Axtarış

The search found 105777 results in 0.083 seconds.

Search results

  1. ​Yeni klub turniri yarana bilər - Super Çempionlar Liqası

    UEFA daha bir yeni klub turniri yarada bilər.
    Muxalifet.az sportal.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin (ECA) prezidenti Andrea Anyelli məlumat verib. "Yuventus"un da prezidenti olan Anyelli "2024-cü ildə UEFA ilə birlikdə Super Çempionlar Liqası turnirini yaradacağıq", - deyə qeyd edib.
    Super Çempionlar Liqasında 24 klub yarışacaq. Turnirin oyunlarının Çempionlar Liqası ilə üst-üstə düşməməsi üçün ayrı tarix nəzərdə tutulacaq.

    Muxalifet - 27-03-2019

  2. ​Sabah Bakıda hava çiskinli olacaq - DAĞLIQ ƏRAZİLƏRƏ QAR YAĞACAQ

    Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Muxaifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bildirir ki, səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 27-03-2019

  3. ŞOK: Tanınmış azərbaycanlı müğənni əlində içki kişilərin qucağında rəqs etdi - VİDEO

    Azərbaycanlı müğənni Nüşabə Musayevanın qalmaqallı görüntüləri yayılıb.
    Muxalifet.az big.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə müğənni əlində içki kişilərin qucağında rəqs edib.
    Görüntüləri müğənni özü şəxsi İnstagram hesabında paylaşıb. Video şəbəkə istifadəçiləri tərəfindən tənqid olunsa da,ancaq Nüşabə videoya "ürəyi zəif olanlar baxmasın" yazaraq tənqidlərə əhəmiyyət vermədiyini qeyd edib.
    Həmin görüntüləri sizə təqdim edirik:

    Muxalifet - 27-03-2019

  4. 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 2,9 milyon manat ayırdı

    Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
    Sərəncamda qeyd edilir ki, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

    Muxalifet - 27-03-2019

  5. "Diqlas"ın sahibi Araz Rəhimov sahibkarlarla görüşür - CANLI YAYIM

    "Diqlas"ın sahibi Araz Rəhimov külə dönmüş ticarət mərkəzi önündə sahibkarlarla görüşür. Görüşdə mindən çox sahibkar var.
    BakuPost hadisə yerindən canlı yayımı təqdim edir:

    Muxalifet - 27-03-2019

  6. ​Günəşin unikal görüntüsü yayıldı - VİDEO

    İsrailin “SpaceIL” özəl şirkətinə aid “Beresheet” Ay zondu Günəşin yer üzərindən qalxmasının unikal görüntüsünü çəkib.
    Bu barədə “RİA Novosti” məlumat yayıb.
    Kadrlarda Günəşin çıxmasının gur şəfəqlə müşayiət olunduğunu görmək olur.
    Sözügedən aparat əvvəllər “Google Lunar XPrize” müsabiqəsində iştirak məqsədilə yaradılıb.
    Ancaq sonradan zondu modifikasiya edərək, Aya göndəriblər. “Beresheet” missiyasının 11 gündən sonra başa çatacağı bildirilir.
     

    Muxalifet - 27-03-2019

  7. ​Dekanın öldürüldüyü klinikanın sahibi AZADLIĞA BURAXILDI

    Mənimsəmə, sənəd saxtalaşdırılması və vergidən yayınmada ittiham olunan "Medi Sina” klinikasının sahibi Muğdət Həşimovun kasasiya şikayətinə baxılıb.
    Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
    Qərara görə, Müğdət Həşimovun kasasiya şikayəti qismən təmin olunub.
    Belə ki, mülki iddiaçı Aygün-C MMC-nin Müğdət Həşimova qarşı mülki iddiasının təmin edilməsinə aid hissədə hökm ləğv edilib.

    Muxalifet - 27-03-2019

  8. Su təmizləmə qurğuları: yararlı texnologiya, yoxsa lazımsız texnika?

    Su həyatımızın və sağlamlığımızın bir parçasıdır, hətta əsas parçasıdır desək həqiqətdən uzaq olmaz. Birbaşa su qəbulunda deyil, hətta qidalarda istifadə etdiyimiz meyvə və tərəvəzlərin belə inkişaf etməsi və bizim istifadə edə biləcəyimiz hala gəlməsi üçün suya ehtiyacı var. Su sağlamlıqdır, amma bu maddənin sağlamlıq rəmzi olması üçün təmiz və saf olması lazımdır. Tarix boyu insanlar içdiyi suyu təmizləmək üçün yüzlərlə üsullar düşünmüş və tətbiq etmişdir. Hazırda isə texnologiya əsridir və bütün müasir texnologiyalara cavab verən su təmizləmə qurğuları mövcuddur.

    Muxalifet4 - 27-03-2019

  9. “Bu seçkidə əsas rəqibim Putindir…” – Poroşenko

    Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko növbəti dəfə Rusiyanı onun ölkəsini parçalamaq cəhdlərində ittiham edib. Martın 31-də keçiriləcək prezident seçkisilə bağlı danışan Poroşenko bu seçkidə onun başlıca rəqibinin Vladimir Putin olduğunu bəyan edib:

    “Kimdir mənim rəqibim? Çəkinmədən, açıq mətnlə bunu yalnız mən deyirəm. Çünki digərləri (prezidentliyə namizədlər-red.) bunu deməyə qorxurlar, ona görə ki, sonradan ora (Rusiyaya-red.) hansısa açıq, yaxud gizli yol tapmağı düşünürlər. Mənimsə bu seçkidə əsas rəqibim Putindir”.

    Muxalifet - 27-03-2019

  10. ​Şəkidə tənha yaşayan 29 yaşlı əlilin daxmasına qaz və işıq verilmir – BİBİSİ PREZİDENTDƏN XAHİŞ EDİR Kİ…

    Şəki rayonu, Baş Göynük kənd sakini Əmirova Almas Hüseyn qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
    “Cənab Prezident!

    Muxalifet4 - 27-03-2019

  11. Mikayıl Cabbarov: "Azərbaycana sərmayə qoymaq çox asandır"

    "2015-2016-cı illərdə dünya iqtisadiyyatında baş vermiş geriləmə, o cümlədən əmtəə (enerji daşıyıcıları) qiymətlərinin aşağı düşməsi zamanı Azərbaycan iqtisadi sahədə balansı qoruyub-saxlamağı bacardı. 2018-ci il ölkədə iqtisadi inkişafın bərpa edilməsi ili oldu. Bu prosesin 2019-cu ildə davamlı olacağına əminik".

    Bunu vergilər naziri Mikayıl Cabbarov ABŞ-dan olan tanınmış jurnalist Con Batçelora verdiyi müsahibədə deyib.

    Muxalifet - 27-03-2019

  12. ​Avropa İttifaqından sərt etiraz: “TANIMIRIQ!”

    Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqının İsrailin işğalı altında olan Qolan təpələri üzərindəki suverenliyini tanımadığını bəyan edib.
    Mogerini 28 ölkənin adından yazılı açıqlama verərək bildirib: “Avropa İttifaqının Qolan təpələrinin statusu ilə bağlı mövqeyi dəyişməyib”.
    Mogerini Avropa İttifaqının beynəlxalq hüquqa və BMT TŞ-nın 242 və 497 saylı qətnamələrinə istinad edərək, İsrailin işğal elədiyi Qolan təpələrini onun ərazisi kimi tanımadığını vurğulayıb.

    Muxalifet - 27-03-2019

  13. Türkiyədən Səudiyyə Ərəbistanına “PKK” mesajı

    Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) birgə əməliyyatında PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık-ın ən yaxın adamlarından Rza Altun və yanındakılar Qəndilə yönəlik hava hərəkatı ilə vurulub. Türkiyə prezidentinin əlaqələr üzrə müşaviri Fəxrəddin Altun əməliyyatla əlaqədar olaraq sosial media hesabından “PKK-ya ağır bir zərbə endirdik” deyə mesaj yazıb.
     
    Altun Twitter hesabından əməliyyat anına dair görüntüləri paylaşaraq bu ifadələrə yer verib:

    Muxalifet3 - 27-03-2019

  14. "Buranın əsl sahibləri var, hamınız bilirsiniz kimdi, gedib görüşəcəm..." - "DİQLAS"I İDARƏ EDƏNLƏRDƏN BİRİ MALLARI YANANLARIN QARŞISINA ÇIXDI

    Ötən gün yanıb külə dönmüş “Diqlas” ticarət mərkəzinin idarəçilərindən biri-Araz adlı şəxs bu dəqiqələrdə malları yanan yüzlərlə icarəçinin qarşısına çıxıb. Virtualaz.org-un reportyorları “Diqlas” ticarət mərkəzinin qarşısından xəbər verir ki, həmin şəxs aqressiv icarəçiləri sakitləşdirməyə çalışaraq deyib ki, xaricdə idi. Və təyyarədən düşən kimi birbaşa onların yanına gəlib. Onun çıxışından məlum olub ki, “Diqlas” ticarət mərkəzinin bir yox, iki sahibi varmış. Ticarət mərkəzinin bir hissəsini Araz, digər hissəsini isə Rasim adlı şəxs idarə edib.

    Muxalifet - 27-03-2019

  15. “Cinayətkarı ifşa edəsən, əvəzində cərimələnəsən...” – ZƏRDAB SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT - Video

    Zərdab rayon sakini Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən R.Mirzəyevin yazısını (videomüraciətini) olduğu kimi dərc edirik: “Möhtərəm Prezident!

    Muxalifet4 - 27-03-2019

  16. Yeni Zelandiya terrorçusunun arxasındakı təşkilat bəlli oldu

     Avstriyanın baş naziri Sebastyan Kurz Yeni Zelandiya terrorçusuc Brenton Tarrantın arxasındakı təşkilatın “Kimlikçilər Hərəkatı" olduğunu açıqlayıb.
     
    Sebastyan Kurz Yeni Zelandiyada 50 nəfəri qətlə yetirən təcavüzkar ilə Avstriyadakı "Kimlikçilər Hərəkatı" arasında maliyyə dəstək və əlaqə olduğunu bəyan edib.
    Kurz Avstriyada ekstremizmin heç bir növünə yer olmadığını vurğulayaraq bunu yaymağa çalışan hər bir qrup və ya adamla qanunlar çərçivəsində mübarizə ediləcəyini söyləyib.

    Muxalifet3 - 27-03-2019

  17. Mühafizə polisinin maşını qəzaya düşdü - VİDEO

    Bakının Binəqədi rayonunda Daxili İşlər Nazirliyinin Mühafizə polisinin avtomobili qəzaya uğrayıb.
    Məlumata görə, hadisə 6-cı mikrorayon, Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında qeydə alınıb.
    Belə ki, mühafizə polisinə məxsus "Chevrolet Aveo” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Qəzaya avtomobil hərəkətdə olarkən qəflətən qarşısına piyada çıxması səbəb olub.
    Sürücünün qarşısına piyada çıxıb, piyadanı vurmamaq üçün yoldan çıxıb və qarşısındakı maneəyə dəyərək dayanıb.

    Muxalifet - 27-03-2019

  18. Kreml Netanyahunu yalançı çıxartdı

    İsrailin baş naziri Binyamin Netanyahunun fevralda Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə “Suriya planı” təqdim etməsi barədə yayılan xəbərlər həqiqətə uğun deyil. 
    Muxalifet.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 
    “Netanyahunun Moskvaya səfərində belə bir şey olmayıb və ona görə də, bunu təsdiqləyə bilmərəm. Bu məsələ ilə bağlı Netanyahunun nəyi nəzərdə tutduğuna aydınlıq gətirilməlidir” – Peskov vurğulayıb. 

    Muxalifet - 27-03-2019

  19. ABŞ-la qalmaqal müqavilə: İranın imkanları məhdudlaşacaq..

     Donald Trampın liderliyində Müsəlman ölkələri ilə bağlı qalmaqal qərarlara imza atan ABŞ rəhbərliyi, iki strateji limanı istifadə etmək üçün Oman ilə müqavilə imzalayıb. Bu müqavilə ilə ABŞ İranı məhdudlaşdıracaq.
     
    Bu müqavilə ABŞ-ın müharibə və təyyarə gəmilərinin Ərəb dənizindəki hakimiyyətini gücləndirəcək. Bəsrə körfəzini davamlı bağlamaqla təhdid edən İranın imkanlarını məhdudlaşdıracaq.

    Muxalifet3 - 27-03-2019

  20. ​Deputatlardan “Diqlas olayı” haqda sərt ÇIXIŞ: “Məsuliyyət obyekti icarəyə verənlərin üzərindədir”

    Martın 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verdi. Yanğın ticarət mərkəzi yanıb kül olandan sonra söndürüldü.

    Muxalifet - 27-03-2019

Pages