Axtarış

The search found 105779 results in 0.121 seconds.

Search results

  1. Polis “Lotu Quli”nin obyektində YOXLAMALARA BAŞLADI

    “Rosqvardiya” və polis əməkdaşları Moskvanın ən iri ərzaq bazarlarından olan “Fud Siti”də reyd keçirir. Muxalifet.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib. 
    Mənbənin sözlərinə görə, martın 12-də səhər saatlarında Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara “Rosqvardiya” əməkdaşları səfərbər olunublar: “İçəri heç kimi buraxmırlar. Polis əməkdaşları axtarışlar aparır, bazarda işləyənləri sorğu-sual edirlər”.

    Muxalifet - 12-03-2019

  2. ​Paşinyanla Putinin mətbuat katiblərinin görüşü olub

    Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuatı katibi Vladimir Karapetyan Moskvada işgüzar səfərdədir. “Sputnik Ermənistan” yazır ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.
    V.Karapetyan Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovla görüşüb. Onlar informasiya sahəsində təcrübə mübadiləsini, əlaqələrin gücləndirilməsi üçün məşvərət xarakterli belə görüşlərin davamlı keçirilməsini, habelə Ermənistanla Rusiya arasında məsələlərə dair tədbirlərin işıqlandırlımasını və əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

    Muxalifet - 12-03-2019

  3. Azərbaycanın qızılla dolu kəndi: oranı kim talayır?

    İranın Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin Kamblaş kəndinə gələn yerli olmayan iş adamları burada əraziləri baha qiymətə alırlar.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Kamblaş əhalisi kənddə qızıl mədənləri olduğunu, buna görə də digər bölgələrdən gələn zəngin iş adamlarının torpaqları baha qiymətə aldıqlarını bildiriblər.
    “İş adamları anbar tikmək adı ilə torpaqları baha qiymətə alır. Onlardan bəziləri kənd ətrafında yerləşən müəyyən ərazini ələ keçirmək üçün 10 milyard tüməndən çox pul təklif edib”, - sakinlər deyib.

    Muxalifet - 12-03-2019

  4. İsraildən yeni qalmaqal! Qapılar yenidən bağlandı

    İsrail polisi Qüdsdəki Məscid-i Aksa-nın imamlarına və səlahiyyətlilərinə hücum edib və Haram-i Şərif-in bəzi qapılarını bağlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 12-03-2019

  5. Nazir kök olduğu üçün sərəncama götürdüyü rəisə YENİ VƏZİFƏ VERDİ

    Daxili İşlər naziri Ramil Usubov sərəncama götürülən rəisə yeni vəzifə verib.
    General-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ruslan Hüseynov Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyin olunub.
    Təyinat xəbərini Nərimanov rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.

    Muxalifet - 12-03-2019

  6. Azərbaycanda icra başçısı 100 illik Xan çinarlarını kəsdirdi - VİDEO

    "Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub"
    Füzuli rayonu Horadiz qəsəbəsində 100-ə yaxın yaşı olan çinar ağacları kəsilib. Bu barədə rayon sakini Nəsimi Hüseynov məlumat verib.
    O, bununla bağlı prezidentə də müraciət etdiyini bildirib.  
    N. Hüseynov deyib ki, Horadiz şəhərinin mərkəzi küçəsi hesab olunan "20 Yanvar" küçəsində 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan çinarı kəsilib yox edilib.  

    Muxalifet - 12-03-2019

  7. Böyrəkləri məhv edən 7 səbəb - siqaret, az su içmək, dərmanlar...

    Dünyada böyrək xəstələrinin sayı getdikcə artır.

    Trend-in məlumatına görə, hazırda 850 milyon insan müxtəlif səbəblərdən böyrək xəstəliklərindən əziyyət çəkir. İldə ən azı 2,4 milyon nəfər isə bu xəstəlikdən dünyasını dəyişir.

    Həmçinin son dövrlərdə xroniki böyrək çatışmazlığına görə böyrək transplantasiyası əməliyyatlarının sayı artıb.

    Böyrək xəstəlikləri digər xəstəliklərin inkişafına da yol açır. Böyrəklərimizin sağlam qalması isə öz əlimizdədir.

    Aşağıdakı 7 hərəkət böyrəklərə ziyandır:

    Muxalifet - 12-03-2019

  8. ​DİN müğənninin ölümü ilə bağlı məlumat yaydı

    Daxili İşlər Nazirliyi ötən gecə Bakı-Quba yolunun 11-ci kilometrliyində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
    Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 11-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində Quba rayon sakini Ş.Paşayeva idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 12-03-2019

  9. ​“BDU-da ciddi islahatlar aparılmalıdır” - Ekspertdən yeni rektora tövsiyə

    Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev bu gün ali məktəbin kollektivinə təqdim olunub. Onu kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.
    Təhsil eksperti Etibar Əliyev yeni təyinatadək Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olan E.Babayevin BDU-ya rektor təyin olunmasına münasibət bildirib, ondan gözləntilərini açıqlayıb. 

    Muxalifet - 12-03-2019

  10. ​Azov dənizində gərginlik - Ukrayna hərbçiləri ruslara atəş açdı

    Ukrayna donanmasının Azov dənizində keçirdiyi hərbi təlimlərdə insident baş verib.
    Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, təlimlərə 3 rus gəmisi yaxınlaşıb və ukraynalı hərbçilər atəş açıblar.
    Ukrayna ordusu “Korvet” tipli zirehli hərbi gəmilərlə təlim keçirib. Təlimdə ssenariyə uyğun olaraq Kerç boğazına tərəf hərəkət edən gəmilərə 3 rus gəmisi yaxınlaşıb. Ukrayna hərbiçləri isə rus gəmilərinə əl qumbarası atıblar. Bundan sonra isə ukraynalı snayperlər uzaqlaşan rus gəmisinə atş açıblar.

    Muxalifet - 12-03-2019

  11. ​Rusiyanın ilk qurbanları bu ölkələr olacaq – Kəşfiyyatdan BÖYÜK MÜHARİBƏ XƏBƏRDARLIĞI

    2019-cu ildə Rusiya Avropa Parlamentinə seçkiləri qarışdırmağa çalışacaq və NATO ilə potensial silahlı konfliktə hazırlığı davam etdirəcək.
    Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Estoniyanın xarici kəşfiyyat xidmətinin 70 səhifəlik illik məruzəsində deyilir.
    Rusiyanın son hərbi təlimlərinin analizindən sonra məruzənin müəllifləri nəticəyə gəliblər ki, Rusiya silahlı qüvvələri NATO ilə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşır. Estoniya kəşfiyyatı həmçinin Rusiyanın qərb sərhədlərində hərbi fəallıq göstərir.

    Muxalifet - 12-03-2019

  12. OQTAY ƏSƏDOVA MOSKVADAN VURULAN “ZƏRBƏ” – Spiker niyə susur? - FOTO/VİDEO

    Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin tanınmış əksər media orqanları bu mövzunun üzərindən sükutla keçsə də, sosial şəbəkələrdə, “YouTube”da bu əməliyyatla bağlı yayılan videosüjetləri, xəbərləri 100 minlərlə şəxs izləyib. Məlumatın Azərbaycanda belə diqqəti cəlb etməsinin səbəbi isə, həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialardır.

    Muxalifet - 12-03-2019

  13. ​Keçmiş nazir müavini VƏFAT ETDİ

    Keçmiş nazir müavini Musa Salam oğlu Məmmədov 87 yaşında vəfat edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə modern.az saytı məlumat yayıb.
    Qeyd edək ki, Musa Məmmədov baş nazir və Kənd Təsərrüfatı nazirinin müşaviri vəzifələrində çalışıb.

    Muxalifet - 12-03-2019

  14. Venesuelada elektrik təxribatçıları tutuldu

    Venesuelanın dövlət başçısı Maduro, 'Simon Bolivar hidroelektrik Stansiyasına yönəlik yeni bir təxribat hazırlığı edən iki adamı yaxaladıq' deyib.
     
    Venesuelada keçən cümə axşamı günü axşam saatlarında başlayan və hələ də bir çox yerdə davam edən elektrik kəsilməsi ilə bağlı açıqlama verən Maduro,  iki elektrik təxribatçısının tutulduğunu bildirib.

    Muxalifet3 - 12-03-2019

  15. ​Paşinyandan ilk açıqlama gəldi - İclas niyə Qarabağda oldu?

    Azərbaycan ictimaiyyətinin sülhə hazırlanmasında erməni hakimiyyəti də iştirak etməlidir.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndidə keçirilən Ermənistan və qondarma “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasında çıxışı zamanı deyib.
    Paşinyan çıxışı zamanı iclasın Xankəndidə keçirilməsinin simvolik və xüsusi məna daşıdığını bildirib.
    “Bu Ermənistan və “dqr” münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması anlamına gəlir”, - Paşinyan bildirib.

    Muxalifet - 12-03-2019

  16. ​Dolların məzənnəsi sabit qaldı

    Martın 13-nə manatın məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 13.03.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2019-cu il martın 12-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 12-03-2019

  17. “Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

    Ölkənin ən gənc mobil operatoru olan “Nar”, “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görülüb. “Nar” təqdim etdiyi tariflər və sərfəli qiymətlər, baza stansiyalarının sayını sürətlə artırmaqla hazırda ölkədə ən geniş 3G və 4G şəbəkələrindən birinə malik olması, müştəriyönümlülüyü ilə seçilən fəaliyyəti, eyni zamanda mobil operatorun dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi nəticəsiində “İlin ən yaxşı mobil operatoru” adına layiq görülüb.

    Muxalifet4 - 12-03-2019

  18. Rusiyada zavodda güclü yanğın - VİDEO

    Rusiyanın Xabarovsk diyarında yerləşən “Rosneft”ə məxsus “Komsomolsk Neft Emalı Zavodu”nda güclü yanğın baş verib.
    Oxu.Az-a daxil olan məlumata görə, hadisə zamanı zavod personalı təxliyyə edilib, yanğın yerinə dərhal yanğınsöndürənlər cəlb edilib.
    Hadisənin dəqiq səbəbləri məlum deyil. Yanğının səbəblərinin araşdırılması ilə əlaqədar xüsusi qrup yaradılıb.
    Yanğın zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.
    Məlumata görə, zavod hazırda istehsalı davam etdirir.

    Muxalifet - 12-03-2019

  19. Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR: mart ayında...

    Novruz bayramına qədər mart ayı üzrə pensiyaların ödənişi tam həyata keçiriləcək.
    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
    Məlumatda bildirilir ki, minimum pensiya məbləğinin artırılaraq 160 manata çatdırılması ilə bağlı 233 min şəxs öz pensiyasını artımla alacaq.

    Muxalifet - 12-03-2019

  20. General özü və qohumları üçün şöbə yaradıbmış: "Dərman mafiyası"nın işində ilginc məqamlar

    Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər növbəti dəfə hakim önünə çıxarılıb.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), Cəmil Mehtiyev, Əlamət Quliyev, “Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib) və Fərman Məmmədlidir.

    Muxalifet - 12-03-2019

Pages