Axtarış

The search found 105777 results in 0.028 seconds.

Search results

  1. Türkiyə Rusiya vətəndaşları üçün vizanı ləğv edir

    “Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz gəlməsinə imkan yaratmaqla bağlı müzakirələr aparırıq”. 
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlubildirib.
    Onun sözlərinə görə, martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. XİN başçıları Antaliyada bir araya gələcəklər: “Vizanın ləğv olunmasının detallarını müzakirə edəcəyik. Aprelin 8-də isə Moskvaya gedəcəyik”.

    Muxalifet - 25-03-2019

  2. ​Bakıda avtomobil yük maşınına çırpıldı: ölən var

    Qaradağ rayonu Sahil qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 25-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi yük avtomobilinə vurub.
    Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 25-03-2019

  3. Eldar Sabiroğlunun səhhəti ilə bağlı AÇIQLAMA

    Ötən gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, keçmiş YAP-çı deputat Eldar Sabiroğlunun səhhəti qəfil pisləşib. Səhhəti ağırlaşan Eldar Sabiroğlu təcili Türkiyəyə aparılıb.
    Muxalifet.az xəbər verir ki, Modern.az Eldar Sabiroğlunun vəziyyəti ilə bağlı məlumat almağa çalışıb. 
    Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun vəkili, ailə dostu Bəhruz Bayramov deyib ki, Eldar Sabiroğlu Türkiyədə xəstəxanaya yerləşdirilib, müayinə olunur.

    Muxalifet - 25-03-2019

  4. Dünyanı sarsıdacaq açıqlama: “İSTEFAYA HAZIRAM”

    İngiltərənin İTV kanalını siyasət üzrə ekserti Robert Peston ölkənin baş naziri Tereza Meyin “Breksit” razılaşmasına səs verilməyəcəyi təqdirdə istefaya hazır olduğunu söylədiyini bildirib.

    “BREKSİT” PROSESİ

    Muxalifet - 25-03-2019

  5. "Real Madrid"in ulduzu yığmamızdan danışdı: "Bizə xəbərdarlıq etmişdilər"

    “Bu məğlubiyyəti gözləmirdik. İlk xəbərdarlığı Azərbaycanla oyunda almışdıq. Amma həmin görüşdə necəsə nəticəni təmin edə bildik. Ancaq bu dəfə bizim üçün yeni şok oldu”.
    Bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Xorvatiya yığmasının kapitanı Luka Modriç səfərdə Macarıstan kollektivinə 1:2 hesabı ilə uduzduqları oyundan sonra söyləyib.

    Muxalifet - 25-03-2019

  6. Paşinyan Müdafiə Nazirliyinin qapalı iclasını çağırdı

    Ermənistanın baş naziri Nikol Paşinyan martın 25-də Müdafiə Nazirliyində qapalı işçi iclas keçirəcək.
    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, məlumatı hökumətin mətbuat katibi Vladimir Karapetyan verib.
    Onun sözlərinə görə, görüş axşam saatlarında keçiriləcək. Karapetyan iclasla bağlı başqa təfərrüatlar açıqlamayıb.

    Muxalifet - 25-03-2019

  7. ​Polis Bakıda sosial aksiyanı dağıtdı

    Martın 24-də günorta saatlarında Bakının mərkəzində, Fəvvarələr bağında bir qrup fəal şəhər sakinlərinin vərəmə yoluxmaqdan qorunma qaydaları ilə tanış edilməsi aksiyası keçirməyə cəhd edib.
    Aksiya Qırmızı Aypara Cəmiyyəti, "Həyat" Beynəlxalq Humanitar təşkilatı və "Sağlamlığa yardım" ictimai təşkilatı tərəfindən planlaşdırılmışdı. Sonuncu təşkilat Ədliyyə Nazirliyində yerləşir, Penitensiar Xidmətlə əməkdaşlıq edir, azadlığa çıxan vərəm xəstələrinin sağlamlığına nəzarət proqramını icra edir.

    Muxalifet - 25-03-2019

  8. “XALQIN ADINDAN GİZLİ SÖVDƏLƏŞMƏLƏRƏ GETMƏK FƏLAKƏT OLAR” - İlyas İsmayılovdan hakimiyyətə xəbərdarlıq

    Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov “AzPolitika”ya müsahibə verib.

    Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir.

    Muxalifet - 25-03-2019

  9. ABŞ mülki vətəndaşları bombaladı, sonra üzr istədi

    ABŞ Əfqanıstanda mülki vətəndaşları bombalayıb.
    Əfqanıstanın Qunduz vilayətində keçirilən hava əməliyyatı zamanı aralarında uşaqların da olduğu 13 mülki insan həyatını itirib. Çoxsaylı yaralılar var.
    Pentaqon isə hava hücumunun Kabil hökumətinə dəstək məqsədi daşıdığını və mülki vətəndaşların səhvən vurulduğunu açıqlayıb, buna görə üzr istədiklərini bildirib.
    BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) da 13 mülki şəxsin həyatını itirdiyini təsdiqləyib./Publika

    Muxalifet - 25-03-2019

  10. Oğru dünyasının gizli SOVET XƏFİYYƏSİ

    SSRİ məkanında Murka adlı mahnı nəinki kriminal dairələrin himni, eləcə də sadə xalqın dilinin əzbəri idi. Əslində isə bu mahnının sözləri Fövqəladə Komissiyanın gizli şifrəsi idi.
    Murka Marusya Klimova adlı gizli xəfiyyənin oğru aləmindəki ləqəbi idi. Uzun müddət hər kəs zənn edirdi ki, Murka xalq mahnısıdır. Halbuki, oğru aləminin hörmətli siması Murkanın əslində gizli xəfiyyə olduğunu heç kim bilmirdi.

    Muxalifet - 25-03-2019

  11. ABŞ-da məscidə od vuruldu

    ABŞ-ın Kaliforniya ştatında məscidə hücum olub.
    Euronews.com-un məlumatına görə, hadisə San Dieqo şəhərindəki Eskondido İslam Mərkəzində baş verib.
    Naməlum şəxslər məscidin divarına od vurublar. Hadisə yerinə dərhal polis və yanğınsöndürmə briqadaları cəlb edilib.
    Araşdırmaların aparılması səbəbindən məsciddə sübh namazı təxirə salınıb.
    Bundan başqa, polis məscid yaxınlığındakı yolda Yeni Zelandiyada 50 nəfərin həyatına son qoyan iki məscidə hücumla əlaqədar yazı aşkar edib.

    Muxalifet - 25-03-2019

  12. Sahil qəsəbəsində ağır qəza: Ölən və yaralılar var

    Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
    DİN-dən verilən məlumata görə, martın 25-də saat 1 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi “Saz” markalı yük avtomobilinə vurmuşdur. Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 25-03-2019

  13. Yardımlıda torpaq sürüşməsi – Yol çökdü

    Yardımlı rayonunda torpaq sürüşməsi qeydə alınıb.
    ONA-nın cənub bürosunun məlumatına görə, yeni çəkilmiş Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonundan keçən bəzi hissələrində torpaq sürüşməsinin təsirindən ərazidə çökmələr olub.

    Muxalifet - 25-03-2019

  14. İnsana donuz ürəyi köçürüləcək - Almaniyada təcrübə başlandı

    Almaniya transplantasiya mütəxəssisləri meymuna donuz ürəyi köçürülməsi prosesini başa çatdırdı.
    Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, babuin meymununa ürək transplantasiyası Münhen Universitetində baş tutub. Belə ki, son təcrübədə 5 meymuna donuz ürəyi nəql olunub. Meymunlardan biri 1 ay sonra ölüb. Digər ikisi hətta 6 ay yaşayıb. 
    Köçürülmüş orqanlar yaxşı adaptasiya olsun deyə alimlər donuzun genomasını redaktə ediblər. Yeni metod aqressiv immun reaksiya riskini azaldıb.

    Muxalifet - 25-03-2019

  15. ​"Afət Fərmanqızını efirə buraxanlardadır günah" - Rasim Balayev

    Xalq artisti Rasim Balayev müğənni Afət Fərmanqızının onu və həmkarı Flora Kərimovanın təhqir etməsinə cavab verib. 
    Rasim Balayev  açıqlamasında Afət Fərmanqızını "virus" adlandırıb:

    Muxalifet - 25-03-2019

  16. DÜNYANIN 3 İLDİR İNTİZARLA GÖZLƏDİYİ HESABAT BİTDİ: Tramp xilas oldu, yoxsa fırtına hələ indi başlayır? - TƏHLİL

    Sərdar Turqut,

    “Habertürk”ün Vaşinqton təmsilçisi, 25 mart 2019-cu il

    Xüsusi səlahiyyətli prokuror Robert Müller üç ilə yaxındır ABŞ-da və bütün dünyada maraqla gözlənən hesabatını tamamladı və cümə günü saat 17.30-a yaxın tabe olduğu Ədliyyə Nazirliyinə verdi.

    Muxalifet - 25-03-2019

  17. ​Əliyev və Paşinyan martın 29-da Vyanada görüşəcəklər

    Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ nizamlanması üzrə görüşü martın 29-da Vyanada olacaq.
    Bunu "İnterfaks Azərbaycan" agentliyinə Avstriya paytaxtındakı diplomatik mənbədən bildiriblər.
    "Görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək", - agentliyin həmsöhbəti qeyd edib.

    Muxalifet - 25-03-2019

  18. Azərbaycanda polis rəisi türk müğənniyə 120 min dollar verdi – SÜNNƏT TOYU

    Bir müddət öncə məşhur türk müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlib.

    Azərbaycanda polis rəisi türk müğənniyə 120 min dollar verdi – SÜNNƏT TOYU

    Muxalifet - 25-03-2019

  19. Türk boksçunun etirazı qəbul edildi - Təkrar döyüş

    Dünya Boks Şurası hakimlərin mübahisəli qərarı ilə ABŞ-lı rəqibi Antoni Direllə məğlub olan türkiyəli boksçu Avni Yıldırımın etirazını qəbul edib.
    Bunu İstanbuldakı mətbuat konfransında Dünya Boks Şurasının sədri Maurisio Süleyman deyib.
    O, ədalətin bərpa olunması üçün tərəflərin yenidən rinqə çıxacağını bildirib.
    Sədr qarşılaşmanın tarixinin yaxın günlərdə açıqlanacağını qeyd edib.

    Muxalifet - 25-03-2019

  20. Qəzzaya hücuma hazırlıq: İsrail ordusu hərəkətə keçdi

    İsrail ordusu Qəzza sərhədinə doğru hərəkətə keçib.
    İsraildən Qəzzaya açılan Kerm Əbu Salim və Beyt Hanun sərhəd qapıları bağlanıb.
    Qəzzaya ticarət və gediş üçün istifadə olunan bu qapılar yeni bir qərara qədər qapalı qalacaq.
    İsrail ordusunun birlikləri Qəzza sərhədində yeni mövqelər qurublar. Erhtimallara görə, bölgəyə yeni hücumlar olacaq.
    Qeyd edək ki, Qəzzadan açılan atəş nəticəsində 6 israilli yaralanıb. ABŞ-da səfərdə olan baş nazir Binyamin Netanyahu səfərini yarımçıq kəsərək, geri qayıdıb./Publika.az 

    Muxalifet - 25-03-2019

Pages