Axtarış

The search found 105779 results in 0.137 seconds.

Search results

  1. ​"Yarmarkalarda ucuz qiymətə satılan məhsullar aşağı keyfiyyətlidir" - EKSPERT

    «Elə sahibkar tapa bilməzsiniz ki, baha qiymətə yetişdirdiyi məhsulu yarmarkada ucuz qiymətə satmış olsun», – kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Novruz bayramı ilə bağlı təşkil olunan yarmarkalarda məhsulun bazarla müqayisədə 30-40% ucuz satılması barədə rəsmi təbliğata belə münasibət bildirir.

    Muxalifet - 11-03-2019

  2. İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib.

    Muxalifet - 11-03-2019

  3. HADI RƏCƏBLİ UŞAQ PULUNA QARŞI ÇIXDI: "Milyonerin uşağına dövlət niyə pul verməlidir?"

    İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə təklif göndərib.
    "Bu gün 18 yaşadək olanlar üçün uşaqpulunun bərpası gündəmdə deyil. Ünvanlı yardımın uşaqpulu ilə əvəz olunması mexanizmini üzərində iş getmir.  Bildiyiniz kimi, mən hər dəfə parlamentin iclaslarında 3 yaşadək uşaqlar üçün uşaqpulunun artırılması təkliflərini səsləndirmişəm. Və hər zaman dediyim odur ki, 4 və daha çox övladı olanlar çoxuşaqlı hesab olunsunlar". 

    Muxalifet - 11-03-2019

  4. ​Deputatların maaşı ilə bağlı parlamentdən AÇIQLAMA

    Bir sıra media orqanlarında yanvarın 1-dən millət vəkillərinin maaşlarının iki dəfəyə qədər qaldırılmasına dair xəbərlər yayılıb.
    Muxalifet.az xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Teleqraf.com-a açıqlamasında deputatların maaşının iki dəfəyə qədər artırılması xəbərini təkzib edərək, yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
    Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.

    Muxalifet - 11-03-2019

  5. ​Prezident bu sahədə çalışanların maaşını 50 faiz artırdı - SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Muxalifet - 11-03-2019

  6. ​Avropa Liqasının final oyuna gələcək əcnəbilərin viza prosedurları sadələşdirildi

    Prezident İlham Əliyev UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

    Muxalifet - 11-03-2019

  7. ​Ərdoğan feministləri İslama hörmətsizlikdə ittiham etdi

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun mərkəzində keçirilən aksiyada iştirak edən qadınları İslam dininə hörmətsizlikdə ittiham edib.
    Bu barədə BBC məlumat yayıb.
    Televiziyada çıxışı zamanı Ərdoğan etiraz aksiyasından kadrları göstərərək, qadınların yaxınlıqdakı məsciddə azan səslənən vaxt müxtəlif şüarları car çəkdiklərini bildirib.
    “Onlar azana sayğısızlıq edib”, - deyə Ərdoğan bildirib.

    Muxalifet - 11-03-2019

  8. “Nar”-ın baş icraçı direktoru beynəlxalq İKT sammitində rəqəmsal transformasiya mövzusunda çıxış edib

    “Azerfon” MMC-nin (“Nar” ticarət nşanı) baş icraçı direktoru Qunnar Panke Mərkəzi və Şərqi Avropa ölkələrinin 3-cü Sofia İnformasiya Texnologiyaları Sammitində məruzəçi kimi iştirak edib. Dünyanın aparıcı İT və telekommunikasiya şirkət rəhbərlərinin iştirakı ilə martın 7-də keçirilən ənənəvi tədbirdə İKT sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında danışılıb.

    Muxalifet4 - 11-03-2019

  9. 37 yaşlı Biləsuvar sakini bıçaqlandı

    Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
    Belə ki, rayonun İsmətli kənd sakini, 1982-ci il təvəllüdlü Nadir Qarayev bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 11-03-2019

  10. ​“Taliban”dan zastavaya hücum: 20 NƏFƏR HƏLAK OLDU

    Muxalifet.az xəbər verir ki, Əfqanıstanda “Taliban” yaraqlıları tərəfindən hərbi zastavaya edilən hücum nəticəsində 20 nəfər əsgəin həlak olduğu bildirilir.
    Hücum Əfqanıstanın qərbində yerləşən Badgis vilayətinin Bala Murqab rayonunda baş verib.
    Hücum nəticəsində 10 əsgər yaralanıb, yaraqlılar 28 nəfər asayiş keşikçisini əsir alıblar.

    Muxalifet - 11-03-2019

  11. Ərdoğandan Hindistan-Pakistan gərginliyində ilk təmas

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan ilə müharibənin astanasına gələn Hindistanın baş naziri Modi ilə telefon danışığı aparıb.
     
    Prezidentin ictimai əlaqələr rəhbərliyindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Hindistan-Pakistan sərhədində baş verən proseslər müzakirə olunub.

    Muxalifet3 - 11-03-2019

  12. ​Abşeronda ƏMƏLİYYAT - Təhlükəli əşya tapıldı

    Mehdiabad qəsəbəsində 2 ədəd təlim məqsədli tank əleyhinə mina aşkar olunub.
    ANAMA-dan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub.
    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Muxalifet - 11-03-2019

  13. ​Gürcüstan ordusunun azərbaycanlı əsgəri döyüldü - FOTO

    Gürcüstan ordusunda xidmət edən əsgər Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyünü iddia edir.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, o, hərbi hissədə xidmət edən əsgərlərin ondan pul tələb etdiyini bildirib.
    K.Qəhrəmanov deyib ki, pulun tələb olunmasına etiraz etdiyinə görə bir neçə nəfər tərəfindən martın 9-da serjantın gözü qarşısında döyülüb.
    Azərbaycanlı hərbçi iki gün ərzində ona tibbi yardım göstərilmədiyini bildirib: "Bu gün ailəmlə əlaqə saxlamışam və hərbi hissədən evə gətirilmişəm".

    Muxalifet - 11-03-2019

  14. Sığorta şirkətinin lisenziyası məhdudlaşdırıldı - QƏRAR

    Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AXA MBASK” Sığorta Şirkəti ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb. 
    Muxalifet.az-ın məlumatına görə, “AXA MBASK” şirkəti “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri ilə bağlı nöqsanlara yol verib.
    Belə ki, şirkət müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlayıb.

    Muxalifet3 - 11-03-2019

  15. Bakı Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

    Bakı Dövlət Universitetinin rektoru təyin edilən Elçin Babayev Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir.
    Muxalifet.Az xəbər verir ki, o, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəridir.
    Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvan MR-da anadan olub. Yeni rektor 2005-ci ilin sentyabrında "Tərəqqi" medalı ilə təltif edilib.
     

    Muxalifet3 - 11-03-2019

  16. Ukraynada dəhşətli külək: ölənlər var - Foto

    Ukraynada güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti dağıntılar və ölümlə nəticələnib.
    Muxalifet.az xəbər verir ki, paytaxt Kiyevdə güclü külək yaşayış evlərinin, idarələrin dam örtüyünü dağıdıb. Nəticədə 20-yə yaxın maşın əzilib, xəsarət alanlar var.
    Bundan başqa Vinnitsa vilayətində güclü külək ağacları aşırıb, nəticədə 11 yaşlı qız və 29 yaşlı qadın həlak olub.
    Qeyd edək ki, sinoptiklər martın 11-də Ukrayna ərazisinin əksər yerlərində güclü küləyin olacağı barədə xəbərdarlıq ediblər.
     

    Muxalifet3 - 11-03-2019

  17. Qoşunlarımız əməliyyat təyinatı rayonlarına çıxarılır – YENILƏNDİ - Video

    Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
    Təlimin niyyətinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.
     

    Muxalifet3 - 11-03-2019

  18. Türkoğludan amerikalılara xəbərdarlıq: FETÖ təbliğatı…

    Amerikanın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında çıxış edən Enes Kanter bu platformadan FETÖ təbliğatı üçün istifadə edir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Basketbol Federasiyasının sədri Hidayət Türkoğlu deyib.
    “Enes Kanter terrorçu bir lideri açıq şəkildə dəstəklədiyini bildirir. Terror qruplaşmalarının dəstəkçilərinə mesaj göndərmərəm. Amerikalı dostlarıma yeganə demək istədiyim diqqətli olmalarıdır. Türkiyənin Kanter və terrorçu Gülən barədə mövqeyinin bilinməsini istəyirəm”, - Türkoğlu bildirib.
     

    Muxalifet3 - 11-03-2019

  19. DİQQƏT! Artıq bu şəxslərin kirayə pulları dövlət tərəfindən ÖDƏNİLƏCƏK - VİDEO

    Martın 6-da Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində evləri yararsız vəziyyətə düşən məcburi köçkün ailələri kirayə evlərlə təmin olunub.
    Muxalifet.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, yanğın baş verən binada müvəqqəti olaraq məskunlaşan 34 məcburi köçkün ailəsi ilə qarşılıqlı razılaşma olub. Razılaşmaya əsasən həmin ailələrə 300 manatdan məbləğində bir aylıq kirayə haqqı verilib.

    Muxalifet3 - 11-03-2019

  20. Nazir cəbhə bölgəsində - Foto

    Əbülfəs Qarayev Azərbaycan ordusu hissələrinin Cocuq Mərcanlı kəndində yerləşən döyüş postuna baş çəkib. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış oldu, əsgər kazarmasında, yeməkxanada olub.
    General-mayor Mayis Bərxudarov hərbçilərimizin yüksək döyüş hazırlığı haqqında məlumat verib. Vurğulanıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu hissələrimizin təchizatı ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll olunur, hərbçilərimiz işğal altındakı torpaqları azad etmək üçün veriləcək əmri yerinə yeritməyə hazırdır.

    Muxalifet3 - 11-03-2019

Pages