Axtarış

The search found 105779 results in 0.069 seconds.

Search results

  1. Trampa daha bir gözdağı: Fransa ilə Almaniya ortaq Məclis qurur

    Fransanın Milli Məclisi Fransa ilə Almaniya arasındakı əməkdaşlığı gücləndirməyi hədəfləyən ortaq bir Məclisin yaradılmasını nəzərdə tutan müqaviləni təsdiq edib. Bir müddət əvvəl də iki ölkə arasında ABŞ-ın etirazlarına baxmayaraq ortaq bir ordu yaradılmasına yönəlik müqavilə imzalanmışdı.
     
    Müqavilə Almaniya Federal Məclisində də qəbul olunduqda qüvvəyə minəcək və qəbul edildiyi təqdirdə Məclisin ilk iclasının 25 martda Fransanın paytaxtı Parisdə keçirilməsi gözlənilir.

    Muxalifet3 - 12-03-2019

  2. Qarabağda dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI: Ermənistan üçün böyük faciə

    ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll formatının dəyişdirilməsi iddiası ilə bağlı bəyanat verib. Həmsədrlər bildiriblər ki, danışıqların formatı dəyişdirilə bilməz. Danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Həmsədrlər danışıqların təməli kimi “Helsinki Yekun Aktı”na istinad edirlər. “Helsinki Yekun Aktı”na görə isə öz müqəddəratını təyin etmək ərazi bütövlüyünə zidd ola bilməz.
    Publika.az-ın məsələ ilə bağlı suallarını politoloq Natiq Miri cavablandırıb.

    Muxalifet - 12-03-2019

  3. Duqinin Türkiyə-Rusiya, slavyan-türk birliyi ideyası - realdırmı...

    Politoloq: “Bu iki dünya siyasi anlamda birləşsə, vahid Avrasiya imperiyasına çevriləcək”

    Eskişehir Osman Qazi Universitetində “Rusiya-Türkiyə münasibətləri-dünəndən bu günə” adlı panel keçirilib. Paneldə rusiyalı politoloq, avrasiyaçılıq ideologiyasının yaradıcılarından olan Aleksandr Duqin universitetin müəllim və tələbələrinə, eləcə də Eskişəhər yönətiminə iki ölkənin münasibətləri ilə bağlı mühazirə oxuyub.

    Muxalifet - 12-03-2019

  4. ABŞ sorğu apardı: Ərdoğan lider çıxdı

    ABŞ-ın beyin mərkəzi olan “Vashington Institute” tərəfindən Küveyt xalqı üzərində aparılan rəy sorğusunda prezident Rəcəb Tayyib Ərdoğan ən sevilən dünya lideri seçilib.
     
     
    Küveyt qəzeti “Alqabas” tərəfindən verilən xəbər, "Küveytlilər Trampa qəzəblidir, Ərdoğanı sevir" başlığı ilə verilib.
    Küveytlilərin ABŞ prezidenti Donald Trampa olan dəstəklərinin 5 faiz olduğu ifadə edilən xəbərdə, Ərdoğanın isə Küveytlilərin 64 faizinin sevgisini qazandığı qeyd olunub.

    Muxalifet3 - 12-03-2019

  5. Müğənni Şəhla qəza törədərək ölüb - VİDEO

    Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
    Muxalifet.az ONA.az-a istinadən xəbər verir ki, Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı "Kia" markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerində keçinib.

    Muxalifet - 12-03-2019

  6. Pensiyaçılara ŞAD XƏBƏR: yeni konsepsiya hazırlanır - VİDEO

    Hazırda 5 minə yaxın insanın pensiya təyinatı avtomatik qaydada aparılır. Ölkədə 1 milyon 300 min insanın pensiya aldığını nəzərə alsaq bu rəqəmin yüksək olmadığını söyləyə bilərik. Avtomatlaşdırmanın əhatə dairəsini genişləndirmək üçün yeni pensiya konsepsiyası hazırlanır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yeni konsepisyanın detallarını "XəzərXəbər”lə bölüşüb

    Muxalifet - 12-03-2019

  7. ​Konor Makqreqor həbs olundu - Video

    İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor ABŞ-ın Florida ştatının Mayami-Biç kurort şəhərində yerli polis tərəfindən saxlanılıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, o, martın 11-də fanatının telefonunu qırdığına görə tutulub.
    Polisin məlumatına görə, bu, pərəstişkarın otel yaxınlığında idmançının şəklini çəkməsindən sonra baş verib. Makqreqor telefonu qırıb və özü ilə aparıb, buna görə də ona qarşı qarət və dələduzluq maddəsi üzrə ittiham irəli sürülüb.
    "Mmafighting.com" xəbər verir ki, zərərçəkən İngiltərədən olan Əhməd Abdirzakdır.

    Muxalifet - 12-03-2019

  8. ​Tanınmış jurnalist AzTV-nin mətbuat katibi oldu - Foto

    "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov tərəfindən qurumun Mətbuat xidmətinin rəhbəri vəzifəsi tanınmış jurnalist Mübariz Aslanova həvalə olunub.
    M.Aslanov dünəndən vəzifəsinin icrasına başlayıb.
    Qeyd edək ki, M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" informasiya agentliklərində fəaliyyət göstərib.

    Muxalifet - 12-03-2019

  9. ABŞ-dan “Venesuela” qərarı

    ABŞ-ın xarici işlər naziri Pompeo Venesueladakı bütün ABŞ diplomatlarını geri çəkmə qərarı aldıqlarını açıqlayıb.
     
    Twitter hesabı üzərindən açıqlama verən ABŞ-ın xarici işlər naziri Pompeo Venesuelada qalan Amerikalı diplomatları geri çəkdiklərini bildirərək bu vəziyyətin eyni zamanda Venesueladakı pisləşən vəziyyəti əks etdirdiyini da ifadə edib.
    Müxalifət.az

    Muxalifet3 - 12-03-2019

  10. Yüz minlərlə əlcəzairli Buteflikanın hakimiyyətdən əl çəkmək qərarını bayram edir

    Əlcəzairdə yüz minlərlə insan prezident Abdeləziz Buteflikanın beşinci müddətə namizədliyini irəli sürməmək qərarını bayram etmək üçün küçələrə çıxıb. Dünəndən etibarən ölkənin paytaxtında və digər iri şəhərlərində insanlar sevinc içərisindədir. Onlar Buteflikanın 20 illik hakimiyyətinin nəhayət sona çatmasını bayram edirlər.

    Muxalifet - 12-03-2019

  11. Metro işçilərindən metropoliten rəhbərliyinə sərt və sensasion ittihamlar

    “Hazırda metroda sərnişinlər böyük təhlükə ilə üz-üzədir”, deyən şikayətçilərin sözlərinə görə, metroda işə qəbulda təcrübə və peşəkarlıq nəzərə alınmır
    “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçilər bildirirlər ki, problemləri ilə bağlı müvafiq qurumlara müraciət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəliblər.
    Şikayətçilər özlərini aşağıdakı kimi təqdim ediblər:

    Muxalifet - 12-03-2019

  12. Trampın xanımı FETÖ-ya təşəkkür etdi

     Amerikanın birinci xanımı Melania Tramp həyata keçirdiyi ziyarətdən sonra FETÖ məktəbinə təşəkkür mesajı yazıb.
     
    Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xanımı Melania Tramp ötən günlərdə FETÖ məktəbini ziyarət etmişdi.
    “Charter School”-lardan biri olan “DOVE School of Discovery”-yə gələn Melaina Tramp, FETÖ-çuları bu ziyarətlə xoşbəxt etmişdi.
    Bu səfər Türkiyədə təpkilərə səbəb olmuşdu.

    Muxalifet3 - 12-03-2019

  13. Azərbaycan 24 ölkə ilə hərbi təlimlərə qatılacaq

    Azərbaycan NATO-Gürcüstan birgə hərbi təlimlərinə qatılacaq.
    “Haberler”in yaydığı məlumata görə, 24 ölkənin iştirakı ilə baş tutacaq təlimlər 18-29 mart tarixlərində baş tutacaq.
    Gürcüstan Müdafiə Nazirliyinin yaydığı açıqlamada paytaxt Tbilisi yaxınlığında Krtsanisi Hərbi Bazasında yerləşən NATO-Gürcüstan Təlim Mərkəzində (JTEC) NATO-Gürcüstan təlim və manevrlərinin icra olunacağı bildirilib.
    Təlimin rəsmi açılışı martın 18-də Gürcüstan Müdafiə Nazirliyində olacaq.

    Muxalifet - 12-03-2019

  14. ​Acun Ilıcalı “TV8”i satıb?

    "TV8"in sahibi Acun Ilıcalının borc səbəbindən şirkət hissələrinin böyük hissəsini satdığı iddia edilib.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Acunun kanalı "Medical Park Xəstəxanalar Qrupu"na satılması üçün razılaşma əldə etdiyi bildirilir.
    Məlumata görə, kanalı daha öncə azərbaycanlıların sahib olduğu bildirilən "Global Medya Group A.Ş." şirkəti almaq istəsə, "TV8"in yüksək məbləğdə borcunun olması həmin şirkəti geri addım atmağa məcbur edib.
    Hələlik iddialarla bağlı rəsmi açıqlama verilməyib.

    Muxalifet - 12-03-2019

  15. Azərbaycanda gənc atasının adından utandı - Dəyişdirilməsi üçün müraciət etdi

    Azərbaycanda şəxs adlarının izahlı lüğətinin yeni nəşrinin hazırlanması üçün işlər aparılır.
    Muxalifet.az bildirir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
    Sədr müavininin sözlərinə görə, bu gün Azərbaycanda şəxs adlarının siyahısına yenidən baxılaraq təkmilləşdirilməsinə ehtiyac var.

    Muxalifet - 12-03-2019

  16. Azərbaycanlı milyarderlərin daha bir bazarında reyd başladı - POLİS VƏ FTX "FOOD CITY"DƏ AXTARIŞLAR APARIR - VİDEO

    Dünən Moskvadakı “Sadovod” bazarında başlamış axtarışlar bu gün səhər saatlarında əsasən azərbaycanlıların işlədiyi “Food City” bazarında davam etdirilib.
    Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, DİN və FTX əməkdaşları kütləvi şəkildə bazara daxil olublar.
    Lakin bazarda, demək olar ki, alverçilərdən heç kim olmayıb. Mənbənin bildirdiyinə görə, bazarda kimsə yanğın siqnalizasiyasını işə salıb və satıcılar qaçıblar.
    Axtarış tədbirləri boş mağazalarda davam etdirilir.

    Muxalifet - 12-03-2019

  17. Qətərə 100 ədəd Türk “Altay” tankı satılacaq

    Türkiyə istehsalı olan “Altay” tankı almaq üçün Qətər müqavilə imzalayıb.Müqaviləyə görə, Qətər Türkiyədən 100 ədəd “Altay” tankı alacaq.
     
    AK Partiya sədrinin müavini Əli İhsan Yavuz Milli Döyüş Tankı “ALTAY” proqramına dair açıqlama verib

    Muxalifet3 - 12-03-2019

  18. Azərbaycanda QIRĞIN KİMİ GECƏ – 6 nəfər öldü, 13 nəfər xəstəxanaya aparıldı

    Ötən sutka ərzində Azərbaycanın müxtəlif yerlərində baş vermiş yol qəzalarında 6 nəfər ölüb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, dünən gün ərzində ümumilikdə 13 ağır və nisbətən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
    Nəticədə vəfat edən 6 nəfərdən başqa daha 13 nəfər xəstəxanalara yerləşdirilib.
    Hər bir faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar aparılır.

    Muxalifet - 12-03-2019

  19. Ağdamın icra başçısının səs yazısı yayıldı - ŞOK RÜŞVƏT BAZARLIĞI - VİDEO

    Ağdam rayon icra başçısı Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə rüşvət alması ilə bağlı “youtube” sosial şəbəkəsində səs yazısı yayılıb.

    Muxalifet - 12-03-2019

  20. ​Cəlilabadda FACİƏ: 10 yaşlı uşaq iynə vurulandan sonra öldü

    Cəlilabadda 10 yaşlı uşağa iynə vurulandan sonra vəziyyəti ağırlaşıb.
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mart ayının 6-da rayonun Qarazəncir kəndində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Elnar Mustafayev mərkəzi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 
    Meyitə baxış zamanı sağ və sol sağrı nahiyəsində nöqtə şəkilli ətrafları qansızmalı ineksiya yerlərindən başqa xəsarət aşkar olunmayıb.

    Muxalifet - 12-03-2019

Pages