Axtarış
The search found 105779 results in 0.023 seconds.
Search results
"Bu bəyanat onu göstərir ki, hərb variantı üstünlük qazanmağa başlayıb”
ATƏT-in Minsk Qrupunun son bəyanatı bir neçə gündür ki, ölkə mətbuatında müzakirə olunur. Bəyanatın Azərbaycan üçün ciddi əhəmiyyəti vurğulanır.
Muxalifet4 - 12-03-2019
Rusiya Ukraynaya nota verdi
Rusiya Federasiyası Ukrayna tərəfinin “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” müqaviləni pozması ilə əlaqədar rəsmi Kiyevə etiraz notası göndərib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, Ukrayna müqavilənin 6-cı maddəsini - tərəflərin bir-birinə qarşı üçüncü ölkə ilə hansısa saziş imzalamamaq, öz ərazisindən qarşı tərəfin təhlükəsizliyinə zərbə vurulması üçün istifadə edilməsinə imkan verməmək barədə götürdüyü öhdəliyi pozub.Muxalifet3 - 12-03-2019
Yəhudi alimlərdən İNANILMAZ İCAD: İKİNCİ DƏRİ... - VİDEO
İsraildə polimer dəri icad edilib.
Ağır dərəcəli yanıqların müalicəsində daha tənziflərdən və plastrdan istifadə olunmayacaq. İsrail alimləri yanıqların müalicəsi üçün yeni dərman hazırlayıb. Müalicə prosesində həkimlər sarğı əvəzinə innovasiyalardan istifadə edəcək. Belə ki, yanmış dəri üzərinə “İkinci dəri” adlanan sprey çilənir. Bu sprey nazik təbəqə şəklində yaranı örtür və bir müddət sonra dəri bərpa olunur. Yeni üsul xəstəni sarğıların dəyişdirilməsi zamanı yaşanan dözülməz ağrılardan xilas edir./PublikMuxalifet - 12-03-2019
Nazirlikdən güclü külək xəbərdarlığı
Ölkə ərazisində martın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Muxalifet3 - 12-03-2019
Kamil Zeynallıya 10 sutka həbs cəzası verildi - YENİLƏNİB
İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.
Muxalifet.az REAL-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib. Onun həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.
***12:28
Polis idmançı Kamil Zeynallını saxlayıb.Muxalifet - 12-03-2019
Azərbaycan aviasiyası havaya qaldırıldı - Video
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərində iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.Muxalifet - 12-03-2019
Bu şəxslər üçün 44 mənzilli bina inşa edilir
Fevralın 5-də Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün 4 mərtəbəli yeni yaşayış binası inşa edilir.
Bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.Muxalifet - 12-03-2019
Marselo "Real"da qalır – Zidan müdaxilə etdi
Brazilyalı müdafiəçi Marselo “Real”da qalacaq.
Muxalifet.az “A Bola Brasil” saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu fransalı mütəxəssisin “Kral klubu”na qayıtmasından razı qalıb.
Məlumata görə, Zidanın “Real”ın prezidenti Florentino Peresdən əsas tələblərindən biri də Marselonu komandada saxlamaq olub. İddia edilir ki, bu həftə Zidan futbolçu ilə şəxsən görüşərək gələcək karyerasını müzakirə edəcək.Muxalifet - 12-03-2019
Füzulidə ağır qəza: ölən və yaralanan var
Füzulidə ölümlə nəticələn ağır qəza baş verib.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 11-də saat 8 radələrində Füzuli rayonunun Fin qəsəbəsi ərazisində Bərdə rayon sakini İ.Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda dönmə əməliyyatı edən qəsəbə sakini S.Vəliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə vurub.
Nəticədə S.Vəliyev xəstəxanaya aparılarkən yolda ölüb, “Ford Transit” markalı avtomobildəki 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.Muxalifet - 12-03-2019
Çində hərbi təyyarə qəzaya düşüb - Ölənlər var
Çin Xalq Azadlıq Ordusunun hərbi dəniz qüvvələrinə məxsus təyyarə Xaynan əyalətində qəzaya düşüb. Nəticədə pilotların hər ikisi həlak olub.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, insident hərbi təyyarə Ledun-Li muxtar bölgəsində təlim uçuşu həyata keçirərkən baş verib. Hazırda qəzanın səbəbləri araşdırılır.Muxalifet - 12-03-2019
Masallıda ŞOK OLAY: Arvadını əxlaqsızlıqda ittiham etdi, sonda...
Masallı rayonunda arvadına işgəncə verməkdə, onu intihar həddinə çatdırmaqda və xuliqanlıqda ittiham olunan 1971-ci il təvəllüdlü Səlim Babayevin (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Səlim Babayev Vəfa Səlimova ilə 1994-cü ildə ailə qurub. Onların birgə nikahından iki uşaq olub.
Səlim Vəfaya İkinci Yeddioymaq kəndində yaşadıqları evdə fiziki və psixi zor tətbiq edib .Muxalifet - 12-03-2019
İrandan gətirilən qaymağın içindən tiryək çıxdı - MƏHKƏMƏ ZALINDAN
Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Nuri Rauf Məlikşah və Arif İsgəndərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə şahid qismində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Novruz Mahmudov ifadə verib.
Şahid, təqsirləndirilən Arif İsgəndərovu tanıdığını deyib: "Əməkdaşlarımız onun üzərinə baxış keçirərkən dedi ki, qaymaqdır. Amma məlum oldu ki, qaymaq deyil tiryəkdir. Bu adam dedi ki, mal onun yox, İrandan birlikdə gəldiyi başqa şəxsindir”.Muxalifet - 12-03-2019
Əfsanəvi braziliyalı futbolçu öldü
“Santos” klubu və Braziliya yığmasının keçmiş hücumçusu - Koutinyo adı ilə tanınan Antonio Vilson Viyer Onorio 75 yaşında vəfat edib.
Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Ölümün səbəbi barədə açıqlama verilmir.
“Santos” klubunun Koutinyonun ölümü ilə bağlı üç günlük matəm elan edib.Muxalifet - 12-03-2019
TSQ-dən açıqlama: Darmadağın edildi
Türkiyənin Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İraqın şimalında, Zap bölgəsində hava əməliyyatları nəticəsində terror təşkilatının silah, sığınacaq və sursat anbarları məhv edilib.
Müxalifət.azMuxalifet3 - 12-03-2019
Azərbaycanlı idmançı Nurlanənin MÜƏMMALI ÖLÜMÜ: İntihar edib? - FOTO
Kapoeyra üzrə Azərbaycan milli komandasının üzvü, gənc idmançı Nurlanə Əhmədova bir neçə gün öncə faciəvi şəkildə vəfat edib. Mətbuatda yayılmış məlumata görə, idmançı məşq zamanı zalda yıxılıb və aldığı zədədən ölüb. Bəzi şəxslər isə idmançının intihar etdiyini iddia edirlər.
Muxalifet.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı kapoeyra üzrə milli komandanın baş məşqçisi Elgiz Əlizadə ilə əlaqə saxlayıb. O bildirib ki, bəzi mətbuat nümayəndələri məsələni dəqiqləşdirmədən səhv məlumat yayır.Muxalifet - 12-03-2019
Venesuelada təyyarə qəzaya uğradı: Ölənlər var
Venesuelada Cessna 206 tipli təyyarə qəzaya uğrayıb. Qəzada 4 əsgər və pilot ölüb.
Venesuelanın cənub-şərqində Bolivarın Gran Sabana şəhərində Cessna 206 tipli qəzaya uğrayıb. Təyyarədə beş nəfər həlak olub.
Qəzada təyyarədəki 4 əsgər və 1 pilot həyatını itirib, 1 adam yaralı olaraq xəstəxanaya qaldırılıb. Qəzanın səbəbi araşdırılır.
Müxalifət.azMuxalifet3 - 12-03-2019
Bakıda 28 yaşlı həkimi öldürən 18 yaşlı Talıblı niyə azadlıqda gəzir?!... - DƏRDLİ ANANIN FƏRYADI, MÜSTƏNTİQİN MÜƏMMALI HƏRƏKƏTLƏRİ
Bakının mərkəzində avtomobillə piyada keçidində vurularaq öldürülən 28 yaşlı həkim, ölümündən cəmi 2 ay əvvəl ailə qurmuş mərhum Lalə Sadayzadənin anası Gülsüm İsmayılova fəryad edir. Virtualaz.org-a müraciət edən gözüyaşlı ana deyir ki, övladının ölümünə bais olan 18 yaşlı sürücü hələ də həbs olunmayıb, azadlıqda gəzir. İstintaq isə bu işi düzgün araşdırmır, müəmmalı səbəblər göstərir.
Muxalifet - 12-03-2019
Hafiz Hacıyev canlı yayımda AYAQQABISINI ÇIXARDI: “On yerdən yamağı var, kostyumum da...”
Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda ayaqqabısını çıxardıb.
Partiya sədri maddi durumundan şikayətlənib:
"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".
H.Hacıyevin ayaqqabısını göstərəndən sonra bir neçə tamaşaçı ona ayaqqabı almaq təklifi edib. H.Hacıyev qarşılığında "Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər" - deyə bildirib. /"Yeni Sabah" /Muxalifet - 12-03-2019
"Ermənistan hər zaman təzyiq altında olmalıdır" - Ziyafət Əsgərov
“Biz separatçı rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışı sülh danışıqlarının düzgün məcrada aparılmasına maneə yaradır. Ermənistan danışıqlardan qaçmaq, pozmaq üçün hər zaman müxtəlif bəhanələrə əl atır: format dəyişdirilsin, separatçı rejim danışıqlarda iştirak etsin və s”.
Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.Muxalifet - 12-03-2019
Rusiyada qəzada ölən azərbaycanlıların sayı artdı
Rusiyanın Stavropol diyarında baş verən ağır yol qəzasında yaralanan azərbaycanlı sərnişinlərdən daha biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada keçinib.
Bu barədə “RİA Novosti” Stavropolun Səhiyyə Nazirliyi rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, zərərçəkənlərdən ikisi artıq xəstəxanadan buraxılıb, daha bir azərbaycanlı reanimasiyada ölümlə çarpışır.Muxalifet - 12-03-2019