Axtarış

The search found 105779 results in 0.08 seconds.

Search results

  1. Bu sərəncamlar humanizm siyasətinin davamıdır - Deputat

    Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin daha bir parlaq nümunəsidir. Bu, Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin davamıdır.
    Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

    Muxalifet3 - 18-03-2019

  2. ŞOK: Yol polisi ər-arvadı belə döydü – ANBAAN VİDEO

    Martın 17-də İran yol polisi əməkdaşının ər-arvadı döyməsi ilə bağlı video yayılıb.
    Muxalifet.az xəbər verir ki, Tehranın Niyayeş magistral yolunda hərəkətdə olan avtomobil polis əməkdaşı tərəfindən saxlanılıb.
    Polis sürücüyə sürət həddini aşdığını və qanunsuz ötmə əməliyyatı yerinə yetirdiyini bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Polis vətəndaşın etirazına yumruqla cavab verəndən sonra mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə polis sürücünü və onun xanımını yumruqla döyərək, onlara xəsarət yetirib.

    Muxalifet3 - 18-03-2019

  3. Bülbül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı

    Paytaxtın Bülbül prospektində yol nişanı sürücüləri çaş-baş salıb.
    3 gündür həmin ərazidən istifadə edən sürücülər yol nişanının düzəldilmədiyini qeyd edir.
    Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev açıqlamasında aidiyyəti orqanların bu hallara ciddi nəzarət etməli olduğunu bildirib:
    “Əslində, burada sürücüləri çaşdıracaq elə ciddi məqam yoxdur. Lakin bütün hallarda yol nişanları bu vəziyyətdə olmamalıdır.
    Böyük ehtimalla nişanın bir hissəsi bərkidildiyi yerdən qopub, aşağı düşüb. Lakin bu, həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir.

    Muxalifet3 - 18-03-2019

  4. Bu proses Türkiyə ilə İranı yaxınlaşdırdı - Kuznetsov

    Suriya böhranı ilə bağlı Astana prosesinin başladılması Türkiyə ilə İran arasında əməkdaşlıq səviyyəsini artırıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksandr Kuznetsov bildirib.
    Kuznetsov vurğulayıb ki, PKK İran üçün böyük təhlükə kəsb etməsə də, terrora qarşı mübarizəsini davam etdirir. Eləcə də Türkiyə və İran İraqın şimalında müxtəlif qüvvələrə dəstək versə də, son zamanlar bu iki ölkənin mövqeyində xeyli yaxınlaşma olub.
    Qeyd edək ki, Türkiyə-İran birgə PKK-ya qarşı hərbi əməliyyat keçirib.
     

    Muxalifet3 - 18-03-2019

  5. 50 il əvvəl ölən qoç ata oldu - MARAQLI

    Avstraliyada "Ser Freddie" adlı bir qoçun 50 il öncə dondurulan spermaları ilə mayalandırılan qoyunlar sağlam quzular doğub. 
     Muxalifet.az xəbər verir ki, Ser Freddi və digər üç qoçun spermalarından 34 quzu doğulub. Sözügedən qoç sperması məhv olmadan ən uzun müddət saxlanılan canlı olaraq tarixə keçib.
     Sidney Universitetində 1968-ci ildə başlanılan layihədə "merinos" cinsi qoçlar digər növlərə nisbətən daha çox yun verməsi səbəbi ilə seçilib. Beş yaşında ikən sperması dondurulan Ser Freddinin 1970-ci illərdə öldüyü bildirilib. 
     

    Muxalifet3 - 18-03-2019

  6. Ruhani ABŞ-ı beynəlxalq məhkəməyə verir

    İran Prezidenti Həsən Ruhani sanksiyalar siyasətinə görə, ABŞ-ı beynəlxalq məhkəməyə verməyi təklif edib.
    Muxalifet.az “Trend”ə istinadən xəbər verir ki, H.Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaların çox sərt olduğunu deyib.
    İran prezidenti ölkənin sanksiyaların öhdəsindən gəldiyini də əlavə edib:

    Muxalifet3 - 18-03-2019

  7. İşdən çıxarılan tibb işçilərindən daha bir VİDEO

    Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb.

    Muxalifet3 - 18-03-2019

  8. Siyavuş Novruzov Əli İnsanovdan nələr yazdı?..

    Muxalifet.az  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzovun məqaləsini təqdim edir:

    Muxalifet3 - 18-03-2019

  9. Hollandiyada silahlı hücum edən şəxslə bağlı yeni məlumat

    Utrextdəki atışma nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
    Bundan əlavə, Hollandiyada tramvayda atəş açan şəxsin türk əsilli Hollandiya vətəndaşı, 37 yaşlı Gökman Tanis olduğu açıqlanıb.
    Polis G.Tanisi saxlamaq üçün əməliyyat keçirir.
    Gökman Tanis Hollandiya polisi tərəfindən saxlanılıb.
    Hadisənin terror aktı olub-olmadığı araşdırılır.
     
     

    Muxalifet3 - 18-03-2019

  10. Antalya istiqamətində birbaşa uçuşlar başlayır

    Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir.

    Muxalifet3 - 18-03-2019

  11. Yeni Zelandiya teraktı ilə bağlı şok açıqlama: Onu bağışlayıram

    Yeni Zelandiyada məsciddəki terakt nəticəsində həyat yoldaşı öldürülən Fərid Əhməd adlı şəxs qatil Brenton Tarrant barədə danışıb.
    Muxalifet.az xəbər verir, F.Əhməd Tarrantı bağışladığını deyib.
    "Onu bağışlayıram və əminəm ki, həyat yoldaşım yaşasaydı, o da eyni şeyi edərdi. Ona nifrət etmirəm. Tarranta qarşı nə hiss etdiyimi soruşdular. Mən dedim ki, o adamı sevirəm, çünki o bir insandır, mənim qardaşımdır. Gördüyü işləri dəstəkləmirəm, hər şeyi yanlış anlayıb. Bəlkə xəcalət çəkdi, bəlkə də heç sevgi görməyib. Onu əfv etdim", - Əhməd vurğulayıb.

    Muxalifet3 - 18-03-2019

  12. 50 müsəlman şəhid edilir, cəzası 15 il olur - Ərdoğan

    50 müsəlman orada şəhid edilir, bunların cəzası maksimum 15 il olacaq. Belə bir şey ola bilərmi? Bu, qəbul edilə bilərmi?
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
    "Bu hadisədə Avropanın səsi çıxdımı? - Xeyr. Qərb mediası isə işi tamamilə hiyləgərcəsinə yürüdür", - Ərdoğan Yeni Zelandiyadakı teraktla bağlı danışarkən deyib.

    Muxalifet3 - 18-03-2019

  13. İsa Həbibbəylinin oğluna daha bir vəzifə verildi

    Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni sədri seçilib.
    Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Muxtar Respublikanın Gənclər və İdman naziri Azad Cabbarov federasiya sədrliyinə Səhət Həbibbəylini namizəd irəli sürüb. Nazirin təklifi yekdilliklə qəbul olunub və S. Həbibbəyli MR-nın Atıcılıq Federasiyasının sədri seçilib.

    Muxalifet3 - 18-03-2019

  14. Problemlər var, Ərdoğanla görüşəcəyəm - Lukaşenko

    Belarus Prezidenti Aleksandr Lukaşenko aprel ayının ortalarında Türkiyəyə səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə dövlət başçısı Minskdə Türkiyə səfiri ilə görüşündə deyib.
    “Aprelin ortalarında Türkiyədə yüksək səviyyədə görüşlərimiz olacaq. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcəyik. Müəyyən problemlər var, onların həlli gərəkdir”, - deyə Lukaşenko bildirib.
     

    Muxalifet3 - 18-03-2019

  15. Bu yağlar ölüm saçır, biz isə yeyirik - Video

    Tanınmış jurnalist və yutuber Bahadur Seyidov Yutub kanalında “Palma” bitki yağlarının xərçəngə səbəb olması ilə bağlı növbəti araşdırmasının əks olunduğu video paylaşıb. Muxalifet.az sözügedən araşdırmanı təqdim edir:

    Muxalifet3 - 18-03-2019

  16. Ərazilər belə azad ediləcək - Prezident AÇIQLADI

    Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya sanksiyalarla təzyiqin gücləndirilməsi yolu ilə Krımı qaytarmaq niyyətindədir.
    UNİAN agentliyi xəbər verir ki, bu haqda dövlət başçısının özü bildirib.
    O həmçinin əlavə edib ki, beynəlxalq cəmiyyət bu məsələdə Ukraynaya kömək edəcək. Poroşenko vurğulayıb ki, Krım Ukraynaya siyasi-diplomatik yolla qaytarılacaq.
    Qeyd edək ki, 2014-cü ilin martında keçirilən yarımada və Sevastopol Rusiya tərəfindən ilhaq edilib. Ukrayna və Qərb ilhaqı tanımır./publika.az

    Muxalifet - 19-03-2019

  17. Hollandiyadakı təcavüzkar Türkün yaxınlarından açıqlama!

     Hollandiyadakı silahlı hücumda 3 adam həyatını itirib, 9 adam yaralanıb. Hücumun şübhəlisi Gökmen Tanışın "ailəvi məsələlərdən" dolayı tramvaydakı gəlinlərini, sonra kömək etmək istəyənlərə atəş açdığı açıqlanıb. Şübhəli təcavüzkarın Kayseridə yaşayan atası Mehmet Tanış, "Övladımla 11 ildir ki əlaqəmiz yoxdur, danışmırıq. Edibsə, cəzasını çəksin" deyib.
     
    Hollandiyadakı təcavüzün Türk əsilli şübhəlisinin yaxalandığı açıqlanıb.

    Muxalifet3 - 19-03-2019

  18. ​Putindən Ərdoğanı dəvət!

    Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Krımın Ağməscid şəhərindəki Cümə Məscidinin açılış mərasiminə dəvət edib.
     
    Rusiya prezidenti Vladimir Putin Krımın 2014-ci ildə referendum ilə Rusiyaya birləşdirilməsinin 5-ci il tədbirləri çərçivəsində Krımı ziyarət edib.

    Muxalifet3 - 19-03-2019

  19. ABŞ-da atışma olub, xəsarət alanlar var

    ABŞ-da atışma olub.
    Bu barədə "Express" nəşri məlumat yayıb.
    Məlumata görə, hadisə Nyu-Yorkda, Manhetten ərazisində baş verib.
    Hadisə zamanı azı 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
    Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatı açıqlanmır.
    Daha əvvəl ABŞ-ın Miçiqan ştatında baş verən atışma nəticəsində 4 nəfər ölüb./report

    Muxalifet - 19-03-2019

  20. ABŞ və Fransa təlim verir: PKK-dan YENİ PLAN

     Terror təşkilatı PKK 1 il əvvəl TSQ və ASO-nun azad etdiyi Afrin üçün ordu hazırlayır. Aynəl Ərəb-də 2 min terrorçuya Fransız və Amerikalı mütəxəssislər tərəfindən təlim verilir. Təşkilat sözdə “ordu”nun 3 ay içərisində 15 min nəfərə çatmasını hədəfləyir.
     
    Bütün xərcləri də koalisiya tərəfindən ödənilən təlim fəaliyyətləri çərçivəsində klassik hərbi təhsillə bərabər, dinləmə, sızma, kamuflyaj, zenit, tanksavar, əks kəşfiyyat və insansız hava vasitələri mövzusunda təlimlər verilir.
     
    AFRİNLİLƏR SEÇİLİR
     

    Muxalifet3 - 19-03-2019

Pages