Axtarış

The search found 105777 results in 0.031 seconds.

Search results

  1. Timoşenko etiraf etdi: "Krımı qaytara bilməyəcəm"

    "Prezident seçildikdən sonra da tezliklə Krımı qaytara bilməyəcəm".
    Bunu Ukrayna prezidentliyinə namizəd, Batkivşina Partiyasının sədri Yuliya Timoşenko deyib.
    “Təəssüf ki, biz Krımı tezliklə qaytara bilməyəcəyik, amma kimsəyə də Krımın Ukraynaya aid olmadığını deməyə icazə vermərik. Heç kimə də bizim Krımı yad xəritələrə öz ərazisi kimi çəkməyə imkan verməyəcəyik”, - Timoşenko bildirib./Axar

    Muxalifet - 26-03-2019

  2. ​Pompeo Azərbaycan xalqını təbrik etdi

    ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
    Muxalifet.az-ın xəbərinə görə, təbrik mətni ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində əksini tapıb.

    Muxalifet - 26-03-2019

  3. ​İranda sel 19 can aldı - DƏHŞƏTLİ VİDEO

    İranda yağan şiddətli yağışlar selə səbəb olub.
    Şiraz şəhərində leysan yağışlar səbəbindən meydana gələn sel “Qurani-Kərim Qapısı” prospektindəki avtomobilləri sürükləyib. Nəticədə 19 nəfər həlak olub, 94 nəfər xəsarət alıb.
    İran polisindən verilən məlumata görə, prospektdəki sel fəlakətində 200-dən çox avtomobili sular yuyub aparıb.

    Muxalifet - 26-03-2019

  4. İslam Mərkəzini partlatmaq istəyirdi, Müsəlman oldu

    Keçmiş bir ABŞ əsgəri İslam mərkəzini partlatmaq üçün getdiyi mərkəzdə İslamla tanış olub və nəticədə müsəlman olub.
    İslam Mərkəzini bombalamağa hazırlaşarkən müsəlman oldu.
     
    Yeni Zelandiyada iki məscidə təşkil edilən terror hücumlarından sonra ağ irqçiliyi və İslamofobiya müzakirələri artarkən, ABŞ-lı keçmiş əsgər Riçard Makkenninin hekayəsi insanlara böyük təsir edib.
    İndianadakı İslam Mərkəzinə partlatmaq üçün gedən bir əsgər yerli mətbuata eyni mərkəzin prezidentliyinə aparan yolu paylaşıb.

    Muxalifet3 - 26-03-2019

  5. Türkiyədən ABŞ-a çox sərt təpki: Hökmü yoxdur

    Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın "Golan Təpələri üzərində İsrailin suverenliyini ABŞ-ın rəsmi olaraq tanıdığını" elan edən prezident qərarını imzalamasını şiddətlə qınayıb.
     
    Açıqlamada, "ABŞ rəhbərliyinin İsrail tərəfindən 1967-ci ildən bu yana işğal altında tutulan “Golan Təpələri” üzərindəki İsrail suverenliyini tanıma qərarını təəssüflə qarşılayır və şiddətlə qınayırıq" deyilib.

    Muxalifet3 - 26-03-2019

  6. Türkiyə Moldovanı darmadağın etdi - VİDEO

    AÇ-2020-nin seçmə mərhələsində 2-ci turun oyunları keçirilir.
    Muxalifet.az sportal.az-a istinadən xəbər verir ki, H qrupunda qərarlaşan Türkiyə millisi evdə Moldova seçməsini 4:0 hesabı ilə məğlub edib.
    "Səbail"in moldovalı futbolçusu Yevgeni Koçuk sözügedən qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

    Türkiyə - Moldova - 4:0
    Qollar: Hasan Ali Kaldırım, 24, Cenk Tosun, 26, Cenk Tosun, 53, Kaan Ayhan, 70
    Qeyrri-dəqiq penalti: Burak Yılmaz, 53 (Türkiyə)

    Muxalifet - 26-03-2019

  7. “Gizlicə S-300-ü sınaqdan keçirdilər”: İsraildən iddia

    Rusiyadan gizli S-300 raketdən müdafiə sistemləri alan Venesuela, raketlərlə təlim keçirib.
     
    İsrail Müdafiə Məsləhətçilik şirkəti “İmageSat International” (ISI), Venesuelanın S-300 raketlərini istifadə etdiyini iddia edib. Hesabatda bildirilib ki, hava müdafiə sistemləri paytaxt Karakasın cənub hissəsində yerləşən “Capitan Manuel Rio Air” bazasında yerləşdirilib.

    Muxalifet3 - 26-03-2019

  8. “Əli İnsanovu kim şişirdir, bilmirəm” - Deputat

    Ölkə başçısının 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanovun ilk açıqlaması bir sıra müzakirələrə yol açdı. Hakimiyyətə qarşı aqressiv mesajlar səsləndirməsi sabiq naziri xeyli müddətdir gündəmdə saxlayır. 
    Əli İnsanovun ətrafında olan bəzi şəxslər isə sosial şəbəkələrdə onu böyük siyasi fiqur kimi təqdim etməyə çalışırlar. Hətta eks-nazirin Qərbi azərbaycanlıların lideri olduğu iddiları da ortaya atılır.
    Maraqlıdır, Əli insanov aktiv siyasətdə qalacaqmı, onunla bağlı bu təqdimatlarda məqsəd nədir?

    Muxalifet - 26-03-2019

  9. Türkiyə sahillərində qayıq batdı - ÖLƏNLƏR VAR

    Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb.
    Egey dənizində batan gəmidə 15 nəfər olub. Hadisə nəticəsində 4 nəfər həlak olub, 1 nəfər isə itkin düşüb. Qeyd edilir ki, ölənlərdən biri uşaq olub./Publika

    Muxalifet - 26-03-2019

  10. “Qorbaçov “peşka” idi, SSRİ-ni Andropovun adamları dağıtdı” - SƏS-KÜY YARADACAQ MÜSAHİBƏ

    SSRİ-nin süqutundan illər keçsə də, bu böyük imperiyanın dağılma səbəbləri hələ də müzakirə olunur.

    SSRİ-nin dağılmasında pay sahibi olanlardan biri kimi Yevgeni Primakovun da adı hallanır. Azərbaycan oxucusuna da yaxşı tanış olan bu adam SSRİ-ni dağıdanlardan biridirmi?

    Nəzərə alsaq ki, Mixail Qorbaçovun Mərkəzi Komitənin baş katibi olmasında Primakovun da rolunun olduğu vurğulanır, bu, inandırıcı görünür.

    Muxalifet - 26-03-2019

  11. ​Bakıdakı dəhşətli yanğından FOTOLAR

    Xəbər verdiyimiz kimi Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində güclü yanğın başlayıb.
    Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.
    Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. 
    Muxalifet.az Trend-ə istinadən hadisə yerindən fotoları təqdim edir:

    Muxalifet - 26-03-2019

  12. Vilayət Eyvazov hesabat verəcək

    Milli Məclisin (MM) aprel ayında ən azı iki plenar iclasının keçirilməsi gözlənilir.
    Hələlik iclasların vaxtı və gündəliyi tam məlum olmasa da, aprel ayında parlamentin hesabat xarakterli iclaslarına yekun vurulacaq.
    Yəni, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı-hesabatı ilə yaz sessiyasında sonuncu - dördüncü hesabat xarakterli iclas başa çatmış olacaq.
    Qeyd edək ki, yaz sessiyasında bələdiyyələrin, Ombudsmanın və hökumətin ənənəvi illik hesabatları dinlənilib və təsdiqlənib.

    Muxalifet - 26-03-2019

  13. Kəmaləddin Heydərov və icra başçısı HADİSƏ YERİNDƏ

    Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.
    Trend-in məlumatına görə, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.
    Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.
    Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.
    Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

    Muxalifet - 26-03-2019

  14. Bu ölkə YPG-yə qatılan terrorçuların pasportlarına əl qoydu

    İtaliyadan YPG terror təşkilatına qoşulandan sonra ölkələrinə geri dönən terrorçulara pis xəbər gəldi.
     
    İtaliyada Torino Prokurorluğu Suriyada terror təşkilatı YPG sıralarında döyüşən 5 adam haqqında 'ictimai təhlükəli' iddiasıyla 'xüsusi nəzarət' tələb edib.
    Torino dövlət prokuroru Emanuela Pedrottanın cəmiyyət üçün təhlükəli ola biləcəklərini söylədiyi və bu səbəblə 'xüsusi nəzarətdə” olmalarını istədiyi YPG-li terrorçular Paolo Andolina, Jacopo Bindi, Davide Grasso, Fabrizio Maniero və Maria Edgarda Marcucci haqqındakı qərarı yaxında çıxacaq.

    Muxalifet3 - 26-03-2019

  15. Konor MakQreqor karyerasını başa vurdu - FOTO

    Yüngül çəkidə Absolyut Döyüş Çempionatı (UFC) versiyası üzrə sabiq dünya çempionu, irlandiyalı Konor MakQreqor karyerasını başa vurub.
    Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu barədə idmançı özü məlumat verib. 30 yaşlı sabiq dünya çempionu "Twitter" səhifəsində məlumat verib:
    "Dostlar, kiçik bir elanım var. Bu gündən etibarən MMA karyeramı bitirdiyimi açıqlayıram. Məsləkdaşlarıma qarşıdakı mücadilələrdə uğurlar arzulayıram".

    Muxalifet - 26-03-2019

  16. Yanan ticarət mərkəzi sabiq nazirə məxsus imiş - RƏSMİ SƏNƏDLƏR

    Bu gün səhər saatlarında güclü yanğın başlayan “Diqlas” tiracət mərkəzi sabiq MTN naziri Eldar Mahmudova məxsusdur. Muxalifet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Diqlas”ın rəsmi sahibi keçmiş nazirin oğlu Anar Mahmudovdur. Qeyd edək ki, MTN generallarının məhkəməsində də dəfələrlə “Vasmoy bazarı”nin taleyi gündəmə gəlib. İstintaq sənədlərinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, digər hissəsi isə Hilal Əsədovun xanımı Nüşabə Əsədovanın adına olub. Bu məqamda bildirək ki, yanğın ticarət mərkəzinin yaxınlığındakı dönərxanaların birində baş verib.

    Muxalifet - 26-03-2019

  17. ABŞ-dan Suriyada "Təhlükəsiz bölgə" açıqlaması

    ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə ilə Suriyada təhlükəsiz bölgə üzərində çalışdıqlarını ifadə edərək, "Türkiyə ilə üzərində çalışdığımız şey Türkiyə sərhədi boyunca müəyyən bir məsafədə YPG-nin olmadığı təhlükəsiz bir bölgəni qurmaqdır" deyib.
     

    Muxalifet3 - 26-03-2019

  18. “Əməkdaşlarımıza əlavə istirahət günləri veriləcək…” – BŞİH-dən açıqlama

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov BŞİH əməkdaşları və tabeli qurumlarda çalışanların qeyri-iş günlərində işə çağırılmaları ilə bağlı məlumatlara aydınlıq gətirib.
    Xatırladaq ki, BŞİH əməkdaşlarından biri “AzPolitika.info”-ya müraciət edərək, “hamı tətil edir, biz niyə işə çıxmalıyıq”, – deyə şikayət etmişdi.

    Muxalifet - 26-03-2019

  19. Tələbələr kirayə avtomobillə dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü

    Kareya Respublikasının sahil şəhəri sayılan Kannın şəhərində minik avtomobilinin yoldan çıxaraq dənizə aşması nəticəsində beş nəfər həlak olub.
    Yonhap agentliyi xəbər verir ki, hadisə yerli vaxtla səhər 6:00 radələrində baş verib.
    Sahil mühafizə xidmətinin gəmisi “Hyundai” markalı avtomobili sudan çıxarıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilib, onlar universitet tələbələri olub. Avtomobil isə icarə götürülübmüş.

    Muxalifet - 26-03-2019

  20. Məşhur model küçənin ortasında POZ VERDİ - Foto

    Dünyanın ən məşhur jurnallarına poz verən 24 yaşındakı model Joy Corrigan bu dəfə Nyu-York küçələrində çəkilişlər edib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, şəhərdə cəsur hərəkətləri ilə diqqət çəkən model bu dəfə Nyu-York küçələrində verdiyi cəsur pozalarla görənləri təəccübləndirdi. Reklam çəkilişi üçün kamera qarşısına keçən model qırmızı dərin dekolteli bluzu, cins ətəyi və qara botlarıyla iddialı bir görünüşü küçədən keçənləri özünə heyran edib.

    Muxalifet - 26-03-2019

Pages