Axtarış

The search found 105779 results in 0.029 seconds.

Search results

  1. Kamil Zeynallı azadlığa buraxıldı

    Həbsdə olan idmançı Kamil Zeynallı azadlığa buraxılıb. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə şəxsi İnstaqram səhifəsində yazıb: “Çox şükür, hər şey yaxşıdır. Məni bu gün saat 17:00-da buraxdılar. Dövlətimizdən, hər kəsdən razıyam, heç nədən narazılığım yoxdur. Səhvimiz var idi, cəzamızı da çəkib gəldik. 10 gün nədir ki?! Camaat illərlə həbsdə yatır. Allah içəridə olan hər kəsin qapısını açsın. Başda Ramin müəllim olmaqla bütün işçilərdən çox razıyam. Mənimlə hamı ilə olduğu kimi davrandılar.

    Muxalifet - 21-03-2019

  2. Putin də istefa verəcək – “Növbə onundur”

    İstənilən prezident özündən sonrakı dövlət başçısının onun siyasətini davam etdirməsini istəyir. Hətta demokratik ölkələrin prezidentləri də varisinin ona oxşamasını istəyir ki, başlatdığı iş yarımçıq qalmasın. Bu bəzən alınır, bəzən alınmır. Məsələn ABŞ-ın hazırkı prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanın başlatdığı bütün işlərin üstündən qara xətt çəkdi.

    Muxalifet - 21-03-2019

  3. Tramp Holan yüksəkliklərini İsrail ərazisi elan edəcək

    ABŞ prezidenti Donald Tramp Holan yüksəkliklərini İsrail ərazisi sayır.
    O, bu barədə Twitter-dəki akkauntunda yazıb.
    "52 il keçəndən sonra İsrailin Holan yüksəklikləri üzərində suverenliyinin ABŞ tərəfdən tanınmasının vaxtı çatıb. Bu ərazilər İsraillə yanaşı, bütün regionun stabilliyi üçün önəmlidir", - Tramp bəyan edib.

    Muxalifet - 21-03-2019

  4. Ziya Məmmədov tərk etdiyi mülkünü 310 minə satışa çıxardı - FOTOLAR

    Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb.
    Musavat.com xəbər verir ki, sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.
    Musavat.com -un müxbiri Nardaranda olarkən kənd sakinlərindən öyrənib ki, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edirmiş. Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin qonşuluğunda bağ evi var.

    Muxalifet - 21-03-2019

  5. XİN: İşğal olunmuş ərazilərdəki separatçı rejim Ermənistanın dəstəyi hesabına mövcuddur"

    "Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil.

    Muxalifet - 21-03-2019

  6. Bakı İrəvanı FAKT QARŞISINDA QOYDU: 1992-ci il 24 martda...

    "Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil.

    Muxalifet - 21-03-2019

  7. Saakaşviliyə qarşı istintaq araşdırması yeniləndi

    Ukraynanın Təhlükəsizlik Xidməti Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib.
    Muxalifet.az Azərtac-a istinadla xəbər verir ki, Saakaşvilinin vəkili Ruslan Çernolutski işin Baş Prokurorluqdan alınaraq UTX-nin əsas istintaq şöbəsinə verildiyini bildirib.
    Qeyd edək ki, Ukraynanın Dövlət Sərhəd Xidməti Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ölkə ərazisinə girişinə 2021-ci ilədək qadağa qoyub.

    Muxalifet - 22-03-2019

  8. Türkiyə hərbçiləri Azərbaycanın S-300 sistemlərini niyə araşdıracaq... - RUSİYALI KEÇMİŞ KOMANDAN İZAH EDİR

    Bu günlərdə Türkiyə mənbələri xəbər yaydı ki, bu ölkənin 100-ə qədər hərbçisi Azərbaycan ordusunun silahlanmasında yer alan S-300 PMU “Favorit” zenit-raket sistemlərini araşdırmaq üçün Bakıya göndəriləcək. Məqsəd Türkiyənin Rusiyadan alacağı S-400 zenit-raket komplekslərinin idarə edilməsinə hazırlıqdır. Bildirilirdi ki, Türkiyə hərbçiləri bir aya yaxın Azərbaycanda S-300 sistemlərinin idarə edilməsini öyrəndikdən sonra Rusiyaya yollanacaq və orada S-400 sistemləri ilə bağlı təlim keçəcək.

    Muxalifet - 22-03-2019

  9. Uşaqları antibiotik təhlükəsindən necə qorumalı - TANINMIŞ PEDİATRDAN VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

    Doktor Vaqif Qarayev: “Bu iynələri yalnız həkim təyin edə bilər...” “Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Bu, böyük bir bəladır”. Bu sözləri tanınmış pediatr Vaqif Qarayev son vaxtlar mətbuatda antibiotikdən istifadə ilə bağlı gedən müzakirələrə fikir bildirərkən səsləndirib. Musavat.com-a danışan pediatr valideynlərə səslənərək qeyd edib ki, antibiotiki ancaq həkim təyin edə bilər: “Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Xəstəlik törədiciləri müxtəlifdir.

    Muxalifet - 22-03-2019

  10. Xorvatiya 2:1 hesabı ilə Azərbaycan millisinə qalib gəldi

    Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab dəyişib.
    Xorvatiya komandasının 9 nömrəli oyunçusu Andrej Kramaric qarşılaşmanın 79-cu dəqiqəsində komandasını hesabda irəli çıxarıb - 2:1
    Oyun elə bu hesabla da başa çatıb.

    ****

    Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab bərabərləşib.
    Borna Barişiç matçın 44-cü dəqiqəsində hesabı bərabərləçşdirib - 1:1.

    ****

    Muxalifet - 22-03-2019

  11. İnsan başına gələcəkləri öncədən GÖRƏ BİLƏR - Gələcəkdə olanları belə öyrənin

    Gələcək haqda öncədən xəbər vermək qabiliyyəti təkcə xüsusi bacarıqlı və ya xalq deyimi ilə desək “vergili” adamların hünəri deyil. Əslində hər bir insan “Üçüncü gözü”nü inkişaf etdirməklə gələcəyi görə bilər. Alimlər bildirirlər ki, istənilən insan baş verəcək hadisələri 13 saniyə öncə görmə qabliyyətinə sahibdir. Sadəcə bu zaman kəsiyi həddən artıq qısa olduğu üçün o, baş verənlərə müdaxilə edə və ya qarşısını ala bilmir.

    Muxalifet - 22-03-2019

  12. Azərbaycanda DƏHŞƏTLİ QƏZA: avtomobil yandı, ölənlər var

    Goranboyda yanğınla və ölümlə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
    İlkin məlumata görə, avtomobil qəzaya uğrayıb və yanıb. Hadisə zamanı 2 nəfər yanaraq ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 22-03-2019

  13. "Oğullarım dedi ki, hamı sənin başına and içir" - Roza Zərgərli

    Müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürəcək. 
    Muxalifet.az xəbər verir  ki, bu haqda ifaçı axşam.az-a açıqlamasında deyib. O bildirib ki, artıq bunla bağlı işlər başa çatıb:
    "Balaca övladımın üzünü neçə il sonra mediaya göstərdim. Çünki onun yaşı çatmırdı. İndi yenə də övladlığa iki uşaq götürəcəm. Onları da heç bir media yayımlamayacaq. Üç-dörd il üzlərini gizlədəcəm. 

    Muxalifet - 22-03-2019

  14. Trampdan növbəti qalmaqal açıqlama: İşğal olunmuş ərazini...

    ABŞ prezidenti Donald Tramp İsrailin işğal etdiyi Golan Tepelerinin tanınması zamanının gəldiyini söyləyib.
     
    Sosial media hesabı Twitter üzərindən açıqlama verən ABŞ prezidenti Donald Tramp, Suriyanın yarım əsrdir İsrail tərəfindən işğal edilən Golan Təpələrini tanımağın zamanının gəldiyini bildirib.
    Tramp 52 il sonra Amerika Birləşmiş Ştatlarının İsrail dövlətinin və bölgəsəl təhlükəsizlik üçün strateji əhəmiyyətə malik olan Golan Təpələri üzərində suverenliyini tam olaraq tanınma zamanının gəldiyini deyib.
     

    Muxalifet3 - 22-03-2019

  15. Facebookdan “şifrə' açıqlaması

    Dünyaca məşhur sosial media platforması olan Facebook istifadəçilərin şifrələrinin düz mətn olaraq saxladığını açıqlayıb.
     
    Facebook istifadəçilərinin milyonlarla parolu düz mətndə saxlanılır, ancaq şifrələr daxili serverlərdə saxlanılır və bu məlumatların xaricdən əldə edilə bilməyəcəyi ifadə edilib.
    Açıqlamada, “Facebook işçilərinin bu məlumatların köçürülməsi, yaxud pis məqsədlə istifadəsinə yönəlik heç bir dəlil yoxdur” deyə bildirilib.

    Muxalifet3 - 22-03-2019

  16. ABŞ və PKK vəhşəti: Diri-diri basdırdılar..

    ABŞ və terror təşkilatı PKK Suriyada Deyrizor rayonunun Bağoz qəsəbəsində inanılmaz dəhşət nümayiş etdirir. İnsanların qaçaraq məskunlaşdığı düşərgələrdə 300-dən çox mülki şəxs öldürülüb. Bombardmanda yaralanan 40-dan çox adam diriykən torpağa basdırılıb. Bağozda son 10 gün içərisində 2 min, 1 ayda isə 6 min adam tələf olub.
     

    Muxalifet3 - 22-03-2019

  17. 100-ə yaxın insan can verdi: faciənin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

    İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
    “Al Arabiya” telekanalının İraqın Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, qəza nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb.
    Bərənin batması anbaan kameralara düşüb./Publika.az 
     

    Muxalifet - 22-03-2019

  18. Trampın qalmaqal açıqlamasına Türkiyədən sərt xəbərdarlıq

    ABŞ prezidenti Donald Trampın "Amerika Birləşmiş Ştatlarının Golan Təpələri üzərində İsrailin suverenliyini tam olaraq tanıması vaxtı gəldi" açıqlamasına Türkiyədən ard-arda xəbərdarlıqlar gəldi. Türkiyənin XİN rəhbəri Mevlud Çavuşoğlu ABŞ-ın İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə haqq qazandırmaq cəhdlərinin bölgədə daha çox zorakılıq və ərginliyə səbəb olacağı xəbərdarlığını edib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin isə “ABŞ-ın Golan Təpələrini tanıma qərarı İsrailin işğal siyasətinə dəstək verməkdir” deyib.
    Müxalifət.az

    Muxalifet3 - 22-03-2019

  19. Cocuq Mərcanlıda təntənəli Novruz şənliyi keçirilib

    Qardaş Türkiyə və Cənubi Azərbaycanımızdan olan dəyərli dostlarla, tanınmış yazar və jurnalist Məryəm Aybikə Sinan, təşkilat rəhbəri, Azərbaycan sevdalı Fatma Sönməz və Qarabağ həqiqətlərini dünyada təbliğ edən Norveçdə yaşayan həmyerlimiz Şervin Necefpurla Cocuq Mərcanlıqdayıq, Cəbrayılda. Dövlət Televiziyası müvafiq qurumlarla birlikdə Novruz bayramını məhz Cocuq Mərcanlıda təşkil etdi və canlı yayımladı. Bu dosta da düşmana da önəmli məsaj idi. Dünyanın hər yerində yaşayan Azərbaycanlılar da bu canlı yayımla Novruzu Cocuq Mərcanlıda qarşıladılar.

    Muxalifet - 22-03-2019

  20. BU DEPUTATLAR HƏM DƏ QRANT ALIRMIŞ - “7 minə görə qanunları pozmağa dəyərmi?”

    “Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir”.   Bu fikirlər iqtisadçı ekspert Qubad İbadoğlunun “facebook” səhifəsindən paylaşdığı yazıdan götürülüb.

    Muxalifet - 22-03-2019

Pages