Axtarış

The search found 105779 results in 0.093 seconds.

Search results

  1. İcra Hakimiyyətindən itlərin şəkilləri ilə bağlı - Açıqlama

    Son günlər sosial şəbəkələrdə itlərin küçələrdə, zibil yeşiklərinin yanında leşlərinin fotoları yayılır.  “Qafqazinfo” bu şəkillərin yeni olub-olmadığını və məsələnin əsl mahiyyətini öyrənmək üçün Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri, “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin İctimai platformasının üzvü Fərid Mansurova müraciət edib. O bildirib ki, həqiqətən də hazırda Bakıda və Bakıətrafı kəndlərdə belə hadisələr baş verir:

    Muxalifet - 18-03-2019

  2. Bakı-Sumqayıt yolunda avtomobil yanıb - VİDEO

    Sumqayıtda "Opel" markalı avtomobil yanıb. Muxalifet.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Yanğınla əlaqədar yolda tıxac yaranıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub və avtomobil söndürülüb. Xəsarət alan yoxdur.

    Muxalifet - 18-03-2019

  3. Müğənni Nura Suri hamamdan fotosunu PAYLAŞDI

    Müğənni Nura Suri yenə də paylaşımı ilə diqqət çəkib. Hazırda İstanbulda istirahətdə olan sənətçi vanna otağından şəklini yerləşdirib. Nuranın İnstaqramda "story" bölümündə yer alan şəklində vannada uzanması əks olunub. İfaçının sözügedən şəklini təqdim edirik.

    Muxalifet - 18-03-2019

  4. ​Həbsxana ilə bağlı DƏHŞƏTLİ FAKTLAR: Keyimiş bədəni...

    Yapon türmələrində adətən səssizlik, səliqə və təhlükəsizlik hökm sürür. Buna baxmayaraq, hətta ən cəsur “samuray”lar belə həbsə düşməkdən cəhənnəm kimi qorxurlar.
    Yapon türmələrini əhali "cəhənnəm dəliyi" adlandırır. Çünki bu ölkənin həbsxana həyatı əsrlərdir ki, öz sərtliyi ilə seçilir. Ən xırda yanlış böyük cəza ilə nəticələnir.

    Muxalifet - 18-03-2019

  5. Daha bir deputat Əli İnsanovu "topa tutdu" - “Qərbi azərbaycanlıların adından danışa bilməz”

    Ölkə Prezidentinin 16 mart 2019-cu il tarixli əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov iddialı bəyanatlar səsləndirib. O, Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib və siyasətlə məşğul olacağını vurğulayıb.

    Əli İnsanovun uzun həbsxana məhkumluğundan sonra azadlığa çıxması onunla bağlı bir sıra iddiaları da gündəmə gətirib. Məsələn, eks-nazirin partiya yaradacağı, Qərbi azərbaycanlıların lideri olması ilə bağlı iddialar da bu sıradandır.

    Muxalifet4 - 18-03-2019

  6. Rusiya Misirə Su-35 təyyarələri satacaq

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, Rusiya Misirə onlarla Su-35 təyyarələri satmaq barədə kontrakt imzalayıb.

    Müdafiə sənayesinin iki nəfər top-menecerinə istinadla bu barədə «Kommersant» qəzeti yazıb. Onların sözlərinə görə, 20-dən artıq maşının və aviasiya-hücum vasitələrinin tədarükü barədə 2 milyard dollarlıq saziş ötən ilin sonunda qüvvəyə minib. Artıq gələn il tədarükə başlana bilər.

    Muxalifet - 18-03-2019

  7. SABİQ NAZİRƏ VERİLƏN VAXT BİTİR – Bacısı oğlunun rəhbərlik etdiyi bankın taleyi necə olacaq?

    Sabiq vergilər naziri Fazil Məmmədov və ona yaxın nazirlik “bosslarının” sahibkarlara tutduqları divan, eləcə də nazirlikdəki rüşvət və korrupsiya o qədər aşkar və təkzib olunmaz idi ki, çoxları onun vəzifədən kənarlaşdırılan kimi, həbs ediləcəyini gözləyirdi. Özü də təkcə onun yox, həm də yan-yörəsindəki “akulaların”.

    Muxalifet4 - 18-03-2019

  8. Temperatur yüksələcək - Martın 21-dən...

    Martın 21-dən başlayaraq ölkə ərazisində havanın temperaturu yüksələcək.
    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
    Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək. Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də bəzi rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir.

    Muxalifet - 18-03-2019

  9. ​İrandan Gürcüstana aparılan 306 kq heroin Azərbaycan gömrüyündə tutuldu - FOTO

    Gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda, 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar edilib.

    Muxalifet - 18-03-2019

  10. Kombi və maşın oğruları yaxalandı - VİDEO

    Bakıda avtomobil qaçıran şəxs saxlanılıb. 
    Paytaxt sakini Aygün Abbasova Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “Mercedes” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
    Cinayəti törətməkdə şübhəli bilinən Vüqar Əkbərov saxlanılıb.
    Araşdırma zamanı məlum olub ki, V.Əkbərov özünə məxsus “VAZ- 2115” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxararaq oğurladığı avtomobilin üzərinə taxıb, idarə etməyə başlayıb.

    Muxalifet - 18-03-2019

  11. ​“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir

    Novruz Bayramı günlərində Bakı Metropoliteni QSC gücləndirilmiş iş rejimində çalışacaq.
    Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
    Onun sözlərinə görə, bayram günləri əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək:
    “Əlavə texniki vasitələr dedikdə əsasən əlavə qatarları nəzərdə tuturuq. Zərurət yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq. Bütün stansiyalarda isə əlavə növbətçilik rejimi olacaq”.

    Muxalifet - 18-03-2019

  12. "Bu adam həbsxanada iradə nümayiş etdirdi" - SƏRDAR CƏLALOĞLU ƏLİ İNSANOV HAQQINDA

    “Əli İnsanov bir şəxsiyyət kimi diqqətimi həddindən artıq cəlb edir. Baxmayaraq o, YAP-ın əsas qurucularından, partiyanın ən radikal müdafiəçilərindən biri idi, həbs olunandan sonra göstərdiyi prinsipiallıq, iqtidara qarşı  apardığı mübarizə göstərdi ki, bu adam bəlkə də YAP-a təsadüfən düşüb”.

    Muxalifet4 - 18-03-2019

  13. "Bu, dünya mədəniyyətinə zərbədir" - PA rəsmisi

    Rəsmi Bakı artıq 25 ildən artıqdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi mövqeyindən çıxış edir. Lakin Azərbaycanın da səbrinin sərhədi var.
    Bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Anadolu” agentliyinə müsahibəsi zamanı deyib.

    Muxalifet - 18-03-2019

  14. “Beşiktaş”ın futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. ONA-nın məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan milli komandanın iki üzvü heyətdən kənarlaşdırılıb.

    Bunlar MOİK-in üzvü Abbas Ağazadə və Türkiyə “Beşiktaş”ının oyunçusu Hüseyn Seyliğlidir. Hər iki futbolçu zədəli olduğu üçün komandanın düşərgəsində yer almayacaq.

    Muxalifet - 18-03-2019

  15. Türk generaldan “təhlükəsiz bölgə” açıqlaması

    Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında, Fərat çayının şərqində Türkiyənin nəzarətində bir təhlükəsiz bölgənin şərt olduğunu açıqlayıb.

    Muxalifet3 - 18-03-2019

  16. Gözünüzdəki bu problem xərçəngin əlamətidir! - XƏBƏRDARLIQ

    İnsanın gözlərinə baxaraq, onun haqda çox söz söyləmək olar. Gözlər insanın yalnız daxili aləmindən yox, həm də sağlamlığından xəbər verir. Gözdə yaranmış problemlər insanın, hətta ağlına belə gəlməyən bir çox xəstəliklərin əlaməti ola bilər.
    Muxalifet.az Medicina.az-a istinadən sizə bu əlamətlərdən bir neçəsinin səbəbini açıqlayır: 

    1. İtdirsəyi 

    Muxalifet - 18-03-2019

  17. MÜXALİF PARTİYA ƏFV SƏRƏNCAMINI ALQIŞLAYIR, AMMA... – “...bütün siyasi məhbuslara şamil edilmədiyindən yarımçıqdır”

    Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Partiyadan Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. Toplantı iştirakçıları ilk öncə Yeni Zelandiya məscidlərinə edilən silahlı hücum nəticəsində çoxsaylı dinc insanın ölürülməsi hadisəsini müzakirə edib. Müzakirələr nəticəsində baş vermiş qanlı hadisə terror aktı kimi dəyərləndirilib.

    Muxalifet4 - 18-03-2019

  18. İki qadın futbolçu nişanlandı - FOTO

    Qadın futbolunun iki tanınmış siması - Ali Krieger və Eşlin Harris nişanlanıblar.
    Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə onlar özləri məlumat veriblər. Homoseksual futbolçular bu ilin son aylarında evlənəcəklər.
    Ali Krieger açıqlamasında hər kəsdən dəstək gördüklərini bildirib: "Özümüzə qarşı bu səviyyədə sevgi və dəstək gözləmirdik. Nişanımıza komandamızın bütün üzvləri və azarkeşlər qatıldı. Həqiqətən, hər şey inanılmaz idi".

    Muxalifet - 18-03-2019

  19. Təslim olan terrorçu etiraf etdi: PKK-nın murdar üzü

    Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan PKK-lı terrorçu təşkilat içindəki əxlaqsızlıqları və qaçış planının detallarını açıqlayıb.
     
    Təhlükəsizlik qaynaqları təslim olan terrorçuların ifadələrində, terror təşkilatındakı maraq davaları, sapıq və əxlaqsız intim əlaqələr və təşkilatdakı çözülmə ilə qaçış nisbətindəki artımın tez-tez qeyd edildiyini bildirib.

    Muxalifet3 - 18-03-2019

  20. Gürcüstanda Novruz bayramı ilə bağlı təbrik azərbaycanlıların narazılığına səbəb olub

    Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində reklam lövhələrinin birində Novruz bayramı ilə əlaqədar yerləşdirilmiş təbrik yerli sakinlərin narazılığına səbəb olub.
    “Report”un Gürcüstan bürosu xəbər verir ki, narazılığa səbəb löhvənin bir üzündə Azərbaycan dilində olan “Novruz Bayramınız Mübarək” sözlərində “ı” hərflərinin “i” kimi (Bayraminiz) səhv yazılması olub.

    Muxalifet - 18-03-2019

Pages