Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. ​Azərbaycanda seçicilərin sayı açıqlandı

    Bu günə olan məlumata görə, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.
    Muxalifet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
    O bildirib ki, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir.
    MSK sədri qeyd edib ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.
    Qeyd edək ki, seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib.

    Muxalifet - 15-03-2019

  2. İş adamını və qadını öldürənlərin məhkəməsi başa çatdı - AĞIR CƏZA VERİLDİ

    Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Onlar Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovdur.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, adıçəkilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.
    Məhkəmədə hökm oxunub. Hökmə əsasən Qalib Kərimov və Vüsal Rüstəmov 20 il, Firudin Axverdiyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 15-03-2019

  3. ABŞ Dövlət Departementi ölkə üçün ən təhlükəli 50 dövlətin adlarını açıqlayıb

    “Dünyanın ən az 50 ölkəsi ABŞ-a zərər yetirmək potensialına malikdir və bu administrasiyanı olduqca narahat edir”.
    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin Siyasi planlaşdırma idarəsinin rəhbəri Kiron Skinner Starteji və beynəlxalq araşdırmalar mərkəzində söylədiyi nitqində çıxış edib.
    Xanım Skinnerin çıxışı mərkəzin saytında dərc olunub.

    Muxalifet - 15-03-2019

  4. ​Rusiyadan İŞİD açıqlaması: “XİLAFƏT ELAN EDİBLƏR”

    Rusiyanın Federal Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının Əfqanıstanın şimalını xilafətin yeni mərkəzi elan elədiyini bildirib.
    ABŞ prezidenti Donald Trampın ABŞ-ın lideri olduğu koalisiyanın Suriyada İŞİD-in əlindəki bütün əraziləri geri aldığı barəsindəki açıqlamasından sonra RF FTX sədrinin müavini Sergey Smirnov, İŞİD-in Əfqanıstanın şimalında yeni terror ocağı yaratdığını bildirib.

    Muxalifet - 15-03-2019

  5. ​Müsəlman qatilinin şok manifesti: Ərdoğanı və Merkeli öldür

    Yeni Zellandiyada iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın hücumdan öncə yayılan 37 səhifəlik manifesti ilə bağlı yeni detallar ortaya çıxıb. Muxalifet.az xəbər verir ki, manifestdə əsas məqam onun tərəfdarlarına Almaniya kansleri Angela Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Londonun meri Sadiq Xanı öldürməyi əmr etməsidir. Terrorçu yazısında Merkel qədər Avropaya zərər verən bir insanın olmadığını bəyan edir. Onu Avropa irqinin düşməni adlandırır. Daha sonra Tarrant Ərdoğanı xristianların ən qədim düşməni adlandırır.

    Muxalifet3 - 15-03-2019

  6. ​Paşinyan danışıqların əksinə gedir: MÜHARİBƏ QAÇINILMAZDIR

    Qlobal miqyasda geosiyasi vəziyyətin yenidən mürəkkəbləşməsi regional münaqişələrin həlli məsələsini daha da aktuallaşdırır. Ukrayna, Gürcüstan və Azərbaycan üçün bunun əhəmiyyəti danılmazdır. Bu üç keçmiş sovet respublikası ərazi bütövlüklərini bərpa etmək uğrunda gərgin mübarizə aparırlar. Azərbaycan daha mürəkkəb şəraitdə inamla mübarizəsinə davam edir. Çünki Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bir sıra beynəlxalq təşkilatlar və böyük dövlətlər daha açıq və konkret danışırlarsa, Ermənistanın təcavüzkarlığını elə də qabartmırlar.

    Muxalifet3 - 15-03-2019

  7. Gürcüstanda azərbaycanlıya həbs cəzası - 15 il

    Ötən ilin mayında Türkiyədən Gürcüstana narkotik vasitələri qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib.
    Muxalifet.az xəbər verir ki, Axalkalaki Rayon Məhkəməsi Ş.H. adlı Azərbaycan vətəndaşını ittiham üzrə günahkar olduğunu sübut edib.
    Məhkəmənin qərarı ilə 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum olunub. Həmin şəxsin narkotik vasitələri Gürcüstana keçirdiyi avtomobili dövlət hesabına müsadirə olunub.

    Muxalifet3 - 15-03-2019

  8. Türkiyədən Yeni Zellandiya ilə bağlı QƏRAR

    Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay və xarici işlər naziri Mövlud Çavuşoğlu müsəlman qətliamının baş verdiyi Yeni Zellandiyaya səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, baş tutacaq səfərlə bağlı detallı məlumat verilməyib.
     

    Muxalifet3 - 15-03-2019

  9. Aqolli əsl "Qarabağ"lıdır - Qurban Qurbanov

    Bu gün vacib üç xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

    Muxalifet3 - 15-03-2019

  10. Koçaryan həbsdə qaldı

    Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması ilə bağlı qərar verib. 
    Bununla bağlı “Sputnik Ermənistan” sabiq prezidentin vəkili Aram Orbelyana istinadən məlumat yayıb. 
    Vəkilin sözlərinə görə, Koçaryan məhkəmənin həbs müddətini uzatma ilə bağlı qərarından şikayət edəcək. 
    Xatırladaq ki, R. Koçaryana 2008-ci ildə Ermənistanda kütləvi iğtişaşlar işi üzrə ittiham irəli sürülüb.
     

    Muxalifet3 - 15-03-2019

  11. Ankaradan əmr gəldi: Azərbaycanlı kapitanın sözləri...

    “Akça Şippinq” şirkətinin borcu səbəbindən iyun ayından bəri İstanbulda saxlanılan “Strimlayn” gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov boğazı bağlayacağı yönündə təhdidindən sonra ifadəyə çağırılıb.
    Muxalifet.az xəbər verir ki, Bağırov ifadə vermək üçün İstanbul Liman İdarəsinə gedəcəyini sputnik -ə açıqlayıb.
    “Ankaradan yazı gəlib. Hərəkətlərimin terror xarakterli olub-olmaması ilə bağlı ifadə verəcəyəm”.

    Muxalifet3 - 15-03-2019

  12. İrəvanın ABŞ hesabatı ilə bağlı ikiüzlülüyü...

    ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı yeni hesabatında bildirilir ki, “separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisinin böyük bir hissəsinə nəzarət etməkdə davam ediblər”.

    Muxalifet3 - 15-03-2019

  13. Türk nazir Yeni Zelandiya terrorundan danışdı

    Bu qətliam islamafobik faşist terrorunu bir daha dünyanın gözləri önündə nümayiş etdirdi.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Yeni Zelandiyada baş verən qətliamla bağlı çıxışında deyib.
    “Bu qətliam kimlər tərəfindən həyata keçirildi? Qatillər, əxlaqsızlar törətdi. Təəssüf ki, bu olay dünyada İslam müxalifliyini və müsəlmana qarşı düşmən münasibəti bir daha göstərdi”, - deyə nazir bildirib.

    Muxalifet3 - 15-03-2019

  14. FHN Akademiyasında “Nəsimi 650” müsabiqəsi

    Martın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Nəsimi 650” bədii qiraət müsabiqəsi keçirilib.
    FHN-dən  bildiriblər ki, tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev tədbirin əhəmiyyətindən ətraflı bəhs edib. Vurğulayıb ki, şəxsi heyət və kursantların asudə vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafı məqsədilə “Nəsimi 650” bədii qiraət müsabiqəsinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.

    Muxalifet3 - 15-03-2019

  15. Sergey Lavrov Türkiyəyə gedir

    Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov martın 18-də Türkiyəyə səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, rusiyalı nazir səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
    Görüş Antalyada Türkiyə-Rusiya Strateji Planlaşdırma Qrupunun birgə müşavirəsi çərçivəsində keçiriləcək.
     

    Muxalifet3 - 15-03-2019

  16. Büdcəmizdə 578 milyon manatlıq qalıq yaranıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 532,9 milyon manat, xərcləri isə 2 954,8 milyon manat təşkil edib.
    Muxalifet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,4% və 19,6% çoxdur.
    Son nəticədə büdcədə 578,1 milyon manatlıq qalıq yaranıb.
     

    Muxalifet3 - 15-03-2019

  17. Daha bir ölkədə məscidə hücum

    Yeni Zelandiyadan sonra Finlandiyada məscidə hücum aktı qeydə alınıb.
    Muxalifet.az xəbər verir ki, paytaxt Helsinkidə yerləşən məscidlərdən birinə iki ardıcıl hücum qeydə alınıb.
    Hücumlar zamanı məsciddə maddi zərər dəyib.
    Həmçinin məscidin divarlarına İslam dininin ünvanına ağır təhqirlər yazılıb.
     

    Muxalifet3 - 15-03-2019

  18. Bakı Forumu çərçivəsində növbəti iclas - Foto

    Martın 15-də VII Qlobal Bakı Forumu çərçivəsində “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” mövzusunda panel iclas keçirilib.

    Muxalifet3 - 15-03-2019

  19. Şamaxıda evdən meyit tapıldı

    Şamaxı rayonu Məmmədhüseyn Şəhriyar küçəsi 27 ünvanında kişi meyiti aşkarlanıb. Muxalifet.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ölən şəxs 1961-ci il təvəllüdlü Şirvani Şirzad Mikayıl oğludur. Onun ölüm səbəbi məlum deyil. Bildirilib ki, həmin şəxs kimsəsiz olub, uzaq qohumları onu qonşulara tapşırıbmış. Bir neçə gün onun evdən çıxmadığını görən qonşular müvafiq qurumlara məlumat verib. Faktla bağlı araşdırmalara başlanılıb.

    Muxalifet3 - 15-03-2019

  20. “Qarabağ”dan qələbə, “Neftçi” xal itirdi - Üçüncü dövrə bitdi

    Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
    Muxalifet.az xəbər verir ki, bununla da çempionatda üçüncü dövrəyə yekun vurulub. 
    “Zirə” klubu doğma meydanda “Keşlə”ni qəbul edib və qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
    “Sabah” və “Sumqayıt” arasında baş tutan matç isə 1:1 hesabı ilə başa çatıb. 
    Son günlər dünya ulduzu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayan “Səbail” öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.

    Muxalifet3 - 15-03-2019

Pages