Axtarış

The search found 105777 results in 0.039 seconds.

Search results

  1. MİT və TSQ-dən MÜDHİŞ ƏMƏLİYYAT: Terrorçubaşının adamları öldürüldü...

    Təhlükəsizlik güclərindən alınan məlumata görə, MİT və TSQ tərəfindən aparılan birgə əməliyyatda, 21 martda PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık-ın ən yaxın adamlarından olan Rza Altun və yanındakı terrorçular Qəndilə qarşı keçirilən hava hərəkatı nəticəsində zərərsizləşdirilib.
     

    Muxalifet3 - 27-03-2019

  2. Türkiyədən qlobal güclərə verilən mesaj

    Türkiyənin təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, MİT və TSQ tərəfindən aparılan birgə əməliyyatda, 21 mart günü PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık-ın ən yaxın adamlarından olan Rza Altunla bərabər bir çox təşkilat rəhbərliyində olan şəxslər Qəndilə qarşı hava hərəkatı nəticəsində zərərsizləşdirilib.
     

    Muxalifet3 - 27-03-2019

  3. SAHİBKARLAR ETİRAZA QALXDI: "Diqlas"dakı yanğından zərər çəkən sahibkarlar kompensasiya tələb edirlər - VİDEO/FOTO

    “Diqlas” ticarət mərkəzindəki yanğın zamanı zərərçəkən sahibkarlar etiraz aksiyası keçiriblər.

    Onlar dəymiş ziyanın ödənilməsini tələb ediblər. Yüzlərlə sahibkar ticarət mərkəzinin qarşısında toplaşaraq, bazar rəhbərliyinin əraziyə gəlməsini istəyiblər.

    Bundan sonra “Diqlas” ticarət mərkəzinin direktoru Bəhruz adlı şəxs hadisə yerinə gələrək, narazı sahibkarların suallarını cavablandırıb. O, bildirib ki, bu gün saat 16:00 radələrində zərəçəkənlərlə görüş keçirilib, məsələyə aydın gətiriləcək.

    Muxalifet4 - 27-03-2019

  4. Terrorçubaşı Karayılandan seçki xəbərdarlığı

    Terror təşkilatı PKK-nın terrorçubaşlarından Murad Karayılan “Millət İttifaqı” üçün səs istəyib. Karayılan, "AK Partiya və MHP-yə səs vermək cinayətdir. Seçkidə kimsə yolunu itirməsin və günahkar duruma düşməsin. Əgər onlar qazanarsa bitərik" deyib.
     
    Karayılan CHP-HDP-İP ittifaqına dəstək istəyərək, "Bu seçkilər təkcə bələdiyyə seçkiləri deyil, bizim üçün varlıq və yoxluq məsələsidir" - deyib.

    Muxalifet3 - 27-03-2019

  5. "Fövqəlnazir"in səriştəsizliyi, gizli kasetlər, yoxsa klanlararası hesablaşma? - “Diqlas”ın külləri altından nə çıxacaq...

    Azərbaycan Novruz bayramı tətilinin son günündə yanğın xəbərlərilə sarsıldı. Budəfəki qara xəbər “Diqlas” ticarət mərkəzindən gəldi. Hələ ki, rəsmən təsdiqlənməyən ilkin məlumatlara görə, yüzlərlə xırda ticarətçinin bütün əmlakını külə çevirən yanğın yaxındakı dönərxanada qaz balonunun partlaması nəticəsində baş verib. Məlumatın həqiqəti nə dərəcədə əks etdirib-etdirmədiyi istintaq qrupunun araşdırmaları sonucunda aydın olacaq. Hələlik isə hadisənin əsl səbəbi barədə müxtəlif mülahizələr irəli sürülür.

    Muxalifet4 - 27-03-2019

  6. Yeni Zelandiyanın baş naziri niyə hicab geyindiyini açıqladı

    Yeni Zelandiyada baş verən məscid hücumlarından sonra qətiyyətli davranışı və birləşdirici mövqeyi ilə təqdir toplayan baş nazir Jacinda Ardern, Müsəlman cəmiyyətin özünü güvəndə hiss etməsini istədiyi üçün hicab taxdığını açıqlayıb.
     
     Avstraliyada yayımlanan “Channel 10”-a bir müsahibə verən baş nazir Ardern, Müsəlman qadınların özlərini təhlükəsiz hiss etmədiklərini, bunun üçün hicab taxdığını deyərək onlara dəstək verdiyini ifadə edib.

    Muxalifet3 - 27-03-2019

  7. Bakıda ŞOK OLAY: Sürücü içərisi sərnişinlə dolu avtobusu sərxoş idarə etdi

    Bakıda səhər saatlarında sərxoş vəziyyətdə içi sərnişinlərlə dolu avtobusu idarə edən sürücüsü yol polisləri tərəfindən saxlanılıb.

    Muxalifet - 27-03-2019

  8. “Diqlas” sökülə bilər - Binanın özülü zədələnib

    Yanğın baş verən "Diqlas" ticarət mərkəzi sökülə bilər. 
    Muxalifet.az xəbər verir ki, bu barədə ONA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, ilkin ekspert rəylərinə əsasən, yanğın nəticəsində binanın özülü zədələnib və binanın sökülməsi labüddür. 

    Muxalifet - 27-03-2019

  9. “Məhərrəm Əliyevin “Diqlas”la əlaqəsi yoxdur” – Adil Əliyev

    Millət vəkili Adil Əliyev  qardaşı, Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin adının ötən gün yanan “Diqlas” Ticarət Mərkəzində pay sahibi olması ilə bağlı yayılan məlumatlara reaksiya verib.
    “Yeni Sabah” xəbər verir ki, deputat Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir ticarətlə bağlı obyektlərə, dolayısıyla əlaqəsi olmadığını deyib: “O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun TM-nin adı “Ramal”dı. O da Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas” istərsə də “Ramal”, özlərinin sağlığına qismət olsun.

    Muxalifet - 27-03-2019

  10. 20 Yanvar faciəsinin təşkilatçısına AĞIR CƏZA

    Keçmiş SSRİ-nin müdafiə naziri, 94 yaşlı Dmitri Yazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
    TASS xəbər verir ki, Litvanın Vilnüs şəhər dairə məhkəməsi 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə onun barəsində belə bir hökm çıxarıb.
    Litva Baş Prokurorluğu isə keçmiş müdafiə nazirinin ömürlük həbs edilməsini istəyib.
    Qeyd edək ki, D.Yazov 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın başqa rayonlarında törədilən qırğınlara başçılıq edənlərdəndir. (report)

    Muxalifet - 27-03-2019

  11. ​Məşğulluq Mərkəzi 3 milyonu əsassız yerə xərcləyib – Materiallar Baş Prokurorluğa göndərildi

    Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərinin Nəsimi rayon Məşğulluq Mərkəzində aparılan nazarət tədbirləri nəticəsində sözügedən qurumun dövlət büdcəsindən 2 857,04 manat məbləğində vəsaitin əsassız yerə xərcləndiyi məlum olub.
    ONA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yoxlama dövrü 01.01.16 – 01.07.18 tarixlərini əhatə edib. Məsələ Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
    Xatırladaq ki, ümumiyyətlə, 2018-ci ildə dövlət büdcəsindən 7 mln. manat vəsait əsassız xərclənib.

    Muxalifet - 27-03-2019

  12. Misir Mərdanov Əli İnsanovdan danışdı: “...başqa ağsaqqal axtarmağın mənası yoxdur”

    Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb. Bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib. O, bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

    Muxalifet - 27-03-2019

  13. ​İcra başçısı malı yanan sahibkarlara: "Tələbləriniz qəbul olundu, sizi yola vermirəm..."

    Bu gün Nizami rayon icra hakimiyyətinin rəsmi şəxsləri "Diqlas” TM-də malları yanan sahibkarları qəbul edib.
    Muxalifet.az "Yeni Sabah”a istinadla xəbər verir ki, görüş zamanı şikayətlər dinlənilib. İcra başçısı Arif Qasımov qeyd edib ki, "Diqlas”dakı yanğınla bağlı araşdırmalardan sonra yekun qərar veriləcək:

    Muxalifet - 27-03-2019

  14. Ermənistana keçən Qazax sakininə görə naziri təhdid ediblər - ZEYNALYAN HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA ŞİKAYƏT ETDİ...

    Bir neçə həftə əvvəl Ermənistana keçən Qazax sakini, 2-ci qrup əlil olan (ruhi xəstədir) Elvin İbrahimova görə bu ölkənin ədliyyə naziri Artak Zeynalyan ölüm təhdidləri alıb. Və hüquq-mühafizə orqanlarına şikayət edib.

    Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Artak Zeynalyan təhdid edildiyi haqda xəbərləri təsdiqləyib.

    “Bəli, mən cinayət barədə xəbər vermişəm”-nazir jurnalistlərlə söhbətində ona və ailəsinə təhdidlər edildiyi barədə xəbərləri şərh edərkən bildirib.

    Muxalifet - 27-03-2019

  15. Eldar Mahmudovun oğlunun ticarət mərkəzi TAM YANDI

    Nizami rayonunda yanmış “Diqlas” ticarət mərkəzi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur.

    Virtualaz.org-un məlumatına görə, yanmış ticarət mərkəzi vaxtilə qüdrətli şəxslərdən biri hesab olunan atasının vəzifədən çıxarılmasından sonra Anar Mahmudovun azsaylı aktivlərindən biri idi. Daha əvvəl Mahmudovlar ailəsinin onlarla restoran, mağazalar, butiklər və avtomobil salonlarının daxil olduğu Caspian Crystal adlı böyük şirkətləri var idi.

    Muxalifet - 27-03-2019

  16. YPG/PKK-nın Amerikalı batalyon komandiri

     Terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-dən qaçaraq Kilis təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu təşkilatın fəaliyyətləri ilə əcnəbi əsilli terrorçular haqqında etiraflar edib.
     
    Kilisin Suriya ilə sərhədində 10 martda təhlükəsizlik qüvvələrinə təslim olan və fəal peşmançılıq qanunundan istifadə etmək üçün ifadə verən terror təşkilatı YPG/PKK mənsubu A.L.-nın ifadəsinin detalları ortaya çıxıb.

    Muxalifet3 - 27-03-2019

  17. ​Azərbaycandan Ermənistana MÜHARİBƏ XƏBƏRDARLIĞI: martın 29-da...

    ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə görüş keçirilməsi barədə razılıq əldə olunub.
    Beləliklə, münaqişə tərəflərinin liderləri 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində bir araya gələcək.

    Muxalifet - 27-03-2019

  18. “Diqlas” yanıb, yoxsa yandırılıb?

    Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzinin bir neçə saat içərisində yanaraq külə dönməsi iki gündür əsas müzakirə mövzusudur.
    Yanğından sonra səslənən suallardan biri də budur: “Yandırdılar, yoxsa özü yandı?”
    Bu sualın yaranması üçün isə, əlbəttə ki, əsas var: “Diqlas” kimi iri ticarət mərkəzində bu kimi hallara qarşı yanğından mühafizə sistemi mövcud olmalı idi. Niyə olmayıb? Olubsa, yanğın niyə lokallaşdırıla bilməyib?

    Muxalifet - 27-03-2019

  19. “Bəlkə, çirkin şou qalmaqallarına ara verək?!”

    Bəlkə, heç olmazsa, bu gün bitib -tükənməyən boş, çirkin şou qalmaqallarına ara verək?!
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri məşhur aparıcı Nərgiz Cəlilova İnstaqram səhifəsində yazıb.  O, sosial şəbəkədə ötən gün şəhid düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləzin fotosunu paylaşaraq belə şərh yazıb: 
    "İstərəm ki, sosial şəbəkələrdə bu xəbər, bu şəkil daha çox paylaşılsın və qalan bütün şou xəbələrini, lazımsız video və xoşagəlməz söhbətləri üstələsin! Allah şəhidlərimizə rəhmət eləsin".

    Muxalifet - 27-03-2019

  20. ​Gürcüstanda nazirin evi qarət olunub

    Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın evi qarət olunub.
    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” kanalı məlumat yayıb.
    Bildirilib ki, bir neçə gün öncə naməlum şəxslər nazirin Tsxneti qəsəbəsindəki evinə daxil olaraq kifayət qədər bahalı əşyalar oğurlayıblar.
    Gürcüstanın Daxili İşlər Nazirliyi G.Kobulianın evinin qarət olunması faktını nə təsdiq, nə də təkzib edib. Bununla yanaşı, nazirin qonşuları oğurluq faktı ilə bağlı dindirildiklərini bildiriblər.

    Muxalifet - 27-03-2019

Pages