Axtarış

The search found 105783 results in 0.073 seconds.

Search results

  1. ​Kainat gözəli ad gününə bir gün qalmış öldü

    Keçmiş Kainat gözəli ad gününə 1 gün qalmış ürək tutmasından vəfat edib.
    Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, 2017-ci ildə Gənclər arasında Kainat gözəli yarışmasının qalibi Hollandiyalı Lotte van Der Zee xizək mərkəzində tətildə olarkən ölüb.
    İstirahət üçün getdiyi Avstraliyada qaldığı oteldə huşsuz halda tapılan Lotte van der Zeeyə təcili müdaxilə edilib, Almaniyada xəstəxanaya yerləşdirilib. Xəstəxanada görülən tədbirlərə baxmayaraq, o, ürək tutmasından ölüb.

    Muxalifet - 9-03-2019

  2. Ekspert hökumətə açıq suallar ünvanladı: "Bir ayıq səhiyyə naziri də yoxdur ki, bu suallara cavab versin"

    "İcbari Tibbi sığortanın mexanizmi açıqlanıb: Muzdla çalışanlar, işçilər əmək haqqının 2%-i, işigötürənlər də verdikləri maaşın 2%-ni sığorta Agentliyinə köçürəcəklər - həm əhalinin, həm də biznesin vergi-ödəniş yükü artır. İşəgötürən 44 manat, üstəgəl maaşın 15%-ni təqaüd fonduna, 2%-ni isə İTSA-ya, özəl sektor işçisi 6 manat, üstəgə maaşınl 10%-ni təqaüd fonduna, 2% isə İTSA-ya ödəyəcək. Dövlət sektoru işçilərinin ödənişi isə daha çox artacaq: maaşdan 14% gəlir vergisi, 3% təqaüd fondu, 2% İTSA, 2% YAP, 2% Həmkarlar pul alacaqlar".

    Muxalifet - 9-03-2019

  3. ABŞ-da təyyarə gölə düşdü: Ölənlər var

    ABŞ-da iki mühərrikli bir təyyarə gölə düşüb. Təyyarədə olan 5 adam ölüb.
     
    Təyyarə “Okeechobee” gölünə düşüb. Təyyarənin Tampa Beynəlxalq Hava Limanından qalxdığı və Pahokee Aerodromuna eniş edərkən qəzanın yaşandığı bildirilib.
     
    Qəzadan sonra saat 15: 30-da şahidlər vəziyyəti polis və xilasetmə xidmətinə bildiriblər. Hadisə yerinə gələn xilasetmə heyəti şahidlərin göldə bir nəfərin üzdüyünü gördüklərini, amma araşdırma nəticəsində heç kimin xilas olmadığı və təyyarədə olan 5 nəfərin hamısının öldüyü qeyd edilib.

    Muxalifet3 - 9-03-2019

  4. ​Xanımı Elçin Əlibəyli ilə bağlı xəbərlərə son qoydu

    Teleaparıcı Elçin Əlibəyli barədə müxtəlif məlumatlar yayılıb. Bəziləri onun jurnalistikadan getdiyini deyir, bəziləri isə səhhətində ciddi problem yarandığına dair məlumat yayıb.
    E.Əlibəylinin həyat yoldaşı Dilruba Vaqifzadə Oxu.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.
    “Hər gün Elçin haqqında yalan xəbər çıxarırlar. Bunların hamısı onu zəif göstərmək üçün atılan təxribat xarakterli addımlardır. Saçlarını kəsdirdiyi üçün səhhətində problem olduğu, başından əməliyyat olunduğuna dair əsassız xəbər yaymışdılar.

    Muxalifet - 9-03-2019

  5. Niyə qadın köynəklərində düymə solda, kişilərdə isə sağdadır?

    Qadınların köynəyinin düymələri sol tərəfdəykən, kişi köynəklərində bu düymələr sağ tərəfdə yerləşir. Niyə? Əslində, kişi və qadın köynəklərindəki bu qəribə fərqin səbəbi XIII əsrə aiddir. O dövrdə yalnız yaxşı maliyyə imkanı olan qadınlar köynəyinə düymə tikdirə bilirdi. Bu zəngin qadınların da onları geyindirməsi üçün xidmətçiləri olurdu Qadınlar qulluqçu vasitəsilə, kişilər isə köynəklərini özləri geyinərdi. Qadınların köynəklərindəki düymələrin solda olması əksər xidmətçilərin sağ əlli olduğu üçün sol tərəfdə olan düymələri sağ əllə düymələk daha rahat idi.

    Muxalifet3 - 9-03-2019

  6. ​“İran Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır” - XİN rəhbəri

    İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İran xarici işlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

    Muxalifet - 9-03-2019

  7. ​Bazar günü hava necə olacaq? - PROQNOZ

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
    Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.
    Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

    Muxalifet - 9-03-2019

  8. “Korrupsiyanı ifşa etməyə hazıram” – Mehman Hüseynov

    Bloger Mehman Hüseynov iki illik həbsdən sonra martın 2-də azad edilib. O, azadlığa çıxdıqdan sonra ilk olaraq Monitor jurnalının 14 il əvvəl qətlə yetirilmiş redaktoru, jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib. Mehman Hüseynov bu həftə keçirdiyi mətbuat konfransında bloger işini, azad jurnalistika və media hüquqlarının müdafiəsi işini davam etdirəcəyini bildirib. O, Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinə çağırıb. Mehman Hüseynov Amerikanın Səsinin "Amerika İcmalı" proqramında həbsi, jurnalistikanın müdafiəsi və medianın durumundan danışıb.

    Muxalifet3 - 9-03-2019

  9. Rusiyada Putinə etimad azalır: Rəy sorğusu

    Rusiyanın İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSIOM) açıqladığı nəticələrə görə, Rusiya prezidenti Vladimir Putinə etimad 32 faizə düşüb. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir.
     
    Mərkəz dövlət tərəfindən maliyyələşdirlir.
    Eyni qurumun bundan əvvəl yanvarda keçirdiyi rəy sorğusu Putinə etimadı 33,4 faiz səviyyəsində göstərmişdi.
    Bu rəy sorğusunun fevralın 25-i ilə martın 5-i arasında, Putinin fevralın 20-də etdiyi illik ənənəvi xalqa müraciətindən sonra keçirildiyi vurğulanır.

    Muxalifet3 - 9-03-2019

  10. ​Azərbaycanda yazıçı vəfat etdi - FOTO

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Şamaxıda yaşayıb-yaradan yazıçıƏvəz Süleyman dünən axşam saatlarında qəfil ürək tutmasından vəfat edib.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə yazar Südabə Sərvi sosial şəbəkədə məlumat paylaşıb:
    “Bakıdan Şamaxıya qayıdarkən maşını kənara çəkib saxlaya bilib. Ona zəng etsələr də, zəng çatmayıb. Bundan sonra övladları axtarışına başlayıb...
    ... Yazıçının gözəl və düşündürücü hekayələri var. Onun "Şİr kölgəsi” hekayəsi mənim də sevə-sevə oxudugum hekayələrdəndir...

    Muxalifet - 9-03-2019

  11. ​Dövlət qulluqçularının maaşı artırıldı - SƏRƏNCAM

    Prezident İlham Əliyev "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Muxalifet - 9-03-2019

  12. ​Moskvada kütləvi DAVA: azərbaycanlılar yaralandı - YENİLƏNİB - VİDEO

    Moskvada baş verən kütləvi dava zamanı xəsarət alanlar azərbaycanlılardır.
    “Veçernaya Moskva” nəşri bununla bağlı məlumat yayıb. 
    İnsident zamanı küt alətdən və travmatik tapançadan istifadə edilib. 
    Yaralıların heç biri polisə şikayətçi olmayıb. Bu səbəbdən insidentin araşdırılması çətinləşib. 

    12:53

    Muxalifet - 9-03-2019

  13. ​Yemək saatları çəkimizə necə təsir edir?

    Nə yediyimiz yox, nə zaman yediyimiz önəmlidir 
    İnsanın bədən saatı, metabolizması və həzm sistemi qarışıq bir təsir dairəsindədir. Bu səbəblərə görə də nə yediyimiz yox, nə zaman yediyimiz də önəm daşıyır.

    Muxalifet - 9-03-2019

  14. Bakıda kirayənişindən DƏHŞƏTLİ ƏMƏL

    Bakıda kirayənişin qonşusunu qətlə yetirib.
    Hadisə Bakının Binəqədi rayonunda qeydə alınıb.
    Belə ki, Binəqədi rayonunda 25 yaşlı Cavid Həmidli kirayə yaşadığı evdə qonşusu və həmyaşıdı Şəhriyar Vahid oğlu Əlizadəni bıçaqlayaraq qətlə yetirib.
    Qətli törədən şəxs saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır./report

    Muxalifet - 9-03-2019

  15. Daha bir əfsanənin SONU: Məşhur aktyor vəfat etdi

    Sovet və Rusiya kinosunun ən parlaq simalarından biri olan məşhur aktyor Vladimir Etuş dünyasını dəyişib.
    Muxalifet.az lenta.ru-ya istinadən xəbər verir ki, 96 yaşlı aktyorun vəfat etdiyini onun uzun müddət fəaliyyət göstərdiyi Vaxtanqov Teatrının direktoru Kiril Krok təsdiqləyib.
    Məlumata görə, martın 8-də xəstəxanaya yerləşdirilən aktyor bu gün Moskva vaxtı ilə 12:30-da vəfat edib.

    Muxalifet - 9-03-2019

  16. “Anam qəbul eləmədi, dedi ki, ərinin yanına qayıt…” – Ərini ürəyindən vuran Vüsalənin ifadəsi

    Xaçmazda həyat yoldaşını öldürən Vüsalənin məhkəməsi keçirilib.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə üzrə məhkəmə iclası davam etdirilib.
    Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    Muxalifet - 9-03-2019

  17. Səudiyyə Ərəbistanına 400 milyon dollarlıq “Qaşıqçı” təpkisi

    Hollivudun gələcək istedadları üzə çıxarmaqla bağlı fəaliyyət göstərən agentliklərindən “Endeavor” Camal Qaşıqçı cinayətinə etiraz etmək məqsədilə Səudiyyə Ərəbistanından aldğı 400 milyon dollarlıq pulu geri qaytarıb.
    “The New York Times” qəzetinin xəbərinə görə, Ariel Emanuelin rəhbərliyi altında fəaliyyət göstərən şirkət keçən ilin yaz aylarında Səudiyyə Ərəbistanı ilə müvafiq saziş bağlayıbmış.
    Lakin jurnlaist Camal Qaşıqçının İstanbuda vəhşicəsinə qətlə yetirilməsindən sonra şirkət mövqeyini dəyişib.

    Muxalifet - 9-03-2019

  18. ​Novxanı yolunda zəncirvari qəza - VİDEO

    Novxanı bağlar yaşayış massivində Linkoil yanacaq doldurma məntəqəsinin qarşısında qəza baş verib. 
    Unikal.org-un məlumatına görə,  3 avtomobil  toqquşub.
    Qəza nəticəsində ciddi xəsarət alan olmayıb. 

    Muxalifet - 9-03-2019

  19. ​Maradonanın daha 3 övladı varmış

    Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradonanın vəkili Matias Morla onun daha üç uşaq atası olduğunu etiraf edib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, 59 yaşlı sabiq hücumçu atalıq testi aparmaq üçün Kubanın paytaxtı Havanaya gedəcək.
    Onun bundan sonra iki qadından daha üç uşağın atası olduğu rəsmiləşəcək. Həmin şəxslər Maradonanın soyadını daşıyacaq. 
    Maradona 2000-2005-ci ildə Kubada narkotik aludəçisi olduğuna görə müalicə alıb.

    Muxalifet - 9-03-2019

  20. ​SON DƏQİQƏ: Türkiyə İraqı BOMBALADI - silah depoları, düşərgələr...

    Türkiyə hərbi hava qüvvələri İraqın şimalında əməliyyat keçirib.
    Bu barədə Türkiyənin Müdafiə Nazirliyinin Tvitter hesabında məlumat yayılıb.
    Məlumata görə, Türkiyə təyyarələri İraqın şimalında Zap və Qara bölgələrinndə PKK hədəflərini bombalayıb.
    Əməliyyat nəticəsində terrorçulara məxsus düşərgələr və silah depoları məhv edilib./Publika

    Muxalifet - 9-03-2019

Pages