Axtarış

The search found 105779 results in 0.021 seconds.

Search results

  1. Eldar Mahmudovun 5 milyardlıq işində DAHA BİR SAXTAKARLIQ: ölkəyə 360 milyonluq hansı mal gətirilib?

    Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib. 
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. 
    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında bir daha məlum olub ki, 2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən, “Azəriqazbank”, Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb. 

    Muxalifet - 23-03-2019

  2. Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARIN ÜSTÜNÜ AÇDI: ordudakı qızları... - FOTOLAR

    Uzun illərdir təkpartiyalı hakimiyyət idarəçiliyi ilə qapalı qalan Şimali Koreya hələ də, sirli ölkələrdən biridir.
    Bu ölkə haqqında hər bir məlumatın oxucular tərəfindən maraqla qarşılanmasını nəzərə alaraq Publika.az Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin dəhşətə gətirəcək etiraflarını və bu ölkədən gizli şəkilləri təqdim edir:
    Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin sözlərinə görə, dünyanın ən böyük dördüncü ordusunda stress və qida çatışmazlığı səbəbindən qadınlar menustrasiya olmur, orduda təcavüz halları isə qadın əsgərlər üçün adi haldır.

    Muxalifet - 23-03-2019

  3. Almaniyadan Rusiyanı QICIQLANDIRCAQ AÇIQLAMA: “NATO-nun keçmiş Yuqoslaviyanı bombalaması doğru addım idi”

    “1999-cu ildə NATO ölkələri Yuqoslaviyanı bombalayarkən ən düzgün qərarı veriblər”.
    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas ölkənin “Stuttgarter Nachrichten” qəzetinə verdiyi müsahibədə bildirib.
    Hayko Maasın sözlərinə görə, Almaniya əsgərlərinin həmin əməliyyatda iştirakı onların işlərinə “məsuliyyətli yanaşmasını” göstərir. Bununla belə o, hərbi müdaxilənin münaqişələrin həllində ən radikal vasitə olduğunu da sözlərinə əlavə edib.

    Muxalifet - 23-03-2019

  4. Putin Ukraynada parlament seçkilərinə hazırlaşır! – Boykonun Moskva səfərinin pərdəarxası

    "Ukraynada prezidentliyə namizədlərdən biri Yuri Boyko seçkiyə bir həftə qalmış Moskvaya gedərək Rusiyanın baş naziri Dmitri Medvedyevlə və "Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşüb. Görüşün məqsədi kimi Rusiya qazının Ukraynadan tranzitinin davam etdirilməsinin təminatı göstərilib. Məsələ burasındadır ki, iki ölkə arasında qazın tranziti ilə bağlı saziş bu il bitir. Rusiya Avropaya qazı şimal və qara dənizin dibi ilə çatdırmağa başlasa Ukraynadan tranzitə ehtiyacı qalmayacaq. Moskvanın məqsədi bu yolla Ukraynanın hazırkı hakimiyyətini cəzalandırmaqdır”.

    Muxalifet - 23-03-2019

  5. “Sarı jiletlilər” aksiyasının 19-cu aktı - “YÜKSƏK TƏHLÜKƏLİ VƏZİYYƏT”

    Fransada “sarı jiletlər” etiraz aksiyasının 19-cu aktı başlayıb. Bu akt zamanı hökumət tərəfindən ordunun səfərbər edilməsi ölkədə böyük narahatlıq yaradıb və təhlükə riskinin yüksək olduğu bildirilir.
    Muxalifet.az Azərac-a istinadən xəbər verir ki, 18-ci akt zamanı Parisdə Yelisey çölləri prospektində baş vermiş dağıntı və zorakılıq aktlarından sonra hökumət bir çox şəhərlərdə mərkəzi prospektlərdə nümayiş etməyi qadağan edib.

    Muxalifet - 23-03-2019

  6. Ərdoğan Rusiyaya gedəcək - Tarix AÇIQLANDI

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
    Səfər aprelin 8-nə nəzərdə tutulub.
    Türkiyə Prezidenti Administrasiyası səfərin proqramını hələ açıqlamayıb.

    Muxalifet - 23-03-2019

  7. "Şuşa şəhərciyi"ndə üç maşın toqquşdu - Avtomobillərdən biri qadın vurdu

    Bakının Sabunçu rayonunda yol qəzası baş verib.
    Muxalifet.az
    ONA-ya istinadən xəbər verir ki, rayonun "Ramana-450" qəsəbəsində ("Şuşa şəhərciyi") üç minik avtomobili toqquşub.
    Avtomobillərdən biri zərbənin təsirindən idarəetmədən çıxaraq yaxınlıqdan keçən xanıma dəyib.
    Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb.
    Hadisə yerinə polis gəlib, araşdırma aparılır.

    Muxalifet - 23-03-2019

  8. Sabah Azərbaycanda 18 dərəcə isti olacaq

    Sabaha olan hava şəraiti açıqlanıb.
    Muxalifet.az
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru  arabir güclənən şimal-qərb küləyi ilə əvəz oluanacaq.

    Muxalifet - 23-03-2019

  9. Rusiyada kişilərin 70 faizinin ölüm səbəbi odur – Nazir dəhşətli rəqəmlər açıqladı

    Rusiyanın səhiyyə naziri Veronika Skvortsova ölkənin kişi əhalisinin ölüm səviyyəsinin Avropa ölkələrilə müqayisədə çox yüksək olduğunu bildirib.
    Muxalifet.az
    xəbər verir ki, nazirin mətbuat nümayəndələri üçün açıqladığı statistikadan aydın olur ki, Rusiyada kişilərin ölüm sayı Avropa ilə müqayisədə az qala 4 dəfə çoxdur.

    Muxalifet - 23-03-2019

  10. Ermənistanda hərbi hissələrdən birinin əsgərləri üsyan etdilər

    Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər üsyan təşkil ediblər.

    Üsyana səbəb əsgərlərin bir zabitin davranış qaydasından narazı qalmaları olub.

    Nəticədə bir neçə əsgər əvvəlcə hərbi hissəni tərk etsə də, sonradan geri qayıdıb. İnsidentin qarşısının alınmasından sonra 20 hərbçi cəzalandırılaraq əvvəlcə Qafan hərbi polisinə təhvil verilib, oradan isə xidmət üçün Dağlıq Qarabağa göndərilib.

    Muxalifet - 23-03-2019

  11. Fransada ordu küçələrə çıxdı! “Vur” əmri verildi

    Fransız hökuməti polis və orduya “Sarı Jiletlilər”in 19 həftə boyunca küçələrdə etiraz nümayişini dayandırmaq üçün “vur” əmri verib.
     
    Fasiləsiz etirazları dayandırmaq istəyən hökumət dünən əvvəlcədən bir qərar qəbul edərək hər kəsi çaşdırıb.
     
    FRANSA HÖKUMƏTİNDƏN “VUR” EMRİ
     
    Parisin baş komandanı general Bruno Le Ray Fransada bir radio proqramına qatılıb və bu qərar barədə məlumat verib. Le Ray, "həyatları təhlükədə olduğu halda həyatları qorumaq naminə orduya atış açmaq əmri verildiyini bildirib.

    Muxalifet3 - 23-03-2019

  12. Venesueladan Tramp və müavini Pensə çağırış: Dərhal istefa verin!

    Venesuelanın xarici işlər naziri Jorge Arreaza ABŞ prezidenti Donald Tramp və onun müavini Mayk Pensə çağırış edib. Arreaza Tramp və Pens-in insanlığın gələcəyi üçün istefa etməsi lazım olduğunu söyləyib.
     
    Arreaza Venesuela prezidenti Nikolas Maduronu ölkəsinin gələcəyi üçün istefa verməyə çağıran Pensə cavab verib.
    Arreaza, "Təcili! Donald Tramp, Mayk Pens və komandası bütün insanlığın gələcəyi üçün getməlidir!" deyə bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 23-03-2019

  13. Rusiyadan 'Golan Təpələri' xəbərdarlığı

    Rusiyanın dövlət başçısı Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Bogdanov “Golan Təpələri”nin ABŞ tərəfindən İsrail torpağı olaraq tanınmasının nəticələri haqqında xəbərdarlıq edib.
     
    “Sputnik”-ə açıqlama verən Mixail Bogdanov ABŞ prezidenti Donald Tramp'ın dilə gətirdiyi tanımanın Yaxın Şərq üçün doğuracağı nəticələr mövzusunda xəbərdarlıq edib.

    Muxalifet3 - 23-03-2019

  14. Messi millinin heyətindən çıxarıldı - Səbəb

    "Barselona"nın ulduzu Leonel Messi Argentina millisinin heyətindən çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, buna səbəb onun Venesuela ilə matçda aldığı ağır zədədir.
    Messinin Argentina yığmasının martın 26-da Mərakeşlə qarşılaşacağı yoldaşlıq oyununda iştirak etməyəcəyi bildirilib.
    Qeyd edək ki, ötən gün Argentina Venesuelaya 1:3 hesabı ilə məğlub olub.
     

    Muxalifet3 - 23-03-2019

  15. SON DƏQİQƏ: Ermənistanda hərbi çevriliş oldu? - VİDEO

    Muxalifet.az bax.tv-yə istinadən həmin video reportajı oxucularına təqdim edir:

    Muxalifet3 - 23-03-2019

  16. 1300 nəfərin həyatı təhlükədə - Həyəcan

    Nəhəng səyahət gəmisi Norveç sahillərində həyəcan siqnalı verib.
    Muxalifet.az xəbər verir ki, gəmidə 1300 sərnişinin olduğu qeyd edilib.
    Həyəcan siqnalına gəminin motorunda yaranan problem səbəb olub. Sərnişinlərin təxliyə ediləcəyi bildirilir.
    Qeyd edək ki, gəminin hansı ölkəyə məxsus olduğu və hara getdiyi barədə məlumat yoxdur.
     

    Muxalifet3 - 23-03-2019

  17. Küçə iti bir gündə 7 nəfəri dişlədi

    Ağstafa rayonunda bir gündə 7 nəfəri küçə iti dişləyib.
    Muxalifet.az-ın məlumatına görə, rayonun Qarahəsənli kəndi, Saloğlu qəsəbəsi və şəhərin digər ərazisində küçə itləri müxtəlif vaxtlarda müxtəlif insanlara hücüm edib. Onlardan 7 nəfəri xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və hamsına quduzluğa qarşı iynə vurulduqdan sonra evə buraxılıblar.
    Son günlər rayon ərazisində oxşar hadisələrin tez-tez baş verdiyi bildirilir.
     

    Muxalifet3 - 23-03-2019

  18. Sudanda prezident sarayında yanğın - Foto

    Sudanın paytaxtı Hartumda yerləşən keçmiş prezident sarayında yanğın baş verib.
    Muxalifet.az xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
    Ölkə rəsmilər artıq yanğının nəzarət altına alındığını və tam söndürüldüyünü bildiriblər.
    Məlumata görə, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
    Faktla bağlı araşdırma başladılıb.
     

    Muxalifet3 - 23-03-2019

  19. Türkiyədən İrandakı fəlakətlə bağlı - Çağırış

    Ötən günlərdə İrana yağan güclü yağışların Türkmənsəhrəda həyatı iflic etməsindən sonra əhali kömək gözləyir.
    Muxalifet.az xəbər verir ki, qardaş Türkiyədə bir neçə məscidin mollaları minarədən xalqı insan itkisi ilə nəticələnən sel fəlakətindən dolayı əziyyət çəkən insanlara mənəvi dəstək olmağa və onlar üçün dua etməyə səsləyib.
    "İranda türkmənlərin yaşadığı Ağ qala şəhərində sel fəlakəti yaşanıb. Həmin insanlar onsuz da sıxıntı içindədirlər. Müsəlman qardaşlarımız bizdən dua istəyirlər", - çağırışda bildirilib.

    Muxalifet3 - 23-03-2019

  20. Rus hərbi gəmisi Türkiyə sularına DAXİL OLDU

    Rusiya donanmasına məxsus 148 nömrəli "Orsk" adlı hərbi gəmi Çanaqqala boğazından keçərək, Aralıq dənizinə yol alıb.
    Muxalifet.az xəbər verir ki, gəminin göyərtəsində xeyli sayda hərbi texnikanın olduğu bildirilib.
    Bundan başqa, gəmidə bir neçə hərbçinin patrul vəzifəsini yerinə yetirdiyi görülüb.
     

    Muxalifet3 - 23-03-2019

Pages