Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Qobustan qapalı tipli həbsxanasında da icra olunub.
Axtarış
The search found 105779 results in 0.045 seconds.
Search results
Müsəlmanların qatilinin 37 səhifəlik manifesti ilə bağlı ŞOK MƏQAM
Yeni Zelandiyadakı iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın 37 səhifəlik manifesti hücumdan 10 dəqiqə əvvəl Yeni Zelandiya Nazirlər Kabinetinə göndərilib.
Miuxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Nazirlər Kabineti açıqlama yayıb. Manifestin onlara elektron poçt vasitəsilə göndərildiyi bildirilib.
Sözügedən manifest həmçinin yerli partiyalardan birinə, parlament sözçüsü Trevor Mallarda, yerli və xarici media orqanları da daxil olmaqla, 70 ünvana göndərilib.
Muxalifet4 - 17-03-2019
Əli İnsanov azadlığa çıxdı - FOTO
Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb.
"Report" xəbər verir ki, qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Bu müəssisədən 8 məhbus azadlığa buraxlıb. Onların arasında sabiq səhiyyə naziri Əli İnsanov da var.
Muxalifet4 - 17-03-2019
“Facebook” Yeni Zelandiyadakı terrorla bağlı 1,5 milyon videonu sildi
“Facebook” sosial şəbəkəsi Yeni Zelandiyada məscidlərə hücumu əks etdirən 1,5 milyon videonu sildiyini bəyan edib.
Bu barədə “Facebook”un “Twitter”dəki səhifəsində yer alan məlumatda bildirilir.
Qeyd olunur ki, silinən videolardan 1,2 milyonunun təkrar yüklənməsinin qarşısı alınıb.
“Facebook”un Yeni Zelandiyadakı nümayəndəliyinin rəhbəri bildirib ki, sosial şəbəkə videoların silinməsi ilə bağlı qərarı hadisə qurbanlarının qohumlarına hörmət əlaməti olaraq qəbul edib.
Muxalifet4 - 17-03-2019
Səddam soyqırım silahını haradan almışdı? - ZƏRİF AÇIQLADI
Sabiq İraq lideri Səddam Hüseyin Hələbcə qətliamını Qərb ölkələrindən aldığı kimyəvi silahlarla gerçəkləşdirib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Cavad Zərif qətliamın 31-ci ili ilə bağlı Tvitterdəki paylaşımında yazıb. O, Qərb ölkərinin Hələbcədəki kimyəvi qətliamı əvvəlcə inkar etdiyini, daha sonra isə İranı günahlandırdıqlarını bildirib:
Muxalifet4 - 17-03-2019
Hacı Məmmədovun adamı da azadlığa çıxdı - FOTO
Qobustan qapalı tipli həbsxanasında əfv sərəncamı tətbiq olunanlar arasında Kamil Sədrəddinov da var.
"Report" xəbər verir ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 ilhəbs cəzası ilə əvəzlənib.
K.Sədrəddinov cəzaçəkmə müəssisəsinə köçürüləcək.
Muxalifet4 - 17-03-2019
Qobustan həbsxanasının QAPILARI AÇILDI - Əfv olunanlar azadlıqda!
Muxalifet4 - 17-03-2019
"İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm" - EMİN MİLLİ
Siyasi mühacir, meydan.tv layihəsinin əsas siması olan Emin Milli facebookda bir yazı paylaşıb. Muxalifet.az həmin yazını təqdim edir:
"İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir.
Muxalifet4 - 17-03-2019
Venesuela əhalisinin 90 faizi Maduronun getməsini istəyir - SORĞU
Venesuelanın “Meganálisis” şirkəti əhali arasında sorğu keçirib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sorğunun nəticələrinə əsasən, əhalinin 88,9 faizi Nikolas Maduronu prezident postunda görmək istəmədiyini bəyan edib.
Respondentlərin yalnız 8,8 faizi Maduronun vəzifədə qalmasını məqsədəuyğun saydığını bildirib.
Eyni zamanda məlum olub ki, venesuelalıların 87,5 faizi müxalifət lideri Xuan Quaydonun xarici humanitar yardımı ölkəyə buraxmaq niyyətini dəstəkləyir. Bunun əleyhinə isə əhalinin 9 faizi çıxış edir.
Muxalifet4 - 17-03-2019
Əfv sərəncamının icrası başa çatdı
Dünən Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən 431 nəfər bu gün azadlığa buraxılıb.
Onlardan 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.
Muxalifet4 - 17-03-2019
“Tesla”nın yeni modeli təqdim edildi – Foto, Video
“Tesla” şirkəti Los-Ancelesdə elektrik avtomobilin yenilənmiş modelini təqdim edib.
Bu barədə “The Verge” bildirib. Qeyd edilir ki, “Model Y” İlon Mask şirkətinin beşinci istehsalı və kütləvi bazarı fəth etməyə yönələn ikinci cəhdidir.
Elektrik mühərrikli avtomobilin əsas xüsusiyyətləri – uzaq məsafəyə gediş ehtiyatı, gözəl dinamikası və geniş modifikasiya seçimidir. Avtomobilin yığcam keçidi “Model 3” Sedanın daha əvvəl təqdim edilmiş platforması əsasında qurulub.Muxalifet4 - 17-03-2019
Fuad Qəhrəmanlı və Murad Ədilov azadlıqda!
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və partiyanın üzvü Murad Ədilov azadlığa buraxılıb.
Qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Muxalifet4 - 17-03-2019
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - VİDEO
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
"Report" məlumatına görə, hadisə Qaradağ rayonunda, kənar dairəvi yolda qeydə alınıb.
Belə ki, Bakıdan Astaraya qeyri-müntəzəm marşrut xətti üzrə hərəkət edən “Temsa” markalı sərnişin avtobusu təkərində baş verən nasazlığa görə yoldakı dəmir arakəsmələrə çırpılıb. Nəticədə Lökbatan dairəsi istiqamətində böyük tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 17-03-2019
Президент Грузии разбалансировала Закавказье
Саломе Зурабишвили поддержала Азербайджан в карабахском конфликте
Muxalifet4 - 17-03-2019
"Azərbaycandan getmək fikrim yoxdur" - SABİQ NAZİR
“Azərbaycandan kənara getmək fikrim yoxdur”.
Bunu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılan sabiq səhiyyə naziri Əli İnsanov deyib.
O, Azərbaycanda yaşayacağını qeyd edib: "Ailə üzvlərim ölkədədir, ona görə də harasa getmək fikrim yoxdur".Muxalifet4 - 17-03-2019
Şeyx bu şəxslərin azad edilməsi üçün müraciət edibmiş - SİYAHI
Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı ilə azadlığa qovuşanlar arasında dindarlar da var.
Muxalifet.az xəbər verir ki, bu gün "Nardaran hadisələri”nə görə və ondan sonra həbs edilən Zülfüqar Mikayılzadə, Elman Ağayev, Elxan Həsənov, Ruzi İsmayılov, Rasim Cәbrayılov, Elvin Bünyatov, Lәtif Әhmәdov, Qorxmaz Cәlalov, həmçinin Taleh Bağırovun lideri olduğu Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov, Әlimxan Hüseynov, "Azadxeber” saytının baş redaktoru Nicat Əliyev da azadlığa buraxılıb.Muxalifet4 - 17-03-2019
Azərbaycan ABŞ-dan TƏLƏB ETDİ – “Qarabağa yardım etmə...”
ABŞ Konqresi gələnilki büdcədən digər ölkələrə ayrılacaq maliyyə yardımı ilə bağlı müzakirələrə başlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki,erməni cəmiyyətini təmsil edən qurumlar Nümayəndələr Palatasının dövlət, xarici əməliyyatlar və əlaqəli proqramlar komitəsi qarşısında məsələ ilə bağlı çıxış edib.Muxalifet4 - 17-03-2019
Böyrək daşlarından xilas olmağın ÇOX ASAN YOLU...
“Normal cinsi aktivlik böyrək daşlarının düşməsində 80 faiz rol oynayır”.
Bunu türkiyəli uroloq Tevfik Sarıkaya deyib.
Türkiyə elm adamları tərəfindən aparılan bir araşdırmaya görə, həftədə 4-5 dəfə sekslə məşğul olmaq 5 mm qədər ölçüdə olan böyrək daşlarının düşməsinə yardım edir.Muxalifet4 - 17-03-2019
Tovuzda dəhşətli faciə: Oğlan "ZİL"in altında qaldı
Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib.
Muxalifet.az-ın məlumatına görə, 21 yaşlı kənd sakini Əli Abbasov atası ilə meşəyə gedərkən, "ZİL" markalı yük maşını qəfildən aşıb.
Nəticədə maşının yük yerində olan gənc oğlan maşının altında qalıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Yük maşınının sürücüsü və Əli Abbasovun atası, İltifat Abbasov isə ciddi xəsarət almayıb.
Qeyd edək ki, sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet3 - 17-03-2019
Prezident xəbərdarlıq etdi: Hamısı cəzalanacaq
Serbiya Prezidenti Aleksandr Vuçiç 16 martda Belqradda keçirilən etirazlar zamanı baş verən ixtişaşların iştirakçılarının məsuliyyətə cəlb ediləcəyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Vuçiç prezident sarayında xalqa müraciəti zamanı deyib.
“Zorakılığıa son! Zorakılıqda iştirak edən hər kəs qanuna uyğun şəkildə cəzalandırılacaq”, - Vuçiç bildirib.
Muxalifet3 - 17-03-2019
Azərbaycanlı çeçen döyüşçünü belə nokauta GÖNDƏRDİ - VİDEO
Sankt-Peterbuqda qarışıq döyüş növləri üzrə turnir keçirilib.
Muxalifet.az xəbər verir ki, azərbaycanlı idmançı Tural Rəhimov döyüşlərin birində məğlubedilməz Əhməd Şervaniyevlə qarşılaşıb.
Döyüş ilk raundda başa çatıb. T. Rəhimov rəqibini nokauta göndərərək qələbə qazanıb.
Qeyd edək ki, Ə. Şervaniyev Qroznı şəhərinin “Ahmat” klubunu təmsil edir.
T. Rəhimov 2012-ci ildə Azərbaycandan Sankt-Peterburqa köçüb. O, Ə. Şervaniyevlə döyüşə Bakıda hazırlaşıb.
Muxalifet3 - 17-03-2019