qaçmaq istədiyini, amma son anda yaxalandığını bildirib.Muxalifet3 - 26-03-2019
Moqerinidən təklif: Bu missiya ləğv edilsin...
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini insan alveri ilə mübarizə aparan “Sofiya” hərbi-dəniz missiyasının ləğv olunması ilə bağlı yeni sənəd təklif edib.
Muxalifet.az xəbər verir ki, Aİ-yə üzv 28 ölkəyə paylanılan sənəddə Liviya Sahil Mühafizəsinin peşəkar hazırlığının təşkili məqsədilə yeni missiyanın yaradılması nəzərdə tutulur.
Muxalifet3 - 26-03-2019
Özbəkistanda müəllimlərin maaşı 1000 dollar olacaq
Özbəkistanda müəllimlərin maaşı mütləq 1000 dollara qədər artacaq.
Muxalifet.az xəbər verir ki, bu vədi Özbəkistan Təhsil naziri Şerzod Şermatov verib. Nazirin sözlərinə görə, Özbəkistan Prezidenti Şövkət Mirziyayev müəllimlərin statusunun artırılmasına diqqət yetirir və dəfələrlə müəllimlərin maaşının 1000 dollara qədər artırılmasından bəhs edib:
“Biz müəllimlərin maaşı 1000 dollara çatmayana qədər dayanmayacağıq. Biz bu səviyyəyə mütləq çatacağıq”.
Muxalifet3 - 26-03-2019
Feysbuk Rusiya və İrana aid səhifələri bağladı
Feysbuk və İnstaqram sosial şəbəkələri İran, Rusiya, Makedoniya və Kosovadan olan istifadəçilər tərəfindən yaradılmış 2600 səhifəni bağlayıb.
Muxalifet.az xəbər verir ki, bu məlumat Feysbukun mətbuat xidməti yayıb. Səhifələrin bağlanmasına əsas səbəb kimi bu səhifələrin sahiblərinin “koordinasiya edilmiş atipik davranışı” göstərilib. O bu səhifələrin bağlanmasının onların sahiblərinin yayımladıqları məlumatlarla əlaqədar olmadığını bildirib.
Qeyd edək ki, Feysbuk fevral ayında İrana aid olduğu bilinən 262 səhifə, 356 hesab və 3 qrupu bağlayıb.
Muxalifet3 - 26-03-2019
SON DƏQİQƏ: Ermənistan tərəfi hücuma keçdi – ŞƏHİDİMİZ VAR
Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!Muxalifet3 - 26-03-2019
"Состояние азербайджанского образования: реформы, которые ничего не реформируют"
Алтай Гёюшев. Эксперт в области образования О состоянии азербайджанского образования. Деятельность Министерства Образования; Положение Университетов; Судьба реформы образования в Азербайджане»
Muxalifet3 - 26-03-2019
Ordu prezidentə qarşı çıxdı: İstefa ver...
Əlcəzair Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əhməd Qayd Salah ölkə prezidenti Əbdüləziz Buteflikanı dövlət başçısı vəzifəsindən imtina etməyə çağırıb.
Muxalifet.Az xəbər verir ki, o, Buteflikadan öz səlahiyyətlərini icra edə bilməməsini etiraf etməsini tələb edib. Salah həmçinin Buteflikanın vəzifədən uzaqlaşdırılması üçün ölkə konstitusiyasının 102-ci maddəsinin icra edilməsini istəyib. General yalnız bu halda ölkənin yaranan böhrandan çıxa biləcəyini söyləyib.Muxalifet3 - 26-03-2019
Moskvada FTX-nin generalı ölü tapıldı
Moskvada Federal Təhlükəsizlik Xidmətinin general-mayorunun cəsədi aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb. Məlumata görə, general-mayorun cəsədi onun mənzilində aşkarlanıb. Onun FTX-nin idarələrindən birinin rəhbəri olduğu bildirilib. Cəsədin üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb.
“Mash” Teleqram kanalı ölən şəxsin 59 yaşının olduğu haqqında məlumat yayıb. Onun həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 10-cu İdarəsində çalışdığı da bildirilib.
Muxalifet3 - 26-03-2019
Eks-nazirə cinayət işi açıldı: 4 milyard...
Rusiya İstintaq Komitəsi Açıq Hökumət Fəaliyyətinin Koordinasiyası naziri Mixail Abızova qarşı cinayət işi açıb.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı komitənin mətbuat xidməti yayıb. Komitə Abızovu 2011-2014-cü illərdə cinayətkar dəstə yaratmaqda ittiham edib. Məlumata görə, Abızov fəaliyyəti dönəmində 4 milyard rubl ələ keçirərək, onu Rusiya xaricinə çıxarıb.
Muxalifet3 - 26-03-2019