Axtarış
The search found 105779 results in 0.075 seconds.
Search results
Azərbaycanlıdan Rusiyada dəhşətli əməl: Sələmə pul verən yaşlı qadını öldürdü və...
Başqırdıstanın Beloretsk şəhərində yaşayan 26 yaşlı azərbaycanlı quldurluqla adam öldürməkdə təqsirli bilinib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın bu respublikasının prokurorluğu yayıb.
Mənbə bildirir ki, təqsirli bilinmiş şəxs 75 yaşlı faizə pul borc verən qadınla tanış olub və dəfələrlə özü və qohumları pensiyaçı qadının xidmətlərindən istifadə edib. Ötən ilin fevral ayında gənc qadını elə onun öz evində boğaraq öldürüb və evdən 70 min rubl oğurlayıb.Muxalifet - 22-03-2019
NAZARBAYEVİN GERÇƏK VARİSİ KİM OLACAQ? – Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Nursultan Nazarbayevin Qazaxıstan hakimiyyətinin zirvəsində oynadığı kombinasiya getdikcə daha aydın cizgilər alır. Prezident postundan gözlənilməz istefa və bu vəzifənin Qasım Tokayevə keçməsi yalnız birinci mərhələ idi. Növbəti addım Nazarbayevin qızı Dariqanın senatın spikeri seçilməsi oldu. Nazarbayevin sonrakı gedişləri necə olacaq və əsil varis Dariqadırmı?
Muxalifet - 22-03-2019
BMT İsrailə qarşı qətnamə qəbul edilib
BMT-nin İnsan Hüquqları Şurası İsrail tərəfindən Colan təpələrinin işğalına qarşı çıxan və İsraili BMT qərarlarına tabe olmağa çağıran qətnamə qəbul edib.
Bu barədə Azvision.az xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp “Twitter” hesabından İsrailin işğal etdiyi Colan təpələrinin tanınması zamanının gəldiyini bəyan edib.Muxalifet - 22-03-2019
"Təhsil ocağındadırsa, geyiminə fikir verməlidir" - AFAQ YENƏ GÜNDƏMDƏ
Xəbər verdiyimiz kimi müğənni Afaq Aslan tələbələrin qarşısına çıxdığı geyimə görə tənqid olunandan sonra məktəbli uşaqların önündə çıxış edib. Bu dəfə də müğənninin geyimi fərqli olmayıb və tənqid edilib.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a danışarkən həmçinin məktəblilərin geyim məsələsinə də toxunub:Muxalifet - 22-03-2019
Sudan istifadə ilə bağlı əhaliyə MÜRACİƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.Muxalifet - 22-03-2019
Saakaşvilinin həyat yoldaşı MER OLA BİLƏR
Gürcüstanın “Güc birlikdədir” siyasi birliyi keçmiş prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun Zuqdidi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.
S.Rulofs 2016-cı ildə Zuqdidi şəhərindən majoritar deputat qismində parlament seçkilərində iştirak edib. O, seçkilərin ikinci turunda iştirakdan imtina etmişdi.Muxalifet - 22-03-2019
Türkiyədəki zəlzələdən ŞOK GÖRÜNTÜLƏR
Martın 20-də Türkiyənin Dənizli bölgəsinin Acıpayam rayonyunda baş vermiş 5.5 bal gücündə zəlzələnin inanılmaz görüntüləri yayımlanıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, yeraltı təkanlar ağır tonnajlı süd maşınını uşaq oyuncağı kimi yırğalayır.
Digər görüntüdə isə fermadakı sağıcı qadınlar kameraya düşüb.
Həmin videonu təqdim edirik:
Muxalifet - 22-03-2019
Trampın “Golan Təpələri” açıqlamasına təpkilər böyüdü: Dünya ABŞ-a qarşı
BMT ABŞ prezidenti Donald Trampın "İsrailin Golan Təpələri üzərində "suverenliyini" tanıma zamanı gəldi” açıqlamasına təpki göstərib.
BMT-nin baş katibinin sözçüsü Fərhan Haq Trampın açıqlamasına qarşılıq "Biz bu məsələyə dair BMT-nin bütün qətnamələrinə söykənirik” deyərək təpki göstərib.
BMT-dən YENİ QƏRAR!
BMT-nin İnsan Hüquqları Şurası İsrailin “Golan Təpələri”nin işğalına qarşı çıxan yeni bir qərar layihəsini qəbul edib və İsraili BMT-nin qərarlarına riayət etməyə çağırıb.
Muxalifet3 - 22-03-2019
Ağakərimin müalicədən sonra fotosu yayıldı
2017-ci ildə insult keçirən, bir müddət sonra isə səhhətində ciddi problemlər yarandığından xəstəxanaya yerləşdirilən meyxanaçı Ağakərim Novruzovun yeni fotosu yayılıb.
Mualifet.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdən onun müalicədən sonra həddən artıq arıqladığı aydın sezilir.
Qeyd edək ki, meyxanaçı Ağakərim ayaqları tutulmuşdu. Maddi imkanları çatmadığı üçün ailəsi meyxanaçını xəstəxanadan çıxarmaq məcburiyyətində olduğunu açıqlamışdı. Daha sonra sənətçinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.Muxalifet - 22-03-2019
“İrana qarşı təzyiqlər davam edəcək” – POMPEO
“ABŞ İranın Yaxın Şərqdəki nüfuzunu azaltmaq üçün bu ölkəyə sanksiyalar vasitəsilə təzyiqlərini davam etdirəcək”.
Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo “Fox News”a müsahibəsində bildirib.Muxalifet - 22-03-2019
Dilənməklə gündə 800 dollar qazanır: Londonda mənzili var - FOTO
Britaniyalı evsizlər gündə 600 funt sterlinq (təxminən 800 dollar) qazanır. Bu haqda "Daily Mail" qəzetinə danışıblar.
Muxalifet.az Bizimyol.info-ya istinadən xəbər verir ki, məşhur nəşrin əməkdaşı iki evsizlə söhbətində bunları eşidib. Onlar heç də evsiz deyilmiş. Birinin Londonda, digərinin Datfordda mənzili var. Onlar etiraf edib ki, iş axtarmaqdansa dilənmək daha sərfəlidir.Muxalifet - 22-03-2019
Məşhur müğənninin ölüm səbəbi açıqlandı
Rusiyalı məşhur müğənninin ölüm səbəbi açıqlanıb.
Trend-in məlumatına görə, ötən həftə dünyasını dəyişən Yuliya Naçalovanın mətbuat katibi Anna İsayeva müğənninin ölümünün səbəbini açıqlayıb.
Məlum olub ki, o, qanda zəhərlənmədən dünyasını dəyişib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Mətbuat katibi əlavə edib ki, bir müddət əvvəl müğənni ayağından zədə alıb. Heç kəs bu zədənin faciəli ölümə gətirib çıxaracağını güman etməyib.Muxalifet - 22-03-2019
Ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə digər sosial təminat növləri kimi, ünvanlı dövlət sosial yardımlarının da Novruz bayramına qədər ödənişi tam təmin edilib.
Nazirlikdən verilən məlumata görə, martın 19-dək bütün sosial yardımlar aztəminatlı ailələrin hesablarına köçürülüb. Bu ailələrdəki 1 yaşadək uşaqlara sosial müavinət təyin olunur ki, mart ayı üzrə həmin müavinətlər də sosial yardımla bərabər ödənilib.Muxalifet - 22-03-2019
Qazaxıstanda ETİRAZLAR: Saxlanılanlar var - VİDEO
Qazaxıstanın Astana və Almatı şəhərlərində hökumət əleyhinə keçirilmiş mitinqlərdə saxlanılanlar olub.
Almatı şəhərinin küçələrinə onlarla adam çıxıb. Onlardan bəziləri əllərində mavi hava şarları aparıb.Muxalifet - 22-03-2019
Qadınları erkən qocaldan 6 SƏBƏB
Alimlər bədənimizin təxminən yüz hormon istehsal etdiyini və onlardan 6-sının qadın sağlamlığı və gözəlliyi üçün vacib olduğunu izah edir. Bu 6 hormon dərinizin elastikliyini bərpa edir və əhval-ruhiyyəyə görə cavabdehlik daşıyır. Ancaq bəzi hallarda hormon səviyyəsi azalır və erkən yaşlanma başlayır. Bəs bu hormonları necə qoruya bilərik? Muxalifet.az oxucuları qadınların erkən yaşlanmasına səbəb olan 6 amillə tanış edib. Estrogen Estrogen fibroblast hüceyrələrinin kollagen və elastin ifrazına səbəb olur.
Muxalifet - 22-03-2019
Türkiyədə ABŞ dolları kəskin BAHALAŞDI
Türk lirəsi ABŞ dolları qarşısında ciddi səviyyədə ucuzlaşıb.
Donald Trampın Qolan təpələrinin İsrail tərəfindən işğalının tanınması barədə çıxışına Türkiyə prezidenti R.T.Ərdoğanın cavabından sonra türk lirəsi ABŞ dolları qarşısında dəyər itirib.
Günə 5,45 səviyyəsində başlayan dollar/lirə məzənnəsi 3%-dən artıq ucuzlaşaraq 5,63-ə yüksəlib.
Dünən ABŞ Mərkəzi Bankının uçot dərəcəsini sabit saxlamasından sonra dollar bütün dünyada ucuzlamışdı./VirtualazMuxalifet - 22-03-2019
ABŞ-dan İrana ağır zərbə!
ABŞ-ın Xəzinə Nazirliyi İranın silah proqramı ilə bağlı 4 şəxsə və 17 şirkətə sanksiya tətbiq edib.
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib.
ABŞ-şn Xəzinə Nazirliyi İranın kütləvi qırğın silahları proqramına görə 14 şirkət və 4 şəxsi sanksiya siyahısına salıb.
Müxalifət.azMuxalifet3 - 22-03-2019
Yevlaxda yol qəzası, yaralananlar var
Yevlaxda avtovağzalının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, iki minik avtomobillərin toqquşması nəticəsində, sürücülərdən biri, Bərdə rayon sakini, 1999-cu il təvəllüdlü Yuniszadə Qənbər Eldar oğlu və digər avtomobildə olan sərnişin, Kəlbəcər rayonun sakini, 1960-cı il təvəllüdlü Qasımova Məlahət Qəzənfər qızı müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 22-03-2019
Çinlə ticarət razılaşmasına çox yaxınıq - Tramp
ABŞ-la Çin yeni ticarət razılaşmasına çox yaxındır.
Muxalifet.az xəbər verir ki, bunu “Foks Biznes Netvork” televiziyasına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən düşünürəm ki, çox insanlar Çinlə ticarət razılaşmasını gözləyir. Məncə, bu razılaşmanın təsiri insanların düşündüyündən daha böyük olacaq. Məncə, biz razılaşmaya çox yaxınlaşırıq”, – deyə o bildirib.
Tramp həmçinin Çinə qarşı ticarət rüsumlarının saxlanılmasının Çinlə ticarət danışıqlarına heç bir maneə yaratmayacağını söyləyib.Muxalifet3 - 22-03-2019
SON DƏQİQƏ: Dünya Türkiyəyə qarşı hərəkətə keçdi - RƏSMİ
Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Kiprin yunan kəsiminin lideri Nikos Anastasiadis arasında toplantı keçirilib.
Muxalifet.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, toplantıya ABŞ-ın dövlət katibi Mayk Pompeo da qatılıb.Muxalifet3 - 22-03-2019