Axtarış
The search found 105779 results in 0.022 seconds.
Search results
Britaniyanı Breksitə görə cəzalandırmaq istəmirik – Fransa
Heç kim Britaniyanı Breksitə görə cəzalandırmaq fikrində deyil.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Avropa İşləri üzrə naziri Natali Luazo deyib.
“Artıq iki ildir ki, Britaniyanın çıxışını reallaşdırmaq üçün daha çox enerji və zaman sərf edirik” – o bildirib.
Muxalifet3 - 16-03-2019
Agentlikdən Nəsiminin qəzəlinin təhrif olunmasına - Reaksiya
Son günlər müxtəlif kütləvi informasiya vasitələrində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin ilk misrasının təhrif olunaraq “AZ-QRANATA” MMC-nin istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması barədə informasiyalar yayılıb.
Muxalifet.az bununla bağlı Əqli Mülkiyyət Agentliyinin şərhini təqdim edir.Muxalifet3 - 16-03-2019
Nazirlik: Ödənişli əsas məzuniyyət belə olmalıdır
İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır və ona ödənişli əsas məzuniyyət 21 təqvim günündən az ola bilməz.
Muxalifet3 - 16-03-2019
Göyçayda maşın 7 yaşlı uşağı vurdu
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində olub.
VAZ 2107 markalı minik avtomobili Ucar şəhər sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlunu vurub. Məktəbli ağır bədən xəsarətləri alıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Muxalifet3 - 16-03-2019
Musiqi Mədəniyyəti Muzeyinə Türkiyədən hədiyyə
Martın 15-də Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş Türkiyənin musiqi alətlərinin təqdimat mərasimi keçirilib.
Muxalifet.az xəbər verir ki, mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, hazırda muzeydə 60 min eksponat qorunur. Türkiyə ilə yanaşı bir neçə ölkədən də muzeyə hədiyyə olunmuş eksponatlar yer alır.Muxalifet3 - 16-03-2019
Riki Martin Yeni Zelandiyadakı terrordan yazdı: Müsəlman...
Dünyaca məşhur müğənni Riki Martin Yeni Zelandiyada müsəlmanlara qarşı baş vermiş terror aktını törədən şəxsin dünya mətbuatında terrorçu adlandırılmamısına etiraz edib. Muxalifet.az xəbər verir ki, müğənni bu barədə İnstaqram hesabında yazıb. "40-dan çox müsəlmanı öldürən və 20 nəfəri ağır yaralayan adam. Bütün beynəlxalq mətbuat onu “atıcı” və “ekstremist” adlandırır, amma "terrorçu" demirlər. Niyə? Çünki o, müsəlman deyil",- müğənni bildirib.
Muxalifet3 - 16-03-2019
Prezident xalq artistinə ev verdi
Prezident İlham Əliyev xalq artisti Əjdər Həmidova 3 otaqlı mənzil hədiyyə edib.
Muxalifet.az xəbər verir ki, xalq artisti Əjdər Həmidov məlumat verib.
O bildirib ki, Prezident İlham Əliyev bayramqabağı imzaladığı bütün fərman və sərəncamlarla sənət adamlarını sevindirib.Muxalifet3 - 16-03-2019
Gərginlik: Hindistan tank raketini sınaqdan keçirdi
Hindistan öz imkanları ilə inkişaf etdirdiyi tank əleyhinə daşınabilən MPATGM raketini uğurla sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik sınağın cümə axşamı günü baş tutduğunu bildirib.
Raketin kütləvi istehsalının 2021-ci ildə başlayacağı bildirilib.Muxalifet3 - 16-03-2019
Prezidentin azadlığa buraxdığı xarici ölkə vətəndaşları - Siyahı
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında bir sıra xarici ölkə vətəndaşlarının da adı var.
Muxalifet3 - 16-03-2019
Nazirdən tapşırıq: Ümumqoşun Orduda, hərbi hissədə... - Foto
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, iməcilik zamanı hərbi şəhərciklərdə, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, eləcə də yaşıllıq zolaqları salınıb.
Muxalifet3 - 16-03-2019
Deputat: Əfv sərəncamları dövlətçiliyimizin gözəl atributuna çevrilib
Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ölkə rəhbərinin humanizminin, humanizm siyasətinin növbəti göstəricisidir.
Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, 400-dən çox məhkumun əfv edilməsi və onlarla bağlı olan yüzlərlə ailənin, minlərlə insanın Novruz bayramı günlərində sevindirilməsi bir daha ölkə başçısının hər bir azərbaycanlının probleminə necə diqqətlə yanaşdığını göstərir:Muxalifet3 - 16-03-2019
SON DƏQİQƏ: Ölkədə sərnişin qatarı relsdən çıxdı
Gürcüstanda sərnişin qatarı relsdən çıxıb.
Sputnik Georgia agentliyinin məlumatına görə, hadisə Kutaisi dəmir yolu vağzalından 150 kilometr aralıda baş verib.
Qəza baş verən ərazidə polis əməkdaşları işləyir. Sərnişinlər təxliyə olunub.
Qatar Kutaisidən Batumiyə gedirdi. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Muxalifet3 - 16-03-2019
Tanınmış rusiyalı müğənni öldü
Tanınmış rusiyalı müğənni Yuliya Naçalova vəfat edib.
Bu barədə tass məlumat yayıb.
Bildirilir ki, 38 yaşlı müğənni ayağından əməliyyat olunub. Bir müddət sonra onun ölüm xəbəri yayılıb.
Muxalifet3 - 16-03-2019
Sərəncama sevindik: indi keçək ciddi məsələyə... - Hacıyev
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ictimaiyyətə böyük sevinc bəxş edib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısının qərarına siyasi fəal Bəxtiyar Hacıyev də biganə qalmayıb. O, sosial şəbəkə hesabından Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bağlı bunları qeyd edib:Muxalifet3 - 16-03-2019
“Real” Madriddə qələbə qazandı
İspaniya çempionatında 28-ci turun növbəti oyunu keçirilib.
Muxalifet.az xəbər verir ki, Madridin “Real” klubu öz meydanında “Selta” ilə üz-üzə gəlib.
Qarşılaşma “Kral klubu”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları İsko (62) və Beyl (77) vurublar.
Bu, “Real”ın Zinəddin Zidanın qayıdışından sonra ilk qələbəsidir.
Muxalifet3 - 16-03-2019
SON DƏQİQƏ: Türkiyədən acı xəbər gəldi
Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi antiterrror əməliyyatları zamanı şiddətli
Muxalifet3 - 16-03-2019
Ərdoğandan Kamala: Səviyyəsiz adam...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziosmanpaşada keçirilən seçki mitinqində CHP lideri Kamal Kılıcdaroğlunu təhqir edib.
Muxalifet.az xəbər verir ki, Türkiyə lideri Kılıçdaroğlunu Yeni Zelandiyada baş verən terror aktı ilə bağlı səsləndirdiyi fikirinə görə təhqir edib:
“Türkiyənin yüksəlişi səlib artıqlarının xoşuna gəlmir. Nə qədər narahat olurlar olsunlar, biz əsla geri addım atmayacağıq.
Siz istəməsiniz də, biz Qüdsün, Qəzzanın haqqını müdafiə edəcəyik. Yəmənli uşaqların, suriyalı möhtacların, afrikalı acların səsi olacağıq.Muxalifet3 - 16-03-2019
Buna bilərəkdən siyasi don geyindirməyə çalışırlar - Deputat
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Bu Sərəncam 431 nəfər məhkuma şamil olundu. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş beş nəfərin cəzası yüngülləşdirildi. Bir sıra xarici ölkə vətəndaşları məhkumluqdan azad olundu. Beləliklə, Novruz bayramı ərəfəsində imzalanmış növbəti əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Muxalifet3 - 16-03-2019
"Sarı jiletlilər" yenidən aktivləşdi: 94 nəfər saxlanıldı
Fransada “sarı jiletlilər” növbəti dəfə Prezident Emmanuel Makron hakimiyyətinə qarşı etiraz aksiyası keçirib.
Muxalifet.az xəbər verir ki, Fransa polisi daş və şüşə atan etirazçılara qarşı bibər qazından istifadə edib.
Aksiyanın 18-ci həftəsində Paris küçələrinə axışan etirazçılar şəhərin bəzi yerlərində yanğın törədib. Binalardan birinin zirzəmisində başlayan yanğına görə ikisi polis olmaqla, 11 nəfər yaralanıb.
Fransanın Daxili İşlər naziri Kristofer Kastaner Parisdəki etiraz aksiyasında 7-8 min nəfərin iştirak etdiyini, 94 nəfərin saxlanıldığını açıqlayıb.Muxalifet3 - 16-03-2019
"Dünən İnsanovla görüşmüşdüm, xəbəri yox idi" – VƏKİL
Dünən Əli İnsanovla görüşmüşdüm. O, əfv olunacağını bilmirdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri virtualaz.org-a sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Ağaveys Şahverdi deyib.
Onun sözlərinə görə, Əli İnsanov artıq tezliklə azadlığa çıxacağını bilir.
“Əfv fərmanı dərc edildikdən sonra mən islah müəssisəsinə getdim. Mənə bildirdilər ki, İnsanovun Prezidentin fərmanından xəbəri var”, - vəkil qeyd edib.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxanlar arasında Əli İnsanov da var.
Muxalifet3 - 16-03-2019