Axtarış

The search found 105777 results in 0.041 seconds.

Search results

  1. ​Yanğınla əlaqədar nəqliyyatın hərəkətində son vəziyyət - BNA

    Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğınla əlaqədar sözügedən istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.
    Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, hazırda Dakar dairəsində hərəkət normaldı. Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahatlıqa dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər. Həmçinin Q.Qarayev prospekti B.Nuriyev küçəsi kəsişməsinədək yolda da hərəkət normaldır.

    Muxalifet - 26-03-2019

  2. "Diqlas"dakı yanğının başlama anı - VİDEO

    Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzindəki yanğın lokallaşdırılıb. 
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı yaxınlıqdakı mağazalar da yanaraq külə dönüb.
    İlkin məlumata əsasən, yanğın dönərxanada başlayıb. Daha sonra alovun miqyası böyüyərək ticarət mərkəzinə keçib. 
    Yanğının başladığı anın görüntülərini təqdim edirik: 

    Muxalifet - 26-03-2019

  3. ​Məşhur boksçudan ŞOK HƏRƏKƏT: Canlı yayımda teleaparıcıya təcavüz etdi - FOTO

    Las-vegasda keçirilən ənənəvi boks döyüşündən sonra qalmaqallı hadisə baş verib.
    Bolqarıstanlı məşhur boksçu Kubrat Pulev döyüşü bitirdikdən sonra ona yaxınlaşan VegasTV-nin xanım müxbirinə təcavüz edib. 37 yaşlı idmançı aparıcını zorla qucaqlayaraq onu öpüb.
    Çaşqınlıq içində olan aparıcı reaksiya verə bilməyib.
    Canlı yayımda baş verən hadisə böyük narazılıqla qarşılanıb./Publika.az 

    Muxalifet - 26-03-2019

  4. Malları yanan sahibkarlara kompensasiya ödəniləcək? – AÇIQLAMA /VİDEO

    “Hər bir malın sahibi öz mallarını sığortalatdırmalıdır”.
    “Marja” xəbər verir ki, bunu “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı jurnalistlərə açıqlama verən hallar naziri Kəmaləddin Heydərov bildirib.
    “Dövlət tərəfindən kompensasiya olunması qanunla düzgün deyil. Bura özəl ticarət mərkəzidir. Hər bir dükan sahibi öz dükanını və mallarını sığortalatdırmalıdır. Mən kompensasiyaya qərar vermirəm. İndi işimiz yanğını söndürməkdir”,- nazir deyib.
    Qeyd edək ki, dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.

    Muxalifet - 26-03-2019

  5. ABŞ-ın “Golan Təpələri” qərarının səbəbi bəlli oldu

    İsrailin Fələstin torpaqlarında işğalı artmaqda davam edir, ABŞ prezidenti Donald Tramp isə yəhudilərə vəzifə və güvən verməkdədir. Ötən il Tramp İsrailin paytaxtı olaraq Qüdsü tanımaq və bu şəhərə səfirlik binasını daşımaq qərarından sonra yeni bir qalmaqala imza atıb.
     
    İsrailin baş naziri Neyanyahu ilə birgə təşkil etdiyi mətbuat konfransında Donald Tramp, işğal olunmuş Golan Təpələrini İsrail torpağı olaraq tanıyan qərara imza atıb. Bu qərar imzalarkən ABŞ-dan güc alan İsrail Qəzzanı bombalayıb.
     
    Qərarın əsas səbəbi

    Muxalifet3 - 26-03-2019

  6. ​Əri rəhmətə getdi, baldızı və qaynı İKİ ÖVLADINI DA ƏLİNDƏN ALIB, EVDƏN QOVDULAR – Birinci vitse-prezidentə müraciət

    Xəzər rayonu, Qala qəsəbəsi, Zeytun bağları” yeni yaşayış massivində yaşayan Fərəcullayev Səfa Vəzir oğlu və Fərəcullayeva Afət Vəzir qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçilər yazır:

    Muxalifet4 - 26-03-2019

  7. 1000 mağaza, 200 milyon manat... - “Diqlas”dakı yanğının DƏHŞƏTLİ SONU

    Bu gün Bakıda yanan "Diqlas” Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Bakupost.az-a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub: "Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükkanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib”. 

    Muxalifet - 26-03-2019

  8. Müğənni klip çəkilişində özünü güllələdi

    Amerikalı 35 yaşlı kantri müğənnisi Castin Karter ehtiyatsızlıq nəticəsində tapança ilə özünü güllələyib. 
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda The Sun nəşri məlumat yayıb.
    Bədbəxt hadisə Hyüstonda, klip çəkilişləri zamanı baş verib. Musiqiçi rekvizit qismində istifadə olunan tapançanın tətiyini çəkib. Silahın içində patron olduğundan, açılan güllə onun başına tuş gəlib və müğənni yerindəcə keçinib.
    Qeyd edək ki, iki azyaşlı qızı olan müğənni yaxın zamanda ABŞ-ın 10 ştatında konsert verməyi planlaşdırıdı.

    Muxalifet - 26-03-2019

  9. Afət Fərmanqızından Xalq artistinə ŞOK SÖZLƏR: "Getsin..."

    Müğənni Afət Fərmanqızı xalq artisti Brilliant Dadaşovanın ünvanına təhqirlər səsləndirib. 
    İfaçı İnstaqramda video paylaşaraq bunları söyləyib:
    “Bir xalq artisti digərinin tərəfini tutur ki, təhqir olunur. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Mən oturduğum yerdə heç kimi təhqir etmirəm. Məni təhqir edəni təhqir edirəm.
    Kimliyindən asılı olmayaraq, xalq artistidi hər kimdir. Getsin hərə öz xarabasında otursun, öz zibili ilə məşğul olsun”.

    Muxalifet - 26-03-2019

  10. ​ŞOK İDDİA: “Diqlas” qəsdən yandırılıb

    Bu gün Bakının məşhur ticarət mərkəzi olan “Diqlas”da güclü yanğın baş verib. Ticarət mərkəzi demək olar ki, tamamən yanıb.
    Mərkəzin sahibi ilə bağlı Musavat.com-a çox maraqlı bir məlumat daxil olub. Etibarlı mənbələrin verdiyi məlumata görə, “Diqlas” Ticarət Mərkəzi sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. Vəzifədən uzaqlaşdırılan sabiq nazirin əlində qalan çox az əmlakdan birinin də məhz “Diqlas” olduğu bildirilir.

    Muxalifet - 26-03-2019

  11. Heydər Əliyev Fondunun adından istifadə edib, vətəndaşın torpağını ələ keçirdi, MUSİQİ MƏKTƏBİ ƏVƏZİNƏ, ÖZÜNƏ VİLLA TİKDİ - Video

    Beyləqan rayon, Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

    Muxalifet4 - 26-03-2019

  12. ​27 yaşlı gənc özünü asdı

    Gəncədə intihar hadisəsi qeydə alınıb.
    27 yaşlı gənc özünü asıb.
    İntihar edən şəxsin Turan Osmanlı adlı kişi olduğu bildirilir. 
    Faktla bağlı araşdırma aparılır./oxu

    Muxalifet - 26-03-2019

  13. Türkmənlərin Golan təpələri, Tramp, İsrail, Suriya... – AÇAR SÖZ "NEFT" İMİŞ!

    ABŞ-ın Golan təpələrini İsrail ərazisi kimi tanımasının səbəbi bəlli olub. ABŞ-da fəaliyyət göstərən yəhudi şirkəti “Afek Oil and Gas” 2015-ci ildə regionda neft yataqlarının olduğunu aşkara çıxarıbmış. Ötən 3 il ərzində 10 quyu qazıb istismar edən şirkət işlərinə davam etməkdədir. Dünən ABŞ Golan təpələrini İsrail ərazisi olaraq tanıdı Donald Tramp, Neyanyahu ilə birlikdə keçirdiyi birgə mətbuat konfransında İsrailin işğalı altındakı Golan təpələrini İsrail ərazisi olaraq tanıdığı sənədi imzaladı.

    Muxalifet - 26-03-2019

  14. Trampın qərarına daha bir ölkədən sərt təpki

    Livanın prezidenti Mishel Avn ABŞ-ın “Golan Təpələri” qərarına sərt bir cavab olaraq, "Xarici ölkələrin liderləri başqa ölkələrin ərazisi ilə bağlı qərar verməyə haqqı yoxdur" deyib.
     
    Livan prezidenti Mishel Avn Trampın bu absurd qərarına qarşı çıxaraq başqa ölkələrin ərazisi ilə bağlı kimsənin qərar verməyə haqqının olmadığını və bunun beynəlxalq huquqa zidd olduğunu bəyan edib.
    Müxalifət.az

    Muxalifet3 - 26-03-2019

  15. ​İranın 2 şəhəri tamamilə boşaldılacaq - QƏRAR

    İranın şimalında yerləşən Gümüşan və Siminşəhr şəhərlərinin boşaldılmasına, əhalinin isə 4 sığınacağa yerləşdirilməsinə göstəriş verilib.
    Trend-in İLNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Gülüstan vilayətinin valisi Mirməhəmməd Qəravi deyib.
    M.Qəravinin sözlərinə görə, qərar gözlənilən təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün verilib.
    Qeyd edək ki, İranın bir çox vilayəti son həftə ərzində güclü yağıntılarla üzləşib.

    Muxalifet - 26-03-2019

  16. Erməni ordusunda BİABIRÇILIQ - Yatan əsgər yoldaşını...

    Ermənistanda hərbi qulluqçu bölüyün yataqxanasında yatmış vəziyyətdə olan xidmət yoldaşına qarşı seksual xarakterli hərəkətlər edib.
    Muxalifet.az olke.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Erməni dilində olan məlumatı isə portalımız üçün Telman Qasımlı tərcümə edib.
    Məlumata əsasən, Syunik vilayətinin Ümumi Səlahiyyətli Məhkəməsində Davit Sarsyanın sədrliyilə müddətli hərbi qulluqçu S.X-nın işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Muxalifet - 26-03-2019

  17. Birinci vitse-prezidentlə görüş və HEÇ VAXT UNUDULMAYACAQ ANLAR

    14 fevral - yağışsız, küləksiz, sakit bir qış günü idi. Universitetdə mühazirəm ikinci növbə olduğundan vaxtı öldürmək və təmiz hava udmaq üçün Azərbaycan xalqının qəhrəman oğlu Cavad xanın adını daşıyan şəhər parkında bir az gəzməyi qərara aldım. Parka yaxınlaşdıqda gözlərimə inanmadım. Mən parkda istirahət günlərində olurdum, ancaq belə bir izdihamla qarşılaşmamışdım. Həm də iş günündə.

    Muxalifet4 - 26-03-2019

  18. Həbsxanada PKK tərəfindən edam edildilər

    Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilk dəfə Türk Silahlı Qüvvələrinə təslim olan terrorçuların həbsxanada PKK tərəfindən edam edildiyini bəyan edib.
     

    Muxalifet3 - 26-03-2019

  19. “Nazarbayevin qurduğu sistem onun vəfatından sonra çökəcək” - POLİTOLOQ

    Martın 19-da Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefaya çıxdığını elan edib. 78 yaşlı Nursultan Nazarbayev bu vəzifədə 30 ilə yaxın olub. “Mən prezident kimi səlahiyyətlərimdən imtina etmək qərarına gəldim”, – N.Nazarbayev televiziya ilə xalqa müraciətində belə deyib.Bundan sonra 2020-ci il seçkilərinədək Qazaxıstan prezidentinin vəzifəsini Kasım-Comərt Tokayev icra edəcək. Tokayevin ilk təklifi isə ölkənin paytaxtı Astananın adının dəyişdirilərək Nursultan adlandırılması olub.

    Muxalifet4 - 26-03-2019

  20. Gəncədə 27 yaşlı oğlan ÖZÜNÜ ASDI

    Gəncədə 27 yaşlı gənc intihar edb. Muxalifet.az "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Osmanlı Turan Mövlud oğlu yaşadığı evdə özünü asaraq öldürüb. T. Osmanlının hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 26-03-2019

Pages