Axtarış
The search found 105779 results in 0.04 seconds.
Search results
Bir həftə evə gəlməyən ərinin başına bu oyunu açdı - FOTOLAR
Türkiyənin Bolu bölgəsində həyat yoldaşının 1 həftədir evə gəlməməsindən əsəbləşən qadın, ərinə məxsus pal-paltarını evinin qarşısındakı avtomobilinin üzərinə atıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, hirsli qadın, avtomobilin şüşəsinə ərinin köynəyini sərib və bu sözləri yazıb: "Evə gəlməyivə ehtiyac yoxdur, əşyalarını gətirdik, tərbiyəsiz".Muxalifet4 - 16-03-2019
Sankt-Peterburq Dövlət Universitetinin AZƏRBAYCANLI MÜƏLLİMİ
El arasında belə bir məsəl var- "Aslanın erkəyi, dişisi olmaz." Bir də deyirlər ki, filankəs kişi kimi qadındır. Haqqında söhbət açdığım Heyransa xanım da qadın zərifliyi ilə yanaşı, kişilərə xas olan bəzi müsbət keyfiyyətləri özündə ehtiva edə bilib. Qeyrətli, təəssübkeş, vətənpərvər, dəyanətli xanımdır. Fars, ərəb, ingilis, tacik dillərində sərbəst danışa bilir…Muxalifet4 - 16-03-2019
Daha bir məscidə hücum - ŞOK ANLAR/VİDEO
İngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.
İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar.
Polis hücuma məruz qalanlar arasında 27 yaşlı bir kişinin yaralandığını bildirib.
Polis hadisədən dərhal sonra axtarışa başlayıb.Muxalifet - 16-03-2019
"Putin Azərbaycan hökumətinə tapşırıq verdi ki, rus dilini beyinlərə və qəlblərə yeridin" - ADP SƏDRİ
Qazaxıstan prezidenti Nursultan Nazarbayev son zamanlar rus dili, daha doğrusu, ölkədə rus dilinin təsir dairəsinin minimuma endirilməsi ilə bağlı ciddi islahatlara imza atıb və bu istiqamətdə siyasətini davam etdirməkdədir. Çünki bu gün qazaxların əksəriyyəti, o cümlədən mühüm dövlət postlarında təmsil olunan şəxslər ana dilini lazımi səviyyədə bilmirlər. Elə bu səbəbdən də, ötən ilin mart ayından etibarən Qazaxıstanda Nazirlər Kabinetinin iclaslarında rus dilində danışmaq qağadan edilib.
Muxalifet4 - 16-03-2019
ABŞ-dan ŞOK PLAN: Türkiyəyə hücum üçün ordu qurulur: 2023-cü ildə..
ABŞ İŞİD təhdidi bəhanəsiylə yerləşdiyi Suriyada “çəkilmə səhnəsi” təşkil edərək PKK/PYD-YPG terror təşkilatına yüz milyonlarla dollar yardım etməkdə davam edir.
Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2020-ci il büdcəsində əsas hissəsi PKK/PYD-YPG-dən ibarət olan “Suriya Demokratik Gücləri”nə (SDG) 300 milyon dollarlıq büdcə ayırıb.
Muxalifet4 - 16-03-2019
Londonda da müsəlmanlara HÜCUM EDİLDİ - VİDEO
İngiltərənin paytaxtı London şəhərindəki Kannon küçəsindəki Aşadibi məscidində cümə namazına gələnlərə 20 yaş civarında olan şəxslərdən ibarət qrup çəkic və dəyənəklərlə hücum edib.
Yerli vaxtla saat 13 radələrində islama qarşı şüarlar səsləndirən və təhqirlər yağdıran qrup hücumdan sonra avtomobilə minərək qaçıb. Polis çağıran adamlar isə qrupun qaçmasının qarşısını almaq istəsələr də, buna nail olmayıblar.
Muxalifet4 - 16-03-2019
Avstraliyalı senator terrorçuya dəstək verdi - “Qətliamda səbəbkar müsəlmanlardır”
Yeni Zelandiyada iki məsciddə 50 nəfərin qətlə yetirilməsinə avstraliyalı senator Freyzer Anninq tərəfindən dəstək verilib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, terror aktına müsəlman əhalinin sayının artmasının səbəb olduğunu bildirib:
Muxalifet4 - 16-03-2019
Altı saatdan az, on saatdan çox yatanlara XƏBƏRDARLIQ
Hər il gecə-gündüzün bərabərləşdiyi 21 martdan öncəki cümə günü Ümumdünya Yuxu Günü kimi qeyd olunur.
Bu günlərdə normal yuxunun sağlamlıq üçün mühüm əhəmiyyət kəsb etdiyi bir daha vurğulanır. Mütəxəssislər hesab edir ki, normal yuxu bir çox xəstəliklərin qarşısını alır, eləcə də daha yuxarı yaşlarda qarşıya çıxacaq riskləri önləyir. Normal yuxudan sonra insan daha aktiv, dinc, diqqətli olur. Stress faktorlarının yox edilməsi, immun sisteminin güclənməsi, enerji mübadiləsinin nizamlanması da qaydasında olan yuxu ilə çox bağlıdır.Muxalifet - 16-03-2019
Yeni Zelandiyanın keçmiş baş naziri: “Bu cür hadisələr demokratiyamıza kölgə sala bilməz”
Yeni Zelandiyanın keçmiş baş naziri Cennifer Meri Şipli Bakıda keçirilən VII Qlobal Forumun iştirakçılarından biridir. O, virtualaz.org-a dünən vətənində baş vermiş terror aktlarını şərh edib. Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə - “Əl-Nur” və “Linvud Məscid”ə hücunlar nəticəsində 49 nəfər həlak olub.
Muxalifet - 16-03-2019
Darvin Təkamül nəzəriyyəsini müsəlman alimdən oğurlayıb? - BU HAQDA 1000 İL ƏVVƏL...
Təkamül nəzəriyyəsinin atası Charles Darwin (Çarlz Darvin) hesab olunur. Bəs əl-Cahiz adlı iraqlı alim haqqında heç eşitmisinizmi? Onun təkamül nəzəriyyəsi tarixi müsəlman dünyasının qədim dövrünə dayanır.
Britaniyalı alim Charles Darwin-in təkamül nəzəriyyəsi müasir elmin məhək daşlarından biridir.
Növlərin təbii seçmə adlanan mexanizm vasitəsilə illər ərzində dəyişməsi fikri dünyada bir inqilaba səbəb olmuşdu.
Muxalifet4 - 16-03-2019
Arif İbrahimov Ermənistana keçib - MÜDAFİƏ NAZİRLİYİNDƏN ŞOK İDDİA
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədini keçmiş Azərbaycan vətəndaşının saxlanılması barədə məlumat yayıb.
Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, hadisə gecə saat 01:30-da baş verib.
Erməni hərbçiləri Azərbaycan tərəfdən yaxınlaşan adama atəş açıblar. Məlumata əsasən, o, ayağından yaralanıb və hospitala yerləşdirilib.
Muxalifet4 - 16-03-2019
74 nəfər and içib Azərbaycan vətəndaşı oldu - FOTOLAR
13 mart 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin 74 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.Muxalifet4 - 16-03-2019
SON DƏQİQƏ: alimin proqnozu reallaşdı - Güclü zəlzələ BAŞ VERDİ
Zəlzələ ilə bağlı verdiyi proqnozlarla bütün dünyada diqqəti üzərinə çəkən hollandiyalı mütəxəssis Frenk Huqerbits daha bir ehtimalı doğru çıxıb.
Belə ki, Türkiyə yaxınlığında güclü zəlzələ baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ağ dənizdə Yunanıstanın Girit adasında 4,1 bal gücündə zəlzələ baş verib.
Xatırladaq ki, Frenk Huqerbits bir neçə gün öncə 13-17 mart tarixləri arasında Türkiyə yaxınlarında 6-7 bal gücündə zəlzələ olacağını bildirmişdi.Muxalifet4 - 16-03-2019
Ruhi xəstə olan Qazax sakini Ermənistan tərəfə keçdi - RƏSMİ
Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.Muxalifet - 16-03-2019
Qadına qarşı zorakılıq edən şəxs hakim qarşısında - Narkotik ittihamı da var
Həmyerlisinə qarşı zorakılıq hərəkətləri etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı seksual xarakterli zorakı hərəkətlər etməkdə və narkotik istifadəsində ittiham edilən 1972-ci il təvəllüdlü Təvəkkül Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası qapalı keçirilib.Muxalifet - 16-03-2019
Universitetdən Afaq Aslanın geyimi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB/VİDEO
Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan konsertdə çıxışı müzakirələrə səbəb olub. İfaçının Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. Muxalifet.az bildirir ki, qafqazinfo mövzu ilə bağlı ADNSU ilə əlaqə saxlayıb. Universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edilib: "Hər il universitetdə bayram şənlikləri təşkil olunur.
Muxalifet - 16-03-2019
Yüzlərlə qadınla xəyanət edən ərini sona qədər müdafiə edən qadın – Nina Beriya
O, Kreml xanımları arasında gözəlliyi, cazibədarlığı, intellekti və ən başlıcası, həyat yoldaşına sonsuz sədaqəti ilə fərqlənib. Nina Beriya (Qeqeçkori) digər Kreml məmurlarının, Molotovun, Kalininin, Budyonunun, Poskrebışevn həyat yoldaşları kimi Stalinin qəzəbəinə tuş gələrək sürgünə göndərilməyib. Ətrafdakı insanlar onun əsl kübarlara xas geyiminə, nitqinə, davranışına həsəd aparıb. Çoxları isə bu gözəl xanımın cəllad xislətli Lavrenti Beriyanın həyat yoldaşı olduğuna təəssüflənib.
Muxalifet - 16-03-2019
Azərbaycan gimnastı gümüş medal qazandı
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst halqalarla hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.
Azərbaycan idmançısı Nikita Simonov uğurla çıxış edərək 14.800 bal toplayıb. Bu nəticə ilə təmsilçimiz gümüş medal qazanıb.
Böyük Britaniya gimnastı Kortni Tallok 14.933 balla birinci olub. Bürünc medala isə Ukrayna təmsilçisi İqor Radivilov (14.666) yiyələnib.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.Muxalifet - 16-03-2019
Rövnəq Abdullayev keçmiş dostunu MƏHKƏMƏYƏ VERDİ
Azərbaycan Dövlət Neft Şirkəti keçmiş tərəfdaşını məhkəməyə verib.
Uzun müddət bir yerdə meqalayihələr həyata keçirən şirkətlər sonra anlaşa bilməyiblər.
SOCAR iddia qaldırıraraq "BAGHLAN GROUP" FZCO-nun öhdəlikləri yerinə yetirmədiyini bildirib. Məhkəməyə daxil olan ərizədə cavabdeh daha da dəqiqləşdirilərək "Hafka” ləqəbli iş adamı Hafiz Məmmədova məxsus holdinqin Azad zona şirkətinin Azərbaycandakı filialı tanınıb.Muxalifet - 16-03-2019
Mərkəzi Bankdan 8 ton qızıl Uqandaya qaçırılıb, 600 kiloqramı "yoxa çıxıb"... - MADURONUN ƏMƏLLƏRİ
Venesuela hakimiyyəti Bolivar Respublikasinin Mərkəzi Bankından Uqandaya 8 ton qızıl qaçırıb.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bunu dünənki çıxışında müxalifətin nəzarəti altında olan Milli Assambleyanın (ölkə parlamenti) deputatı Anhel Alvarado deyib.
Muxalifet - 16-03-2019