Axtarış
The search found 105779 results in 0.079 seconds.
Search results
Qəndildən gələn 9 terrorçu yaxalandı
İstanbulda separatçı terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatlarda, Qəndil dağ heyətindən gizli olaraq şəhərə sızan 11 PKK-lıdan 9-u yaxalanıb.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları separatçı terror təşkilatı PKK-nın Qəndil dağ heyətinə qatılan 11 şübhəlinin bir müddət sonra İstanbula gələrək təşkilatın gənclər qanadı ilə toplantılar keçirdiyi haqda kəşfiyyat məlumatı alıb.Muxalifet3 - 11-03-2019
ABŞ-dan o ölkəyə təhdid: “Madurodan neft almayın”
ABŞ-ın Venesuela xüsusi nümayəndəsi Elliott Abrams Donald Trampın Hindistana təzyiq edərək Venesueladan neft satın almağı dayandırması əmrini verdiyini açıqlayıb.
Elliott Abrams Vaşinqtonun Hindistana Nikolas Maduro hökumətindən neft satın almağı dayandırması üçün təzyiq etdiyini söyləyib.
“Reuters”-in xəbərinə görə, ABŞ prezidenti Donald Trampın eyni mesajı başqa hökumətlərə də verdiyini bildirən Abrams, bənzər tələblərin Venesuela hökuməti ilə işləyən bank və xarici şirkətlərə də çatdırıldığını söyləyib.Muxalifet3 - 11-03-2019
İranın Trampın İraq səfərinə cavab gedişi: Ruhani ilk dəfə Bağdada getdi
İran prezidenti bu həftə İraqa ilk rəsmi səfərini həyata keçirəcək. Bu səfər Tramp administrasiyasının nüvə sazişini çətin vəziyyətə salması nəticəsində İranda sərt siyasət tərəfdarlarının fəallaşdığı ərəfədə baş tutur.
Həsən Ruhaninin səfəri İranın xarici işlər naziri tərəfindən “tarixi” adlandırılıb və İranın şiə hakimiyyəti ilə İraqın şiələr tərəfindən idarə edilən hökuməti arasında münasibətlərinin möhkəmlənməsi məqsədi daşıyır.Muxalifet3 - 11-03-2019
ŞOK: Müğənni Damlanın daha bir qalmaqallı GÖRÜNTÜSÜ YAYILDI - VİDEO
Müğənni Damla haqqında daha bir qalmaqallı video yayılıb. Müğənninin gözəllik salonunda çəkilmiş görüntüləri izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Bədəninə qulluq etdirən müğənni masaj masasında uzanıb və onun yanındakı "Yaman fiquralı, əndamlı şeydir. Verməyin, bunu torpağa" sözləri ilə Damlaya ağı deməyə başlayıb. Qeyd edək ki, bir müddət öncə Damlaya fiziki baxımından bənzəyən bir qadının intim görüntüləri yayılmış və həmin videonun Damlaya aid olduğu iddia edilmişdi. Sözügedən görüntüləri təqdim edirik:/Publika
Muxalifet - 11-03-2019
Yeni təqaüd onlara veriləcək - Nazirlikdən AÇIQLAMA
Prezident İlham Əliyevin yeni təsis etdiyi təqaüdə əsasən, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat veriləcək.
Əksəriyyəti maraqlandıran sual təqaüdün kimlərə veriləcəyilə bağlıdır.Muxalifet - 11-03-2019
Bakıda dilənçilər saxlanıldı - aralarında azyaşlılar da var
Bakıda dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.
DİN-dən verilən məlumata görə, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 2 qadın və 5 azyaşlı saxlanılmış və barələrində protokol tərtib edilib.Muxalifet - 11-03-2019
Həmsədrlərin Qarabağ bəyanatı İrəvanda çaxnaşma yaratdı - “PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞƏ GETMƏMƏLİDİR...”
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıdakı görüşü ilə bağlı ötən həftə yaydıqları rəsmi bəyanat İrəvanda ciddi çaxnaşma yaradıb. Buna səbəb ABŞ, Fransa və Rusiyanın danışıqların formatını dəyişdirməyə yönəlmiş birtərəfli cəhdlərə qarşı olduğunu açıq bildirməsi, eyni zamanda münaqişənin həllinin əsas prinsiplərindən birinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların Azərbaycanın nəzarətinə qaytarılması olduğunu vurğulamasıdır.
Muxalifet - 11-03-2019
SOS: bunları edirsinizsə, gizli şizofren ola bilərsiniz! - PSİXOLOQDAN XƏBƏRDARLIQ
Müasir dövrümüzdə intiharların sayı artıb. Sosial problemlər əsas səbəb kimi göstərilir. Həyatımızda həqiqi mənada ölüm diləyərək yaşayan insanlar görürük, amma onlar intihara cəhd etmir. Sadəcə yaşadığına üsyan edir. Deməli, insanın özünü öldürməyə qərar verməsi asan deyil, insanın öz canına qıymasının da qırmızı xətti var.
Statistikaya görə, intihardan dönənlərin çoxu sonradan həyata dəyər verir və bir daha özünə sui-qəsdə cəhd etmir.Muxalifet - 11-03-2019
Cahangir Hacıyevin işində YENİ ŞAHİD: “Milyonlarla kreditlər verildi...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifet - 11-03-2019
General Sadiq Abdıyev necə azadlıqda qalıb? - "Dərman mafiyası"nın işindəki generalların üzərindəki sirli əl...
İşdən çıxarılan generalların həbs edilməməsi haqlı narazılıqlara səbəb olub. Çünki hazırda "Dərman mafiyası"nın işinə görə həbs edilən şəxslərə qarşı irəli sürülən bütün ittihamlar generalın əməllərinin nəticəsidir.
Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır.Muxalifet - 11-03-2019
“Mənə dedi ki, İlham Əliyevə, Vladimir Putinə, kimə istəyirsən get şikayət et" – UCAR SAKİNİ SU PROBLEMİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT ETDİ
Ucar şəhəri Heydər Əliyev prospekti ev 99 mənzil 1-də yaşayan Hüseynov Namiq İnqilab oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyev müraciət edən şikayətçi yazır:
“Cənab Preident!Muxalifet4 - 11-03-2019
Azərbaycanlı milyarderlərin məşhur obyekti mühasirəyə alındı - QƏFİL BASQIN
Hüquq-mühafizə orqanları Rusiyanın paytaxtı Moskvada "Sadovod” bazarı və "Moskva” ticarət mərkəzində axtarışlar aparır. Bu barədə "İnterfaks”a vəziyyət barədə məlumatlı mənbə məlumat verib.
"Reydlər gecə saat 3 radələrindən Moskvanın cənub-şərqində yerləşən "Sadovod” bazarı və "Moskva” ticarət mərkəzində aparılır. Obyektlər mərkəzi polis və Miqrasiya Polisinin əməkdaşları tərəfindən mühasirəyə alınıb”,- deyə mənbə bildirib.Muxalifet - 11-03-2019
Rusiya həbsxanalarından işgəncə görüntüləri yayıldı - VİDEO
Sosial şəbəkələrin Rusiya seqmentində Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslar üzərində işgəncələri əks etdirən iki videogörüntü yayılıb.
Lenta.ru-nun məlumatına görə, videogörüntüləri “Novaya Qazeta” nəşrinə “İctimai hökm” (Общественный вердикт) hüquq müdafiə fondu təqdim edib.
Hər iki görüntü Yaroslavl həbsxana əməkdaşlarının üzərlərindəki müşahidə kamerasına (videoqeydiyyatçı) düşüb.Muxalifet - 11-03-2019
Poroşenko bu ölkələrdən birinə qaçacaq – ŞOK İDDİA
Seçkiləri uduzarsa, Ukrayna prezidenti Pyotr Poroşenko İspaniya və ya Moldovaya qaça bilər.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının deputatı Sergey Leşenko bildirib.
“Poroşenkonun cəzalandırılması üçün böyük sorğu olacaq. Yəni, yalnız yeni prezident Poroşenkonu sevməyəcək, həm də onu cəzalandırmaq üçün cəmiyyətdə böyük sorğu olacaq”, - o deyib.
Parlament üzvü vurğulayıb ki, Poroşenkonu korrupsiyaya görə cəzalandırmaq lazımdır.Muxalifet - 11-03-2019
Rusiya: təhsil sahəsində nə qədər maaş alırlar?
Rusiyanın “RİA Novosti” agentliyi ölkənin təhsil sahəsində çalışan işçilərin maaşı ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. Novator.az bildirir ki, araşdırmaya görə, Rusiyanın təhsil sektorunda 5,5 milyon nəfər çalışır. Tədqiqat zamanı bütün təhsil səviyyələrində (uşaq bağçasından ali məktəbə qədər) işləyən müəllimlərin və digər kadrların 2018-ci ilin 11 ayı üzrə orta gəlirləri nəzərə alınıb.
Təhsil müəssisələrində işləyənlərin orta maaşı 30 min rubl (735 manat) göstərilir. Ümumən ölkədə orta əməkhaqqı 37,8 min rubl (926 manat) olub.Muxalifet - 11-03-2019
Hindistan Pakistanın dördüncü dronunu vurdu - VƏZİYYƏT GƏRGİNLƏŞİR
Muxalifet.az xəbər verir ki, Hindistanın Hərbi Hava Qüvvələri bazar günü Pakistan ərzisindən buraxılan sayca dördüncü Pilotsuz Uçuş Aparatını vurub. NDTV telekanalının məlumatına görə, PUA Hindistanın şimalında yerləşən Racastan ştatının Qanqanaqar şəhərinin üzərində vurulub.
Bundan əvvəl Hindistanın HHQ 26 fevral, 4 mart və 9 mart tarixlərində Pakistanın 3 ədəd PUO-sunu vurmuşdular.Muxalifet - 11-03-2019
Bütün erməni yalanları İFŞA OLUNDU: Erməni tarixçi HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI - VİDEO
Ukraynalı tədqiqatçı, məşhur erməni əsilli bloger Filip Ekozyants paylaşdığı növbəti videoda “Bütün dünyada minlərlə “erməni” məbəd və kilsələrini kim tikib?” sualına cavab axtarıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, tarixçi məsəlinin araşdırılmasına çox sadə bir səbəblə başladığını bildirib. Belə ki, Ekozyants bu günə qədər apardığı araşdırmalarda riyaziyyat, həndəsə, fizika, kimya və nəhayət, memarlıq sahəsində təhsil verən qədim erməni məktəblərinin mövcudluğu barədə hər hansı bir məlumata rast gəlmədiyini qeyd edib.
Muxalifet - 11-03-2019
“Ailəmiz təhlükə və təzyiq altındadır” – ZEYNALOVLAR AİLƏSİNDƏN PREZİDENTƏ MÜRACİƏT: “Küçədə qorxu içərisində gəzirik, öz evimizdə rahat yaşaya bilmirik”
Siyəzən şəhəri, Vidadi küçəsi ev 45-də yaşayan Zeynalovlar ailəsi - 1993-cü ildən YAP-ın üzvü olan Zeynalov Valeh Mabəddin oğlu, Qarabağ Müharibəsi Veteranı Zeynlov Qalib Mabəddin oğlu, Əfqanıstan Müharibəsi əlili Zeynalov Qabil Mabəddin oğlu - tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçilər qeyd edirlər:
“Cənab Prezident!Muxalifet4 - 11-03-2019
Paşinyan Qarabağa gələcək - SEPARATÇILARLA GÖRÜŞ
Ermənistan baş naziri Nikol Paşinyan martın 12-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələcək.
Bununla bağlı "Armenpress” məlumat yayıb.
Baş nazir aparatının mətbuat xidmətindən bildirilib ki, səfər zamanı Paşinyan separatçıların rəhbərləri ilə görüşlər keçirəcək. (Oxu.az)Muxalifet - 11-03-2019
Rusiya təyyarəsi Bakıda təcili eniş etdi - Bomba həyəcanı
“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
"Hava gəmisinin qəza enişinə səbəb HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.Muxalifet - 11-03-2019