Axtarış
The search found 105783 results in 0.091 seconds.
Search results
Diyarbəkir sakinləri Ərdoğanı kürdcə salamladılar - Foto
Türkiyənin Diyabəkir şəhərinə səfər edən Prezident Rəcəb Tayyib Ərdoğanı yerli sakinlər kürd dilində salamlayıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" yayıb. Məlumata görə, Ərdoğanın səfəri münasibəti ilə Diyabəkir küçələrində kürd və Türkiyə türkçəsində "Diyabəkirə xoş gəldiniz" plakatları asılıb.
Muxalifet3 - 9-03-2019
Gədəbəydə dəhşətli qəza: 8 yaralı
Gədəbəy rayonunun Qaradağ kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, VAZ markalı iki avtomobilin toqquşması nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanların adları artıq məlumdur.
Bayramov Araz Məhəmməd oğlu (1984)
Həsənov Natiq Nəriman oğlu (1989)
Musayev Tariyel Elbar oğlu (1989)
Məmmədov Araz Mehbalı oğlu (1989)
Pirverdiyev Təbriz Hüseyn oğlu (1960)Muxalifet3 - 9-03-2019
CAR İsraillə müharibə ELAN EDİR? - GÖZLƏNİLMƏZ ADDIM
Fələstinlilərə qarşı hücumlarla bağlı İsraillə diplomatik münasibətlərimizi minimum səviyyəyə endirəcəyik.
Muxalifet.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Kril Ramafosa deyib. O, bununla bağlı konkret qərar qəbul ediləcəyini söyləyib:Muxalifet3 - 9-03-2019
Qarın altında qalan hərbçilərimizin AXTARIŞI NƏTİCƏ VERMƏYİB – Nazirlik iki gündür susur...
Azərbaycan ordusunun martın 7-də qar uçqununa düşmüş iki hərbçisinin axtarışları nəticə vermir.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, gizir Abdullayev Hafiz Məhəd oğlunun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun taleyindən hələ də xəbər yoxdur. Müdafiə Nazirliyi martın 7-dən bəri hərbçilərin axtarışlarının gedişi barədə əlavə məlumat yaymayıb. Bu isə o deməkdir ki, axtarışlar hələlik nəticəsiz qalıb.
Muxalifet4 - 9-03-2019
Hamamda bunları saxlamaq olmaz!— Hər evdə edilən səhvlər
Gigiyena sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, gigiyenamız üçün hamam isə olduqca vacib yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətindir. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.
Diş fırçası
Adətən diş fırçasını hamada saxlayırıq. Bu ən böyük səhvlərdəndir. Çünki hamamın istiliyi, rütubəti mikrob və daha zərərli bakteriyaların çoxalmasına şərait yaradır.
DərmanMuxalifet3 - 9-03-2019
Bu adam nə danışdığının fərqinə varmır - Deputat
Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə ilə bağlı verdiyi açıqlamalar son aylar danışıqların perspektivinə olan kövrək ümidləri heçə endirir.
Muxalifet.az xəbər verir ki, bunu trend-ə açıqlamasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev deyib.Muxalifet3 - 9-03-2019
Qvardiola “Yuventus”la anlaşdı
Xosep Qvardiola “Yuventus”la şifahi anlaşma əldə edib.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilir ki, Turin klubunun Massimiliano Alleqri ilə anlaşması 2020-ci ilədək nəzərdə tutulsa da, klub rəhbərliyi artıq 2019-cu ilin yayında baş məşqçini dəyişə bilər.
Qeyd edək ki, hazırda Qvardiola “Mançester Siti”nin baş məşqçisidir.
Muxalifet3 - 9-03-2019
İcbari tibbi sığortanın qiyməti açıqlandı... - HƏR AİLƏİNİN ÖZ HƏKİMİ DƏ OLACAQ / VİDEO
Növbəti ildən bütün ölkə üzrə icbari tibbi sığorta sistemi tətbiq ediləcək. Artıq icbari tibbi sığorta haqlarının məbləği məlum olub. Əhalinin müəyyən hissəsinin sığorta haqlarını isə dövlət üzərinə götürəcək. Bundan əlavə, evdar qadınlar ya da qeyri-rəsmi işləyən şəxslər sabit bir məbləğ ödəyərək icbari tibbi sığortadan yararlana biləcəklər.
Vətəndaşların ödəyəcəkləri icbari tibbi sığorta pulunun məbləği açıqlanıb. İşləyən əhali üçün bu məbləğ şirkətlərdən və onların isçilərinin əməkhaqlarından tutulacaq.Muxalifet4 - 9-03-2019
8 Mart Qərbin anlayışıdır - Ərdoğan
Bizim üçün Qadınlar Günü hər gündür.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığ şəhərində mitinqdə çıxışı zamanı deyib
“Məlum olduğu kimi, ötən gün Beynəlxalq Qadınlar Günü idi. Amma bizim üçün Dünya Qadınlar Günü Qərbin bir anlayışıdır. Bizim üçün qadınlar günü hər gündür. Niyə? Ana hər gün varmı? Var. Ana yoxdursa, insan da yoxdur. Ana varsa, insan var. Sevimlilərin sevimlisi peyğəmbərimiz buyurur ki, cənnət anaların ayaqları altındadır”,- Ərdoğan söyləyib.
Muxalifet3 - 9-03-2019
Dünya onun gəlişini gözləyirdi - NƏHAYƏT... / VİDEO
ABŞ kosmos gəmisi və raket istehsalçısı "SpaceX"-in NASA üçün inkişaf etdirdiyi personal daşıyıcı "Crew Dragon" kosmik gəmisi, Beynəlxalq Kosmos Stansiyasından (UUİ) dünyaya dönüb.
NASA-dan verilən şərhdə, insansız uçuş testi üçün UUİ-yə göndərilən gəminin ABŞ-ın Florida ştatının 450 kilometr açığından Atlantik Okeanına endiyi bildirilir.
Kosmik qurğunun ABŞ yerli saatıyla 07.52-də atmosferə girdiyi və 08.45-də okean səthinə təmas etdiyi ifadə edildi.
Muxalifet4 - 9-03-2019
Göz altı qaraları yox edən MÖCÜZƏVİ MASKA
Bir çox qadının ən böyük şikayətlərindən biri də gözaltı qaraltıların olmasıdır.
Muxalifet.az medicina.az-a istinadən gözaltı qaraltılardan təbii yollarla qurtulmağın yollarını açıqlayır:
İstifadə miqdarına diqqət edildikdə kofein maddəsinin sağlamlığa çox böyük faydası var. Fiziki rahatlıqdan tutmuş miqren müalicəsinə qədər bir çox problemləri aradan qaldırmağa qadirdir. Kofein həmçinin dəri problemlərinin də aradan qaldırmağa kömək edir. Buna faydasından yararlanaraq göz altı qaraltıları aradan qaldırmaq üçün də qəhvədən istifadə etmək mümkünüdür.
Hazırlanması:Muxalifet3 - 9-03-2019
Qorxunc sirr illər sonra ortaya çıxdı - VİDEO
Peruda bir qrup arxeoloq, tarixin bilinən ən böyük uşaq qurban edilmə ayini olduğuna inandıqları təxminən 600 illik bir ritualı araşdırmağa başlayıb.
Bu araşdırmaların nəticəsində isə ölkənin şimallnda, -Las Llamas çölünün altındakı qorxunc sirr ortaya çıxıb.
Uzun müddətli tədqiqat nəticəsində çöldə 140 uşaq skeleti və 200-dən çox lama qalıqları tapılıb.Alimlər tarixin ən böyük insanlıq qurbanlarındın sübutunu tapıblar.
Ritualın səbəbi bir iqlim fəlakətindən sonra Tanrıların qəzəbini yumşaltmaq olub.
Muxalifet4 - 9-03-2019
DİQQƏT! Bu sözlər xəstəlik yaradır...
Alman psixoterapevti Nossrat Pezeşkian ilk dəfə olaraq bədəndə xəstəlikləri proqramlaşdıran sözlər üzərində araşdıraraq,onları təyin edib. İnsanı daxildən parçalayan, xəstələndirən bu sözləri çoxumuz gündəlik səsləndiririk.
Həkim bu kimi sözləri parazit adlandıraraq, Orqanik nitqə aid olduğunu bildirib.
Orqanik nitq – insanın fizioloji orqanlarına birbaşa təsir edən söz və cümlələrdir. Hansı ki, bu sözlərin mənfi və dağıdıcı enerjisi vardır.
Elə sözlər var ki, maskalanıb, ilk baxışdan qorxulu da səslənmir.
Muxalifet4 - 9-03-2019
CƏLİLABADDA KÜTLƏVİ DAVA - Ata və oğul...
Cəlilabad rayonunun Günəşli kəndində kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hələlik məlum olmayan səbəblərdən tanışlar arasında yaranan mübahisə, sonradan davaya çevrilib.
Hadisə nəticəsində 3 nəfər kənd sakini - 1948-ci il təvəllüdlü Miriyev Mehmanağa Miri oğlu, onun oğlu 1991-ci il təvəllüdlü Miriyev Mirvahid Mehmanağa oğlu və 1982-ci il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 9-03-2019
Gürcüstanda təhsil alan azərbaycanlıların işi çətinləşir – 250 TƏLƏBƏ...
Tbilisidə fəaliyyət göstərən özəl Gürcüstan-Avropa Universitetinin akkreditasiyası ləğv olunub.
Muxalifet4 - 9-03-2019
MHP: Bu seçkini Tramp və terrorçular səbirsizliklə gözləyir
31 mart seçkiləri yalnız Türkiyədə yaşayan 82 milyon vətəndaşı deyil, ABŞ Prezidenti Donald Trampı və bütün Avropa ölkələrini də maraqlandırır.
Muxalifet.az xəbər verir ki, bu sözləri MHP-nin sədr müavini Ərkan Ağçay jurnalistlərə açıqlamasında deyib.
O, 31 martda keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinin əhəmiyyətindən danışaraq terror təşkilatlarının da nəticələrini 4 gözlə gözlədiyini və pusquda olduqlarını qeyd edib.
Muxalifet3 - 9-03-2019
Meksikada gecə klubuna silahlı hücum: 15 ölü...
Meksikanın Quanaxyato ştatının Salamanka şəhərində gecə klubuna silahlı hücum baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Meksika mətbuatı bir qrup silahlı şəxsin “La Playa” gecə klubuna soxularaq binadakı insanları atəşə tutduğunu yazıb. Şahidlər hücum zamanı klubda 20-dən çox insan olduğunu bildirib.
Polislər dərhal hadisə yerinə gəlsə də, hücum edən şəxslərin yaxalanması mümkün olmayıb.
Hadisənin təfərrüatı barədə hələlik heç bir məlumat yoxdur.
Muxalifet3 - 9-03-2019
Ərdoğan: S-400-ləri hansı şərtlərlə aldığımız ortadadır
Türkiyənin hansı şərtlərdə S-400 sistemlərini aldığı ortadadır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Diyarbəkirdə keçirilən seçki mitinqində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu məsələnin nə NATO ilə, nə F-35-lərlə, nə də ABŞ-ın təhlükəsizliyi ilə əlaqəsi var. Havadan müdafiə sistemini necə istifadə edəcəyimiz ortadadır. Bəs niyə ölkəmizin üstünə gəlirlər?! Məsələ S-400 deyil, Türkiyənin başda Suriya məsələsi olmaqla, öz qərarlarını verməsidir. İnşallah, S-400 məsələsini də həll edəcəyik”, - Ərdoğan bildirib.
Muxalifet3 - 9-03-2019
Kolumbiyada təyyarə qəzası: ölənlər var
Kolumbiyada təyyarə qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində ən azı 12 nəfərin həlak olduğu bildirilib.
Qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Muxalifet3 - 9-03-2019
ABŞ təxribatı, yoxsa... - Bu ölkə yenidən qaranlığa qərq oldu
Venesuela yenidən qaranlığa qərq olub.
“Nacional” nəşrinin yazdığına görə, elektrik enerji təchizatının bərpa olunduğu bir sıra bölgələr işıqsız qalıb.
Hazırda Valensia, Varqas, Taçira, Sulia, Lara, Karabobo və digər ştatların elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Xatırladaq ki, martın 7-də “El-Quri” su elektrik stansiyasında baş vermiş qəza nəticəsində Venesuelanın böyük hissəsi işıqsız qalmışdı. Nikolas Maduro bu təxribatda ABŞ imperializmini günahlandırmışdı.
Muxalifet4 - 9-03-2019