Axtarış

The search found 105779 results in 0.022 seconds.

Search results

  1. ABŞ İran qüvvələri ilə döyüşlərə hazırlaşır

     ABŞ-ın İsrail və İordaniya üzərindən İraqa əsgər göndərəcəyi iddia edilib.
     
    İsrailin Mossad Kəşfiyyat Xidmətini ilə yaxınlığı bildirilən “Debka” xəbər saytı ABŞ-ın İraqa İsrail və İordaniya üzərindən əsgər göndərəcəyini iddia edib.
    “Debka” xəbər saytının iddiasına görə, İraq-Suriya sərhədində yerləşən İran dəstəkli milis güclərlə müharibə aparmaq üçün ABŞ Rumıniya və Bolqarıstandakı əsgərləri hazır vəziyyətə gətirib və ABŞ-lı əsgərlər bölgəyə İsrail və İordaniya üzərindən nəql ediləcək.

    Muxalifet3 - 11-03-2019

  2. Valideynlərin NƏZƏRİNƏ: I sinfə qəbula start verildi

    Bu gün saat 10.00-dan başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə qəbul prosesinə start verilib.

    Muxalifet - 11-03-2019

  3. Dünyanın ən iri silah ixracatçılarının SİYAHISI AÇIQLANDI

    Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (Stockholm International Peace Research Institute - SIPRI) dünya üzrə ən çox silah satan ölkələrin sıralandığı illlik hesabatını təqdim edib.
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, sənədə əsasən, 2014-2018-ci illərdə dünya üzrə silah satışının ümumi həcmi əvvəlki 4 illə müqayisədə 7,8% çoxalıb. Bu dövr ərzində dünyanın ən böyük silah ixracatçıları sıralamaya uyğun olaraq ABŞ, Rusiya, Fransa, Almaniya və Çindir. Qlobal silah ixracının ümumilikdə 75%-i bu ölkələrin payına düşür. 

    Muxalifet - 11-03-2019

  4. ​Bu gün kolleclərə ərizə qəbulu üçün son gündür

    Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.
    Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, saat 10.00-a olan məlumata əsasən Azərbaycan bölməsi üzrə 16 640, rus bölməsi üzrə isə 462 abituriyent olmaqla, ümumilkdə 17 102 abituriyent elektron ərizəsini təsdiq edib.

    Muxalifet - 11-03-2019

  5. ​57 insanın ölümünə səbəb olan təyyarə qəzası... - ÇİN "DAYANDIRIN" ƏMRİNİ VERDİ

    Efiopiyanın paytaxtı Əddis Əbəbədən Keniyaya (Nairobi şəhərinə) gedən, Efiopiya Hava Yollarına məxsus Boinq 737 (Boeing 737) təyyarəsi dünən yerli vaxtla səhər saat 8:38-də ölkənin paytaxtında yerləşən Bole Beynəlxalq Aeroportundan havaya qalxdıqdan 6 dəqiqə sonra yerə düşüb. Təyyarənin içərisində 149 nəfər sərnişin və 8 nəfərlik idarə heyəti olub. 35 ölkənin nümayəndəsi olan sərnişinlərin olduğu təyyarədə heç kimin salamat qalmadığı bildirilib.

    Muxalifet - 11-03-2019

  6. "İslamda “qara bayram” anlayışı yoxdur" - ilahiyyatçılar

    İlahiyyatçılar qəbir üstünə xonça aparıb, Novruz sovqatını israf etməyi doğru hesab etmirlər...

    Muxalifet - 11-03-2019

  7. ​“Akif Əlizadənin dünya malında gözü yoxdur” - Alimlərin EV QALMAQALI

    "Akif Əlizadənin 85 yaşı var, onun dünya malında gözü yoxdur. Əksinə çalışır ki, bütün evsiz alimlərin evi olsun"
    Muxalifet.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətinin rəhbəri Zülfüqar Fərzəliyev bildirib. Onun sözlərinə görə, alimlər üçün tikilən evlərin AMEA rəhbərliyi tərəfindən satılması barədə iddialar doğru deyil.

    Muxalifet - 11-03-2019

  8. ​Salyanda DƏHŞƏTLİ OLAY: Yaxınları gənc qadını asılmış vəziyyətdə tapdı

    Salyan rayonunda gənc qadın intihara cəhd edib.
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.
    Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Günel İsmayıl qızı Tağıyeva özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb. Onu asılmış vəziyyətdə görən ailə üzvləri dərhal xəstəxanaya çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, G.Tağıyevanın vəziyyəti ağırdır. 
    Ailəli olan gənc qadının hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.
    Faktla bağlı araşdırmalara başlanılıb. 

    Muxalifet - 11-03-2019

  9. ​Nikah öncəsi psixoloji uyğunluq yoxlanıla bilər - TƏKLİF

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif edir.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, bu təşəbbüslə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur:

    Muxalifet - 11-03-2019

  10. Podiuma çıxan müğənni Haticedən GÖZLƏNİLMƏZ HƏRƏKƏT: ətəyini qaldırıb... - VİDEO

    Türkiyənin tanınmış müğənnisi Hatice (Xədicə) podiuma çıxıb.
    Muxalifet.az haberler-ə istinadla bildirir ki, özünü model kimi də sınayan Hatice dəfilədə iştirak edib.
    Podiuma şəffaf libasda çıxan Hatice gəzərkən insanların gözü qarşısında ətəyini kənara çəkərək arxasını göstərib.
    40 yaşlı müğənninin bu hərəkəti birmənalı qarşılanmayıb, o, kəskin qınanılıb.

    Muxalifet - 11-03-2019

  11. ​Evə gəlib kişini döydülər, 1900 manat və maşının açarını aldılar

    Bakıda quldurluq hadisəsi baş verib.
    Martın 10-da Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyülməsini, 1900 manat pulunun və avtomobil açarının alınmasını bildirib.
    Müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb.

    Muxalifet - 11-03-2019

  12. V​enesuelanın dövlət neft şirkətinin rəhbəri Bakıya gəlir

    Venesuelanın neft naziri və dövlət neft şirkəti PDVSA-nın rəhbəri Manuel Kevedo Bakıya gələcək. Bu barədə məlumatı Venesuelanın Bakıdakı səfirliyi ayıb. Məlumata əsasən M.Kevedo OPEC+ formatında nazirlər səviyyəsində Bakıda matın 18-də keçiriləcək toplantıda iştirak edəcək.

    Muxalifet - 11-03-2019

  13. ​Atışma zamanı həlak olan hərbçimiz DƏFN EDİLDİ

    Ötən gün İran-Azərbaycan sərhədindən sərhədini pozmaq istəyən silahlı qrupla atışmada həlak olan kiçik çavuş Səxavət Məmmədov dəfn edilib. Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, S. Məmmədov Göygöl rayonu, Yeni Qızılca kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, sərhədçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, ötən gün İran-Azərbaycan sərhədini pozmaq istəyən silahlı qrupla atışmada Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu həlak olub.

    Muxalifet - 11-03-2019

  14. Ziya Məmmədovun avtobusları su qiymətinə satılır - ŞOK RƏQƏMLƏR

    Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə alınaraq Bakıya gətirilən avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəfələrlə hərraca çıxarılsa da, satılmır.

    Muxalifet - 11-03-2019

  15. ​Nazirdən UEFA Avropa Liqasının final oyunu ilə bağlı əmr

    Səhiyyə naziri Oqtay Şirəliyev “Futbol üzrə UEFA Avropa Liqasının final oyunun tibbi təminatı barədə” əmr imzalayıb.
    Nazirliyin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, əmr “Futbol üzrə UEFA Avropa Liqasının final oyunun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasənaməsinin müvafiq bəndini rəhbər tutaraq imzalanıb.

    Muxalifet - 11-03-2019

  16. Bakıda şagirdi vəhşicəsinə döyən müəllim İŞDƏN ÇIXARILDI - VİDEO

    Bakıda şagirdi döyən müəllim işdən çıxarılıb.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu 30 nömrəli orta məktəbdə 11-ci sinif şagirdini vəhşicəsinə döyən hərbi hazırlıq müəllimi Mehman Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub.
    Qeyd edək ki, 30 nömrəli məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin bu hərəkətlərini telefonla çəkib. Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.
    Famil Fərhadoğlu

    Muxalifet - 11-03-2019

  17. Türkiyəni Aralıq dənizində “oyundan kənar etmək” planına Avropadan yaşıl işıq

    Cənubi Kipr Yunan höküməti Amerikan enerji şirkəti “Exxonmobil”-in şərqi Aralıq dənizində son 2 ilin dünya üzərindəki ən böyük üçüncü qaz ehtiyatını tapdığını açıqlayıb.
     
    Bu qərardan sonra hərəkətə keçən Kipr Yunan tərəfi daha öncədən bəlli olanboru kəməri layihəsinin sürətləndirilməsi yönündə hərəkətə keçib. Avropa Birliyinin layihəyə yaşıl işıq yandırdığı bildirilir.
     
    4 MİLYARD DOLLARLIQ LAYİHƏ
     

    Muxalifet3 - 11-03-2019

  18. Məhkəmə Əbru Gündeşin villası ilə qərar verdi

     İstanbulun Beykoz rayonunun Kanlıca sahilində yerləşən villasına görə məhkəməlik olan müğənni Əbru Gündəş haqqında qərar verilib.
     
    Məhkəmə Əbru Gündəşin bəraətinə, yenidənqurma aparan inşaat mühəndisinin isə 1 il 8 ay həbsinə hökm edib. Mühəndisin cəzası təxirə salınıb.
    Müxalifət.az

    Muxalifet3 - 11-03-2019

  19. ​ABEL MƏHƏRRƏMOVUN ŞEYXİN QUDASINDAN QİSAS CƏHDİ – Sabiq rektorun ən etibarlı adamı onun xahişini yerə saldı…

    Noyabrın 3-də İspaniyanın paytaxtı Madrid şəhərində baş verən məlum qalmaqaldan sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov işdən qovulmasına səbəb olan şəxslərdən qisas almağa çalışır.

    Muxalifet4 - 11-03-2019

  20. Rusiyadan ABŞ-a gözdağı: “Türkiyəyə S-500 verməyə hazırıq”

    Ərdoğanın, "S-400-dən sonra S-500 də ala bilərik" açıqlamasını dəyərləndirən Rusiya Dumasının deputatı, "S-500 qiymət, keyfiyyət, səmərəlilik baxımından ABŞ-sistemlərindən çox irəlidədir. Bu üzdən Türkiyə Rusiyaya üstünlük verir" deyib.
     
    Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuriy Şvıtkin prezident Rəcəb Tayyib Ərdoğanın, S-400 və S-500 müdafiə sistemləri ilə bağlı açıqlamalarını qiymətləndirib.

    Muxalifet3 - 11-03-2019

Pages